پاسخ به شبهات فضای مجازی (@shubhelere_cavablar) के नवीनतम पोस्ट टेलीग्राम पर

پاسخ به شبهات فضای مجازی टेलीग्राम पोस्ट

پاسخ به شبهات فضای مجازی
1,087 सदस्य
185 तस्वीरें
14 वीडियो
अंतिम अपडेट 10.03.2025 13:09

समान चैनल

İranian Revolution
2,779 सदस्य
İSLAMIN_QOXUSU
1,840 सदस्य

پاسخ به شبهات فضای مجازی द्वारा टेलीग्राम पर साझा की गई नवीनतम सामग्री

پاسخ به شبهات فضای مجازی

10 Feb, 17:48

182

✳️Müaviyə öz səhabələri arasında Həzrəti Əli Əkbəri (ə) özündən üstün tanıtdırır!

⬅️Əbul Fərəc İsfahani sünni alimlərindən nəql edir ki, müaviyə ətrafındakılardan soruşdu k,ibu vəzifəyə (xilafətə) ən layiq olan kimdir?

📌Ətrafındakı yaltaqlar dedilər: "Sən özün!"
müaviyə dedi: “Yox, Əli Əkbər daha layiqdir”.

📌Sonra onun üç xüsusiyyətini qeyd etdi: şücaət, səxavət və gözəllik.

📌Belə idi ki, Aşura günündə düşmən ordusu Həzrət Əli Əkbərlə məsum imam kimi davranırdı!

📚Əbul fərəc isfəhani,məqatilul talibin,s 86.
━━━━━━━⊰◇⊱━━━━━━━━
T.me/shubhelere_cavablar
پاسخ به شبهات فضای مجازی

09 Feb, 07:58

212

📌Lakin bu rəvayətə görə əbu bəkrin anası və özünün bir neçə adı var idi.Buna əsaslanaraq deyə bilərikmi ki,əbu bəkr heç vaxt mövcud olmayıb?
4⃣Adlardakı ən maraqlı və qəribə ixtilaflardan biri də əbu hureyrə və atasının adındakı ixtilafdır ki, onun və atası üçün otuzdan çox adda qeyd edilmiş ola bilər.İbn Həcər Əsqəlani belə nəql edir:
əbu hureyrə adı və atasının adı ilə bağlı ixtilaf vardır.⁹

📚Mənbə:
1.Feyzul qədir,şərhul cameil səğir,c 6,s 277.
2.Bihar,c 5,s 11,hədis 14,s 22,hədis 29.
3.Həmin,c 50,s 21,hədis 7.
4.Kitabul ğeybə,s 470,hədis 478.
5.Kəmalud din,c 2,s 33,s 345.
6.Tarixi siyasi imami dəvazdəhom,s 114.
7.əsədul ğabə,c 6,s 219.
8.Həmin,c 3,s 205.
9.təqribul təhzib,c 1,s 608.
T.me/shubhelere_cavablar
پاسخ به شبهات فضای مجازی

09 Feb, 07:04

159

🔰#Şübhə_998 #Məhdəviyyət

⛔️Şübhə
•İmam Məhdinin (ə.c) anasının kim olduğu bilinmir,ona görə də hamı ona bir ad uydurub,hətta anasının adı belə məlum deyilsə,onun doğulmasıda sual altındadır...[vəhabi şübhəsi]
Cavab
📌İlk öncə qeyd edək ki,əgər tarixdə bir şəxsə çox ad nəql edilibsə və bu onun olmamasına dəlildirsə onda əbu bəkr və əbu hureyrənin tarixdə vücudu olmayıb.Çünki bu ikisinin və hətta ana və atalarının adları barədə tarixdə ixtilaf nəzər var.

🔰Həzrətin şərafətli anası “Nərcis” adlı ləyaqətli bir xanım olub, onun milliyyəti haqqında müxtəlif rəvayətlər var.
📌Bir rəvayətə görə, o, Roma imperatorunun oğlu Yəşuanın qızı, anası isə İsanın (ə) vəsisi Şimonun nəslindən idi.
📌Bu rəvayətə görə, Nərgiz möcüzəli bir yuxu görüb İslamı qəbul etdi və İmam Əskərinin (ə) hidayəti ilə müsəlmanlarla vuruşmağa gedən Rum ordusunun arasında oldu və başqa bir dəstə ilə birlikdə İslam ordusu tərəfinə əsir düşdü.İmam Hadi (ə) adam göndərdi ki, onu alıb Samirrəyə gətirsin.
📌Məşhur əhli-sünnə alimlərindən olan Mənavi də deyir: Həzrətin anasının adı İsanın (ə) həvarilərinin övladlarından Nərcis idi.¹
📌Onun haqqında başqa rəvayətlər də nəql edilmişdir.²
📌Alimlər Onun nəsli ilə bağlı ixtilafları vardır.
📌Necə ki,Yəzdgerdin qızı Şəhrbanunun İmam Səccadın (ə) anası olması haqqında ixtilaf var;

📌Amma mühüm və diqqətəlayiq olan və bütün rəvayətlərdə qeyd olunan odur ki, Həzrət Nərcis (s.ə) İmam Hadinin (ə) əzəmətli bacılarından olan Həkimə Xatunun evində kəniz olub, onun yanında təlim və tərbiyə alıb və Həzrətin (ə) böyük ehtiramına malik olub.
📌Həzrət Nərcis (s.ə) illər əvvəl İslam Peyğəmbərinin³ (s), Əmirəl-möminin⁴ (ə) və İmam Sadiqin⁵ (ə) kəlamları ilə təriflənmiş, onların ən yaxşı kənizi kimi adı çəkilən qadındır.
📌Qeyd etmək lazımdır ki, İmam Zamanın (ə.c) anası Süsən,Reyhanə,Məlikə,Siqəl (Saqil) kimi başqa adlarla da çağırılmışdır.
📌Bu adların və ləqəblərin çoxluğu tarixi keçmişə malikdir; Məsələn, Allah Rəsulunun (s) sevimli qızı Həzrət Zəhra (s.ə) saysız ad və ləqəb sahibi olanlardandır. O cümlədən: Zəhra, Fatimə, Siddiqə, Mərziyə, Raziyə, Zəkiyyə, Tahirə, Təyyibə, Mütəhhirə, Reyhanə, Mühəddisə, Kamilə, Fazilə...
📌Bəzi tədqiqatçılar yazırlar ki, o dövrdə kənizlərin birdən çox adı olmağı məşhur idi.Çünki insanlar öz kənizlərini qarşılamaq üçün müxtəlif adlarla çağırırdılar və buna görə də İmam Məhdinin (ə.c) anasının Nərcis,Reyhanə, Süsən və s. adlarının bir çoxu gül adlarıdır.⁶
📌Bundan əlavə, İmam Məhdinin (ə.c) viladətinin Abbasi rejiminin zülm mühiti və şəhadət ehtimalı səbəbindən gizli olduğunu nəzərə alsaq,onun şəxsiyyətinin müəyyən edilməməsi üçün anasının çoxsaylı adlarının məntiqi və rasional olmasıdır.
🔵Əhəmiyyətli məqam budur ki, İmam Zamanın (ə.c) anasının adındakı ixtilaf heç vaxt onun yoxluğuna dəlil ola bilməz və onun doğulmasının mənşəyini şübhə altına ala bilməz.Çünki saysız-hesabsız adlar olan başqa qadınlar da var idi.

🔴İbn Əsir yazır:
1⃣Həmzə ibn Əbdül Müttəlibin (ə) qızı Fatimə Peyğəmbərin əmisi qızı idi.Bəziləri onun adının “Əmamə”[u] olduğunu, bəziləri isə “Əmarə”[u] olduğunu demişlər.⁷
2⃣Əbu Bəkrin (birinci xəlifə) adı və anasının adı nə idi? Əbu Bəkrin anasının adı və onun öz adı ilə bağlı sünni alimləri ixtilafdadırlar. İbn Əsir Cəzari Əbu Bəkrin tərcümeyi-halında “Əsədul-ğabə” kitabında yazır:
Əbu Bəkrin anasının adı Əbu Quhafənin bibisi olan Səxr ibn Amir ibn Kəbin qızı Ummul-Xeyr idi. Bəziləri onun adının Leyla bin Səxr olduğunu demişlər.Bunu Məhəmməd bin Səd deyib, başqaları Əbu Bəkrin anasının adının Əmir bin Ömərin qızı Səxrin qızı Səlma olduğunu deyiblər;
📌Amma bu boş söhbətdir. Çünki o, Əbu Quhafənin qardaşının qızı idi və ərəb dünyasında kiminsə qardaşının qızı ilə evlənməsi adət deyildi.Birinci baxış daha doğrudur.
3⃣Həmçinin əbu bəkrin öz adı ilə bağlı da ixtilaf var; Bəziləri onun adının Əbdül Kəbə olduğunu deyiblər. Beləliklə, Allah Rəsulu onun adını Abdullah qoydu. Bəziləri ailəsinin ona Abdullah adını qoyduğunu deyirlər. Və onun adının da ətiq olduğu da deyilir.⁸
پاسخ به شبهات فضای مجازی

06 Feb, 15:34

212

🔰Batil (yalançı) irfanlar və azğın firqələrin ümumi xüsusiyyətləri 🕉☯️:

1⃣-ci Hissə;

♦️ Müasirlikdən məna axtarışı və insanın modern yorğunluğu dövrünə qədəm qoyduğumuz bu gün müstəmləkəçi məzhəb aparatları nəzərlərində olan mənaları bəşəriyyət arasında yaymağa çalışırlar.

🔷Bəzi ölkələrdə də məşhurlaşan bəzi cərəyan və zahirən semantik yönümlü görünən bu təriqətlərin qəbulu və alqışlanması artıb.

🔷 Bu yazıda biz bəzi xüsusiyyətlərini qeyd edirik:

1⃣🔻Allahı əsas məqsəd və hədəf kimi görməməzliyə vurmaq:

🔷Yalançı irfanların xüsusiyyətlərindən biri də Allaha inamı görməməzlikdən gəlmək və ya Allahın varlığını inkar etmək və ya bəzən həqiqi Allahı inkar etmək motivi ilə Allahın əqlə sığmayan bir şərhini təqdim etməkdir.

#Davamı_var
T.me/dinlervemezhebler
پاسخ به شبهات فضای مجازی

27 Jan, 18:21

73

🔰Salam olsun Əziz kanal üzvlərinə.
Sizlərin hər birinizi bu gözəl və böyük bayram olan 🌹"Məbəs"🌹 bayramı münasibətilə təbrik edirəm.Allah etdiyiniz hər bir ibadətləri və tutduğunuz orucları qəbul etsin.🤲Allahdan istəyirik sonuncu İmamın عج zühuru təcil olsun və zindanda olan alim və möminlərimiz tezliklə azadlığa qovuşsunlar.🤲
#Məbəs günü barədə olan şübhələr⤵️;

#Şübhə_443
🟢Məbəs gününü bayram kimi qeyd etmək bidətdir...

#Şübhə_444
🟢Rəcəb ayının 27-si məbəs günü deyil,bəlkə o gündə Quran nazil olub...

#Şübhə_687
🟢Həzrəti Məhəmməd (s) hansı ildə peyğəmbərliyə seçilmişdir?!

🔗Kanalımızın linkini paylaşmaqla bizə dəstək ola bilərsiz.🔗
T.me/shubhelere_cavablar
پاسخ به شبهات فضای مجازی

25 Jan, 10:08

90

📌Azərbaycanın ilk Quran təfsirçisi,Şəkidəndir və İmamiyyə məzhəbindən olmuşdur.

🔰“Kitabul-bəyan fi təfsiril-Quran” haqqında ümumi
məlumat
🔰“Kitabul-bəyan fi təfsiril-Quran” Məhəmmədhəsən Mövlazadə Şəkəvi tərəfindən qələmə alınmışdır. Təfsirin birinci cildi “Fatihə” surəsindən “Kəhf” surəsinə qədər olan surələri, ikinci cildi isə “Kəhf” surəsindən sona qədər olan surələri əhatə edir. Kifayət qədər əhatəli olan bu təfsir kitabı bir neçə dəfə çap olunub. Neçənci ildə qələmə alındığı bilinməyən “Kitabul-bəyan” ilk dəfə bir əsr öncə, yəni 1904-cü ildə Qumda çap edildi. İkinci dəfə isə 1978-ci ildə yenə Qumda cap olunub. Daha sonra “Kitabul-bəyan”ın 3-cü çapı Bakıda 1990 da olmuşdur. Bu Azərnəşr capevi tərəfindən həyata keçirilmişdir. Yuxarıda bəhs etdiyimiz nəşrlərin hamısı Azəri dilində Ərəb əlifbasıyla çap edilib. 2001-ci ildə isə Bakıda kiril əlifbasıyla Əli Novruz oğlu Nurməmmədov və İntiqam Vahid oğlu Rüstəmovun qələmiylə Minarə yayınevi tərəfindən çap edilmişdir. Saydığımız bu nəşrlərin hamısı iki cild halındadır. Şiə müfəssiri olan Şəkəvi təfsirində şiə əsaslarına böyük üstünlük vermişdir.

📌Məscid haqqında məlumatı bu linkdən oxuya bilərsiz:
https://shaki.info/wiki/%C4%B0mam_%C6%8Fli_m%C9%99scidi

T.me/shubhelere_cavablar
پاسخ به شبهات فضای مجازی

25 Jan, 09:58

85

🔴Şübhə
Şəkidə şiədə yoxdu və bu azanda montajdı...

🔵Cavab
📌Bir neçə gün idi sosial şəbəkədə bir neçə yerdə qarşıma çıxıb bu sözlər,əzizlərin nəzərinə çatdırım ki,Şəki şəhərində həmd olsun şiələrdə var və bu "İmam Əli (ə)" adına olan məsciddə həqiqətən var və azanıda şükrlər olsun "Əliyyən Vəliyyullah"sız deyil.

📌Şəkinin gözəl insanları və dindarları var.
Hətta oradakı əziz əhli sünnə davamçıları "vəhabi-sələfi"dən zəhlələri gedir və onlarla əlaqələri yaxşı deyil çünki Allahın lütfü ilə oradakı vəhabilərin faiz,sələm,yalançılıq,zina və pula görə bəzi etdikləri hərəkətlər üzə çıxdığına görə oradakı haqq sevər insanlar,onlardan üz döndərmişlər.
پاسخ به شبهات فضای مجازی

21 Jan, 14:13

138

🔴Şübhə
şiəlik sonradan yaranıb...

🔵Cavab
Vəhabilər iddia edirlər ki,şiəlik sonradan yaranmadı.
📌Halbuki biz elə əhli-sünnənin mənbəsi ilə sübut edirik ki,elə Həzrəti Rəsulullahın və Həzrəti İmam Əlinin səhabələri elə o zamandan şiə olmuşlar:

1⃣Əbu Hatim:
İslamda zahir olan ilk məzhəb adı şiə idi ki,bu da Peyğəmbərin dörd səhabəsinin ləqəbi idi.¹
2⃣İbn Xəldun:
Səhabələr arasında Həzrət Əliyə meyl edən və şiə adlanan bir qrup var idi və onu İslam xilafətinə başqalarından daha layiqli bilirdilər.²
3⃣Əhməd əmin:
Şiəliyin mənşəyi və başlanğıcı,Həzrət Əliyə (ə) məhəbbətində çox səmimi olan Peyğəmbərin (s) bir qrup səhabəsindən olmuşdur və fəzilət və sifətlərinə görə onu daha haqq və imamətə layiq görmüşlər.Onların ən məşhurları Salman,Əbu Zər və Miqdad idi.³
4⃣Sübhi Saleh:
Yəni,Peyğəmbərin dövründə Peyğəmbərin səhabələri arasında şiələr və Əlinin tərəfdarları olub.Bəs niyə bəziləri şiələrə mənfi münasibət bəsləyirlər?Əgər səhabələri haqq hesab edirlərsə,onların din və üsulunu da haqq saymalıdırlar.⁴

📚Mənbə;
1.Əl zinətu fil kələmatil islamiyyə,cild 3,səh 10.
2.Müqədimmətu ibn xəldun,cild 3,səh 464.
3.Zuhal İslam,cild 3,səh 209.
4.Əl nəzmul islamiyyə,səh 96.

T.me/shubhelere_cavablar
پاسخ به شبهات فضای مجازی

14 Jan, 04:31

145

🌹Salam olsun ilk mövlamız,xəlifəmiz və möminlərin əmirinə.
🌹Təbrik edirəm sizləri bu gözəl gün münasibətilə.
T.me/shubhelere_cavablar