Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti

@gence_sheher_icra_hakimiyyeti


Gəncə Şəhər İcra Hakimiyyəti

Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti

23 Oct, 11:16


Gəncə Dövlət Milli Dram Teatrının direktoru mükafatlandırılıb

Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı milli teatrın inkişafındakı səmərəli xidmətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən qızıl medala layiq görülüb. Qızıl medalı Aqil Bəhramlıya Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov təqdim edib.

Qızıl medal Aqil Bəhramlıya Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin ilk regional iclasında təqdim olunub. Gəncə Dövlət Milli Dram Teatrında keçirilən regional iclasda AzTİX-nin İdarə Heyətinin üzvləri və Azərbaycanın digər tanınmış teatr xadimləri iştirak ediblər. İncəsənət xadımləri ölkənin region teatrlarında mövcud olan problemlərdən, onların həlli yollarından və qarşıda duran vəzifələrdən danışıblar.

Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti

23 Oct, 10:30


Gəncədə “Himayədar Ailə” qayğı modeli barədə məlumatlandırma mövzusunda ictimai dinləmə keçirilib

Daha ətraflı:
https://t.ly/eynPc

Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti

22 Oct, 15:11


Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilir

Daha ətraflı:
https://t.ly/hXrpN