Latest Posts from ArazaxmedovS (@arazaxmedovs) on Telegram

ArazaxmedovS Telegram Posts

ArazaxmedovS
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
25,410 Subscribers
20,393 Photos
6,980 Videos
Last Updated 01.03.2025 09:48

Similar Channels

Oxu.Az
40,217 Subscribers
Девичья Башня
39,095 Subscribers

The latest content shared by ArazaxmedovS on Telegram


Dünən axşam saatlarında Ağcabədi rayonu Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb. Qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş.

Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə-yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər.

Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan “VAZ” markalı avtomobilə çırpılıb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə “VAZ”da olan Hüsiyev Vüsal Məmməd oğlu (1990), Əmrahov Sənan Aqil oğlu (1991), Aslanov Azər Fəyyaz oğlu (1992), Ələsgərov Asiman Yaşar oğlu (2007) və Aslanov Elbəy Mövsüm oğlu həlak olub.

Həmin şəxslərdən Sənan Əmrahov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib.

🇺🇸🇺🇦🇷🇺Tramp bildirib ki, Zelenski sülh istəyən insana oxşamır. Öz imkanlarını həddindən artıq qiymətləndirir və bu səbəbdən anlaşma baş tutmayıb. Əgər səhv etmiriksə, Tramp bildirmişdi 3 günə müharibəni dayandıracaq. Lakin bu söz real olmadı. Hazırda Tramp Rusiyanı Putindən daha çox sevən və qoruyan obrazında çıxış edir.

😴 ABŞ-nin Ukraynaya yardımı…

“Neftçi”nin sabiq futbolçusu Flavinyo: “Neftçi” ölüb!

👽 Ağ Ev mətbuat katibi:

ABŞ artıq Ukraynaya yardım etməyəcək.

ABŞ-nin Vitse-prezidenti Vens:

- Ukraynada müharibə səbəbindən kişi qalmayıb

Zelenski:

- Ukraynaya gəlib kişi görə bilərsiniz.

🇺🇦🇬🇧⚡️Zelenskinin təyyarəsi ABŞ tərk edib, Londona doğru hərəkət edir

❗️PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb

Təşkilat həbsdə olan Abdullah Öcalanın müraciətinə əməl ediləcəyini bildirib.

Qeyd edək ki, fevralın 27-də DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparıb.

Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.

Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.

Müraciətdə Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

🇺🇸🗣️ "ABŞ artıq Ukraynaya hərbi yardım etməyəcək, sülh danışıqları prioritet olacaq.
Biz artıq həqiqi, davamlı sülhün olmadığı uzaq bir ölkədə müharibə üçün boş çeklər yazmayacağıq".

- Ağ Ev mətbuat katibi Levitt

❗️Britaniya baş naziri Starmerin katibi:

Starmer Ukraynaya sarsılmaz dəstəyini davam etdirəcək.