📢 VƏTƏNDAŞ QƏBULU
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 14 fevral 2025-ci il tarixində saat 11:00-da Goranboy rayonunda Naftalan və Goranboy sakinlərini qəbul edəcək.
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı suallarınız varsa, fevralın 7-dək qeydiyyatdan keçə bilərsiniz.
🔹 Qəbula yazılmaq mümkündür:
• Goranboy və Naftalan rayonlarında qəbul şöbələrinə yaxınlaşmaqla;
• (055) 912-34-22 telefon nömrəsinə zəng etməklə;
•
[email protected] elektron poçt ünvanına yazmaqla;
• Fondun sosial şəbəkə hesablarına müraciət etməklə:
Fikirləriniz bizim üçün önəmlidir. Qəbula yazılaraq suallarınızı birbaşa İdarə Heyətinin sədri ilə müzakirə edə bilərsiniz.
Ətraflı: https://dsmf.gov.az/post/dsmf-sedri-goranboyda-vetendaslari-qebul-edecek
#QəbulElanı #SosialMüdafiə #PensiyaVəSosialMüavinətlər #Goranboy #Naftalan