Baku TV

@bakutvxeber


Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır

Baku TV

22 Oct, 15:01


⚠️ Nişanlar arasındakı ziddiyyət qarışıqlıq yaratdı | Həm düz xətt var, həm də...

@bakutvxeber

Baku TV

22 Oct, 14:47


🇷🇺 🇮🇷 🛬 Pezeşkian Rusiyaya səfər edib

@bakutvxeber

Baku TV

22 Oct, 14:19


🚓 DYP qeyri-sabit hava şəraiti ilə bağlı yollarda qabaqlayıcı tədbirlər görür

@bakutvxeber

Baku TV

22 Oct, 14:06


🇦🇿Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə təsdiqlənib

“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla, həmçinin “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin təsviri” də təsdiqlənib.

@bakutvxeber

Baku TV

22 Oct, 13:51


📢Sabah Hacıqabul və Sabirabadda 10 mindən çox abonentin qazı kəsiləcək

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi xəbər verir.

Bildirilib ki, oktyabrın 23-də saat 09:30-dan etibarən Hacıqabul rayonunun 8 kəndi, 2 qəsəbəsi, 28 qeyri-əhali abonentinin (ümumi 3 277 abonent), həmçinin, Sabirabad rayonunun 16 kəndi, 35 qeyri-əhali abonentinin (ümumi 7 185 abonent) qaz təchizatı dayandıracaq.

@bakutvxeber

Baku TV

22 Oct, 13:45


🔴Faciəli şəkildə ölən əsgərimizin fotosu

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.

@bakutvxeber

Baku TV

22 Oct, 13:30


🔴Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri təsdiqlənib

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının yeni təsviri təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

@bakutvxeber

Baku TV

22 Oct, 13:25


🔴AZAL biletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib

AZAL-a xəbər verir ki, yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və yaxud mobil tətbiqində yararlanmaq olar.

@bakutvxeber

Baku TV

22 Oct, 13:18


🔴“Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları” dəyişib

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

@bakutvxeber

Baku TV

22 Oct, 13:14


🔴Beynəlxalq Muğam Mərkəzinə beynəlxalq status verilib

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Mədəniyyət Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

@bakutvxeber

Baku TV

22 Oct, 13:11


🔴Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi 2025-ci ilin yanvar ayınadək uzadılıb.

@bakutvxeber

Baku TV

22 Oct, 13:09


🔴Zakir Həsənov Qırğızıstana səfər edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstan müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

@bakutvxeber

Baku TV

22 Oct, 12:59


https://www.youtube.com/watch?v=B-M1sWYKyh0

Baku TV

22 Oct, 12:40


🔴Azərbaycanla Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

@bakutvxeber

Baku TV

22 Oct, 12:39


❗️Azərbaycanla Rusiya arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

@bakutvxeber

Baku TV

22 Oct, 12:36


🔴200 peşə təmayüllü sinifdə monitorinq keçiriləcək

7 oktyabr 2024-cü il tarixindən etibarən Təhsil İnstitutunun “Peşə və ömürboyu təhsilin proqramları” şöbəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif bölgələri üzrə ümumi təhsil məktəblərində təşkil olunan peşə təmayüllü siniflərdə monitorinqlərin keçirilməsinə başlanılıb. Ümumilikdə 200 peşə təmayüllü siniflərdə monitorinqin keçirilməsi nəzərdə tutulub.

@bakutvxeber

Baku TV

22 Oct, 12:30


⚠️Yol polisi: Piyadaların üzərinə qəsdən su sıçradılması 40 manat məbləğində inzibati cərimə öhdəliyi yaradır

@bakutvxeber

Baku TV

22 Oct, 12:23


🔴“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik ilk oxunuşda qəbul edilib

Layihəyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

@bakutvxeber