Hədislər 📚 @hedis_evimm Channel on Telegram

Hədislər 📚

@hedis_evimm


Mənbəli Hədislər

Məqsədimiz Əhli-Beytin (ə) kəlamları ilə sizi maarifləndirməkdir.

Hədislər 📚 (Azerbaijani)

Sizə hədislər dünyasının qapılarını açmağa gəlmiş bir Telegram kanalından xoş gəldiniz! "Hədislər" adlı kanalımızın məqsədi Əhli-Beytin (ə) kəlamları ilə sizi maarifləndirməkdir. Bu kanalda tədqiqatçılar tərəfindən seçilmiş mənbələrdən gələn hədisləri tapa biləcəksiniz. Hədislər, İslam Peyğəmbəri Hz. Məhəmməd (s) və Əhli-Beyt (ə) tərəfindən söylənilmiş mübarizəvi sözlərdən ibarətdir. Bu qədim və dəyərli hədisləri oxuyaraq, özünüzü dini və mənəvi məsələlərə daha yaxından tanıya, yaşayırdığınız günlük həyatınıza təsir etmək imkanına malik olacaqsınız. "Hədislər" kanalımıza qoşulun və bu dəyərli məlumatları öyrənin!

Hədislər 📚

08 Jan, 05:23


Allah rəsulu (s) buyurub:

''Həqiqətən, Allah-taala və Onun mələkləri sübh tezdən istiğfar və sahur edənlərə salavat və salam göndərir. Odur ki, bir udum su ilə də olsa, sahur edin”.

Şeyx Tusi, (r.ə) "Əl-Əmali", səh 627 hədis 1090. Bakı çapı


https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

05 Jan, 13:51


Peyğəmbər (s):
"Hər bir qadın ailəsi üçün yemək hazırlayarkən, Allah ona Cənnət yeməklərindən yedizdirər və onun dualarını qəbul edər."
(Məani əl-Axbar, səh. 215)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

02 Jan, 07:09


İmam Sadiqdən (ə) nəql olunan hədisdə belə deyilir.

"Kim məscidə doğru gedərsə, ayağının qoyduğu her bir yaş va quru (əşya) yerin yeddi qatınadək onun üçün (onun əvəzindən Allaha) təsbih deyər".

Şeyx Təbərsi, (r.ə) "Məkarimul-Əxlaq", səh 423 hədis 2025. Bakı çapı

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

28 Dec, 06:43


Zeyd Şəhham İmam Sadiqdən (ə) belə nəql edir: "Bu vaxtda dua edin: külək əsəndə, Günəş batanda, yağış yağanda. Bu hallarda göylərin qapıları açılar". Məkarimul-Əxlaq, hədis 4/1908

Hədislər 📚

27 Dec, 10:05


İmam Cəfər Sadiq (ə) buyurub;

"Bizim şiələrimizdən biri yaxşı bir əməl etdikdə, onu Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə) hədiyyə etsə, onların sevincinə səbəb olar. Biz də onun üçün dua edər və savabını artırarıq."

(Biharül-Ənvar, c. 94, səh. 40)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

23 Dec, 07:21


Peyğəmbər (s) buyurur: Bəndə günah edərsə daha yaxşı bildikləri elmləri unudar.

Uddətuddai, səh 197

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

21 Dec, 06:13


Allah Rəsulu (s) buyurub:

Zəiflərə ehtiram bəsləyin, çünki məhz zəiflərinizə xatir ruzi yeyirsiniz.

( Vərram-məcmuəsi, cild 2, səh 221.)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

20 Dec, 05:53


İmam Sadiq (ə) buyurub:

“And olsun Allaha ki, həqiqətən də mən, Allahın kitabı olan Quranı əvvəlindən axırınadək elə bilirəm ki, sanki o, əlimin içindədir.”

(Bəsairud-Dərəcat, səh 194, hədis 7.)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

19 Dec, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Hədislər 📚

19 Dec, 07:51


🦋 𝔅𝔦𝔰𝔪𝔦𝔩𝔩𝔞𝔥𝔦𝔯-ℜ𝔞𝔥𝔪𝔞𝔫𝔦𝔯-ℜ𝔞𝔥𝔦𝔪...🦋

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

Həqiqətən Biz Qur'anı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

"Qəmər" surəsi,ayə- 22.



https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

19 Dec, 07:38


İmam Əli (ə) buyurur:
Kişinin dəyəri onun himməti qədərdir. Onun şücaəti abır həya etməsi (alçaqlıq və zilləti qəbul etməməsi), iffəti isə qeyrəti qədərdir.

📗 Nəhcül-Bəlağə, hikmət 47📗

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

18 Dec, 16:56


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

Hədislər 📚

18 Dec, 12:49


سوء الظن مرض يقتل كل ما هو جميل

Su-i zənn bir xəstəlikdir. Gözəl
olan hər şeyi öldürər..🤎



https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽
❁ ••

Hədislər 📚

16 Dec, 07:51


Yaxşılarla yoldaşlıq yaxşılıq gətirər. Necə ki, külək xoş qoxunun yanından keçdikdə xoş qoxu gətirər.🌸

İmam Əli (ə.s)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

13 Dec, 07:27


🌺Hz. Peyğəmbər (s): "Bir şəxsin Biz Əhli-Beytə məhəbbət barədə yaydığı qırx hədis, onun sədəqə verdiyi qırx min dinardan (qızıl puldan) üstündür. Allah-təala ona hər bir hədis üçün bir peyğəmbərin savabını, hədisin hər bir hərfi üçün isə Qiyamət günü bir nur verər." "Camiul-Əhadis”, səh 58📖📖

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

13 Dec, 04:25


1⃣Hədis 🌹
Allahin Rəsulu (s) : Cümə günü günlərin ağasıdır və o Allah-təalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

12 Dec, 05:50


İmam Sadiq (ə) buyurur:

"Qadın evinin işlərini yerinə yetirdikdə, Allah-Taala ona hər bir işinə görə bir həsənə (savab) yazar, günahlarından birini silər və dərəcəsini yüksəldər."

> Biharül-Ənvar, c. 103, səh. 250

Peyğəmbər (s) buyurur:

"Qadın öz ərinə xidmət edərkən, hətta su gətirərkən belə, Allah yolunda cihad edən kişinin savabına sahib olar."

> Biharül-Ənvar, c. 100, səh. 224

İmam Əli (ə) buyurur:

"Qadının ərinin evini abadlaşdırması və övladlarına qulluq etməsi Allahın rizasını qazanmağa səbəb olar."

> Nəhcül-Bəlağə, hikmətlərdən

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

10 Dec, 11:05


Hz Yaqub əleyhissəlam buyurur :

"Başqasının uğuruna sevinməyən paxıldır."


https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

09 Dec, 03:08


Imam Huseyn haqqinda hedisler.... Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır.
(Səf surəsi, ayə 8)

Peyğəmbər (s) buyurub: «Həqiqətən möminlərin qəlbində Hüseyn (ə)-ın gizli bir məhəbbəti vardır.»
(Xəsaisul Hüseyniyyə, səh. 48)

Peyğəmbər (s) buyurub: Möminlərin qəlbində imam Hüseyn (ə)-ın qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.
(Xəsaisul-Hüseyniyyə, səh. 70)

Allahın Rəsulu (s) buyurub: «Hər kəs yer əhli içərisində asiman əhlinə ən sevimli olan bir kəsə baxmaq istəsə, Hüseynə baxsın.»
(Mənaqibi ibni ŞəhrAşub: 4/73)

İmam Sadiq (ə) həmişə deyərdi: «Hər möminin göz yaşının tökülməsinin səbəbi Hüseyn (ə)-ın məzlumanə şəhadətə yetrilməsidir.»
(Bihar, 44-cü cild, səh. 280)

İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.»
(Bihar, 44-cü cild, səh. 280)

İmam Sadiq (ə) buyurub: «Əmirəl-möminin Əli (ə) öz oğlu Hüseynə baxıb buyurdu: Ey möminlərin göz yaşı!
Hüseyn (ə) soruşdu: Atacan məni deyirsən? İmam Əli (ə) buyurdu: Bəli, ey mənim əziz oğlum!»
(Bihar, 44-cü cild/ Kamiluz-ziyarat, səh. 280)


İmam Riza (ə) buyurub: «Hər kəs imam Hüseyn (ə)-ın qəbrini Fərat çayının kənarında ziyarət etsə, sanki ərşdə Allahı ziyarət edibdir. «Cabir ibni Əbdullah Ənsari Ətiyyə ilə Kərbəla ziyarətinə getdikdə bu hədisi zəmzəmə edərək deyirdi:

Peyğəmbədən (s) eşitmişəm ki, buyurub: «Hər kəs imam Hüseyn (ə)-ı Kərbəlada ziyarət etsə, sanki Allahı ərşdə ziyarət edibdir.»
(Mənaqibi İbni ŞəhrAşub, 4-cü cild, səh. 128) Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır.
(Səf surəsi, ayə 8)

Peyğəmbər (s) buyurub: «Həqiqətən möminlərin qəlbində Hüseyn (ə)-ın gizli bir məhəbbəti vardır.»
(Xəsaisul Hüseyniyyə, səh. 48)

Peyğəmbər (s) buyurub: Möminlərin qəlbində imam Hüseyn (ə)-ın qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.
(Xəsaisul-Hüseyniyyə, səh. 70)

Allahın Rəsulu (s) buyurub: «Hər kəs yer əhli içərisində asiman əhlinə ən sevimli olan bir kəsə baxmaq istəsə, Hüseynə baxsın.»
(Mənaqibi ibni ŞəhrAşub: 4/73)

İmam Sadiq (ə) həmişə deyərdi: «Hər möminin göz yaşının tökülməsinin səbəbi Hüseyn (ə)-ın məzlumanə şəhadətə yetrilməsidir.»
(Bihar, 44-cü cild, səh. 280)

İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.»
(Bihar, 44-cü cild, səh. 280)

İmam Sadiq (ə) buyurub: «Əmirəl-möminin Əli (ə) öz oğlu Hüseynə baxıb buyurdu: Ey möminlərin göz yaşı!
Hüseyn (ə) soruşdu: Atacan məni deyirsən? İmam Əli (ə) buyurdu: Bəli, ey mənim əziz oğlum!»
(Bihar, 44-cü cild/ Kamiluz-ziyarat, səh. 280)


İmam Riza (ə) buyurub: «Hər kəs imam Hüseyn (ə)-ın qəbrini Fərat çayının kənarında ziyarət etsə, sanki ərşdə Allahı ziyarət edibdir. «Cabir ibni Əbdullah Ənsari Ətiyyə ilə Kərbəla ziyarətinə getdikdə bu hədisi zəmzəmə edərək deyirdi:

Peyğəmbədən (s) eşitmişəm ki, buyurub: «Hər kəs imam Hüseyn (ə)-ı Kərbəlada ziyarət etsə, sanki Allahı ərşdə ziyarət edibdir.»
(Mənaqibi İbni ŞəhrAşub, 4-cü cild, səh. 128)

Hədislər 📚

07 Dec, 13:09


ALLAHın elə bir Cənnəti var ki, ora yalnız üç şəxs daxil olar; onlardan biri ÖZÜNƏ qarşı ədalətli hökm çıxaran şəxsdir.

Hz İmam Baqir əleyhissəlam .

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

04 Dec, 06:25


İmam Sadiq (ə) buyurub:
"Bizə qarşı edilən zülümlərə görə qəmgin olan şəxsin nəfəsi dua, bizə qarşı yaşananları düşünmək ibadət, bizim matəmimizi saxlamaq Allah yolunda cihaddır.

Üsuli-Kafi cild 2, səh 226, hədis 16.


https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

03 Dec, 06:20


Həzrət Peyğəmbər (s.ə.v.s ) buyurub:

"Yağış yağan vaxtı İlahi rəhmət qapıları açılır və dua müstəcəb olur".

Mənbə: Nəhcul-Fəsahə, hədis 1168.

Yağış yağanda belə söylə: "Seyyibən həni-ən" (Axarlı və yararlı olsun,yəni Allahım, bu yağışı faydalı et..!)

Allahummə sayyibən nəfi'an..! 🤲
İlahi bu yağışı bizim üçün xeyirli qərar ver...!

Mənbə : Məkarimul-əxlaq


https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

02 Dec, 07:26


1. Üləmaya hörmət qoyun, onlar peyğəmbərin varisləridir. ALLAHa və onun Rəsuluna hörmət onlara hörmət deməkdir.

2. Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar.

3. Elmin fəziləti ibadətin fəzilətindən əfzəldir.

4. Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyular və alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələr.

5. İnsanlar elə bir sədəqə verə bilməzlər ki, öyrənilən, yayılan elmdən üstün ola.

6. Alim öldü, aləm öldü.

7. Uşaqlıqda öyrənilən elm daş üstündə yazıya, ahıllıqda öyrənilən isə su üstündəki yazıya bənzər.

8. Elm öyrənən zaman birisini ölüm haqlayarsa, o, şəhid sayılar.

9. Mən elmin şəhəri, Əli isə onun qapısıdır.

10. Ən xeyirli sədəqə odur ki, bir müsəlman elm öyrənə və sonra onu öz müsəlman qardaşına öyrədə.

11. İki şəxs doymaq bilməz: elm təşnəsi və dünya malı hərisi.

Peyğəmbərimizin Elm, Dünya və Axirət haqqında olan hədisləri

12. Sədəqə, onu verənin qəbir odunu söndürər, mömin adam qiyamət günündə öz sədəqəsinin kölgəsinə sığınar.

13. Qiyamət günü ALLAH 2 şəxsə rəhm etməz: qohumluğu pozana və pis qonşuya

14. Bu dünyada insanlara əzab verən kimsələr qiyamət günü ən şiddətli əzaba düçar olar.

15. Bu dünyada 2 üzü olanın axirət günü alovdan 2 dili olar.

16. Bu dünya evi olmayanın evi, malı olmayanın malıdır.

17. Dünya malını ağlı olmayan toplar.

18. Heç vaxt ölməyəcəyini zənn edən adamkimi iş gör və sabah öləcəyindən qorxan adamın əməlindən özünü gözlə.

19. Qiyamət günü ALLAHın dərgahında insanların ən pisi əməllərinə görə insanlar tərəfindən tərk ediləndir.

20. Müsəlman müsəlmanın qardaşıdır, nə zülm edər ona, nə yalqız qoyar onu. Qardaşının ehtiyacını ödəyən kimsənin də ehtiyaclarını da ALLAH ödəyər. Kim bir müsəlmanın dərdini yüngülləşdirərsə, ALLAH-Taala o adamın qiyamət günündə sıxıntılarını yüngülləşdirər. Kim bir müsəlmanın eybini örtsə, qiyamət günü ALLAH-Taala da onun eybini örtər.

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

20 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

Hədislər 📚

18 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Hədislər 📚

14 Nov, 05:39


Peyğəmbər (s) buyurub:

“Kim əlinin zəhməti ilə qazanc əldə
edərsə, Allah-taala ona rəhmətlə baxar və heç vaxt ona əzab verməz”.

Camiul-əxbar səh,251

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

11 Nov, 17:24


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Hədislər 📚

11 Nov, 16:48


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Hədislər 📚

11 Nov, 06:58


Peyğəmbər (s) buyurdu:

“Cənnət bağlarına tələsin”. Soruşdular: “Ey Allahın rəsulu, cənnət bağları hansı bağlardır?” Peyğəmbər (s) buyurdu: “Zikr məclisləri”.

(Nəsihətlər səh, 135)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

10 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

Hədislər 📚

10 Nov, 15:14


İmam Əliyyən-Nəqi əl-Hadi (ə) buyurub:

"Sufilərin ibadətləri rəqs və əl çalmaq, zikrləri isə tərənnüm (mahnı) oxumaq və müğənnilik (ğina) etməkdir. Onlara (sufilərə) səfehlərdən başqa heç kəs tabe olmaz və axmaqlardan başqa heç kəs (onlara inanıb) etiqad etməz!"

(Hədiqətuş-Şiə, səh 594, hədis 799.)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

07 Nov, 06:23


Аllаh-təаlа bir hədisi-qüdsidə buyurur:

“Səndən duа еtmək, məndən qəbul еtmək. Yаlnız hаrаm yеyən şəхsin duаsı qəbul оlmаz.”

“İddətud-dаi”, səh. 128.

Hədislər 📚

01 Nov, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Hədislər 📚

31 Oct, 16:13


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Hədislər 📚

31 Oct, 06:47


🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅

NADAN ADAMIN DOSTU...

İmam Əli(ə):
«Nadan adamın dostu əziyyət və çətinlikdədir.»
(Ğurarul-Hikəm, hədis 5829 )

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

29 Oct, 07:15


✍️ İmam Mehdi (əc.f) buyururlar:

«... وَ فِي ابْنَةِ رَسُولِ اللَّهِ (ص) لِي أُسْوَةٌ حَسَنَةٌ ...».

“Peyğəmbərin (s) qızında - (Həzrət Fatimə (s)) – mənim üçün gözəl nümunə var”.

📚 “əl-Ğeybə” səh. 286, Şeyx Tusi.


https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

28 Oct, 07:43


GÖZƏL SAÇ VE SAQQAL

Hz. Muhəmməd(s):
"Gözəl saç və saqqal Allahın insana verdiyi bir libasdır,onlara gözəl hörmətlə yanaşın." "Məkarimul-Əxlaq" səh 70

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

28 Oct, 07:28


▪️ Bizdən olmayanlar...

✍️ İmam Cavad (ə):

ما مِنّا إلاّ وهُوَ قائِمٌ بِأَمرِ اللّهِ عَزَّوجَلَّ، وهادٍ إلى دينِ اللّهِ.

“Allah-Taalanın əmrinə tabe olmayan və dininə doğru çağırmayan kəs bizdən deyildir.”

📚 “Kəmalud-din”, səh.378, hədis 2.

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

26 Oct, 05:01


Siratda sarsılmazlıq

✍️ Peyğəmbəri-Əkrəm (s):

أثبَتُكُم عَلَى الصِّراطِ أشَدُّكُم حُبًّا لي ولِأَهلِ بَيتي

"Sirat körpüsündə ən arxayın addım mənə və Əhli-beytimə lap çox məhəbbət bəsləyənindir."

📚 Şəvahidut-tənzil, c.2, səh. 310, hədis 947

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

25 Oct, 05:25


Iki şey vardır ki onlara əməl etsən dünya və axirət xeyirlərini əldə etmiş olarsan
o iki şey nədir?
Allahın bir şeyi sevdiyini bildiyin zaman onu et (nəfsin) onu istəməsə belə
Allahın bir şeyi sevmədiyini bildikdə onu tərk et (nəfsin) onu sevsə belə.
ﺳﻴﺮ ﺃﻋﻼﻡ ﺍﻟﻨﺒﻼﺀ ‏( 98/6)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽
❁ ••

Hədislər 📚

25 Oct, 05:25


Səd ibn Ömər Cəllab İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Allah-taala cənnəti pak-pakizə yaratmışdır. Doğuluşu pak və halal olanlardan başqası oraya daxil olmaz”. (Bir az dayandıqdan) sonra İmam Sadiq (ə) buyurdu: “Anası iffətli və saleh olanların xoş halına!”
عَنْ سَعْدِ بْنِ عُمَرَ الْجَلَّابِ قَالَ قَالَ لِي أَبُو عَبْدِ اللَّهِ ع‏ إِنَّ اللَّهَ تَعَالَى خَلَقَ الْجَنَّةَ طَاهِرَةً مُطَهَّرَةً فَلَا يَدْخُلُهَا إِلَّا مَنْ طَابَتْ وِلَادَتُهُ وَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع طُوبَى لِمَنْ كَانَتْ أُمُّهُ عَفِيفَةً.
(Şeyx Səduq (r.ə), "İləluş-şəraye", cild 2, səh 564, bab 363, hədis 1)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Hədislər 📚

22 Oct, 14:01


Axtardığınız bütün kanalların hamısı bir topluda:)

@toplu_admini

Hədislər 📚

22 Oct, 10:55


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

Hədislər 📚

21 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Hədislər 📚

21 Oct, 06:16


Həzrət İmam Rza (əleyhissəlam) Rəyyan ibn Şəbibə buyurdu:

" اِن سَركَ اَن تَكُونَ مَعَنا فِي‌الدرَجاتِ العُلي مِنَ الجَنانِ فَاحزَن لِحُزنِنا وافرَحَ لِفَرحِنا"

“Əgər beheştin ali dərəcələrində bizimlə birgə olmaq istəyirsənsə, bizim qəm-qüssəmiz üçün hüznlü ol və şadlığımız üçün xoşhal ol!”
📘Uyunu əxbarir-Rza” (əleyhissəlam), mərhum Şeyx Səduq, 1-ci cild, səh. 300

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽
❁ ••

Hədislər 📚

20 Oct, 05:10


İmam Həsən Əskəri (əleyhissəlam) buyurub:
"Allah-taala Öz höccətlərini digər məxluqlarının içindən ayırıb. Ona hər bir şeyin mərifətini (elmini) verib. Əgər belə olmasaydı höccət ilə camaat arasında heç bir fərq olmazdı".
قال حسن بن علي عليه السلام إن الله جل ذكره أبان حجته من سائر خلقه، وأعطاه معرفة كل شئ، فهو يعرف اللغات والأسباب والحوادث، ولولا ذلك لم يكن بين الحجة والمحجوج فرق.
(Şeyx Müfid (r.ə), "Əl-İrşad", cild 2, səh 331)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

19 Oct, 07:29


Əcəl haqqında hədislər...!!!
İmam Əli (ə):«(Allah) əcəlləri (ömrün müddətini) təqdir edib, müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona çatmasının səbəblərini hazırlayıb).» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh. 21)
İmam Əli (ə):«Əcəl və ölümdən doğru şey yoxdur.» (Ğurərul-Hikəm, hədis10648)
İmam Əli (ə):« Əcəl nə gözəl dərmandır.» (Ğurərul-Hikəm, hədis 9905)
İmam Əli (ə):«İnsanın nəfəsləri onun ölümə tərəf addımlarıdır.» (Nəhcül-Bəlağəğnin şərhi, İbn Əbil Hədid, c.18, səh. 221)

Əcəl möhkəm bir qaladır.
Qur’an:
«Allahın izni olmayınca heç kəs ölmür. O, vaxtı müəyyn edilmiş bir yazıdır.» (Ali-İmran, ayə 145)
Hədis:
24. İmam Əli (ə):«Əcəlin gözətçiliyi kifayətdir.» (Biharul- ənvar, c.5 səh.142, hədis 14)
25.İmam Əli (ə):«Əcəl möhkəm qaladır.» (Ğurərul–hikəm, hədis 494)

Hər bir şeyin ömrü var.
26.İmam Əli (ə):« Hər bir şeyin müddəti və sonu vardır.» (Nəhcül-Bəlağə, Xütbə 190)
27.İmam Əli (ə):«Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl və son qoyub.» (Ğurərul-Hikəm, hədis 4778)

Hər bir ümmətin əcəli (sonu) var.
Qur’an:
«Hər bir ümmətin ömür müddəti vardır. Onların əcəli gəlib çatdıqda ondan nə bircə saat yubanar, nə də qabağa keçərlər!» (Ə’raf, ayə 24)
«Biz heç bir məmləkəti əcəli gəlib çatmamış məhv etmədik. Heç bir ümmət nə əcəlindən qabağa keçə bilər, nə də ondan arxaya qala bilər.» (Hicr, ayə 4-5)
Həmçinin müraciət et: Nəhl, 61; Ta Ha, 129; Ənkəbut, 5; Şura, 14; .
Muminun, 43

Şərti və qəti əcəl.
Qur’an:
«Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Qəti əcəl Onun yanındadır. Siz yenə də şübhə edirsiniz!» (Ənam, ayə 2)
Hədis:
İmam Sadiq (ə)-yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur- «Naməlum (adsız) əcəl asılı və şərti haldadır, Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum (adı olan) əcəl Allahın Qədr gecəsindən gələn ilin Qədr gecəsinə kimi qəzavü-qədər olaraq müəyyənləşdirdiyi əcəldir və Allah onun barəsində buyurmuşdur:«Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər.» (Biharul-Ənvar, c.5, səh.139, hədis 3)

Şərti əcəli uzaqlaşdıran amil.
29.İmam Əli (ə):«Ömürlər sədəqə verməklə uzanır.» (Ğurərul-Hikəm, hədis 4239)
30.İmam Sadiq (ə):«İnsanlar öz ömürlərindən çox öz yaxşılıq və ehsanları ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox günahlarının nəticəsində ölürlər.» (Biharul-Ənvar, c.5, səh.140, hədis 7)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

18 Oct, 13:16


🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿

✳️Gecə səyahəti✳️


İmam Həsən Əskəri(ə):

🌺🌺Həqiqətən Allah Mutəala qovuşmaq,gecə səfərindən(gecə namazından) başqa hasil olmaz.

Musnədul imamul Əskəri(ə)s290.

🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

16 Oct, 10:46


Hz. Fatimə buyurmuşdur:
"Ey Allahın Rəsulu !
Səni Əlinin barəsində bir şey deyən görmürəm.
(nəəccəb Əli barəsində bir şey söyləmirsən ?)
Hz. Peyğəmbər(s) buyurdu:
Həqiqətən də Əli mənim özümdür. Heç özü haqqında da danışan birisini görmüsənmi ?"

Kifayətut-Talib fi mənaqibi Əli ibn Əbi Talib(ə.s), əl-Kunci əş-Şafei (sünni), 71-ci paraqraf, səh 289, Nəcəf çapı.

فقالت فاطمة(ع): يا رسول الله!
ما أراك قلت في علي شيئاً ؟
قال(ص): إنّ علياً نفسي, هل رأيت أحداً يقول في نفسه شيئاً ؟

كفاية الطالب في مناقب علي بن أبي طالب(ع), الكُنجي الشافعي, الباب 71, ص289, طبعة النجف.

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

16 Oct, 10:46


İmam (ə) buyurur: Ey Allahın bəndələri! Bilin ki, Allah sizi əbəs yerə yaratmayıb. Başına buraxılmamısınız, ömrünüz yazılıb, ruziniz bölünüb. Hər bir düşüncəli insan öz dəyərini bilsin və dərk etsin ki, yazılandan artığına əli çatmayacaq.

(“Tuhəful-uqul”, səh. 234)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

15 Oct, 09:30


İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!

(Ali İmran surəsi, ayə 57)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

15 Oct, 09:30


İmam Sadiq (ə):
"... İlahi, bizi (Əhli-Beyt) sevdiyi üçün (bizim müsibətimizdə) yaşaran gözləri, bizə xatir qəmlənən və yanan ürəkləri və bizim yolumuzdə çəkilən ah və nalə sahiblərini Öz rəhmətində qərar ver".
اللهم...و ارحم تلک الأعین التی جرت دموعها رحمة لنا و ارحم تلک القلوب التی جزعت و احترقت لنا و ارحم الصرخة التی کانت لنا
Əllamə Məclisi, "Biharul-Ənvar", 98/8.

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

15 Oct, 09:30


Mülayimlik yaraşıqdır və vəfadarlıq mərdlikdir.
İmam Hüseyn (ə)
إنّ الْحِلْمَ زینَهٌ، وَالْوَفاءَ مُرُوَّهٌ

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

14 Oct, 07:17


Həzrət İmam Əli (ə) buyurub:

İnsanın sağlam olmasına bu kifayət edərki, digərlərinin eyblərini zehnində az saxlasın.

(Mizanul-hikmət, cild 8, səh 332.)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

10 Oct, 05:05


Allah çox tövbə edəni sevir

Əbu-Bəsirin nəql etdiyi hədisə əsasən, İmam Sadiqdən (ə) Allah-taalanın buyurduğu bu söz (ayə) barədə soruşur: "Ey İman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. (Təhrim surəsi ayə 8)

Həzrət (ə) buyurur: "(Ayədə məqsəd,) günahdan bir daha qayıdılmayan (təkrar edilməyən) tərzdə tövbə etməkdir."

Soruşdum: "Bizim hansı birimiz (tövbə etdiyimiz günaha) bir daha qayıtmırıq?"

İmam Sadiq (ə) buyurdu: "Ey Əbu Məhəmməd! Həqiqətən də, Allah-taala bəndələri arasında günahla sınağa çəkildikdən sonra çoxlu tövbə edəni sevir!  
Üsuli Kafi 424 səh.

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽
••

Hədislər 📚

09 Oct, 08:51


QIRX HƏDİSİ HİFZ EDƏN (əzbərləyən) ŞƏXSİN MÜKAFATI

حَدَّثَنِي أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ عَلِيِّ بْنِ إِسْمَاعِيلَ عَنْ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِي مُوسَى بْنُ إِبْرَاهِيمَ الْمَرْوَزِيُّ عَنْ أَبِي الحَسَنِ الْأَوَّلِ ع قَالَ قَالَ النَّبِيُّ ص مَنْ حَفِظَ مِنْ أُمَّتِي أَرْبَعِينَ حَدِيثاً مِمَّا يَحْتَاجُونَ إِلَيْهِ مِنْ أَمْرِ دِينِهِمْ بَعَثَهُ اللَّهُ عَزَّ وَ جَلَّ يَوْمَ الْقِيَامَةِ فَقِيهاً عَالِماً.

🕊️Musa ibn İbrahim Mərvəzi İmam Kazımdan (ə) nəql edərək deyir: “Peyğəmbər (s)buyurdu: “Qiyamət günü qüdrətli və əzəmətli Allah mənim ümmətimdən insanların dini işlərində ehtiyacı olduqları hədislərdən qırx hədisi hifz edən(əzbərləyən) şəxsi fəqih (anlayan) və bilən (alim) kimi dirildər”

📚"Savabul Əmal" səh.179,hədis 506

https://t.me/turalceferi