أحدث المنشورات من 📚KitabYurdu.org📚 (@kitabyurdu) على Telegram

منشورات 📚KitabYurdu.org📚 على Telegram

📚KitabYurdu.org📚
Azərbaycanın ən böyük elektron kitab, mühazirə paylaşım portalı
5,530 مشترك
22 صورة
5 فيديو
آخر تحديث 05.03.2025 19:26

أحدث المحتوى الذي تم مشاركته بواسطة 📚KitabYurdu.org📚 على Telegram

📚KitabYurdu.org📚

30 Jul, 06:23

5,377

Orhan Pamuk, "Mənim adım Qırmızı":
- "Rəssamlar nəyi gördükləri deyil, nəyi hiss etdikləri üçün rəsmlər çəkir."
📚KitabYurdu.org📚

29 Jul, 16:10

5,412

Lev Tolstoy, "Anna Karenina":
- "Bütün xoşbəxt ailələr bir-birinə bənzər, hər bir bədbəxt ailə isə özünəməxsus şəkildə bədbəxtdir."
📚KitabYurdu.org📚

06 Dec, 22:27

11,449

2010-cu ildə Rusiya Sibirinin bəzi ərazilərində güclü ərimədən sonra bir ton ağırlığında gözəl yunlu mamont buzovu aşkar edilmişdir. Buzda 39.000 il qaldıqdan sonra buzov mükəmməl vəziyyətdə idi və hələ də tükləri və əzələ toxuması toxunulmaz idi. Rus alimlərinin sayəsində tarixdə ilk dəfə olaraq tarixdən əvvəlki heyvandan qan nümunələri götürülüb. Araşdırmalara görə, mamontun ölümü bataqlıqdan keçərkən baş verib və aşağı temperatur və ətrafdakı buzlar səbəbindən cəsəd mükəmməl vəziyyətdə qalıb. Cənubi Koreyadan olan elm adamları və tədqiqatçılar Yukanın bədənindən alınan DNT nümunələri sayəsində gələcəkdə nəsli kəsilmiş bu növü klonlayaraq, tarixin ən böyük məməlilərindən birinə yenidən həyat bəxş edə biləcəklərini irəli sürüblər. Yuka tapılan ilk mamont deyildi, 1977-ci ildə bir ekskavator təsadüfən kiçik bir mamontun cəsədini tapdı, lakin təəssüf ki, yaxşı qorunmadı.

© Məhəmməd Atayev
📚KitabYurdu.org📚

03 Dec, 18:27

9,361

Teoremin çox və ya sonsuz sayda printer olan versiyaları olduğu kimi, hədəf mətnin böyüklüyü də bütün bir kitabxana ilə tək bir cümlə arasında da dəyişə bilir. Teoremin kökləri Aristotelin 'Yaranma və Dağılma' və Siseronun 'De natura deorum' adlı əsərləri ilə Blez Paskal və Conatan Sviftin düşüncələrinə əsaslanır.

Yazı yazan meymunlara olan xüsusi maraq televiziya, radio, musiqi və İnternetdəki bir çox misaldan görünə bilir. 2003-cü ildə altı kəkilli qara meymunla (Macaca nigra) bir sınaq həyata keçirilmişdir, lakin ortaya çıxmış kağız 'S' hərfinin üstünlük təşkil etdiyi beş səhifəlik bir yazı nümunəsi olmuşdur.
📚KitabYurdu.org📚

03 Dec, 18:27

8,074

Sonsuz meymun teoremi — bir yazı makinasının düymələrinə sonsuz bir müddət boyunca təsadüfi şəkildə basan bir meymunun müəyyən bir mətni (məsələn Vilyam Şekspirin bütün əsərlərini) demək olar ki tam dəqiq olaraq yaza biləcəyini iddia edən riyaziyyat teoremidir.

Burada "meymun" sözü həqiqi bir meymundansa, təsadüfi hərflərdən ibarət olan bir təsadüfi ardıcıllığı sonsuzadək davam etdirə bilən bir obyekti ifadə edir. Teorem çox böyük, amma sonlu bir ədəd xəyal edərək sonsuzluq haqqında fikir yürütmənin risklərinə diqqət çəkir. Bir meymunun Şekspirin Hamleti kimi bir əsəri tamamən eyni formada yaza bilmə ehtimalı o qədər kiçikdir ki, bu hadisənin kainatın yaşı miqdarında bir vaxtda həyata keçmə şansı çox azdır, amma sıfır deyildir.
📚KitabYurdu.org📚

03 Dec, 18:13

6,055

"Azadlığın ən qəddar düşməni tox və özündən razı qullardır."

© Nikolay Berdyayev
📚KitabYurdu.org📚

03 Dec, 07:00

6,049

“-Hindular 3700 ildir Kalkini gözləyirlər.
- Buddistlər 2600 ildir ki, Maitreyanı gözləyirlər.
-Yəhudilər 2500 ildir ki, Məsihi gözləyirlər.
-Xristianlar İsanı 2000 ildir gözləyirlər.
- Sünnə 1400 ildir ki, İsa (ə) peyğəmbəri gözləyir. -Müsəlmanlar 1300 ildir ki, Məhəmmədin ailəsindən Mehdini (ə) gözləyirlər.
- Şiələr 1080 ildir ki, Mehdini (ə) gözləyirlər.
- Druzilər 1000 ildir Həmzə ibn Əlini gözləyirlər.

Əksər dinlər “xilaskar” ideyasını qəbul edir və deyirlər ki, o xilaskar gəlib onu yaxşılıq və ədalətlə doldurana qədər dünya şərlə dolu olacaq. Bəlkə də bu planetdəki problemimiz odur ki, insanlar özləri bunu etmək əvəzinə, başqasının gəlib problemlərini həll etməsini gözləyirlər!"

Rikkardo Dablo
📚KitabYurdu.org📚

01 Dec, 18:28

5,520

Təsvir

Mur qanununa görə kompyuterlərin gücü hər 18 aydan bir 2 dəfə artacaq. Bunun səbəbi isə müasir texnologiyanın əsasını təşkil edən yarımkeçirici cihazların getdikcə ölçülərinin kiçilməsi və bir səthə hər 18 aydan bir 2 dəfə artıq yarımkeçirici cihaz yerləşdirilə bilinməsidir.

Yarımkeçirici cihaz ondan keçən cərəyanla fəaliyyət göstərir. Cərəyanı yaradan isə sərbəst yükdaşıyıcıdır. Ən sadə halda 1 elektronun hərəkəti zamanı yaranan cərəyanla işləyə bilən yarımkeçirici cihaz yaratmaq olar. Bu isə yarımkeçirici cihazın ölçülərini artıq məhdudlaşdırır. Yəni, yarımkeçirici cihazlar maksimum 1 elektronun yatatdığı cərəyanı keçirə bilərlər. Ondan sonra isə artıq işləməyəcəklər.

1 elektronla işləyən cihaz yaradılsa belə cihaz yenə də işləməyəcək. Çünki həmin ölçülərdə yaranan qanunlar kvant fizikasına tabe olur və ortaya Hayzenberqin Qeyri müəyyənlik prinsipi girir. Bu prinsipə görə həmin ölçülərdə elektronun harda olacağını belə müəyyən etmək mümkün deyil. Nəticədə isə cərəyan cihazın içindən deyil kənarlardan keçə bilər ki, bu da qısa qapanmaya səbəb olar və cihaz sıradan çıxar.

Mənbə

Сердцева Наталья Петровна. 99 секретов науки. Москва: Издательство "Э", 2017.
📚KitabYurdu.org📚

01 Dec, 18:28

5,149

Mur qanunu – Intel şirkətinin qurucusu Qordon Mur tərəfindən 1965-ci ildə irəli sürülmüş qanun.

Tarix

1965-ci ildə Intel şirkətinin yaradıcısı Qordon Mur belə qanun ifadə etdi: istehsal olunan kompyüterlərin yaddaş həcmi hər iki ildə 2 dəfə artır. Əvvəlcə həmkarları buna skeptik yanaşdılar, amma sonra qeyd etdilər ki, qanun təkcə işləməklə kifayətlənmir, digər göstəricilərə də — prosessorun sürətinə, mikrosxemlərin ölçülərinə və s. də aiddir.

Hər iki ildən bir kompyüterlər iki dəfə çox mükəmməl olur. Son illər Mur qanunu hətta sürətlənib. Tədqiqatçılar qeyd ediblər ki, "ikiqat yaxşılaşma hər il yarımda baş verir."

Bu qanun əslində ilk dəfə 1865–1870-ci illərdə ortaya atılıb. Fikri ortaya atan İntel şirkətinin qurucularından olan mühəndis Qordon Murun şərəfinə Mur qanunu adlandırılıb.
📚KitabYurdu.org📚

30 Nov, 20:58

5,230

"Əqrəb"in kitabı da plagiatdır" iddiası - Müəllif "vallah" dedi (AÇIQLAMA)
https://olke.az/medeniyyet/354084/eqreb-mvsumu-plagiatdir-iddiasi/