Qaraqan @qaraqaan Channel on Telegram

Qaraqan

@qaraqaan


Xoş gəldin, qorxma, sənə düşmən deyil Qaraqan
@qaraqanologiya

Qaraqan (Azeri)

Qaraqan kanalına xoş gəldiniz! Bu kanal, @qaraqaan kullanıcı adı ilə tanınan ən məşhur musiqiçi və müəllif Qaraqan haqqında ən son məlumatları, xəbərləri, və musiqi işlərini təqdim edir. Qaraqan, Azərbaycanın sevdiyi və tanınan sənətçilərindən biridir. Onun musiqiləri və sözləri geniş kitlelər tərəfindən sevilir və bəyənilir. Kanal, Qaraqanın sənət dünyasındakı səyahətini izləmək üçün ən yaxşı məkandır. Burda, onun sənətə olan vərəqələrini, mövzularını və ən son işlərini tapa bilərsiniz. Qaraqanologiya kanalı Qaraqan haqqında maraqlı detallar, müxtəlif rəylər və fikirlər paylaşmaq üçün yaradılmışdır. Əgər siz də Qaraqanın sənətçiliyinə və mədəni fəaliyyətinə marağı olanlardansınızsa, bu kanalı izləməyi unutmamalısınız!

Qaraqan

28 Jan, 22:35


Ərəb inanclarına görə, cəhənnəm həddindən artıq isti və insanların daimi əzab çəkdiyi bir yerdir. Orada yemək-içməkdən başqa heç nə yoxdur. Niyə?
Çünki ərəblər isti coğrafiyada yaşayan və istidən əziyyət çəkən bir toplumdur. Ona görə də onlar üçün ən ağrılı yer elə isti yerdir.

Norveç mifologiyasına görə; Cəhənnəm (Niflheim) buz kimi soyuq yeraltı dünyasıdır və oradakı bütün çaylar donub. Çünki norveçlilər soyuqda yaşayan, soyuqdan əziyyət çəkən bir toplumdur.

Bəs cəhənnəm əslində haradadır? Bu suala ən yaxşı cavabı verən şəxs Dostoyevskidir; “Cəhənnəm insanın qəlbində sevginin bitdiyi yerdir".

Və Osho əlavə edir; "Yaxşı insanların cənnətə getməsi deyil, yaxşıların getdiyi yerdir, cənnət orasıdır."

©️Fidan Akbar

Qaraqan

27 Jan, 21:48


#Aromanı

Cazibə qanunu:
Oxşarlar bir-birini cəlb edir. İnsan kimdirsə, həyatına da o cür insanları çəkir..

Qaraqan

19 Jan, 20:30


Şənbə idi. Sabaha dərs yox idi, yəni bizə görə həftənin ən sevimli axşamıydı. Əmimgil də bizdəydilər. Böyüklər böyük otaqda öz “böyük” söhbətlərini edirdilər, bizsə balaca otaqda “böyük-böyük” danışırdıq. O axşam uşaq düşüncələrimdə həyatın bütün qayğılarından uzaq, kiçik dünyanın böyük xoşbəxtliklərini yaşayırdım.

Anam (biz nənəmizə, atamızın dilindən “ana” deyirdik) həmişə olduğu kimi narahat idi. Əmimə dönüb deyirdi: “A bala, şər qarışdı, durun gedin evinizə.” Bu, onun adəti idi – şər qarışanda həmişə narahat olurdu. Amma həmin narahatlığın səbəbi yalnız axşamın düşməsi deyildi. Havada qəribə bir gərginlik vardı.

Biz isə bütün bunlardan xəbərsiz “Retro” verilişini gözləyirdik. Hər şənbə qəzet proqramlarında yazılırdı: Retro. Aparıcı Həmidə Ömərova ya da Ayaz Salayev olurdu. Ayaz Salayev dərin mövzulardan danışanda, balacalar üçün maraqlı olmurdu. Ancaq Həmidə Ömərovanın təqdim etdiyi hind filmləri, italyan ya fransız komediyaları bizim üçün dünyanın ən maraqlı tamaşaları idi. Bu axşam da aparıcı Həmidə xanım olmalıydı.

Son günlər şəhərdə qəribə hadisələr baş verirdi. Küçələrdə mitinqlər keçirilirdi, insanlar gərgin idi. Atam məni də bir-iki dəfə mitinqə aparmışdı. 11 yaşım olsa da, artıq başa düşürdüm ki, biz – azərbaycanlılar – böyük bir haqsızlıqla üzləşmişik. Ermənistanda yaşayan qohumlarımızın hamısını deportasiya etmişdilər. Təxminən iki ildir ki, evimizdə söhbətlərin əsas mövzusu qohumlara ev tapmaq, işlə təmin etmək idi. Biz Qərbi azərbaycanlılar çoxdan düşmənimizin kim olduğunu bilirdik, amma bu hadisələr bizim üçün də gözlənilməz olmuşdu.

Televizor qəfil susanda hər şey dəyişdi. Bu, adi texniki problem deyildi. Böyüklər narahat oldular: “Nə baş verir?” Əmimlə atam tez qərar verdilər – əvvəlcə əmimin ailəsini evlərinə aparacaq, sonra meydana gedəcəkdilər. O gecə mən yata bilmədim. Televizorun susduğu o səssizlik, böyüklərin üzündəki qorxu və təlaş mənim də uşaq xəyallarımı sarsıtmışdı.

Atam səhər açılanda qayıtdı. Üzündəki ifadə hər şeyi deyirdi. “Bütün şəhər qan içindədir,” – dedi. Gözlərimə inanmadım. Atam danışırdı: tanklar küçələrə girib, insanları güllələyiblər, şəhər fəlakətə bürünüb. İlk dəfə böyük faciənin şahidi oldum.

20 Yanvar… Bu tarix o qədər müqəddəsləşib ki, ölümüm üçün gün seçmək ixtiyarım olsa, düşünmədən bu günü seçərdim. Çünki məncə, azərbaycanlıları birləşdirən, tarixdə bir millət kimi öz gücümüzü göstərən ilk müqəddəs gün məhz 20 Yanvardır.

Mənim nəzərimdə, bizim azadlıq yolumuz o gecə başladı. Həmin gün, tankların güllə yağdırdığı gecə Azərbaycan xalqı susmaqdan imtina etdi. Anladı ki, 70 illik quruluş yanlış olub. Bildi ki, itirilmiş müstəqilliyimizi bərpa etməkdən başqa çarəmiz yoxdur. Bugünkü dövlətimizin təməli məhz o gecənin fədakarlığı üzərində quruldu. Uzun illər sonra zəfər çalan yeni nəsil üçün də tarixin 20 Yanvar dərsi vardı. Heç vaxt unudulmayacaq dərs. Mübarizlik dərsi.

Azərbaycan uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Qaraqan

14 Jan, 16:14


#Nazryn
#Qaraqan

Qaraqan

13 Jan, 19:39


Bu məclis bir də yaranar səmada.

Qaraqan

10 Jan, 21:14


Bəlkə də çox sentimental doğulmuşdum iyirmi birinci əsr üçün..

#mələk

Qaraqan

10 Jan, 17:58


Belə olur bax duman, içində olarkən bunu hiss etmirsən amma uzaqlaşdıqca onun necə qatı olduğunu görürsən.
#İkinciAddım #duman

Qaraqan

10 Jan, 15:34


İstəyən əlaqə saxlaya bilər

Qaraqan

10 Jan, 15:33


Salam, Mədrəsə lll üçün premium (50 aznlik) bilet var.

Qaraqan

09 Jan, 18:38


Son abzas:)

Qaraqan

09 Jan, 18:34


Şənbə günü Mədrəsədə bir daha görüşürük!

Xatırladaq ki, tədbir iki fərqli saatda keçiriləcək. Birinci tədbir 15:30 ikinci tədbir isə 19:30 başlayır. (Tədbirlərin məzmunu eynidir)

Biletlərin yer və sıra nömrələri artıq göndərilib. Amma əgər sizə yeriniz və sıranız göndərilməyibsə və ya sizə gəlib çatmayıbsa tədbirə bileti hansı saata almısınızsa o saat üçün gələ bilərsiniz. Sizin yeriniz və sıranız artıq bizim sistemdə mövcuddur və sizi komandamız yerinizə ötürəcək.

Email ünvanlarımıza Mədrəsə ilə bağlı həddindən artıq sual gəldiyi üçün bütün sualları cavablandırmağa vaxt çatmır. Amma bileti olan hər kəsin yeri və sırası artıq var və tədbir zamanı hər kəs yerləşdiriləcək.

Mədrəsəyə qatılan hər kəsə təşəkkür edirik!

Gələ bilməyənlər, digər şəhərlərdə, xaricdə və imkanı olmayanlar üçün isə daha bir neçə MƏDRƏSƏ görüşü düşünürük!

Qaraqan

08 Jan, 18:11


“Neçə mələk gərəkdi, sənin gözəlliyini unutmaq üçün.”

Qaraqan

06 Jan, 18:55


Yagış altında islanib gülərkən
Səndə tapmışdım özümü

Qaraqan

04 Jan, 21:18


Necə deyərlər, nə isə, o deyil.

Qaraqan

31 Dec, 20:04


"Yeni iliniz mübarək❤️"

Qaraqan

30 Dec, 17:12


💫

Qaraqan

23 Dec, 19:14


Tək dostun özünsən və bu yol səninlə başlar

Qaraqan

21 Dec, 10:03


#birmilyondollarımolsaydı

Qaraqan

19 Dec, 19:27


Qaraqanın MƏDRƏSƏ – ultra-konseptual Məna Məclisinə ilk 3 tədbirə biletlər tam satıldı!

İstəkləri nəzərə alaraq Dördüncü Tədbiri elan edirik!

Tarix: 11 yanvar 19:30
Məkan: Nizami Kino Mərkəzinin böyük səhnəsi

BİLETLƏRİ BURADAN ƏLDƏ EDƏ BİLƏRSİNİZ:

https://qaraqan.org/shop/product/m%c9%99dr%c9%99s%c9%99-4/

Bu tədbir indiyə kimi getdiyin konsertlərdən, tamaşalardan və görüşlərdən çox fərqlənəcək. Birlikdə sehirli bir dünyaya səyahət edəcək, öz dərinliyimizə enəcək, musiqi, söz və elmin vəhdətinə tamaşa edəcəyik.

2 saat davam edəcək MƏDRƏSƏ-nin sonunda əlavə olaraq 30 dəqiqə Qaraqanla şəxsi virtual sual-cavab hissəsi də olacaq. Amma inanın ki, QQ-dan çox Mədrəsəni sevəcəksiniz!

Bütün çəkilişlər qadağandır. Biletlər limitlidir.

MƏDRƏSƏ ilə bağlı bütün suallara cavab yuxarıdakı linkdə yerləşdirilib.

Əlavə suallarınız yaranarsa
[email protected] ünvanına məktub yazın.

QEYD - 11 Yanvar 15:30 tədbirinə gələnlərin yer və sıra nömrələri qısa zamanda emaillərə göndəriləcək. MƏDRƏSƏ-də görüşənədək!

İNTİBAH kiçik addımlardan başlayır!

https://youtu.be/HHhWDdrM5T8?si=rWbAEMFAr0tR_QOZ

Qaraqan

19 Dec, 18:56


Bəli, çox oldu

Qaraqan

14 Dec, 04:49


qar yağır❄️🤍

Qaraqan

10 Dec, 17:59


Qocalmısan…

Qaraqan

10 Dec, 07:01


Mədrəsədən sonra yenidən izləyək :)

Qaraqan

10 Dec, 06:58


https://youtu.be/wPDQbL1J1uk?si=gSziGD9rz1k0CG_M

Qaraqan

07 Dec, 07:45


Artıq sabah Mədrəsədə bir yerə toplanacağıq.

Hamımızın daha rahat, problemsiz vaxt keçirməsi üçün lütfən aşağıdakıları nəzərə alın, tədbir zamanı komandamıza dəstək olun:


1. Tədbirin saatı eyni qalır, amma qapılar bir saat daha tez açılacaq —

Birinci Seans 11:30 (Qapılar açılır) 12:30 (Tədbir başlayır)
İkinci Seans 15:30. (Qapılar açılır) 16:30 (Tədbir başlayır)

Ki, hamı daha rahat yerini tapıb əyləşə bilsin. Tədbirə gecikməmək üçün lütfən vaxtında orda olun.


2. Audio, video, foto çəkiliş qadağandır. Ətrafınızda kiminsə yazılış apardığını görsəz xəbərdarlıq edin. Mədrəsənin özünəməxsus sirrli ab-havası pozulmasın.

3. Tədbir günü hər hansı suallarınız, probleminiz yaranarsa 050 400 01 25 nömrəsiylə əlaqə saxlayın.

4. Girişə yaxınlaşarkən artıq QR codu və biletin şəklini hazır edin ki, giriş prosesini maksimal tez və rahat edək.

5. Əgər sizin yerinizdə başqa şəxs oturubsa mehribancasına, ondan biletini tələb edin. Ola bilsin ki, sizə təsadüfən eyni yerlər düşüb. Amma narahat olmayın nəzarətçilər yerindəcə problemi həll edəcəklər.

6. Əgər hansısa dostunuz ilə yanaşı oturmaq istəyirsinizsə amma ayrı düşmüsünüzsə bunu da içəridə oturanlardan xahiş edə bilərsiniz. Amma fikir verin ki, yer dəyişmə zamanı xahiş etdiyiniz şəxsə daha arxada yerşələn yeri təklif etmirsiniz. Əgər şəxs razılaşmasa yenə də təşəkkür edin.

7. Hər kəs bərabər olsa belə xanımlarımıza xüsusi hörmət və ləyaqətlə yanaşın.

8. İçəridə hər kəs Dərəcə üzvüdür, salamlaşın, danışın, tanış olun. Quruyub qalmayın :)

Qaraqan

30 Nov, 21:40


#blackqan

Qaraqan

21 Nov, 09:06


🤍

Qaraqan

21 Nov, 07:11


Bakı əlaqəsiz șəhər idi. Çox əlaqəsiz. Bu yuvanın qarışqaları bir-birindən çəkinir, ona görə də buğdanı gec daşıyırlar. İnsanlar çox az tanış olur və bunu günah hesab edirlər.

#birmilyondollarımolsaydı

Qaraqan

16 Nov, 17:47


Axşamınız xeyir✨️, serial tövsiyyələriniz gəlsinmi?

Qaraqan

11 Nov, 22:10


.

Qaraqan

10 Nov, 15:39


Getmək istəyib bilet ala bilməyənlərə şans, dəyərləndirin✨️

Qaraqan

10 Nov, 15:38


Əziz Dərəcə,

Xahişlərinizi nəzərə alaraq, ikinci seansı yaratdıq: Mədrəsə - 7 Dekabr, saat 17:00, eyni məkanda və yenə limitli biletlərlə (500 ədəd). Xahiş edirik, biletləri almağa tələsin, belə görünür ki, bu seans da tez bitəcək.

Eləcə də, bu linki yalnız dostlarınızla paylaşın və internetdə başqa yerdə yerləşdirməyin ki, ancaq Dərəcə üzvləri məlumat ala bilsin.

https://qaraqan.org/shop/product/madrasa2/

YARADICI BİRLİK

Qaraqan

10 Nov, 11:45


Kimlər bilet alıb ? 📣

Qaraqan

09 Nov, 15:11


https://qaraqan.org/shop/product/madrasa/

Qaraqan

06 Nov, 18:14


#ağatlışahzadəm 🤍

Qaraqan

06 Nov, 16:18


Mən indi səmadayam, amma yıxılıram.

Qaraqan

30 Oct, 19:13


Əgər hər kəsin həqiqəti qəbul etmə şəkli fərqlidirsə, o zaman obyektiv bir həqiqət mövcud ola bilərmi?

və ya

Həqiqətin qəbul edilməsi hər kəsin şəxsi təcrübə və dəyərlərinə bağlıdırsa, bəs biz hansı əsaslarla bir həqiqəti obyektiv sayırıq?

Qaraqan

30 Oct, 12:25


Yeni üz qabığı 🕊️

Qaraqan

27 Oct, 14:18


A deyirdi ki: "Danışan robotlara ehtiyac yoxdur, lallara kömək edin".

Qaraqan

26 Oct, 21:36


Melanxoliya qoxur hava

Qaraqan

21 Oct, 20:41


🍂🍂🍂🍂🍂

Qaraqan

21 Oct, 17:55


Bir adam dünyanı dəyişməyə qərar verdi. Amma dünya çox böyükdür, o isə çox kiçik. Sonra şəhərini dəyişdirmək qərarına gəldi. Ancaq şəhər çox böyükdür, o isə çox kiçik. Sonra fikirləşdi ki, cəmiyyəti dəyişim. Amma cəmiyyət çoxdu, o isə tək. Sonra ailəsini dəyişdirmək istədi, amma ailə üzvü də çox idi, o isə tək. Beləliklə, bu adam çox kiçik olduğu üçün dəyişə biləcəyi yeganə şeyi anlayıb ona çatdı: " ÖZÜNƏ "

Qaraqan

19 Oct, 22:18


Pəncərənin şimşək səsindən silkələnməsi və bir başmağa qoyduğum iki ayağımı bir-biriləri ilə qızdırmağım mənə qəribə bir hissiyyatsızlıq verirdi sanki. Payızın ikici yağışı idi və bu yağış deyəsən bütün ay yağacaqdı..

#mələk

Qaraqan

19 Oct, 11:22


🎬Soyuq havaya film tövsiyyələriniz?

(Kitabdan uyarlanmış olsa daha gözəl olar. Umberto Eco- The name of the rose kimi)

Qaraqan

15 Oct, 18:30


Dünənki heç kimlər, bugünkü tanış olmayanlar, sabahkı dostlar.

#artvəxaos

Qaraqan

11 Oct, 21:15


Qaraqan pinned «Cəmiyyətin fikri qadınların çarmıxıdır. #birmilyondollarımolsaydı»

Qaraqan

11 Oct, 21:14


Cəmiyyətin fikri qadınların çarmıxıdır.

#birmilyondollarımolsaydı

Qaraqan

11 Oct, 21:07


Deyirlər ki, əsər tərcümə olunarkən öz orijinallığını itirir..
Əsər təkcə tərcümə olunanda deyil, elə oxunanda da öz orijinallığını itirir.
#Qaraqan

Qaraqan

08 Oct, 09:15


Bakı Beynəlxalq Kitab sərgisindən ..

Qaraqan

06 Oct, 21:21


Quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır. Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır..

#buhansıəsərdəndir

Qaraqan

05 Oct, 17:24


Yaxşı ki, xəyallarımızı görmürlər..

Qaraqan

04 Oct, 21:17


Sonra Adil universitetlərdən danışdı. Tələbələrin arasında birliyin olmaması onları qoyun sürüsünə çevirirdi. Universitetlərdə rüşvət baş alıb gedirdi. Amma bunu dayandırmağın yolu vardı. Biz bölünüb müxtəlif universitetlərdə gənclərlə görüşüb onları mübarizəyə səsləyirdik. Onlar da təhsillərindən və artıq qocalmış müəllimlərdən narazı idilər. Yeni nəsil , savadsız nəsil yetişirdi. Bəzi müəllimlər ümumiyyətlə keçdiyi dərsləri bilmirdi. A deyirdi ki, əsl müəllim bilmədiyimizi öyrətməməli. Əsl müəllim hər kəsin içində olan gizli istedadı üzə çıxarmağı bacarmalıdır. Amma buradakı müəllimlər sadəcə öz mühazirələrini oxuyub dərs saatlarını yola verməklə məşğul idi. YOLA VERMƏKlə. Bizim cəmiyyət belədir. Hamı bir-birini yola verir. Müəllim şagirdi, şagird müəllimi, uşaq valideyni, valideyn iş yoldaşlarını, onlar müdirlərini, müdirlər yol polislərini, yol polisləri nazirləri, nazirlər Prezidenti, Prezident dövləti, dövlət Avropanı, Avropa Amerikanı, Amerika Roma Papasını. O da sadə camaatı yola verirdi. Hərdən bir müəllimin sinifə girib bütün uşaqları təhqir etməsi elə gülünc olurdu ki, adam bilmirdi uşaqlara yazığı gəlsin yoxsa desin ki, elə bu cür qoyun uşaqlara belə də lazımdır.

#Aromanı
#5oktyabr