#اصلی_کرم قسمت ۱۰۷ - امتحان -
Qarı dedi:
- Tanıyıram, sǝn sözünü de!
Gülxan dedi:
- Bax, bu oğlanı ki, görürsǝn, haman qızın butasıdı. Atası qızı buna vermǝk istǝmǝyib, qaçıb bura gǝlib. Bu da qızı axtara-axtara gǝlib çıxıb buraya. İndi sǝn gǝrǝk bunun gǝlmǝyini qıza xǝbǝr verǝsǝn.
Qarı pulu aldı. «Baş üstǝ», - deyib düzǝldi yola. Bu qarı imanlı ipǝk qarı idi.
Yolda fikirlǝşdi ki, bǝlkǝ burda hiylǝ-miylǝ var. Yaxşısı budu ki, qoy qabaqslca öyrǝnim, görüm qız doğrudan da oğlanı sevir, ya yox.
Qǝrǝz qarı gedib çatdı Əsli olan evǝ. Baxdı ki, Əsli pǝncǝrǝnin qabağında oturub, bahar buludu kimi gözlǝrinnǝn yaş axıdır. Qarı salam verib, ǝleyk alandan sonra oturdu, başladı ordan-burdan söhbǝtǝ. Yavaş-yavaş gǝlib çıxdı mǝtlǝb üstünǝ. Əsli açıb bütün ǝhvalatı qarıya danışdı. Qarı onu sınamaq üçün qǝsdǝn başladı öyüd-nǝsihǝt elǝmǝyǝ ki:
- Nǝ istǝyirsǝn onnan? O, müsǝlman, sǝn ermǝni. Ondan ǝl çǝk, gǝl sǝni gözǝl bir oğlana verim.
Əsli qarıdan bu sözlǝri eşitcǝk saçlarınnan üç tel ayırıb, sinǝsaz elǝdi, aldı, görǝk nǝ dedi:
Qarı nǝnǝ, gǝl eylǝmǝ mǝzǝmmǝt,
Bülbülüm var, gülşǝnim var, gülüm var.
Zalım fǝlǝk verib dǝrdin bolunnan,
Göydǝn yerǝ olub, yaman zülüm var.
Ağ üstünnǝn bağlamışam qaramı,
Tǝbib sǝnsǝn, gǝl tez bağla yaramı,
Gözü yaşlı qoyub gǝldim Kǝrǝmi,
Yar yanında kasad olan dilim var.
Əsliyǝm, ǝmǝyim getdi badlara,
Alışdım, tutuşdum, yandım odlara,
Qorxum budu, Mǝlik versin yadlara,
Sevgilimdǝn ayrı düşǝn ǝlim var.
Qarı dedi:
- Qızım, mǝn sǝni sınayırdım. İndi sǝni Kǝrǝmlǝ bağçada görüşdürsǝm razı olarsanmı?
Əsli xan bu sözü eşidǝn kimi göz yaşını töküb dedi:
- Aman nǝnǝ, de görüm, Kǝrǝm haradadı?....
@turkce_fa