Latest Posts from Ruslan.bagiyev (@ruslanbagiyev) on Telegram

Ruslan.bagiyev Telegram Posts

Ruslan.bagiyev
✅ Ruslan.bagiyev-in rəsmi telegram kanalı.
“Doğrunu bizdən öyrənin”📱🔍
💻 İnsta: “Ruslan.bagiyev”
3,348 Subscribers
11,805 Photos
712 Videos
Last Updated 06.03.2025 18:58

Similar Channels

Protokolaz
2,237 Subscribers
Agdash.tv
1,924 Subscribers

The latest content shared by Ruslan.bagiyev on Telegram

Ruslan.bagiyev

30 Nov, 08:18

2,162

🇦🇿❗️Bu gün “Qaraheybət” aviasiya poliqonunda hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğramasından 3 il ötür.

Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

▪️ polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
▪️ polkovnik Nəzirov Emil Nəzir oğlu;
▪️ mayor Həsənov Elmir Mircəlil oğlu;
▪️ mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
▪️ mayor Mayılov Emil Şahid oğlu;
▪️ mayor Məmmədov Murad Yaşar oğlu;
▪️ mayor Əliyev Emil Elman oğlu;
▪️ tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
▪️ kapitan Bayramlı Cavid Əhliman oğlu;
▪️ kapitan Əliyev Xəyyam Əlixan oğlu;
▪️ kapitan Qaraisayev Teymur Ənvər oğlu;
▪️ leytenant Süleymanov Abdulla Telman oğlu;
▪️ baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
▪️ ehtiyatda olan polkovnik Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Ruslan.bagiyev

29 Nov, 09:09

1,943

🌳❗️Milli Məclisdə yaşıllıqları məhv edənlərin 8 ilədək azadlıqdan məhrum edilməsi son oxunuşda təsdiqlənib.
Ruslan.bagiyev

28 Nov, 08:11

2,000

🇦🇿✅️✍️Yeni ildə iş və istirahət günlərinin yeri dəyişdirildi

❗️Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

✍️Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

📌Beləliklə, Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq.

📌Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.
Ruslan.bagiyev

25 Nov, 08:04

1,945

🌪️Bakıda küləyin gücü saniyədə 23 metrə çatıb
Ruslan.bagiyev

25 Nov, 05:28

1,823

🇦🇿✅️🚌ÖLKƏ❗️Bu gündən COP29 tədbirinin keçirilməsi ilə bağlı hərəkət sxemi dəyişən və fəaliyyəti dayandırılan bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilib.
Ruslan.bagiyev

24 Nov, 15:38

1,711

🇦🇿👤Prezident İlham Əliyev:

✔️Böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu
Ruslan.bagiyev

24 Nov, 09:58

1,568

💰300 MİLYARD DOLLAR TƏSDİQLƏNDİ❗️Xəbər verdiyimiz kimi, COP29-un bağlanış plenar iclasında yeni iqlim hədəfi qəbul olunub.

📌Yeni hədəfdə inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin edilməsi nəzərdə tutulub.

✍️Qərarın qəbul edilməsi alqılşarla qarşılanıb.
Ruslan.bagiyev

24 Nov, 09:57

1,398

⚡️🇺🇸 Bayden COP29-un uğurlu keçirilməsi münasibəti ilə Azərbaycanı təbrik edib.

✔️Ağ Ev ABŞ prezidentinin təbrik məktubunu paylaşıb.

✍️Bayden qeyd edib ki, bu gün dünya daha bir tarixi nəticə əldə edib.
Ruslan.bagiyev

23 Nov, 13:50

1,250

🇦🇿✍️Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

✔️Vətəndaşlar 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq, həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaq.
Ruslan.bagiyev

23 Nov, 13:49

1,219

DİQQƏT❗️Temperatur 4-8° enəcək - Hava dəyişir

✅️Noyabrın 25-i qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qarabağ və Şərq-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq-Şirvan) leysan xarakterli yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan 26-sı səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli yağışın olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.