Qadınlarla gözəl davranın (21)
Əbu Hureyra (Allah ondan razı olsun) Allah Rəsulunun belə buyurduğunu rəvayət edir:
"Gözəl söz sədəqədir". (Buxari, 2989; Muslim, 1009)
Elə zənn etmə ki, mal-mülk hər şeydir və xoşbəxtlik də onun olmasındadır. Belə düşünmə, heç vaxt belə zənn etmə. Bu cür düşünmək və fikirləşmək xətadır. Buna görə də bilməlisən ki, onun (qadının) maddiyyatdan daha çox sənin ona xoş söz söyləməyinə, ona dəyərini və qiymətini xatırlatmağına ehtiyacı vardır.
Mənbə: Şeyx Abdullah əl-Buxarinin "Qadınlarla gözəl davranın" adlı dərsi.
Tərcümə etdi: Toğrul Əkbərli.
🔗 https://t.me/uc_asas
http://t.me/FAYDALAN_FAYDALANDIR