Xəzər Xəbər Tv

@xezer_xeber


Rəsmi Xəzər Tv kanalı deyil

📌Ən Son Xəbərlər

🔍Dünyada Baş Verən Xəbərlə

Xəzər Xəbər - də

♻️ Reklam üçün Rəhbər

@XezerXeberAdmin

Xəzər Xəbər Tv

22 Oct, 14:25


Heydər Əliyev prospektində Bağırov korpüsünün su basan tunelində avtomobillərin hərəkəti növbəli təşkil olunur

- DYP

Xəzər Xəbər Tv

22 Oct, 14:20


🔥Sabah Hacıqabul və Sabirabadda 10 mindən çox abonentin qazı kəsiləcək

Sabah Hacıqabul və Sabirabad rayonlarının qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, oktyabrın 23-də saat 09:30-dan etibarən Hacıqabul rayonunun 8 kəndi, 2 qəsəbəsi, 28 qeyri-əhali abonentinin (ümumi 3 277 abonent), həmçinin, Sabirabad rayonunun 16 kəndi, 35 qeyri-əhali abonentinin (ümumi 7 185 abonent) qaz təchizatı dayandıracaq.

Qaz təchizatının dayandırılması "Qarasu" qazpaylayıcı stansiyasında (QPS) “Qaz İxrac” İdarəsi tərəfindən giriş xətti üzərində yerləşən CAKA-80 tipli qaz tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, 1 ədəd RDO50/100 markalı qaz tənzimləyici qurğunun və Dn50 mm-lik şam xəttinin quraşdırılması ilə bağlıdır.

Bu səbəbdən qaz təchizatı “Qarasu” QPS-dən qidalanan “Qarasu əhali” ölçü qovşağından dayandırılması planlaşdırılır.

Xəzər Xəbər Tv

22 Oct, 14:15


Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri təsdiqlənib

Xəzər Xəbər Tv

22 Oct, 14:11


Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları hazırlanacaq

Xəzər Xəbər Tv

22 Oct, 14:06


Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.

Həyatını itirən şəxslərdən 48 yaşlı Elnur Fazil oğlu Şirinov Kürdəmir şəhər sakini imiş. O, çörəkdaşıyan avtomobil idarə edirmiş və Bakıdan rayona vaxtaşırı olaraq çörək apararaq satırmış.

Qeyd edək ki, Sabunçu tunelində E.Şirinovla yanaşı, 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov da boğularaq ölüb.

Xəzər Xəbər Tv

22 Oct, 14:05


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

🗣 İsraildə yerləşən Times of Israel:

💢 Təl-Əviv rəhbərliyi görüşlə bağlı təfərrüatları açıqlamayıb.

💢 Blinkenin İsraildən sonra İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri gözlənilir.

Xəzər Xəbər Tv

22 Oct, 14:02


Prezidentin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri təsdiqlənib

Xəzər Xəbər Tv

22 Oct, 13:55


‼️Zakir Həsənov Qırğızıstana rəsmi səfər edib

Xəzər Xəbər Tv

22 Oct, 13:50


AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib.

Xəzər Xəbər Tv

22 Oct, 13:45


❗️Livan, Beyrut.

Xəzər Xəbər Tv

22 Oct, 13:40


🔴Tuneldə boğularaq ölən Elnurun fotosu

Allah rəhmət eləsin

Xəzər Xəbər Tv

22 Oct, 13:34


Sabunçu tunelində suda batan ikinci cəsəd də tapıldı

Xəzər Xəbər Tv

22 Oct, 11:52


Kəmaləddin Heydərov paytaxtın su basmış ərazilərində olub

Xəzər Xəbər Tv

22 Oct, 11:07


❗️Tuneldə boğularaq ölən iki nəfərdən birinin meyiti sudan çıxarılıb.

❗️FHN: Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam edir.

Xəzər Xəbər Tv

22 Oct, 11:02


❗️Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı güman edilir. Onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb, digər şəxsin axtarışları davam edir. (KİV)