Report AZ

@reportnewsaz


Report İnformasiya Agentliyi

website: https://report.az;

Contact: [email protected]

Report AZ

21 Jan, 00:26


Bağırov körpüsünü su basıb, fəsadlar aradan qaldırılır

Report AZ

21 Jan, 00:25


‼️ Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”


➡️https://youtu.be/tBnfI_y4CXA

Report AZ

21 Jan, 00:25


☄️ Ucar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir, hadisə zamanı ağır xəsarət alan 2007-ci il təvəllüdlü Qüddəsərova Səma Vüqar qızı isə əvvəlcə Ucar rayon Mərkəzi Xəstəxanasına daha sonra isə vəziyyəti ağır olduğundan onu Göyçay rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Report AZ

21 Jan, 00:25


🚨 Ucar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan KAMAZ markalı yük maşınına çırpılıb. Zərbənin təsirində avtomobildən yanğın baş verib. Hadisə yerinə FHN-nin Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Report AZ

21 Jan, 00:25


❗️❗️❗️ Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür


Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının dördüncü ildönümüdür.

"Report" xəbər verir ki, 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.

Həmin gün Ağbənd qəsəbəsilə yanaşı, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri də düşməndən təmizlənib.

Ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, Ağbənd qəsəbəsi Zəngilanın Vejnəli kənd inzibati ərazi dairəsinə aiddir və 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının ətəyində yerləşir. Yaşayış məntəqəsinin adı ətəyində salındığı dağın adından götürülüb.

Report AZ

21 Jan, 00:25


☄️ BRICS ilə əməkdaşlığın gücləndirilməsi Azərbaycanın milli maraqlarına cavab verir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev “Tatarıstan-24” telekanalına müsahibəsində deyib.

Diplomat vurğulayıb ki, bu qarşılıqlı əlaqə rəsmi Bakının ədalətli dünya nizamının formalaşdırılması, bütün dövlətlər üçün inkişaf üçün bərabər imkanların yaradılması istiqamətində ardıcıl kursuna “orqanik şəkildə uyğun gəlir

ƏTRAFLI ➡️https://report.az/c/2efb429/

Report AZ

21 Jan, 00:25


❗️ ⚽️ Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb.

"Report" xəbər verir ki, o, Asiya Çempionlar Liqasının III turunda BƏƏ-nin “Əl-Ayn” kollektivi ilə oyunun 77-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub.

Qarşılaşma "Əl-Hilal" komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədələnmişdi.

Report AZ

21 Jan, 00:25


‼️ BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək

➡️ https://report.az/c/42f8b81/

Report AZ

21 Jan, 00:25


☄️ Quterreş COP29-da iştirak üçün Bakının dəvətini qəbul edib

➡️ https://report.az/c/a633107/

Report AZ

21 Jan, 00:25


☄️ Bu ölkədə köməyə gələn təyyarəni səhvən vurdular - Anbaan görüntülər

Ətraflı ➡️ https://report.az/c/45da048/

Report AZ

21 Jan, 00:25


⚡️ Göygöl rayonunda restoran yaxınlığında meyit aşkarlanıb.

➡️ https://report.az/c/9943cb6/

Report AZ

21 Jan, 00:25


🔴 Rusiya Prezidenti Vladimir Putin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi, Çin Sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas və BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşlər keçirmək niyyətindədir.

ƏTRAFLI: https://report.az/c/4fc9260/

Report AZ

21 Jan, 00:25


🚨 ⚡️ Sumqayıtda avtomobil 88 yaşlı piyadanı vuraraq öldürüb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

"Nissan Note” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Abbas Qafar oğlu Hüseynovu vurub.

88 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

@reportnewsaz

Report AZ

21 Jan, 00:25


@reportnewsaz

Report AZ

21 Jan, 00:25


⚠️🌧Oğuz rayonuna güclü dolu düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dolu əsasən rayonun Xaçmaz kəndinə yağıb.

Yağan güclü dolu payızlıq əkinlərə, alma və xurma ağaclarına ziyan vurub.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Report AZ

21 Jan, 00:23


🗓️ Bizi 4 il əvvələ qaytaran QÜRURVERİCİ AN

✊🏻 Ali Baş Komandanın QƏLƏBƏ TVİTİ

Report AZ

21 Jan, 00:23


‼️🌧 Bir sıra rayonlara intensiv yağış, qar yağıb – FAKTİKİ HAVA

Report AZ

21 Jan, 00:23


Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Report AZ

21 Jan, 00:23


💬 Mask Harrisin prezident seçiləcəyi təqdirdə, ABŞ-də sərt senzuranın tətbiq olunacağını iddia edib

report.az

Report AZ

21 Jan, 00:23


📢 Moldovada prezident seçkilərinə səsvermə Avropa İttifaqına daxil olmaq haqqında referendumla eyni vaxtda başlayıb.

“Report” xəbər verir ki, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 1 987 seçki məntəqəsi açılıb və Mərkəzi Seçki Komissiyası hazırda seçki bürolarının sədrlərindən bildirişlər alır.

https://report.az/c/50b20c5/

Report AZ

21 Jan, 00:23


Corciya ştatında yanalma körpüsü çöküb, ölənlər var

Report AZ

21 Jan, 00:23


Norris ABŞ Qran-prisinin sıralama turunda qalib olub

Report AZ

21 Jan, 00:23


Yüzdən çox miqrant Türkiyənin qərb sahilində yaxalanıb

Report AZ

21 Jan, 00:23


COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın hava limanı şosesi, həmçinin bir sıra mərkəzi prospekt və küçələrində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün nəqliyyatın hərəkəti dayandırılıb.

🔄 : Nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

Report AZ

21 Jan, 00:22


⚡️ ABŞ-nin vitse-prezidenti Kamala Harris, demokratlardan ən yüksək dövlət vəzifəsinə namizəd olaraq, üç qərarsız ştatda seçici dəstəyi səviyyəsinə görə respublikaçılardan olan rəqibi Donald Trampı qabaqlayır.

“Report” xəbər verir ki, bu, “Newsweek” jurnalında dərc edilmiş “Bullfinch Group” sorğusunun nəticələrindən bəlli olub.

➡️ https://report.az/diger-olkeler/harris-uc-qerarsiz-statda-trampi-qabaqlayir/

Report AZ

21 Jan, 00:22


⚡️ İran İsrailin hücumuna hazırdır və dərhal cavab verəcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi NTV telekanalına müsahibəsində bildirib.

➡️ https://report.az/c/f7e3d78/