Banco.az @bancoaz Channel on Telegram

Banco.az

@bancoaz


Banklar və maliyyə haqqında ən maraqlı xəbərlər, analitika, məqalələr və vakansiyalar. Www.banco.az

Banco.az (Spanish)

¡Bienvenidos a Banco.az! Este canal de Telegram está diseñado para ser tu fuente de información confiable y actualizada sobre todo lo relacionado con el mundo financiero. Con actualizaciones diarias sobre noticias económicas, consejos de inversión, tendencias del mercado y mucho más, Banco.az es el destino ideal tanto para expertos en el campo como para aquellos que recién comienzan a adentrarse en el mundo de las finanzas. ¿Quiénes somos? Somos un equipo de profesionales del sector financiero con años de experiencia en el campo, comprometidos en brindarte la mejor información para que tomes decisiones financieras informadas y exitosas. ¿Qué ofrecemos? En Banco.az encontrarás análisis detallados de eventos económicos importantes, recomendaciones de inversión, guías prácticas para administrar tus finanzas personales y mucho más. Nuestro objetivo es educar, informar y empoderar a nuestra audiencia para que puedan alcanzar sus metas financieras con confianza. ¿Por qué unirte a Banco.az? Si deseas estar al tanto de las últimas novedades del mundo financiero, si estás buscando consejos sobre cómo manejar tu dinero de manera eficiente, o si simplemente quieres aprender más sobre inversiones y mercados, Banco.az es el lugar perfecto para ti. Únete a nuestra comunidad hoy mismo y comienza tu viaje hacia la prosperidad financiera. ¡Te esperamos en Banco.az!

Banco.az

07 Feb, 06:26


Qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,42% artaraq 2,888.80 ABŞ dollarına bərabər olub.

Birja məlumatları xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,52% artaraq 32.80 ABŞ dollarına bərabər olub.

Banco.az

07 Feb, 06:26


🛢️Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb

Birja məlumatları xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.12 ABŞ dolları və ya 0.16% artaraq 76,92 ABŞ dolarına yüksəlib

Banco.az

07 Feb, 05:06


🌎Rəsmi valyuta məzənnələri -07.02.2025
🪐1 USD - 1.7000 manat
🪐1 EUR - 1.7647 manat
🪐100 RUB - 1.7571 manat
🪐1 TRY - 0.0472 manat

Banco.az

06 Feb, 12:55


Repetitorluq mərhələli şəkildə ləğv ediləcək

Repetitorluğun birdən-birə ləğvi mümkün deyil.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.
“Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək”.

Banco.az

06 Feb, 12:47


Sahil Babayev maliyyə naziri təyin edildi


Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla, Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
Buna qədər maliyyə naziri vəzifəsində Samir Şərifov çalışıb.

Banco.az

06 Feb, 11:27


🚌Azərbaycan bu il elektrik mühərrikli avtobusların istehsalına başlayacaq

Bu il Çinin BYD şirkətinin Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov keçirdiyi mətbuat konfrasında bildirib.

Banco.az

06 Feb, 10:18


"Mercedes-Benz" bu modelinin istehsalını dayandırır

Almaniyanın "Mercedes-Benz" şirkəti "A-Class Sedan" modelinin istehsalını dayandırır.
Banco.az xarici mediaya istinadən xəbər verir ki, istehsal illəri ərzində model öz alıcısını tapa bilməyib. Buna görə də son vaxtlar həmin avtomobilin satışları ancaq azalıb. 
"Mercedes-Benz", hətta bu ilin yanvarında avtomobilləri 18% endirimlə satmağa başlayıb. Hazırda şirkətin rəsmi saytında 280 ədəd avtomobilin satışda olduğu göstərilir.

Banco.az

06 Feb, 08:27


Hansı bankların avtomobil kreditləri daha sərfəlidir?

Banco.az

06 Feb, 07:30


Azərbaycanda ən populyar axtarış sistemləri məlum olub

Bu ilin yanvar ayında Azərbaycanda “Google” ən popular axtarış sistemi olub.
Banco.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ay “Google”un ölkə üzrə bazar payı 84.94 faiz təşkil edib.
Bu dövrdə “Yandex” axtarış sisteminin payı 13.34 faiz, “Bing”in payı 0.98 faiz, “Yahoo”nun payı 0.36 faiz, “DuckDuckGo”nun payı isə 0.35 faiz təşkil edib.
Qeyd edək ki, yanvarda “Google”un global miqyasda payı isə 90,5 faizə bərabər olub.

Banco.az

06 Feb, 07:19


Azərbaycanda 22 rayon üzrə 24 aqropark yaradılır

Azərbaycanda 22 rayon üzrə 66,3 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür.
Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

Banco.az

06 Feb, 05:49


🏦Mərkəzi Bankda yeni baş direktor təyin edilib

Vüsal Cavanşir oğlu Qurbanov Azərbaycan Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Banco.az

06 Feb, 05:36


Ziya Əliyev Mərkəzi Bankın sədrinə müşavir təyin edilib


Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.
Banco.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Banco.az

06 Feb, 05:18


❇️Rəsmi valyuta məzənnələri -06.02.2025
1 USD - 1.7000 manat
1 EUR - 1.7658 manat
100 RUB - 1.7347 manat
1 TRY - 0.0473 manat

Banco.az

05 Feb, 13:37


Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr məlum olub


Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "İnstagram" olub.
Bu barədə “StatCounter" xəbər verir.
Bu dövrdə "İnstagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 36,04% təşkil edib. Bu isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi və illik müqayisədə 1,13 faiz bəndi azdır.
İstifadəçi sayına görə, ikinci yerdə 25,82% payla "Facebook" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 9,79 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz bəndi çox olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 16,14% payla "Pinterest" olub. Bu, aprel ayı ilə müqayisədə 0,77 faiz bəndi, illik müqayisədə 3,85 faiz bəndi azdır.
Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 3,41 faiz bəndi, illik 0,1 faiz bəndi artaraq 13,38%-a çatıb. Dövr ərzində "YouTube" istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.

Banco.az

05 Feb, 12:53


Bankların 18 aylıq manat əmanəti faizləri – Fevral 2025

Banco.az

05 Feb, 12:20


🐥Dünyada qızıla tələbat rekord həddə çatıb

2024-cü ildə dünya üzrə mərkəzi bankların irimiqyaslı alışları və investorların marağının artması fonunda dünyada qızıla tələbat rekord həddə çatıb.
Banco.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurasının (WGC) illik hesabatında deyilir.
Qeyd olunur ki, ötən il birjadankənar (OTC) əməliyyatlar istisna olmaqla, qızıla qlobal tələbat 4554 ton təşkil edib ki, bu da 2023-cü ilin nəticələrindən 1% çoxdur.
Mərkəzi banklar ardıcıl üçüncü il aktiv şəkildə qızıl almağa davam ediblər və onların tələbi min tonu keçib.
İnvestisiya tələbi 25% artaraq dörd illik maksimuma - 1,18 min tona çatıb. Dəyər baxımından bu, 90 milyard dollar təşkil edir. Sənayedə isə qızıl istehlakı 2024-cü ildə süni intellektin davamlı tətbiqi fonunda 7% artaraq 326 tona çatıb.

Banco.az

05 Feb, 11:28


Manat əmanəti hansı banklarda daha sərfəlidir? – Fevral 2025

Banco.az

05 Feb, 10:13


Ötən il Azərbaycan Gürcüstana qeyri-neft məhsullarının ixracını azaldıb

2024-cü ildə Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 59 milyon 768 min dollar və ya 18% azalıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-dekabr aylarında Gürcüstana qeyri-neft ixracının dəyəri 272 milyon 700 min dollar təşkil edib. 
2023-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 332 milyon 468 min dollar olub. 
Qeyd edək ki, ötən il Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiya (1 milyard 162 milyon 108 min dollar) olub.

Banco.az

05 Feb, 07:25


❇️Son bir ildə Azərbaycanda 192 yeni bankomat quraşdırılıb

2025-ci ilin yanvar ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 304  ədəd təşkil edib.
Bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletendə məlumat verilib.
Ümumi bankomatların 1 772-si Bakının, 1 532-si regionların payına düşüb.
İllik müqayisədə  ümumi bankomatların sayı 192 ədəd (6,2%), Bakı şəhəri üzrə 151 ədəd (9,3%), regionlarda isə 41 ədəd (3%) artıb.

Banco.az

05 Feb, 07:05


“Spotify” 17 illik fəaliyyətində ilk dəfə gəlirli olub
Dünyanın aparıcı musiqi axını xidməti olan “Spotify”, 2008-ci ildə istifadəyə verildikdən bəri ilk dəfə olaraq ili xalis mənfəətlə başa vurub.
Banco.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Şirkətin 2024-cü il üçün xalis mənfəəti 1,14 milyard avro təşkil edib ki, bu da bir il əvvəl qeydə alınan 532 milyon avro zərərlə müqayisədə əhəmiyyətli irəliləyişdir.
Ötən ilin noyabrında “Spotify” bu mühüm mərhələyə çatmaq niyyətini artıq elan etmişdi. Ümumi illik gəlir 2023-cü ildəki 13,2 milyard avrodan 15,6 milyard avroya qədər yüksəlib.

Banco.az

27 Jan, 17:08


Birbank mobil tətbiqində yaranan narahatlıqla bağlı Bankdan açıqlama verilib.

Kapital Bank-ın bildirdiyinə görə hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.
Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.
Müştərilərimizə anlayışları üçün təşəkkür edirik.

Banco.az

27 Jan, 14:24


Bakı metrosunda ötən il 20 milyona yaxın sərnişin QR biletdən istifadə edib

2024-cü ildə "Bakı Metropoliteni" QSC-nin 19 509 335 sərnişini QR biletdən istifadə edib.
Bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.
Məlumata görə, bu, ödəniş etmiş sərnişinlərin 8,75%-ni təşkil edir.
QR biletdən ən çox istifadə edilən stansiyalar "28 May” (1 705 798 sərnişin), “Gənclik” (1 594 534 sərnişin) və “Koroğlu” (1 434 163 sərnişin) olub.

Banco.az

27 Jan, 13:54


🚘”Nissan” bütün dünyada minlərlə işçisini ixtisar edəcək

Yapon avtomobil istehsalçısı “Nissan”  işçilərini ixtisar etməklə, zavodun bağlanmasından qaçaraq öz çöküşünün qarşısını almaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, əvvəllər elan edilmiş bütün dünyada 9 min işçini ixtisar etmək və istehsal gücünü 20% azaltmaq planları hazırda həyata keçirilir.
“Bloomberg” xatırladıb ki, “Nissan”da oxşar böhran sonuncu dəfə 2024-cü ilin noyabrında qeydə alınıb. O zaman şirkət ilin birinci yarısında xalis mənfəətinin 94% azaldığını bildirmişdi.

Banco.az

27 Jan, 13:50


Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq
Prezident İlham Əliyev “İqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” 15 iyul 2016-cı il tarixli fərmanının ləğv edilməsi barədə 9 sentyabr 2020-ci il tarixli fərmanında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Baş nazirin müavini Samir Şərifov da İqtisadi Şurada təmsil olunacaq.

Banco.az

27 Jan, 13:24


🍅Ötən il Azərbaycanın pomidor ixracından qazancı 13 mln. dollar artıb
Azərbaycan 2024-cü ildə 175 milyon 430 min dollar dəyərində 145 min 603 ton pomidor ixrac edib. 
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 8,3% və ya 13 milyon 447 min dollar, miqdar baxımından isə 5 min 16 ton və ya 3,6% çoxdur. 
2023-cü ildə ixrac edilən pomidorun miqdarı 140 min 587 tona, dəyəri isə 161 milyon 983 min dollara bərabər idi. 

Banco.az

27 Jan, 11:54


Azərbaycanda mehmanxanaların gəlirləri 42% artıb

Ötən il Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42,0 faiz artaraq 694,2 milyon manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bunun 65,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,5 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,0 faiz olub (2023-cü ildə 20,1 faiz). Bu göstərici Şabranda 62,9 faiz, Naftalanda 46,1 faiz, Bakıda 39,3 faiz, Qusarda 27,0 faiz, Sabirabadda 23,7 faiz, Qəbələdə 23,5 faiz, Qubada 22,2 faiz, Ağstafada 19,2 faiz, Ağcabədidə 17,6 faiz, Beyləqanda 17,5 faiz, Şamaxıda 17,4 faiz, Lənkəranda 17,3 faiz, digər şəhər və rayonlarda isə 17,3 faizdən aşağı olub.

Banco.az

27 Jan, 10:33


Süni intellektdə ABŞ-ın taxt-tacını silkələyən Çin tətbiqi

Qlobal texnologiya dünyası Çinin yeni süni intellekt köməkçisi “Deepseek” tətbiqindən danışır.
Banco.az xəbər verir ki, çinli startup şirkətinin öz adını daşıyan süni intellekt köməkçi tətbiqi “DeepSeek” “Apple”ın iPhone yükləmə siyahılarında zirvəyə yüksəlib və Silikon Vadisində ABŞ-ın süni intellekt sahəsində liderliyi barədə şübhələr yaradıb.
Tətbiqin süni intellekt modeli “OpenAI” və “Meta Platforms Inc.” ilə rəqabət apara biləcək səviyyədə hesab olunur. İnvestor Marc Andreessen tərəfindən “ən təəccüblü və təsirli ixtiralardan biri” olaraq təriflənən “DeepSeek” köməkçisi istifadəçinin yazılı sorğusunu və ya sualını cavablandırarkən iş prinsiplərini və məntiqini də nümayiş etdirir.
iPhone-da pulsuz yüklənənlər arasında zirvədədir

Banco.az

27 Jan, 10:33


💸Ermənistanda yeni 20 min dramlıq əskinas dövriyyəyə buraxılıb

Ermənistan Mərkəzi Bankı yanvarın 27-də yeni 20 min dramlıq əskinası dövriyyəyə buraxıb.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əskinasın üz tərəfində buraxılış tarixi, eləcə də maliyyə nazirinin imzası dəyişdirilib. Arxa tərəfində, aşağı sol küncdə qoruyucu simvol (optik dəyişən piqment) əlavə edilib.

Qeyd olunub ki, 1999-2021-ci illərdə buraxılmış 20 min dram nominal dəyərli əskinaslar dövriyyədə qalır.

Banco.az

27 Jan, 08:05


İtaliya və Səudiyyə Ərəbistanı arasında 10 milyard dollarlıq müqavilələr bağlanıb

Banco.az xəbər verir ki, bu barədə Ər-Riyadda səfərdə olan İtaliya baş naziri Ciorcia Meloni bildirib.
O qeyd edib ki, İtaliya və Səudiyyə Ərəbistanı infrastruktur, enerji əməkdaşlığı, texnoloji innovasiyalar, müdafiə, elmi tədqiqatlar, kənd təsərrüfatı sektoru, idman, turizm, mədəni və arxeoloji irsin inkişafı sahələrində ümumi maraqlara malikdir.
Meloni vurğulayıb ki, ölkələrin ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istəyi ortaqdır. O, 10 milyard dollarlıq sazişləri hər iki ölkənin gələcək birgə işlərində öhdəlik götürdüyü “qeyri-adi sıçrayış” və real əməkdaşlıqda ilk addım adlandırıb.

Banco.az

27 Jan, 06:51


💸Qiyməti 75 000 manata olan mobil nömrə satışa çıxarılır – Hərrac

24 fevral 2025-ci il tarixində “Azercell Telekom” MMC-yə məxsus 64 mobil telefon nömrəsi satışa çıxarılacaq.  
Banco.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, satışa çıxarılar telefon nömrələrinin start qiyməti 800 manatdan 75 000 manata qədərdir.
Nömrələrlə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Banco.az

27 Jan, 06:09


Tramp Kolumbiyaya qarşı sanksiya tətbiq edib

Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ-dan yola düşən və "çox sayda qaçaq cinayətkarı daşıyan" iki geri dönüş təyyarəsinin Kolumbiyaya enməsinə icazə verilmədiyini öyrəndiyini bildirən Tramp, "Bu əmr Kolumbiyanın sosialist Prezidenti Qustavo Petro tərəfindən verilib. Petro xalqı arasında onsuz da çox sevilmir," ifadəsini işlədib.

Banco.az

27 Jan, 05:10


⚡️Rəsmi valyuta məzənnələri -27.01.2025
🌟1 USD - 1.7000 manat
🌟1 EUR - 1.7786 manat
🌟100 RUB - 1.7382 manat
🌟1 TRY - 0.0476 manat

Banco.az

25 Jan, 11:23


Bankların ROE əmsalı üzrə renkinqi (IV rüb, 2024)

Banco.az

25 Jan, 07:55


Bankların ROA göstəricisi üzrə renkinqi (IV rüb, 2024)

Banco.az

24 Jan, 12:43


🌾Ötən il Azərbaycana 1.3 mln. tona yaxın buğda idxal edilib

Azərbaycana 2024-cü ildə 279 milyon 681 min ABŞ dolları dəyərində 1 milyon 292 min 26 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 8% azalıb, həcmi isə 9.9% artıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 216.5 dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü (258.6 dollar) ilə müqayisədə 16.3% və ya 42.1 dollar azdır. 

Banco.az

24 Jan, 11:35


Bazarda bir ilk: Unicapital TRUMP kriptovalyutasını təqdim edir


Unicapital İnvestisiya Şirkəti maliyyə bazarlarının ən son trendləri ilə uyğunlaşaraq, platformasına yeni kriptovalyuta - $TRUMP - əlavə etdi. Artıq investorlar ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi bu rəqəmsal valyuta ilə Unicapital-a məxsus UTrader platformasında ticarətə başlaya bilərlər.
Maliyyə bazarlarında geniş marağa səbəb olan bu kriptovalyutaya sahib olmaq üçün linkə keçid edin: https://unicapital.az/xidmetler/utrader/
Yüksək volatilliyə və potensial gəlirliliyə sahib bu kriptovalyuta cəsarətli qərarları sevən treyderlər üçün yeni imkanlar açır.

Banco.az

24 Jan, 10:31


Azərbaycana ötən il 3 mindən çox elektromobil idxal edilib


Azərbaycana 2024-cü ildə 3 027 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən il ölkənin elektromobil idxalının dəyəri isə 121 milyon 606 min dollar olub. 2024-cü ildə elektromobil idxalı 2023-cü illə müqayisədə miqdar baxımından 75 ədəd, dəyər ifadəsində isə 3 milyon 662 min dollar və ya 2,9% azalıb.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 3 102 ədəd, dəyəri 125,3 milyon dollar təşkil edib. 

Banco.az

24 Jan, 07:51


Bankların 2024-cü ilin IV rübü üzrə maliyyə göstəriciləri – SİYAHI

💎💎💎💎

https://banco.az/az/news/banklarin-2024-cu-ilin-iv-rubu-uzre-maliyye-gostericileri-siyahi

Banco.az

24 Jan, 07:32


ABB-nin avtomobilləri satışa çıxarılır – Hərrac

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 27 fevral 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 7 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Nəqliyyat vasitələrinin start qiyməti 11 000 manatdan 33 000 manata qədərdir. Nəqliyyat vasitələrinin markaları isə "Audi A6" (2 ədəd), "Volvo XC-90" (1 ədəd) və "Volkswagen Transporter"dir (4 ədəd). 
Avtomobillər haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz. 

Banco.az

24 Jan, 06:47


🚦Azərbaycanda cərimələr svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək

Cərimələrdən daxil olan vəsaitin yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Banco.az

23 Jan, 10:57


⭐️Ötən il Azərbaycana əhali tərəfindən 2 mlrd. dollara yaxın məhsul idxal edilib

Ötən il Azərbaycanın ümumi məhsul ixracı 26.5 milyard ABŞ dolları, idxalı isə 21 milyard 58 milyon ABŞ dolları təşkil edib
Dövlət Gömrük Komitəsi xəbər verir ki, ixrac olunan malların çeşidlərinin sayı 3 444 ədəd, idxal olunan malların çeşidlərinin sayı isə 7 774 ədəd təşkil edib.
2024-cü ildə ixrac əməliyyatlarının 51.57%-i ( 13 milyard 693.8 milyon ABŞ dolları) özəl sektor, 47.8%-i ( 12 milyard 693.9 milyon ABŞ dolları) dövlət sektoru, 0.63%-i ( 166,3 milyon ABŞ dolları) isə fiziki şəxslər tərəfindən reallaşdırılıb.

Banco.az

23 Jan, 10:30


Bu ölkədə yoxsulluq səviyyəsi kəskin azalıb

Rusiyada yoxsulluq səviyyəsi son 24 il ərzində təxminən dörd dəfə azalıb.
Banco.az xəbər verir ki, bu barədə iqtisad elmləri namizədi, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dövlət maliyyəsi kafedrasının dosenti İqor Balınin bildirib.
O qeyd edib ki, 2000-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 29% olub. 2024-cü ilin birinci rübündə bu göstərici 9,6%, üçüncü rübdə isə artıq 8% təşkil edib.

Banco.az

23 Jan, 10:30


🍏🍉Azərbaycan ötən il meyvə-tərəvəz ixracından 700 mln. dollardan çox gəlir əldə edib

2024-cü ildə Azərbaycandan 707 milyon 795 min ABŞ dolları dəyərində 686 min 254 ton meyvə-tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin apardığı hesablamalara görə, əvvəlki illə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 2.5% və ya 18.1 milyon ABŞ dolları, həcmi isə 5% və ya 35.8 min ton azalıb. 2023-cü ildə Azərbaycan 725 milyon 902 min dollar dəyərində 722 min 78 ton meyvə-tərəvəz ixrac edib.

Banco.az

23 Jan, 07:51


Ən çox istehlak krediti verən banklar hansılardır?

Banco.az

23 Jan, 07:06


🛬AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətinin idarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb.
 AZAL-dan verilən məlumata görə, bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur.

Banco.az

23 Jan, 06:29


“Kontakt”da fürsətlər yağışı – 50%-dək endirimlə al, endirimli qiyməti 24 ayadək böl

💧💧💧

https://banco.az/az/news/kontaktda-fursetler-yagisi-50-dek-endirimle-al-endirimli-qiymeti-24-ayadek-bol

Banco.az

23 Jan, 06:29


🔵Yeni nəsil rəqəmsal hüquqlara dair qanun layihəsi hazırlanacaq

Yeni nəsil rəqəmsal hüquqlara dair qanun layihəsi hazırlanacaq.
Banco.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib
Yaz sessiya müddətində rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı dinləmələr, bu sahədə qanun layihəsinin işlənib hazırlanması nəzərdə tutulur.

Banco.az

23 Jan, 05:46


“Amazon” bu ölkədə 1,9 min işçisini ixtisar edəcək


Amerikanın “Amazon” şirkəti Kanadanın Kvebek əyalətindəki bütün yeddi anbarını bağlamağı, həmçinin daimi və müvəqqəti işçilərinin sayını təxminən 1,9 min nəfər azaltmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü Barbara Aqrayt bildirib.
“Kvebekdəki əməliyyatlarımızın nəticələrinə əsasən, biz 2020-ci ildən əvvəl işlədiyimiz kimi, üçüncü tərəf çatdırılmasına qayıtmaq qərarına gəldik”, - deyə o qeyd edib.
Bildirilib ki, şirkət təsirə məruz qalan işçilərə 14 həftə müddətinə qədər maaş verəcək. 

Banco.az

23 Jan, 05:45


İranda dolların məzənnəsi rekord həddə çatıb

İranda dolların məzənnəsi rekord həddə yüksəlib.
Banco.az xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, son günlər İranın milli valyutası Amerika valyutası qarşısında sürətlə ucuzlaşır.

Qeyd olunur ki, hazırda Tehran birjasında 1 ABŞ dolları 83 035 tümənə bərabərdir.

Banco.az

23 Jan, 05:14


⚡️Rəsmi valyuta məzənnələri -23.01.2025
🌟1 USD - 1.7000 manat
🌟1 EUR - 1.7700 manat
🌟100 RUB - 1.7128 manat
🌟1 TRY - 0.0477 manat

Banco.az

22 Jan, 14:00


Son 6 ayda hansı banklar əmanət faizlərini daha çox artırıb? – Araşdırma

Banco.az

22 Jan, 12:54


📈Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır


Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.

Banco.az

22 Jan, 12:29


“Netflix” abunəçilərinin sayı rekord həddə çatıb

Dünyanın ən populyar rəqəmsal yayım platformalarından olan "Netflix" 2024-cü ilin dördüncü rübündə ödənişli abunəçilərinin sayını əvvəlki üç ayla müqayisədə 18,91 milyon nəfər artırıb.
Banco.az xəbər verir ki, bu, şirkət tarixində rekord rüblük artımdır.
Şirkətin səhmdarlara göndərdiyi məktubda bildirilir ki, dekabrın sonunda “Netflix”in 301,63 milyon abunəçisi olub. İl ərzində onların sayı 41,35 milyon nəfər artıb.
Oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti 1,869 milyard dollar və ya hər səhmə görə 4,27 dollar təşkil edib. Gəlir isə bir il əvvəlki 8,833 milyard dollardan 16% artaraq 10,247 milyard dollara çatıb.

Banco.az

22 Jan, 11:24


🔵Son 6 ayda bankların depozit faizləri necə dəyişib?

Banco.az bankların son 6 ayda və ötən ilin yanvar ayı üzrə manat depoziti faizlərinin dinamikasını hazırlayıb. Bu dövrdə müddətli əmanətləri olan 21 bankdan yalnız 4 bankın faizlərində dəyişiklik olmayıb. Daha ətraflı cədvəldə

Banco.az

22 Jan, 10:19


AMB: "Not emissiyası 7 dəfəyə yaxın azalıb"

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir".
Banco.az xəbər verir ki, bu, Mərkəzi Bankın məlumatında qeyd edilib.
"Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq 2024-cü ildə sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.5 dəfə azalıb. 2024-cü ilin dekabr ayında isə büdcə xərclərinin icrası pul bazasının 1.7% artımına səbəb olmuşdur.

Banco.az

22 Jan, 08:40


Taleh Kazımov kredit faizlərinin artmasına münasibət bildirib

Son 7 il ərzində kreditlərin faiz dərəcələri demək olar, dəyişməyib. Belə ki, həm biznes, həm ipoteka, həm də pərakəndə kreditlərin faiz dərəcələrinin 2024-cü ildə 2018-ci illə müqayisədə dəyişmədiyini müşahidə edirik.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2024-cü ilin son 4-5 ayında faizlər cüzi artıb. Kredit faiz dərəcələrinin artımı bazarda likvidliyin məhdudluğu vəziyyəti ilə əlaqədar idi. Onun da əsas səbəbi dövlət xəzinə qalığının artımı ilə bağlıdır.

Banco.az

22 Jan, 08:00


Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə ölkədə iqtisadi artımın 3,3% səviyyəsində olacağını proqnozlaşdırır. 
Banco.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib. 
Qeyd edək ki, proqnoza görə, qeyri-neft-qaz sektorunda ÜDM artımı isə 5.2% olacaq. 

Banco.az

22 Jan, 07:17


Azərbaycanın ötən il neft ixracından əldə etdiyi gəlirləri açıqlandı

Azərbaycan 2024-cü ildə 14 milyard 437 milyon 355 min ABŞ dolları dəyərində 23 milyon 596 min ton neft ixrac edib. 
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 
Azərbaycanın neft ixracından gəlirləri 2023-ci illə müqayisədə 11,1%, neftin həcmi isə 9,4% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 54,37% təşkil edib.

Banco.az

22 Jan, 06:38


🏦Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb

Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.

Banco.az

22 Jan, 06:05


Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə uçot faiz dərəcəsi ilə bağlı ilk qərarını açıqlayıb.
Banco.az xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Banco.az

18 Jan, 11:22


Kapital Bank-dan Hökumə Əliyevanın atasının dələduzluq halı ilə üzləşməsi haqqında açıqlama

⤵️⤵️⤵️

https://banco.az/az/news/kapital-bank-dan-hokume-eliyevanin-atasinin-deleduzluq-hali-ile-uzlesmesi-haqqinda-aciqlama

Banco.az

18 Jan, 10:11


⚡️Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəliblər və tədarükün qiymətinin razılaşdırılması üzrə danışıqlar yekun mərhələdədir.
Bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib.
“Hazırda danışıqların yekun mərhələsindəyik - qiymətin təsdiqi üzərində işləyirik. Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır”, - o deyib.

Banco.az

18 Jan, 08:10


⚡️Azərbaycanda ötən il 2.6 tondan çox qızıl istehsal edilib


2024-cü il ərzində Azərbaycanda 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.
Dövlət Statistika Komitəsi  xəbər verir ki, ölkədə qızıl istehsalı əvvəlki illə müqayisədə 3.5%, gümüş istehsalı isə 14% azalıb.

Qeyd edək ki, 2025-cü il yanvar ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 56 kq və 334.9 kq təşkil edib.

Banco.az

17 Jan, 12:44


🏡Azərbaycanda mənzillər 10 % bahalaşıb


2024-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9,9 % artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə bahalaşma ilkin mənzil bazarında 11,3 %, təkrar mənzil bazarında isə 9,8 % olub.
Bundan başqa, ötən ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rübə nisbətən 3,3 % yüksəlib. Bu artım ilkin mənzil bazarında 2,8 %, təkrar mənzil bazarında isə 3,3 % təşkil edib.

Banco.az

17 Jan, 11:14


💸Ötən il Azərbaycan iqtisadiyyatına 21.4 mlrd. manat investisiya yönəldilib

2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat məbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Qeyd edilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3 faiz artıb. İstifadə olunmuş investisiyanın 10641,3 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 8221,1 milyon manatı (38,4 faizi) xidmət sahələrinə, 2572,7 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Banco.az

17 Jan, 10:50


Dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlanıb - TOP-10

✈️✈️✈️✈️

https://banco.az/az/news/dunyanin-en-yaxsi-aviasirketlerinin-reytinqi-aciqlanib-top-10

Banco.az

17 Jan, 09:36


🌟Bitkoin 101 min dolları keçdi

Bitkoinin qiyməti 24 saat ərzində 0,22% azalaraq 101 min dolları keçib.
Banco.az xəbər verir ki, bunu “Bitget” kriptovalyuta birjasının məlumatları sübut edir.
Xatırladaq ki, 13 yanvar 2025-ci il tarixli ticarət zamanı bitkoin 18 noyabr 2024-cü ildən bəri ilk dəfə 90 min dollardan aşağı düşmüşdü

Banco.az

17 Jan, 08:11


Bankların depozit portfelinə görə renkinqi (IV rüb, 2024)

Banco.az

17 Jan, 07:07


Kredit portfelinə görə bankların renkinqi (IV rüb, 2024

Banco.az

17 Jan, 05:58


BP işçi qüvvəsini 5% azaldacaq

Britaniyanın BP şirkəti işçi qüvvəsini 5% və ya təxminən 4,7 min nəfər azaltmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə CNBC şirkətə istinadən məlumat yayıb.
Bildirilir ki, BP həmçinin 3 minə yaxın podratçının xidmətlərindən imtina edəcək.
Nəşrin məlumatına görə, ötən ilin sonunda BP-nin rəhbəri Murrey Aukinklos 2026-cı ilin sonuna qədər xərclərin ən azı 2 milyard dollar azaldılması üçün tədbirlər elan etmişdi və dünən elan edilən ixtisarlar bu tədbirlərin bir hissəsidir.

Banco.az

17 Jan, 05:58


Çin 1960-cı illərdən bəri ən uzun deflyasiyanı yaşayır

2025-ci ilin əvvəlində Çin, Mao Tszedunun ölkəni uzunmüddətli tənəzzülə apardığı 1960-cı illərdən bəri ən uzun deflyasiya dövrü ilə üzləşib.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin sorğusuna qatılan iqtisadçıların əksəriyyəti hesab edir ki, ötən ilin nəticələrinə görə, ölkədə yenidən qiymətlərdə eniş qeydə alınacaq. “JPMorgan” və “Citigroup” isə bu il deflyasiyanın davam edəcəyinə və onun 0,2 faiz təşkil edəcəyinə əmindir.

Banco.az

17 Jan, 05:58


“iPhone 16E”nin görüntüsü yayımlandı

Nüfuzlu insayder Sonni Dikson “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində “iPhone 16E” (SE) büdcəli smartfonunun maketlərinin fotolarını dərc edib.
Banco.az xəbər verir ki, bu barədə “9to5Mac” portalı məlumat yayıb.
Şəkillərdən göründüyü kimi, smartfon iki rəngdə olacaq: qara və ağ. Bundan əlavə, “iPhone 16E”, “iPhone SE” (2022) ilə müqayisədə daha böyük kamera qabarcığı olan tək kameraya sahib olacaq. Məlumata görə, bu kameranın təsvir ölçüsü 48 meqapiksel təşkil edəcək.

Banco.az

17 Jan, 05:19


🔵Rəsmi valyuta məzənnələri -17.01.2025
🔴1 USD - 1.7000 manat
🔵1 EUR - 1.7500 manat
🔴100 RUB - 1.6396 manat
🔵1 TRY - 0.0478 manat

Banco.az

16 Jan, 14:02


“Meta” 2025-ci ildə işçilərinin 5%-ni ixtisar edəcək


“Meta” bu il  işçi qüvvəsinin 5%-nin ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək.
Banco.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
“Meta” şirkətinin baş direktoru Mark Zukerberqin bildirdiyinə görə, qərar süni intellekt texnologiyaları və ağıllı eynəklərin inkişafına yönəlmiş bir vaxta təsadüf edir. Zukerberqin sözlərinə görə, ixtisarlar ilk növbədə bəzi aşağı performanslı işçilərə təsir edəcək. Bildirilir ki, 30 sentyabr tarixində “Meta”nın işçi sayı təxminən 72,400 nəfər olub.

Banco.az

16 Jan, 11:59


Kanada ABŞ mallarına 105 milyard dollarlıq rüsumun tətbiqinə hazırlaşır


Kanada, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25% rüsumun tətbiqi hədəsinə əməl edəcəyi təqdirdə, rüsum tətbiq edəcəyi 105 milyard dollar dəyərində ABŞ mallarının siyahısını hazırlayıb.
Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, Ottava ilk olaraq bu addımı atmayacaq və tarifləri yalnız Tramp administrasiyasının hərəkətlərinə cavab olaraq tətbiq edəcək.  Agentlik qeyd edir ki, Kanada tərəfindən tərtib edilən malların siyahısı ilkin xarakter daşıyır və gələcəkdə əlavə oluna bilər.

Banco.az

16 Jan, 10:15


🛜Azərbaycanda ötən ay mobil internetin sürəti artıb

2024-cü ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə 110 ölkə arasında 56,78 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb. Azərbaycan noyabr (56,19 MB/S) ayı ilə müqayisədə mövqeyində 1 pillə irəliləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb. Burada da Azərbaycan 1 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 65,59 MB/S olub

Banco.az

16 Jan, 08:17


Azərbaycanda orta aylıq əmək haqqı 8 % artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Banco.az

16 Jan, 08:10


📈2024-cü ildə Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib

2024-cü ildə Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. Qeyd edilib ki, 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb.

Banco.az

16 Jan, 08:05


Bir dövrün sonu: “Nokia” smartfon bazarını tərk edir

“HMD Global” korpirasiyası “Nokia” brendi altında smartfon istehsalını və satışını dayandırıb.
Banco.az xəbər verir ki, bu addım 2017-ci ildən brend adı altında telefon istehsal etmək hüququna malik olan “HMD Global” şirkətinin saytından bütün “Nokia” smartfon və planşetlərinin silinməsi ilə təsdiqlənib.

Banco.az

16 Jan, 06:37


🏦”Bank of Baku" 2024-cü ildə 26 milyon manat xalis mənfəət əldə edib

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 934 milyon 273 min manat olub ki, bu da illik müqayisədə 63 milyon 384 min manat və ya 7,3% çoxdur. 

Banco.az

07 Jan, 12:42


Azərbaycanda əhaliyə 50%-lik ƏDV-nin geri qaytarılmasına başlanılır

Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizi qaytarılacaq.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.

Banco.az

07 Jan, 12:26


Azərbaycanda yeni rüsumlar müəyyənləşdi

https://banco.az/az/news/azerbaycanda-yeni-rusumlar-mueyyenlesdi

Banco.az

07 Jan, 11:31


“Azərbaycanda əməkhaqqı artımından 700 mindən artıq vətəndaş yararlanacaq”

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının da artırılması nəzərdə tutulub.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.
Onun sözlərinə görə, ümumilikdə bu islahatdan 700 mindən artıq vətəndaş yararlanacaq

Banco.az

07 Jan, 10:53


“Bakı Metropoliteni”ndən gediş haqlarının artırılması ilə bağlı açıqlama

"Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı açıqlamada bildirilib.

"Metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb" - deyə QSC vurğulayıb.
Qeyd edək ki, bu gün mediada metroda gedişhaqqının 55 qəpik olacağı ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, sonuncu dəfə ötən il iyunun 30-da ictimai nəqliyyatda, o cümlədən metroda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər 40 qəpikdən 50 qəpiyə qaldırılıb.

Banco.az

07 Jan, 09:29


Mərkəzi Bankda 2025-ci ilin ilk valyuta hərracı keçirilib

🏦AMB-dən verilən məlumata görə hərracda tələb 73.5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, ötən il AMB-də keçirilən 95 valyuta hərracında 7 milyard 169,07 milyon ABŞ dolları satılıb.

Banco.az

07 Jan, 08:53


Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

1 yanvar 2025-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959.5 milyon ABŞ dolları təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 654 milyon ABŞ dolları və ya 5,6% azalıb.
Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu göstərici 11 milyard 613 milyon dollara bərabər olub. 

Banco.az

07 Jan, 08:16


Ötən il dövlət qurumlarının 4000-ə yaxın əməkdaşı hakerlərin hücumuna məruz qalıb

Ötən il Azərbaycanda bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyib və nəticədə 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.

Banco.az

07 Jan, 07:24


🚘Avtomobillərin icbari sığortası üzrə yığımlar 150 mln. manatı ötüb

Azərbaycanda ötən ilin yanvar-noyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 154 mln. 172 min manat olub. 
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 379 min manat və ya 4.3% artıb. 
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 32.1% və ya 28 milyon 745 min manat artaraq 118 mln. 382 min manata yüksəlib. 

Banco.az

07 Jan, 06:04


Dünyanın ən bahalı şəhərlərinin son reytinqi açıqlanıb

🌎🌎🌎

https://banco.az/az/news/dunyanin-en-bahali-seherlerinin-son-reytinqi-aciqlanib

Banco.az

07 Jan, 05:13


🏵️Bitkoinin qiyməti dekabrın 19-dan bəri ilk dəfə 100 min dolları keçib

Bakı vaxtı ilə saat 18:52-yə olan məlumata görə, bitkoinin dəyəri 100,493 min dollar (+2,67%) təşkil edib.
Saat 18:54-də kriptovalyutanın qiyməti artımını əhəmiyyətli dərəcədə sürətləndirib və 101,160 min dollar (+3,39%) səviyyəsində ticarət edilib.

Banco.az

07 Jan, 05:06


🔵Rəsmi valyuta məzənnələri -07.01.2025
🟢1 USD - 1.7000 manat
🔴1 EUR - 1.7666 manat
🟣100 RUB - 1.5962 manat
🟢1 TRY - 0.0481 manat

Banco.az

06 Jan, 17:46


❗️Yanvarda daha 8 gün iş OLMAYACAQ

Yanvar ayında daha 8 gün qeyri-iş günü olacaq.
Banco.az xəbər verir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü də qeyri-iş günü hesab olunur.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyası yanvarın 29-da bələdiyyə seçkilərinin keçiriləcəyini elan edib. Qanunvericiliyə əsasən, seçki günləri qeyri-iş günü hesab edilir.
Yanvar ayının 11,12, 18, 19, 25, 26-sı şənbə-bazar günləri olduğunu da nəzərə alsaq, ümumilikdə daha 8 gün qeyri-iş günü olacaq.

Xatırladaq ki, Yeni illə əlaqədar 1-5 yanvar tarixləri də qeyri-iş günü olmuşdu.  

Banco.az

06 Jan, 13:50


🔵Bankların 18 aylıq manat əmanəti faizləri – Yanvar 2025

Banco.az

06 Jan, 12:42


🔸Ötən ay Azərbaycanda "Android"in bazar payı cüzi azalıb

🟦Əməliyyat sistemlərinin dekabr ayında Azərbaycan üzrə bazar payı məlum olub.
Banco.az xəbər verir ki, ölkəmizdə ötən ay ən çox istifadə edilən əməliyyat sistemi “Android” olub.
Noyabrda bu əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı 60,96%-ə (noyabrda 61,57%) bərabər olub. İkinci ən çox bazar payı olan əməliyyat sistemi “Windows” (20,77%), üçüncü sırada isə iOS-dur (13,16%). 
Qeyd edək ki, ötən ay “Android” yalnız Azərbaycanda deyil, qlobal miqyasda da ən çox bazar payı olan əməliyyat sistemi olub (47,21%)

Banco.az

06 Jan, 11:52


💎Dekabrda ölkədə ən çox istifadə edilən sosial şəbəkələr məlum olub

2024-ci ilin dekabr ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 47,09 faiz payla "Instagram" olub. 
Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib. 
İkinci yerdə 16,91 faiz göstərici ilə "Pinterest", üçüncü yerdə isə 16,03 faiz göstərici ilə "Facebook" qərarlaşıb.
"Youtube" istifadəçilərinin fəallığı ötən ay 9,97 faizə bərabər olub.
"X"ın payı 6,6 faiz, "Reddit" 1,6 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı isə 1,05 faiz təşkil edib.

Banco.az

06 Jan, 10:34


Dollar əmanəti ən sərfəli olan banklar – Yanvar 2025

Banco.az

06 Jan, 09:29


Manat əmanəti hansı banklarda daha sərfəlidir? – Yanvar 2025

Banco.az

06 Jan, 08:34


Ötən il Qarabağ və Şərqi Zəngəzurda 550 milyon kVt/saat “yaşıl enerji” istehsal edilib

2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” ASC tərəfindən 550 milyon kVt/saat-dək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub.
Bu barədə “AzərEnerji”nin məlumatında bildirilib.
Məlumata görə, həmin 550 milyon kVt/saat enerjinin üçdə biri, yəni 200 milyon kVt/saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublika enerjisisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Banco.az

06 Jan, 06:59


Tramp seçkidən sonra 200 milyon dollardan çox ianə toplayıb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezidentlik yarışında qalib gəldikdən sonra kampaniya donorlarından 200 milyon dollardan çox ianə toplayıb.
Banco.az xəbər verir ki, bu barədə “The New York Times“ mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, toplanan vəsait Trampın andiçmə mərasiminin təşkili və keçirilməsi, siyasi tədbirlərin maliyyələşdirilməsi və potensial olaraq prezident kitabxanasının yaradılması üçün istifadə olunacaq.

Banco.az

06 Jan, 06:18


🔺Azərbaycanda ödəniş kartlarının sayı 17%-dən çox artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 301 min ədəd artaraq 19 milyon 463 min ədəd təşkil edib.
Banco.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, illik müqayisədə ödəniş kartlarının sayı 17.5% artıb. 2023-cü ilin eyni dövründə bu göstərici 16 milyon 565 min ədədə bərabər idi. Ödəniş kartlarında artım debet kartları üzrə 19.7%, kredit kartları üzrə 3.2% təşkil edib.

Banco.az

30 Dec, 07:19


Hansı mağazalarda iPhone 16-nın (128/512 GB) qiyməti daha sərfəlidir?

⤵️⤵️⤵️

https://banco.az/az/news/hansi-magazalarda-iphone-16-nin-128512-gb-qiymeti-daha-serfelidir

Banco.az

29 Dec, 11:16


Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 4 dəfə azalıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 93.9 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 285.4 milyon dollar və ya 4 dəfə azdır. 
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 
Bildirilib ki, 2023-ci ilin eyni dövründə elektrik enerjisi ixracının ümumi dəyəri 379.3 milyon dollara bərabər olub.

Banco.az

29 Dec, 10:14


Avropada yüz minlərlə avtomobil sahibinin məlumatları “Volkswagen” səhvinə görə internetə sızıb

Avropada və dünyanın digər ölkələrində təxminən 800 min elektrikli avtomobil sahibinin məlumatları “Volkswagen”in törəmə şirkəti olan  “Cariad” proqram təminatı istehsalçısının səhvi ucbatından internetə sızıb. 
Banco.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

Banco.az

29 Dec, 08:07


Azərbaycanın kərə yağı ixracından qazancı 13 dəfə artıb
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 69.7 mln. ABŞ dolları dəyərində kərə yağı ixrac edib. 
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 
Bildirilib ki, bu, illik müqayisədə 64.3 milyon dollar və ya 12.9 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə kərə yağı ixracının ümumi dəyəri 5.4 milyon dollara bərabər olub. 

Banco.az

29 Dec, 07:22


Sabahdan yeddigünlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq.
Ölkədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.
Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq yeddi gün - 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günüdür.
Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-na təsadüf edəcək.

Banco.az

29 Dec, 06:55


Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 26% artıb

2024-cü ilin yanvar-noyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 498 milyon manatlıq əməliyyat aparıblar.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayına istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 507 milyon manat və ya 25.5% çoxdur. Təkcə noyabr ayında bu göstərici 259.1 milyon manat olub. 

Banco.az

29 Dec, 05:08


🌎Rəsmi valyuta məzənnələri -29.12.2024
🪐1 USD - 1.7000 manat
🪐1 EUR - 1.7724 manat
🪐100 RUB - 1.6318 manat
🪐1 TRY - 0.0485 manat

Banco.az

28 Dec, 12:51


❗️❗️Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib

Banco.az

28 Dec, 12:28


Azərbaycanın indiyə qədər Ukraynaya ayırdığı yardımın məbləği açıqlanıb

Cari ildə Ukraynaya humanitar yardım göstərilməsi davam etdirilib, indiyə qədər verilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların ümumi məbləği 70 milyon manata (təxminən 40 milyon ABŞ dollarından artıq) çatıb.

Banco.az

28 Dec, 11:56


Bayram günlərində işləyən banklar

30 dekabr 2024 – 5 yanvar 2025–ci tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 13 bankın 97 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki:
• Banklar
• “Azərpoçt” MMC
• Valyuta mübadilə məntəqələri

Banco.az

28 Dec, 11:29


🚇🚊Bakı metropolitenində bazar günü üçün qatarların iş qrafiki açıqlanıb

Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək.
Banco.az barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Beləliklə, bazar günü gur saatlarda, yəni səhər 07:00-dan 10:00-dək, axşam isə saat 17:30-dan 19:30-dək “28 May-Əhmədli” xətlərində interval 2 dəqiqə, “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” xəttlərində 4 dəqiqə təşkil edəcək. Bu iki xətt “28 May” stansiyasında birləşir.

Banco.az

28 Dec, 11:08


AYNA: Sabah qeyri-iş günü olmasa da, parklanma xidməti ödənişsiz olacaq


https://banco.az/az/news/ayna-sabah-qeyri-is-gunu-olmasa-da-parklanma-xidmeti-odenissiz-olacaq

Banco.az

28 Dec, 08:53


Donald Tramp məhkəmədən “TikTok” qadağasını təxirə salmağı xahiş edib

ABŞ-nin növbəti prezidenti Donald Tramp Çinin “TikTok” sosial şəbəkəsinə qoyulan qadağanın təxirə salınması üçün ölkənin Ali Məhkəməsinə müraciət edib.
Banco.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Müraciətdə siyasətçi yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra ABŞ hakimiyyəti ilə sosial şəbəkə arasında münaqişənin həllində vasitəçi olmasına icazə verilməsini xahiş edir: o, “on milyonlarla” amerikalının hüquqlarına hörmət etmək və milli təhlükəsizlik problemini həll etmək üçün “TikTok”un ölkədə qadağan olunmasının qarşısını almaq niyyətindədir.

Banco.az

28 Dec, 08:36


Ölkədə notbuk istehsalı 3 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 254,6 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 7,1%, elektrik avadanlıqlarının istehsalı isə 29,6% artıb. 
2024-cü ilin 11 ayında 1 715 ədəd notbuk (3 dəfə çox), 2 139 ədəd stolüstü kompüter, 454,6 min ədəd ölçmə cihazları, 962 ədəd güc transformatorları, 793 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Banco.az

28 Dec, 07:27


Bu il Azərbaycanda bank işçilərinin sayı 7% artıb

Bu ilin 1 dekabr tarixinə ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 483 (illik müqayisədə 9 vahid çox), şöbələrinin sayı 88 (2 vahid çox), ATM-lərin sayı 3 200 (illik müqayisədə 158 vahid çox) olub.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 153 nəfər artaraq 25,219 (ilin əvvəlindən 7% və ya 1,650 əməkdaş) nəfər təşkil edib.

Banco.az

28 Dec, 06:40


2024-cü ilin ən uğurlu valyutası müəyyənləşib

💸💸💸💸

https://banco.az/az/news/2024-cu-ilin-en-ugurlu-valyutasi-mueyyenlesib

Banco.az

28 Dec, 06:35


🏦Azərbaycan Mərkəzi Bankı növbəti il üçün faiz qərarların qrafikini dərc edib

2025-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:
• 22 yanvar
• 12 mart
• 23 aprel
• 11 iyun
• 23 iyul
• 10 sentyabr
• 22 oktyabr
• 10 dekabr

Banco.az

28 Dec, 05:33


🏦Mərkəzi Bank: 2025-ci ildə də tədiyə balansının cari əməliyyatlar hesabı profisitli olacaq

https://banco.az/az/news/merkezi-bank-2025-ci-ilde-de-tediye-balansinin-cari-emeliyyatlar-hesabi-profisitli-olacaq

Banco.az

28 Dec, 05:32


🏦 Mərkəzi Bank 2025-ci il üçün pul siyasətinin məqsəd və çərçivəsini açıqlayıb

https://banco.az/az/news/merkezi-bank-2025-ci-il-ucun-pul-siyasetinin-meqsed-ve-cercivesini-aciqlayib

Banco.az

09 Dec, 12:49


Yeni nəsil kassa aparatları ilə dövriyyə 20 mlrd. manata yaxınlaşıb

2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 19 mlrd. 808,3 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Qeyd edilib ki, cari ilin 1 dekabr tarixinə qədər ölkə ərazisində 103.419 ədəd yeni nəsil NKA quraşdırılıb.

Banco.az

09 Dec, 12:17


Qlobal çip satışları 22% artıb

Qlobal çip satışları oktyabrda illik müqayisədə 22,1% artaraq 56,9 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) məlumat yayıb.
Məlumata görə, sentyabr ayı ilə müqayisədə satışlar 2,8% artıb.
“Qlobal yarımkeçiricilər bazarı 2024-cü ili yüksək notda başa vurur, aylıq satışlar ardıcıl yeddinci aydır ki, yüksəlir. Ümumi satışların bu il təxminən 20% artacağı gözlənilir.”, - deyə SİA prezidenti və baş icraçı direktoru Con Nyufer bildirib.

Banco.az

09 Dec, 10:43


Azərbaycan 10 ayda xaricdən 58 milyon dollarlıq düyü alıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 58 milyon 140 min dollar dəyərində 55 min 961 ton düyü idxal edilib.
Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.
Düyü idxalı 2023-cü ilin 10 ayı ilə müqayisədə dəyər baxımından 15 milyon 38 min və ya 34,9%, miqdar ifadəsində isə 17,4% artıb. 
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 43 milyon 102 min dollar dəyərində 47 min 674 ton düyü idxal edilib.

Banco.az

09 Dec, 08:49


Sığorta şirkətinə məxsus avtomobillər satışa çıxarılır

⤵️⤵️⤵️
https://banco.az/az/news/sigorta-sirketine-mexsus-avtomobiller-satisa-cixarilir-0

Banco.az

09 Dec, 07:19


Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı 30%-dən çox artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan hava nəqliyyatı ilə 3 milyon 105 min 610 nəfər səfər edib.
Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 724 min 155 nəfər və ya 30,4% çoxdur.
Hesabat ayları ərzində Azərbaycandan ən çox sərnişin Rusiyaya gedib – 848 min 184 nəfər. Bu ötən ilin eyni dövrünə nisbətdə 1 il əvvələ nisbətən 25,4% artım deməkdir.

Banco.az

09 Dec, 06:55


✈️✈️Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 3 milyon 230 min 224 nəfər səfər edib.
Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 800 min 965 nəfər və ya 33% çoxdur.
Hesabat ayları ərzində Azərbaycana ən çox sərnişin Rusiyadan gəlib – 890 min 855 nəfər. Bu ötən ilin eyni dövrünə nisbətdə 1 il əvvələ nisbətən 28,5% artım deməkdir.

Banco.az

09 Dec, 05:51


“Fitch" Gürcüstanın reytinq proqnozunu “mənfi”yə dəyişib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi, Gürcüstanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi üzrə proqnozunu “stabil”dən “mənfi”yə dəyişərək, reytinqi “BB” səviyyəsində təsdiqləyib.

Banco.az

09 Dec, 05:51


Polşa müdafiə xərclərini artıracaq

Polşanın müdafiə büdcəsi 2025-ci ildə 46 milyard dollar təşkil edəcək və ölkə ÜDM-nin 4,7%-nə çatacaq.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  
“2025-ci ilin büdcəsində milli müdafiə üçün rekord məbləğ - 124,3 milyard zloti (30,6 milyard dollar) nəzərdə tutulub. Silahlı Qüvvələrə Dəstək Fondunun xərcləri ilə birlikdə gələn il milli müdafiəyə ayrılan xərclər 186,6 milyard zlotiyə (ümumi ekvivalentdə 46 milyard dollar) çatacaq”, - məlumatda deyilir.  

Banco.az

09 Dec, 05:07


Rəsmi valyuta məzənnələri -09.12.2024
1 USD - 1.7000 manat
1 EUR - 1.7909 manat
100 RUB - 1.6953 manat
1 TRY - 0.0488 manat

Banco.az

08 Dec, 08:16


“Bitkoinin 200 min dollar qədər yüksəlməsi mümkündür” – Açıqlama

⤵️⤵️⤵️

https://banco.az/az/news/bitkoinin-200-min-dollar-qeder-yukselmesi-mumkundur-aciqlama

Banco.az

07 Dec, 14:53


İnvestisiya aləti kimi qızıl yoxsa kriptovalyuta etibarlıdır? – Ekspertdən açıqlama

⤵️⤵️⤵️

https://banco.az/az/news/investisiya-aleti-kimi-qizil-yoxsa-kriptovalyuta-etibarlidir-ekspertden-aciqlama

Banco.az

07 Dec, 12:03


Nəhəng investisiya şirkəti: Bitkoin qızılı əvəz edə bilər

Tədqiqat və broker şirkəti "Bernstein Research" Bitkoinin yaxın 10 ildə qızılı əvəz edəcəyini və aparıcı “dəyər anbarı” alətinə çevriləcəyini proqnozlaşdırır.

Tədqiqat və broker şirkəti Bitkoinin 2025-ci ilə qədər 200 min dollara, 2029-cu ilə qədər 500.000 dollara, 2033-cü ilə qədər isə 1 milyon dollara çatacağını proqnozlaşdırır. Bu proqnoz dövri tələb-təklif dinamikasına əsaslanır.

Banco.az

07 Dec, 08:11


Dünyada kərə yağının qiyməti rekord həddə çatıb

Dünya bazarında kərə yağının qiyməti 14-cü aydır ki, bahalaşır. Daxili və qlobal bazarlarda güclü tələbat və məhdud ehtiyatlar kərə yağının bahalaşmasına səbəb olur. 
Banco.az xəbər verir k, FAO-nun aylıq icmalına əsasən, noyabrda dünya ərzaq qiymətləri oktyabr ayı ilə müqayisədə 0,5% artıb, onların indeksi 127,5 bənd təşkil edərək 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb.

Banco.az

06 Dec, 12:59


🏠Bu gün MİDA-nın ilk mənzili 23 saniyədə satılıb

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində yerləşən ümumilikdə 544 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az ) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 06.12.2024-cü il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə başa çatıb.
MİDA-dan  verilən məlumata görə, ilk mənzil seçimi 23-cü saniyədə baş tutub. Bu saata olan məlumata görə seçilmiş 544 mənzilin 522-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Banco.az

06 Dec, 11:16


2025-ci ilin əsas rəngi açıqlandı

Pantone Rəng İnstitutu qəhvəyinin “Mocha Mousse” (şokoladlı mus) tonunu 2025-ci ilin əsas rəngi elan edib.
Banco.az xəbər verir ki, müvafiq material institutun saytında dərc olunub.
"Mocha Mousse" rəngi yüngüllük hissi bəxş edir və şokoladlı qəhvəyi çalarları ilə şüşə qabda köpürülmüş deserti xatırladır

Banco.az

06 Dec, 10:51


🔻🔻Azərbaycanın Almaniyaya neft ixracı 6%-dən çox azalıb

Almaniya bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 560 milyon dollar dəyərində neft idxal edib.  Bu, illik müqayisədə 6,1% azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi 875 min 565 ton olub. Bu isə illik müqayisədə 6,2% azdır. 
Qeyd edək ki, bu il İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub

Banco.az

06 Dec, 09:36


🚗🚗Azərbaycanda utilizasiyaya qəbul olunmuş avtomobillərin sayı açıqlanıb

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılmış bu ilin noyabr ayından bu günə qədər 11 avtomobil utilizasiyaya qəbul edilib və buna görə 11 550 manat ödəniş edilib.
Bunu  açıqlamasında "Təmiz Şəhər"ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib.
Onun sözlərinə görə, ümumilikdə isə indiyə qədər 40-yaxın avtomobil utilizasiyaya təqdim edilib.

Banco.az

06 Dec, 08:19


Ölkə banklarının 481 filialı, 88 şöbəsi var

Bu ilin 1 noyabr tarixinə ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 481 (illik müqayisədə 10 vahid çox), şöbələrinin sayı 88 (2 vahid çox), ATM-lərin sayı 3 180 (illik müqayisədə 162 vahid çox) olub.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1.5% və ya 370 nəfər artaraq 25,066 nəfər təşkil edib.

Banco.az

06 Dec, 07:31


LG mobil telefon bazarını tərk etdi

Bir vaxtlar smartfon bazarının liderlərindən olan “LG Electronics”, tarixi bir qərar qəbul edərək  mobil telefon bazarından tamamilə çəkildiyini elan edib.
Banco.az xəbər verir ki, Cənubi Koreyanın qlobal nəhəngi bütün patent hüquqlarını sənayenin ən əhəmiyyətli rəqiblərindən biri olan Çin texnologiya şirkəti “Vivo”ya satıb.
2021-ci ildən smartfon istehsalını dayandıran LG, bu qərarla bazardan çıxışını tamamlayıb.

Banco.az

06 Dec, 06:19


🌙Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,59% artaraq 2 664,1 ABŞ dollarına bərabər olub.
Banco.az xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 1,15% artaraq 31,9 ABŞ dollarına bərabər olub.

Banco.az

04 Dec, 11:51


Dollar əmanəti ən sərfəli olan banklar – Dekabr 2024

Banco.az

04 Dec, 11:36


Bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq

⤵️⤵️⤵️

https://banco.az/az/news/bu-tarixde-ucuz-avtomobiller-satisa-cixarilacaq-9

Banco.az

04 Dec, 09:47


🔵Bakının 5 ulduzlu otellərində qiymətlər – Siyahı


Banco.az Bakının 5 ulduzlu otellərində 2 nəfərlik otaqların qiymətini araşdırıb.
Araşdırmamıza görə, 5 ulduzlu otellərdə 2 nəfər üçün (1 gecəlik) minimal qiymət 180 manatdan başlayır. Buna yalnız otağın qiyməti daxildir. Səhər yeməyi üçün əlavə ödəniş edilməlidir. Qiymətlər dekabrın əvvəli üçün keçərlidir.

Banco.az

04 Dec, 09:38


Azərbaycandan Avropaya qaz ixracının artırılması üçün 18 mlrd. dollardan çox sərmayə tələb oluna bilər

Hesabatda bildirilir ki, Azərbaycanın 2022-ci ildə razılaşdırıldığı kimi, 2027-ci ilə qədər Aİ-yə təbii qaz ixracını (“Şahdəniz” qaz-kondensan yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində - red.) iki dəfə artıra biləcəyi bəlli deyil.
“Hədəflənmiş 20 mlrd. kubmetr illik ixrac həcminə çatmaq üçün Azərbaycanın boru kəməri infrastrukturu genişləndirilməlidir - mövcud boru kəmərləri şəbəkəsinin lazımi həcmdə genişləndirilməsi 18,5 mlrd. ABŞ dollarına başa gələcək”, - hesabatda qeyd olunur.

Banco.az

04 Dec, 08:04


Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454.6 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 440.9 milyon manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankın məlumatına görə, ötən ilin yanvar-oktyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 30% və ya 621.8 milyon manat, banklardan xaricə köçürmələr isə 14.7% və ya 76 milyon manat azalıb.

Banco.az

04 Dec, 06:59


Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr məlum olub

2024-ci ilin noyabr ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 38,37 faiz payla "Instagram" olub. 
Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib. 
İkinci yerdə 18,56 faiz göstərici ilə "Facebook", üçüncü yerdə isə 16,24 faiz göstərici ilə "Pinterest" qərarlaşıb.
"Youtube" istifadəçilərinin fəallığı ötən ay 13,67 faizə bərabər olub.
"X"ın payı 7,95 faiz, "Reddit" 2,19 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı isə 2,18 faiz təşkil edib.

Banco.az

04 Dec, 06:55


“WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq

Məlumata görə, tərtibatçılar "iOS" əməliyyat sisteminin köhnəlmiş versiyaları üçün dəstəyi dayandıracaqlar. Mesenceri "iPhone 5S", "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarında işə salmaq mümkün olmayacaq.

Banco.az

04 Dec, 06:05


🛑Cənubi Koreya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb

Cənubi Koreya şirkətlərinin səhmləri ölkə prezidenti Yun Sok Yolun hərbi vəziyyət elan etməsindən sonra kəskin ucuzlaşıb.
Banco.az xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.
Məlumata görə, ABŞ-də qeydiyyatdan keçmiş və 100-ə yaxın iri və orta ölçülü Cənubi Koreya şirkətinin daxil olduğu “iShares MSCI South Korea ETF” səhmləri 6% ucuzlaşıb.

Banco.az

04 Dec, 05:22


🌟Rəsmi valyuta məzənnələri -04.12.2024
💫1 USD - 1.7000 manat
💫1 EUR - 1.7868 manat
💫100 RUB - 1.6190 manat
💫1 TRY - 0.0489 manat

Banco.az

03 Dec, 14:45


ABŞ Ukraynaya 725 milyon dollar dəyərində silah göndərəcək

Amerika administrasiyası Ukraynaya piyada əleyhinə minalar da daxil olmaqla 725 milyon dollar dəyərində daha bir silah paketi göndərməyə hazırlaşır.
Banco.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Məlumata görə, hərbi yardım paketinə pilotsuz uçuş aparatlarına qarşı sistemlər və HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları da daxil olacaq.

Banco.az

03 Dec, 12:56


Azərbaycanın bu iqtisadi rayonlarında pensiyaçıların sayı daha çoxdur

⤵️⤵️⤵️

https://banco.az/az/news/azerbaycanin-bu-iqtisadi-rayonlarinda-pensiyacilarin-sayi-daha-coxdur

Banco.az

03 Dec, 11:41


Fiziki şəxslərin əmanətlərinin böyük qismi müddətli əmanətlərdir
⤵️⤵️⤵️

https://banco.az/az/news/fiziki-sexslerin-emanetlerinin-boyuk-qismi-muddetli-emanetlerdir

Banco.az

03 Dec, 11:25


Türkiyədə illik inflyasiya 47,09%-ə enib

Hesabata görə, artım sürəti oktyabrda 48,58%-dən yavaşlayıb və 2023-cü ilin iyun ayından bəri ən aşağı göstərici olub. İnflyasiya ardıcıl olaraq altıncı ay zəifləyib.
Ötən ay ölkədə istehsalçı qiymətləri 2021-ci ilin fevral ayından bu yana ən aşağı artımla illik ifadədə 29,47%, 2023-cü ilin may ayından isə ən aşağı göstərici ilə aylıq ifadədə 0,66% artıb. Oktyabrda qiymətlər müvafiq olaraq 32,24% və 1,29% artıb.

Banco.az

03 Dec, 10:15


🌍🌏Dünyanın ən populyar internet brauzerləri açıqlanıb

Google Chrom” brauzeri dünya bazarının təxminən 70%-ni tutur.
Banco.az xəbər verir ki, “Statcounter” analitikləri brauzerlərin istifadəsi ilə bağlı noyabr məlumatlarını dərc ediblər.
Statistikaya görə, “Google Chrome” öz payını rekord həddə - 66,31%-ə çatdıraraq liderliyini davam etdirir. Bu, oktyabr ayı ilə müqayisədə 1,09%, keçən illə müqayisədə isə 4,25% çoxdur.
İkinci yerdə payı 0,69% azalaraq 12,87% olan “Microsoft Edge” qərarlaşıb. İllik 11,23% artıma baxmayaraq, “Edge” “Chrome” ilə rəqabət aparmaqda çətinlik çəkir.
Üçüncü yeri 9,13% payla “Safari” tutur, onun payı 0,07% artıb. “Firefox” 6,45% (+0,06%) ilə dördüncü yerini qoruyub, ilk beşliyi isə 2,81% (-0,39%) ilə “Opera” qapayır.

Banco.az

03 Dec, 08:57


Milli ödəniş sistemləri ilə əməliyyatların həcmi 606 mlrd. manata çatıb

Həyata keçirilən islahatlar nəticəsində son 3 il ərzində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3.6 dəfə artaraq cari ilin ilk 10 ayında 606 mlrd. manat təşkil edib.
Bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Banco.az

03 Dec, 07:36


Ötən ay Azərbaycanda "Android"in bazar payı artıb

Noyabrda bu əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı 61,57%-ə (oktyabrda 60,06%) bərabər olub. İkinci ən çox bazar payı olan əməliyyat sistemi “Windows” (21,08%), üçüncü sırada isə iOS-dur (12,3%). 
Qeyd edək ki, ötən ay “Android” yalnız Azərbaycanda deyil, qlobal miqyasda da ən çox bazar payı olan əməliyyat sistemi olub (46,06%). 

Banco.az

03 Dec, 07:05


Çin ABŞ sanksiyalarına görə Rusiya banklarından ödənişləri qəbul etməyi dayandırır

Çin Vaşinqtonun yeni sanksiyalarına məruz qalan Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Birinci Qrup” ASC-nin baş direktoru Aleksey Poroşin məlumat verib.
Xüsusilə, "Bank of China" artıq Rusiya kredit təşkilatlarından ödənişləri qəbul etməkdən imtina edib. Bundan əlavə, “Bank of Kunlun”, sanksiyalar altında Rusiya banklarından ödənişlərin qəbulunun dayandırılması ilə bağlı bildirişlər göndərməyə başlayıb.

Banco.az

03 Dec, 06:32


🔵AMB rəsmisi: "Bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır"

Azərbaycanda bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır, digər banklar da yaxın vaxtlarda buna nail olacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Banco.az

03 Dec, 06:32


🏦AMB: Banklar yaşıl keçidi dəstəkləmək üçün səylərini əsirgəməyəcək

Azərbaycan bank sektoru COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi üçün 2 mlrd. manatlıq maliyyə öhdəliyi götürüb. Azərbaycan Mərkəzi Bankı tərəfindən bu hədəflərə nail olmaq üçün yaşıl taksanomiya qəbul edilib.
Banco.az xəbər verir ki, Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

Banco.az

03 Dec, 05:19


📉Gürcüstan larisi son 6 ayın minimumuna düşüb

Bazar ertəsi ticarətin nəticələrinə görə, dekabrın 3-də larinin rəsmi məzənnəsi 2,8478 lari/1 dollar təşkil edib. Cümə günü əvvəlki ticarət sessiyasının nəticələri ilə müqayisədə larinin məzənnəsi əvvəlki iki həftə ərzində 1,7% enişdən sonra 2,4% azalıb.

Banco.az

07 Nov, 11:51


Bu il Azərbaycana xaricdən uçuşların sayı 19%-dən çox artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,4% daha çox (22 446) aviareys təşkil olunub.
Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 10 ay ərzində ölkəyə ən çox reys Rusiya (6 614) istiqamətindən olub.
İkinci yerdə Türkiyə (4 917), üçüncü yerdə isə 2 629 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana reyslərin sayı 5 812, Türkiyədən 4 760, Birləşmiş Ərəb Əmirliklərindən isə 1 940 olub.

Banco.az

07 Nov, 09:46


“Visa”nın xalis mənfəəti 14% artıb

Amerikanın ən böyük ödəniş sisteminin operatoru olan “Visa”, 2024-cü maliyyə ilinin dördüncü rübündə xalis mənfəətini 14% artırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin mətbuata açıqlamasında deyilir.
Bildirilir ki, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin müvafiq dövründəki 4,7 milyard dollarla müqayisədə 5,3 milyard dollar təşkil edib. Gəlir 12% artaraq 9,617 milyard dollara çatıb.
Ötən rübdə “Visa” kartları ilə aparılan əməliyyatların sayı 10% artaraq 61,5 milyarda çatıb. Ödənişlərin həcmi isə 8% artıb.

Banco.az

07 Nov, 08:35


E-poçt göndərərkən peşəkar görünmənizə mane olan 5 səhv
⤵️⤵️⤵️

https://banco.az/az/news/e-poct-gondererken-pesekar-gorunmeyinize-mane-olan-5-sehv

Banco.az

07 Nov, 06:43


Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək

Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar qeyri-iş günləri olan noyabrın 8–13-də bankların, “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələrinin, eləcə də valyuta mübadilə məntəqələrinin fəaliyyət göstərəcəyi bildirilib.

Banco.az

07 Nov, 06:15


“PAŞA Bank" "mPOS" məhsuluna endirim kampaniyası elan edir

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" mobil POS-terminal məhsulu "mPOS" üçün 31 yanvar 2025-ci il tarixinədək endirim kampaniyası elan edir.
 Kampaniya çərçivəsində "Mastercard" kartları ilə qəbul edilən ödənişlərə görə "mPOS" istifadə edən sahibkarlar komissiya ödəməyəcəklər.
"mPOS" məhsulu Android əsaslı smartfonları POS-terminala çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan "mPOS" – mobil POS-terminal məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilərlər.
Xüsusi təklifdən yararlanmaq üçün sahibkarlar "mPOS"-u "PAŞA Bank Biznes" paltformalarından sifariş edə, 31 yanvaradək "Mastercard" kartları ilə ödənişləri 0% komissiya ilə qəbul edə bilərlər.

Banco.az

07 Nov, 05:56


Bayden Ukraynaya son yardımını göndərməyi planlaşdırır

ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyev üçün nəzərdə tutulan 6 milyard dollarlıq hərbi yardımın qalan hissəsini prezident seçkilərində qalib gələn Donald Trampın andiçmə mərasiminə qədər ən qısa zamanda Ukraynaya göndərmək niyyətindədir.

Banco.az

07 Nov, 05:08


🌐Rəsmi valyuta məzənnələri - 07.11.2024
💠1 USD - 1.7000 manat
💠1 EUR - 1.8255 manat
💠1 RUB - 0.0174 manat
💠1 TRY - 0.0497 manat

Banco.az

06 Nov, 12:36


“Kartdan karta" işləyən 120 sahibkara maliyyə sanksiyası tətbiq edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 120 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Bu barədə  DVX məlumat verib.

Məlumata görə, DVX pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 120-dən çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb

Banco.az

06 Nov, 12:17


9 ayda Azərbaycana 211 ədəd avtobus idxal edilib

Azərbaycana bu ilin yanvar-sentyabr ayları ərzində 211 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 4,1 dəfə artıb. 
Belə ki, 211 ədəd avtobusa görə ölkədən 24 milyon 597 min ABŞ dolları valyuta çıxıb. 2023-cü ilin eyni dövründə bu göstərici 5 milyon 976 min ABŞ dolları dəyərində idi.

Banco.az

06 Nov, 10:45


“Nvidia” bazar dəyərinə görə “Apple”ı geridə qoyub

Kaliforniyada yerləşən çip istehsalçısı “Nvidia” bazar dəyərinə görə “Apple”ı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.
Banco.az xəbər verir ki, çərşənbə axşamı Nasdaq Birjasında satılan “Nvidia” səhmləri 2,84 faiz dəyər qazanaraq hər səhm üzrə 139,91 dollara yüksəlib.
Səhmlərinin bahalaşması ilə şirkətin ümumi bazar dəyəri 3,43 trilyon dollara çatıb.
Beləliklə, “Apple”ın 3,38 trilyon dollarlıq bazar dəyərini üstələyən “Nvidia” ikinci dəfə dünyanın ən dəyərli şirkəti olub.

Banco.az

06 Nov, 09:59


Ən sərfəli nağd kredit verən banklar – Noyabr 2024

Banco.az

06 Nov, 08:27


🏦Ölkə banklarının 482 filialı, 88 şöbəsi var

Bu ilin 1 oktyabr tarixinə ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 482 (illik müqayisədə 9 vahid az), şöbələrinin sayı 88, ATM-lərin sayı 3 140 (illik müqayisədə 93 vahid çox) olub.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 173 nəfər artaraq 24 696 nəfər təşkil edib.

Banco.az

06 Nov, 06:59


“Instagram" ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə olub

2024-ci ilin oktyabr ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 38,68 faiz payla "Instagram" olub. 
Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib. 
İkinci yerdə 20,47 faiz göstərici ilə "Facebook", üçüncü yerdə isə 19,36 faiz göstərici ilə "Pinterest" qərarlaşıb.
"Youtube" istifadəçilərinin fəallığı ötən ay 11,06 faizə bərabər olub.
"X"ın payı 5,51 faiz, "Reddit" 2,08 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı isə 1,76 faiz təşkil edib.

Banco.az

06 Nov, 05:52


🌞🌞”Bitcoin”in dəyəri tarixi maksimumu yenilədi


“Bitcoin”in dəyəri ABŞ prezident seçkiləri fonunda 9,39% artaraq 74 367 dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə “Binance” kriptovalyuta birjası məlumat yayıb.
Məlumata görə, əvvəlki rekord martın 14-də qeydə alınıb və 73 777 dollar təşkil edib.
Qeyd edək ki, “Bitcoin” (BTC) blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən mərkəzləşdirilməmiş kriptovalyutadır. Sistemdə iştirak edən istənilən istifadəçi sistemin yeni bloklarını yaradaraq, yeni sikkələr çıxara bilər.

Banco.az

06 Nov, 05:14


💸💸ABŞ prezident seçkiləri tarixin ən bahalı seçkisi olub

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris seçki kampaniyalarına rekord məbləğdə 3,5 milyard dollar xərcləyiblər.
Banco.az "Financial Times"a (FT) istinadən xəbər verir ki, bu, ABŞ-də keçirilən cari prezident seçkilərini tarixdə ən bahalı seçkiyə çevirib.
Nəşr qeyd edir ki, Harris seçki kampaniyası üçün 2,3 milyard dollardan çox pul toplaya bilib, bunun da 1,9 milyard dolları xərclənib. Ağ Evin keçmiş rəhbəri isə 1,8 milyard dollar toplayıb və 1,6 milyard dollar xərcləyib. Bu vəsaitin yarıdan çoxu mediada, internetdə və Amerika şəhərlərinin küçələrində - əsasən səsvermənin nəticəsi üçün əsas olan ştatlarda reklam kampaniyalarına xərclənib.

Banco.az

06 Nov, 05:06


🔵Rəsmi valyuta məzənnələri -06.11.2024
🔷1 USD - 1.7000 manat
🔷1 EUR - 1.8342 manat
🔷1 RUB - 0.0175 manat
🔷1 TRY - 0.0495 manat

Banco.az

05 Nov, 13:20


Banklar 18 aylıq manat əmanəti faizlərini artırıblar – Siyahı

Banco.az

05 Nov, 12:26


Dollar əmanəti ən sərfəli olan banklar – Noyabr 2024

Banco.az

05 Nov, 11:14


Manat əmanəti hansı banklarda daha sərfəlidir? – Noyabr 2024

Banco.az

02 Nov, 12:34


“Fitch" 2019-cu ildən bəri ilk dəfə Misirin reytinqini “B” səviyyəsinə yüksəldib


Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Misirin xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla “B-” səviyyəsindən “B” səviyyəsinə yüksəldib.
Banco.az xəbər verir ki, müvafiq bəyanat agentliyin saytında dərc olunub.
Məlumata görə, Misirin reytinq göstəriciləri azaldılmış xarici risklər, siyasətə düzəlişlər, xarici ehtiyatların artırılması, yeni kapital axını, daha çevik məzənnə və sərtləşdirilmiş monetar şərtlərlə dəstəklənir.

Banco.az

02 Nov, 12:33


🔵COP29 zamanı avtomobillərin hərəkət istiqaməti ilə bağlı dəyişikliklər açıqlanıb

https://banco.az/az/news/cop29-zamani-avtomobillerin-hereket-istiqameti-ile-bagli-deyisiklikler-aciqlanib

Banco.az

02 Nov, 06:12


İndoneziya “iPhone”dan sonra bu smartfonun da satışını qadağan edib

İndoneziya “iPhone”dan sonra “Google Pixel”in satışını dayandırıb.
Banco.az xəbər verir ki, Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziya “Google”un yerli məzmun tələblərinə cavab vermədiyini əsas gətirərək “Pixel” smartfonlarının satışını qadağan edib.
Bu barədə Sənaye Nazirliyinin sözçüsü Febri Hendri Antoni Arief cümə axşamı keçirdiyi mətbuat konfransında deyib. 

Banco.az

02 Nov, 06:11


🏦Argentinanın mərkəzi bankı əsas faiz dərəcəsini kəskin azaldıb

Argentinanın mərkəzi bankı əsas faiz dərəcəsini kəskin azaldıb.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, hakimiyyət orqanları iqtisadiyyatda inflyasiya templərinin aşağı düşməsinə nəzarəti davam etdirir. Ölkədəki mövcud likvidlik vəziyyəti, aşağı inflyasiya gözləntiləri və hökumətin fiskal lövbəri nəzərə alınaraq, əsas faiz dərəcəsi 40%-dən  35%-ə endirilib. İstiqraz faizləri də 45%-dən  40%-ə endirilib.

Banco.az

01 Nov, 12:31


🔵Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 4 dəfədən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 74.5 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 255.9 milyon dollar və ya 4.4 dəfə azdır. 
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 
Bildirilib ki, 2023-ci ilin eyni dövründə elektrik enerjisi ixracının ümumi dəyəri 330.4 milyon dollara bərabər olub.

Banco.az

01 Nov, 11:26


📌Qiyməti 1 080 manatdan başlayan mobil nömrələr satışa çıxarılır

5 dekabr 2024-cü il tarixində “Azercell Telekom” MMC-yə məxsus 30 mobil telefon nömrəsi satışa çıxarılacaq.  
Banco.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, satışa çıxarılar telefon nömrələrinin start qiyməti 1 080 manatdan 75 000 manata qədərdir.
Nömrələrlə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Banco.az

01 Nov, 09:20


“Telegram” video platformaya çevrilə bilər

“Telegram” messenceri video platforma olmaq yolunda “ilk addımı atdı”.
Banco.az xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov öz “Telegram” kanalında yazıb.
Sahibkarın sözlərinə görə, indiyədək “Telegram”da müxtəlif çat və kanallarda videolar paylaşıldığı formatda nümayiş etdirilirdi. Bu səbəbdən istifadəçilər telefonlarına gigabaytlarla məlumat endirilməsini və videoların tam yüklənməsini gözləmək məcburiyyətində qalırdılar. Bununla yanaşı, messencerin təsisçisi vurğulayıb ki, hətta qısa yazılara baxanda belə problemlər yaranırdı.

Banco.az

01 Nov, 09:20


“Mastercard”ın xalis mənfəəti 2% artıb

Dünyanın ən böyük ödəniş sistemlərindən birinin operatoru olan Amerikanın “Mastercard” şirkəti üçüncü rübdə xalis mənfəətini 2% artırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Bildirilir ki, iyul-sentyabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 3,198 milyard dollarla müqayisədə 3,263 milyard dollar təşkil edib. Gəlir 13% artaraq 7,369 milyard dollara çatıb.

Banco.az

01 Nov, 07:52


🌝Bu il Azərbaycan qızıl ixracından 115 mln. dollardan çox gəlir əldə edib

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 115.3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 13.5 milyon dollar və ya 13,3% çoxdur. 
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 
Bildirilib ki, 2023-cü ilin eyni dövründə qızıl ixracının ümumi dəyəri 101.8 milyon dollara bərabər olub

Banco.az

01 Nov, 07:36


🏦AMB: "Gələn il cari əməliyyatlar balansının profisiti 5,5 milyard dollar olacaq"

Banco.az

01 Nov, 07:23


Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə iqtisadi artımın 3,9% səviyyəsində olacağını proqnozlaşdırır. 
Banco.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib. 
Qeyd edək ki, proqnoza görə, 2025-ci ildə isə iqtisadi artım 3.3% olacaq. 

Banco.az

01 Nov, 06:58


Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. 
Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub.

Banco.az

31 Oct, 13:03


“Kartdan karta" işləyən 70 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 70 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Bu barədə Dövlət Vergi Xidməti məlumat  verir.

Məlumata görə, DVX pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Banco.az

31 Oct, 12:12


Smartfon bazarında rekord artım qeydə alınıb

Qlobal smartfon bazarı üçüncü rübdə 310 milyon cihaz təşkil edib.
Banco.az xəbər verir ki, “Canalys”analitik şirkətinin məlumatına görə, satıcılar bu müddət ərzində 309,9 milyon cihaz göndəriblər.
Üçüncü rübdə “Samsung” smartfon istehsalçıları arasında liderliyini qoruyaraq bazarın 19%-ni tutub, lakin rəqiblərlə fərq xeyli azalıb. “Apple” yalnız bir faiz bəndi geridə qalıb. Üçüncü yerdə olan “Xiaomi” isə bazarın 14%-ni tutub.
“Canalys” analitikləri qeyd edirlər ki, “Apple” Hindistan bazarına “iPhone 13” və “iPhone 15” kimi köhnə modelləri gətirərək öz payını daha da artırıb. “Apple”ın 2024-cü ilin dördüncü rübündə lider mövqeyini qoruyacağı gözlənilir, lakin tədarük gecikmələri səbəbindən rəqiblərlə fərq həmişəkindən daha az olacaq.

Banco.az

31 Oct, 10:59


🔵”Samsung” yeni premium smartfon markasını təqdim edəcək

“Samsung” korporasiyası “iPhone” ilə rəqabəti gücləndirmək üçün yeni premium smartfon markasını təqdim edəcək.

Banco.az xəbər verir ki, bu barədə Koreyanın “E-Today” nəşri məlumat yayıb.

Məlumata görə, şirkət bütün smartfonlarının “Galaxy” brendi altında istehsal edilməsindən narahatdır. Rəhbərlik hesab edir ki, bu yanaşma markanın dəyərini azaldır. Bu səbəbdən, "Samsung" yalnız premium cihazlar istehsal edəcək ayrıca bir marka yaratmağı planlaşdırır.

“Galaxy” cihazları sırasına Z, S, A, M və F seriyalı smartfonlar daxildir.

Banco.az

31 Oct, 09:11


Hellouin nədir və necə yaranıb?

⬇️⬇️⬇️

https://banco.az/az/news/hellouin-nedir-ve-nece-yaranib

Banco.az

31 Oct, 07:58


🌐Yaponiyanın bazar dəyərinə görə ən böyük 10 şirkəti aşağıdakılardır: (31 oktyabr 2024 tarixinə)

1. Toyota: 232,6 milyard dollar

2. Mitsubishi UFJ Financial: 123,9 milyard dollar

3. Hitachi: 117,6 milyard dollar

4. Keyence: 110,3 milyard dollar

5. Sony: 108,5 milyard dollar

6. Fast Retailing: 99 milyard dollar

7. Recruit: 92,6 milyard dollar

8. SoftBank: 89,6 milyard dollar

9. Sumitomo Mitsui Financial Group: 83,5 milyard dollar

10. NTT (Nippon Telegraph & Telephone): 80,7 milyard dollar

Banco.az

31 Oct, 07:19


🍉🍒🍔🫑Market alış-verişində pula necə qənaət etmək olar?

Qida zəruri ehtiyac olduğundan ərzaq alış-verişi, bəlkə də, ailə büdcəsi ilə bağlı ən çətin məsələlərdən biridir. Ərzaq qiymətlərinin artması ilə mətbəx xərcləri də artır. Lakin bir neçə sadə üsulla market alış-verişinizə qənaət etmək mümkündür. Alış-verişdə sizə kömək edəcəyini düşünərək pula qənaət etməyin bir neçə yolunu təqdim edirik.

⬇️⬇️⬇️

https://banco.az/az/news/market-alis-verisinde-pula-nece-qenaet-etmek-olar

Banco.az

31 Oct, 05:48


🌐Dünya bazarlarında neft yenidən bahalaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 0,65% artaraq 1 barelə görə 72,63 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,63% artaraq 1 barelə görə 69,04 ABŞ dolları olub.

Banco.az

31 Oct, 05:47


💸💸Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs milli silahlı qüvvələrə əlavə olaraq təxminən 3 milyard funt sterlinq (3,7 milyard dollar) ayırmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, birdəfəlik ödəniş barədə Leyboristlər hökumətinin büdcə müraciəti zamanı elan ediləcək. Rivs bu müraciətlə oktyabrın 30-da İcmalar Palatasında (parlamentin aşağı palatası) 2025-ci il üçün büdcəni təqdim edərkən çıxış etməlidir.

Banco.az

31 Oct, 05:06


🌎Rəsmi valyuta məzənnələri -31.10.2024
🪐1 USD - 1.7000 manat
🪐1 EUR - 1.8441 manat
🪐1 RUB - 0.0175 manat
🪐1 TRY - 0.0496 manat

Banco.az

30 Oct, 14:03


“BP”nin mənfəəti rekord səviyyədə azaldı

Dünyanın ən böyük neft şirkətlərindən biri olan "British Petroleum"un (BP) mənfəəti üçüncü rübdə 30% azalaraq 2,3 milyard dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu, dörd ilin minimumu hesab edilir.
“BP”nin mənfəətinin belə kəskin azalmasının əsas səbəbləri arasında analitiklər neft emalının rentabelliyinin və neft ticarətinin nəticələrinin azalmasını göstərirlər.
"British Petroleum"un səhmlərinin qiyməti 2024-cü ilin əvvəlindən bəri artıq 15% ucuzlaşıb. Müqayisə üçün deyək ki, bu dövrdə rəqib "Shell"in qiymətli kağızları cəmi 2% azalıb, "Exxon Mobil"in səhmləri isə 19% artıb.

Banco.az

30 Oct, 11:56


📌Azərbaycanda bank müştərilərinin sayı 16 milyona yaxınlaşır

Cari il oktyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı 15 milyon 784 min 885 nəfər olub. 
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı illik müqayisədə 10,1% və ya 1 milyon 444 min 500 nəfər artıb.
Bu, 1 ay əvvəllə müqayisədə isə 149 min 527 nəfər və ya 1% çoxdur. 
Qeyd edək ki, hesabat dövrünə müştəri hesablarının sayı isə 45 milyon 359 min 360 ədəd olub. Bu da 2023-ci ilin eyni dövrünə nisbətdə 21,2% çoxdur. 

Banco.az

30 Oct, 11:43


💠Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər

Məlumata görə, həyat sığorta şirkətləri artıq bununla bağlı sığortalı müştərilərinə bildiriş göndərir. Bildirilir ki, yeni ildən artıq dövlət müəssisələrində çalışanlar həyatın yaşam sığortasına qoşula bilməyəcək. Bununla bağlı müvafiq qanunvericilik layihəsinə dəyişiklik ediləcək.

Banco.az

30 Oct, 10:38


🔵🌐Azərbaycanda 6 sığorta şirkətinin yığımları 10 milyon manatdan azdır

Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-sentyabr aylarında 1 milyard 23 milyon 707 min manat sığorta haqqı yığılıb. 
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 87 milyon 772 min manat və ya 9,4% çoxdur.
Hesabat dövründə 6 sığorta şirkətinin yığımları 10 milyon manatdan az olub. Bunlar Xalq Həyat Sığorta (8,1 milyon manat), AtaSığorta (7,9 milyon manat), AzSığorta (7,1 milyon manat), Meqa Həyat Sığorta (6,9 milyon manat), İpək Yolu Sığorta (5,3 milyon manat) və Bakı Sığorta (1,5 milyon manat) olub. 

Banco.az

30 Oct, 09:44


🚘🚘Azərbaycan 9 ayda elektromobil idxalını artırıb

Azərbaycana bu ilin yanvar-sentyabr aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 2 245 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin 9 ayında ölkənin elektromobil idxalının dəyəri 88 milyon 620 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 127 ədəd, dəyər ifadəsində isə 2 milyon 738 min dollar və ya 3,2% artıb

Banco.az

30 Oct, 07:52


“Xiaomi” ən güclü smartfonu “Xiaomi 15 Pro”nu təqdim etdi


“Xiaomi” rəsmi olaraq ən son “Snapdragon 8 Elite” çipi əsasında flaqman “Xiaomi 15 Pro” smartfonunu təqdim edib.
Banco.az xəbər verir ki, bu barədə “iXBT” portalı məlumat yayıb.
Smartfon 2K təsvir ölçülü 6,73 düymlük OLED ekrana, 120 Hz təzələnmə tezliyinə, 3200 nit pik parlaqlığa və əvvəlki versiya ilə müqayisədə düşməyə 25-30% daha davamlı olan Xiaomi Dragon Crystal Glass 2.0 temperli şüşəyə malikdir. 
Ən güclü mobil çip olan yeni “Snapdragon 8 Elite” smartfonun performansına cavabdehdir və “Xiaomi 15” xətti bu aparatda ilk cihazdır. RAM 12 və ya 16 GB, daxili yaddaş isə 256 GB, 512 GB və ya 1 TB ola bilər.

Banco.az

30 Oct, 06:37


🚘Britaniyada “Ford”un işçiləri maaşların aşağı olması səbəbindən tətil edəcəklər

Böyük Britaniyada "Ford" avtomobil müəssisəsinin mindən çox işçisi əməkhaqqı mübahisələrinə görə tətilə çıxmağa hazırlaşır.
Banco.az xəbər verir ki, bu barədə Britaniyanın "Unite" həmkarlar ittifaqının bəyanatında deyilir.
"Ford" zavodunda mindən çox inzibati işçiyə təsir edən əməkhaqqı və müqavilə dəyişiklikləri ilə bağlı uzunmüddətli münaqişə sabahdan başlayacaq tətilə çevrilib", - deyə bəyanatda vurğulanıb.

Banco.az

30 Oct, 06:36


🚘🚘Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib

Avropa Komissiyası (AK) 5 il müddətinə Çindən Avropa İttifaqına elektriklə işləyən avtomobillərin idxalına 35%-ə qədər rüsumun tətbiqini təsdiqləyib, lakin tərəflər kompromis həll yolunu axtarmağa davam edəcəklər.
Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
“Bu gün Avropa Komissiyası Çindən batareyalı elektromobillərin idxalına beş il müddətinə yekun kompensasiya rüsumları tətbiq etməklə antisubsidiya araşdırmasını başa çatdırıb”, – sənəddə qeyd olunub.

Banco.az

30 Oct, 05:44


🌝Qızılın qiyməti 2 800 dollara yaxınlaşır

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti tarixi maksimumu yeniləyib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36% artaraq 2 791 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,31% azalaraq 34,34 ABŞ dollarına bərabər olub.

Banco.az

30 Oct, 05:14


🔵Rəsmi valyuta məzənnələri -30.10.2024
🔵1 USD - 1.7000 manat
🔵1 EUR - 1.8386 manat
🔵1 RUB - 0.0174 manat
🔵1 TRY - 0.0496 manat

Banco.az

29 Oct, 12:18


Azərbaycanın çay istehsalı 11%-dək artıb

Azərbaycanda 2024-cü ilin yanvar-sentyabr aylarında 9 366,6 ton çay istehsal edilib. 
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 10,8% artıb.
Məlumata görə, 1 oktyabr tarixinə ölkədə hazır məhsul ehtiyatı 95,2 ton olub. 
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkədən 4 milyon 837 min dollar dəyərində 541.2 ton çay ixrac edilib.

Banco.az

29 Oct, 11:03


“Apple” M4 çipli yeni “iMac”ı təqdim etdi

“Apple” şirkəti M4 çipi ilə təchiz edilmiş yeni “iMac”ı rəsmi olaraq təqdim edib. 
Banco.az xəbər verir ki, məhsul şirkətin kompüterlər xəttinə əhəmiyyətli bir yeniləmə olub.
Yeni “iMac” əvvəlki modellərlə müqayisədə təkmilləşdirilmiş xüsusiyyətlər və funksiyalar təklif edir. M4 çipi daha yüksək performans və enerji səmərəliliyi ilə yeni “iMac”ı güclü və davamlı kompüter axtaran istifadəçilər üçün yaxşı seçim edir.
Ekranın diaqonalı 24 düymdür. “iMac” həmçinin dörd USB-C portuna və iki əlavə monitoru birləşdirmək imkanına malikdir. Cihaz yeddi rəngdə mövcuddur: yaşıl, sarı, narıncı, çəhrayı, bənövşəyi, mavi və gümüşü.

Banco.az

29 Oct, 10:58


🌐Həyatın yaşam sığortası üzrə yığımlar 461 mln. manata çatıb

Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə 460 milyon 998 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,3% və ya 71 milyon 217 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 138 milyon 321 min manat və ya 63,1% artaraq 357 milyon 663 min manata çatıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 389,8 milyon manata, ödənişlər isə 219,3 milyon manata bərabər olub.

Banco.az

29 Oct, 10:09


🔵Pentaqon 5 ölkə ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi Avstraliya, Braziliya, Yunanıstan, İsveç və Taylanda gələcək tədarük üçün “UH-60M Black Hawk” helikopterlərinin istehsalı üçün 1,2 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, müqavilə “Lockheed Martin”in törəmə şirkəti və bu helikopter modelinin istehsalçısı “Sikorsky Aircraft” ilə bağlanıb. Helikopterlərin qarşıdakı üç il ərzində sifarişçilərə çatdırılacağı təxmin edilir.

Banco.az

29 Oct, 08:26


Bu ölkədə yeni turist vergisi tətbiq ediləcək

Tunisdə noyabrın 1-dən yeni turist vergisi tətbiq ediləcək.
Banco.az xəbər verir ki, yeni vergi turistləri otelin ulduz reytinqindən asılı olaraq gündə 1 avrodan 3,5 avroya qədər əlavə ödəməyə məcbur edəcək.
Vergi 12 yaşdan yuxarı mütəşəkkil turistlərə şamil ediləcək. Məsələn, ikiulduzlu otellərdə ödəniş adambaşına gündə 1,18 avro, üçulduzlu otellərdə 2,36 avro, dörd və beşulduzlu otellərdə isə gündə 3,54 avro olacaq.

Banco.az

29 Oct, 07:39


🚗Azərbaycan 9 ayda 443 milyon dollarlıq hibrid avtomobil idxal edib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 443 milyon 245 min dollar dəyərində 15 710 ədəd hibrid avtomobil idxal edilib. 
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə idxal edilən hibrid avtomobillərin dəyəri 75% və ya 190 milyon 87 min dollar, miqdarı isə 5 106 ədəd (48,2%) artıb. 
Qeyd edək ki, 2023-cü ilin 9 ayında Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı 10 604, dəyəri isə 253 milyon 158 min dollara dəyərində olub. 

Banco.az

29 Oct, 05:36


💠Argentina yüksək xərclərə görə pul çapını dayandırdı

Argentina Mərkəzi Bankı yerli zərbxana ilə 1000 (0,98 ABŞ dolları) və 2000 (1,9 ABŞ dolları) peso nominalında əskinasların çapı üzrə müqaviləni yüksək qiymətə görə ləğv edib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin “Nacion” nəşri məlumat yayıb.

Məlumata görə, zərbxana işçiləri məcburi məzuniyyətə göndərilib.
Qəzetin mənbəsi bu qərarı ölkədə 1000 və 2000 peso əskinasların kifayət qədər tədarükü, həmçinin onların çapına çəkilən xərclərin yüksək olması ilə izah edib.

Banco.az

29 Oct, 05:07


🔵Rəsmi valyuta məzənnələri -29.10.2024
🔵1 USD - 1.7000 manat
🔵1 EUR - 1.8375 manat
🔵1 RUB - 0.0175 manat
🔵1 TRY - 0.0496 manat

Banco.az

28 Oct, 13:29


Azərbaycan bu il İspaniyaya neft satışını 7 dəfəyədək azaldıb

İspaniya bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 96 milyon 479 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 604 milyon 99 min dollar və ya 7,3 dəfə azdır. 
Hesabat dövründə İspaniyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 6,7 dəfə azalaraq 166,3 min tona enib. 
Qeyd edək ki, ötən ilin 9 ayında İspaniya Azərbaycanın ən çox xam neft ixrac etdiyi 4-cü ölkə idi. Bu ölkə cari ilin yanvar-sentyabr aylarında isə ilk 10-luqda belə yer almayıb. 

Banco.az

28 Oct, 11:54


Bu ölkədə "iPhone 16"nın satışı qadağan edilib

İndoneziya “iPhone 16”nın satışını qadağan edib.
Banco.az xəbər verir ki, Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziya “Apple” şirkətinin ölkəyə verdiyi investisiya vədlərini yerinə yetirməməsi səbəbindən ölkədə “iPhone 16” seriyasının satışını və istifadəsini qadağan edib.
İndoneziya Sənaye Nazirliyi oktyabrın əvvəlində bildirmişdi ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” İndoneziyaya cəmi 1,5 trilyon rupi (95 milyon dollar) sərmayə qoyub ki, bu da 1,7 trilyon rupi müəyyən edilmiş öhdəlikdən aşağıdır.

Banco.az

28 Oct, 10:34


📌Çin şirkəti 2027-ci ildə kosmik səyahət üçün ilk biletləri satıb

Çinin "Deep Blue Aerospace" kosmik şirkəti 2027-ci ildə planlaşdırılan kosmik səyahət üçün ilk iki bileti satıb.
Banco.az xəbər verir ki, bu barədə Honkonqun "South China Morning Post" (SCMP) nəşri yazıb.
Bildirilib ki, ilk sərnişinlər təxminən 12 dəqiqə davam edəcək səyahətə çıxacaqlar və bu səfər zamanı onlar kosmosda azı 5 dəqiqə çəkisizlik yaşayacaqlar.

Banco.az

28 Oct, 10:33


🔵Azərbaycanda işsiz əhalinin sayı azalıb


Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin oktyabrın 1-i vəziyyətinə görə, 283,2 min nəfərə bərabər olub. Sentyabr ayının əvvəlində bu göstərici 283,5 min idi. 
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 304,9 min nəfər olub, onlardan 5 021,7 min nəfərini məşğul əhali təşkil edib.

Banco.az

28 Oct, 08:20


🌍Britaniya kral ailəsində işləyən dayələrin əməl etməli olduğu 7 maraqlı qayda


https://banco.az/az/news/britaniya-kral-ailesinde-isleyen-dayelerin-emel-etmeli-oldugu-7-maraqli-qayda

Banco.az

28 Oct, 07:51


🅱 Bu ölkədə 4 günlük iş həftəsi iqtisadiyyatın 5% böyüməsinə səbəb oldu

İslandiya dördgünlük iş həftəsi tətbiq etdikdən sonra təsirli iqtisadi artım müşahidə edib.
Banco.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Yeni araşdırmaya görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5% artıb ki, bu da inkişaf etmiş bir iqtisadiyyat üçün heyranedici dərəcədə yüksəkdir. Zəngin Avropa ölkələri arasında yalnız Malta daha yüksək göstəriciyə malikdir. Müqayisə üçün qeyd edək ki, 2006-2015-ci illər ərzində İslandiyanın orta iqtisadi artım tempi ildə cəmi 2% təşkil edib.

Banco.az

28 Oct, 06:51


Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 38 milyard 165 milyon manatlıq əməliyyat aparılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.

Bu göstəricinin 6 milyard manatlıq hissəsi ilkin bazarda, 32 milyard 158 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 61 040 əqd bağlanılıb. Bu da illik müqayisədə 6,3 dəfə çoxdur.

Banco.az

28 Oct, 06:25


G7 ölkələri Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər

G7 ölkələri Rusiya mərkəzi bankının dondurulmuş aktivlərindən əldə edilən mənfəətdən istifadə etməklə Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bu kreditlərə xidmət göstəriləcək və Rusiyanın suveren aktivlərinin immobilizasiyası nəticəsində yaranan gələcək fövqəladə gəlirlər hesabına ödəniləcək. Məqsədimiz ilin sonuna qədər vəsaitlərin verilməsinə başlamaqdır”, - deyə G7-nin bəyanatında bildirilib.

Banco.az

28 Oct, 05:09


🌨️Rəsmi valyuta məzənnələri -28.10.2024
1 USD - 1.7000 manat
1 EUR - 1.8339 manat
1 RUB - 0.0175 manat
1 TRY - 0.0496 manat

Banco.az

26 Oct, 10:05


🔥Avropada qazın qiyməti rekord həddə çatdı

Londonun ICE birjasında qazın qiyməti rekord həddə yüksəlib.
Banco.az xəbər verir ki, Londonun ICE birjasında qazın qiyməti min kubmetr üçün 480 dolları ötüb.
Hollandiyanın TTF mərkəzi indeksinə görə noyabrda yanacaq tədarükü fyuçersləri 2023-cü il dekabrın 1-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 480 dolları ötüb. 

Qeyd edək ki, qazın əvvəlki qiymət rekordu 2023-cü il dekabrın 1-də qeydə alınıb. Həmin vaxt qiymətlər min kubmetr üçün 496,4 dollar olub.

Banco.az

26 Oct, 07:32


🥤”Coca-Cola” şirkəti təhlükəli hissəciklərə görə on milyonlarla butulkanı geri çağırır

Coca-Cola" Avstriyada satışdan çıxarılan 28 milyon 0,5 litrlik plastik butulkanı geri çağıracaq.
Banco.az xəbər verir ki, buna səbəb təhlükəli hissəciklərin butulkanın içəri daxil olması riski olub.
Belə ki, metal parçaların az sayda butulkaya girə bilməsi ehtimalı var.
Məlumata görə,belə risklər istehsal uğursuzluğu səbəbindən yaranıb: görünür, limonadın qablaşdırılması zamanı ələk qırılıb.
Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri götürmək qərarına gəlib.

Banco.az

25 Oct, 13:31


Bu ölkədə dünyanın ən böyük binasının tikintisinə başlanılıb


Səudiyyə Ərəbistanında planetin ən böyük binasına çevriləcək kubşəkilli göydələnin tikintisi üçün hazırlıq işlərinə başlanılıb.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, bina “Mukaab” adlanacaq, divarların uzunluğu və hündürlüyü rekord 400 metr olacaq. O, dünyanın ilk tam qapalı göydələni ilə tamamlanacaq və binanın planlaşdırılan otelinə qonaqları dünyanın müxtəlif yerlərinə daşımaq üçün nəzərdə tutulmuş holoqrafik təsvirləri əks etdirən günbəzlə tamamlanacaq.
İnşaatçı “New Murabba Development”  artıq 10 milyon kubmetrdən çox torpaq qazıb.