Quran Oxu

@quran_oxu_azerbaycanca


Gündə 5 ayə oxu inşəALLAH
Ruhuna qida olacaq
Qəlbinə huzur dolacaq
Oxuyub əməl etsən
Əməlin səni Cənnətə
Yola Salacaq
█▀█─█──█──█▀█─█─█ █▄█─█──█──█▄█─█▄█ █─█─█▄─█▄─█─█─█─█

Quran Oxu

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Quran Oxu

22 Oct, 14:00


Axtardığınız bütün kanalların hamısı bir topluda:)

@toplu_admini

Quran Oxu

22 Oct, 10:56


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

Quran Oxu

21 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Quran Oxu

20 Oct, 08:17


“Qədr” surəsinin fəziləti


1-İmam Sadiq (ə) buyurdu: Bir kəs "İnna ənzəlnahu fi ləylətil qədr" surəsini ucadan avazla oxusa, Allah yolunda qılınc vurmuş kəs kimi olar. Əgər bir kəs onu yavaş oxusa, Allah yolunda öz qanına bulaşmış mücahid kimi olar. Bir kəs bu surəni on dəfə oxusa, Allah onun əməl dəftərindən min günahını silər.
İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacib namazlarının birində "İnna ənzəlna" surəsini oxusa, haqq munadi nida edərək deyər ki, ey mənim bəndəm Allah sənin keçmiş günahlarını bağışladı, əməlini yenidən başla.
Ruzinin çoxalması üçün hər gün sübh namazından sonra on dəfə İnna ənzəlna surəsini oxusa, Allahın qüdrətini müşahidə edər. (Minhacul-arifin).
Hər kəs bu surəni oxusa, elə bilki, mübarək ramazan ayının hamısını oruc tutmuş və Qədr gecələrini də əhya saxlamışdır.
Hər kim bu surəni evə daxil və evdən xaric olan zaman oxusa, Şeytan ondan uşaqlaşıb, ona zərər yetirə bilməz.
Hər kim bu surəni əzbərləsə və onu daim oxusa, elə bil ki, bütün elmləri əzbər etmişdir.
Hər kəs bu surəni sübh namazından sonra, günorta vaxtı, və əsr namazından sonra, on dəfə oxusa, əməlləri yazan mələklərdən minini otuz ilə qədər zəhmətə salar.
Hər kimi dan yeri söküləndə (günəş çıxmamış) yeddi dəfə Qədr surəsini oxusa, y etmiş sıra mələklər onayetmiş salavat göndərər və yetmiş dəfə ona rəhm edərlər.
Allah-taala min mələyi xəlq edər ki, otuz altı min il bu surəni oxuyana savab yazsınlar. Əgər belə etsə; yəni gündə yetmiş altı dəfə bu surəni oxusun. Sübh namazından qabaq yeddi dəfə, sübh namazından sonra, on dəfə günorta vaxtı nafilə namazlarını qılmazdan əvvəl on dəfə, Zöhr namazının nafilələrini qılandan sonra iyirmi dəfə, əsr namazından sonra yeddi dəfə, İşa namazından sonra yeddi dəfə və yatan zaman on bir dəfə oxusun.
Hər bir mömin şəxs dəstəmaz alanda bu surəni oxusa, günahları silinər anadan təzə doğulduğu gün kimi olar.
Yatan zaman Qədr surəsini on bir dəfə oxusa, Allah-taala on bir mələyi onu sübhə qədər Şeytanın şərrindən qorumaq üçün göndərər.
Hər hansı hacətin qəbul olunmasına xatir hər gün bu surəni üç yüz altımış dəfə oxusa, hər bir hacəti qəbul olar. Bu surəni deyilən qədər oxusan, fəqirliyi, ehtiyaclılığı aradan qaldırmaq, və rizq-ruzinin çoxalması, qüdrətli olmaq üçün təcrübə olunmuşdur.

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

18 Oct, 06:48


Qəlbin ən dərinliklərindəki hüznünü aparan ayə...

•"Rəbbin unudan deyildir”.

> Məryəm, 64

Quran Oxu

17 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Quran Oxu

17 Oct, 11:00


İshaq (ə) peyğəmbər İsmayıl (ə) peyğəmbərin nəyi idi?

@toplu_admini

Quran Oxu

17 Oct, 07:21


Qur'ani-Kərimdə nəfsin neçə növünün adı çəkilir ?

Cavab:

1) "Əmmarə nəfs" (əmr edən nəfs);
Bu nəfs insanı pisliklərə əmr edir:
{ Nəfs daim pisliyə əmr edəndir. } (Yusif/ 53)

2) "Ləvvamə nəfs" (məzəmmət edən nəfs);
Bu nəfs insan günah edəndən sonra peşman olur və özünü danlamağa başlayır:
{ Və and içirəm özünü məzəmmət edən nəfsə ! } (Qiyamət/ 2)

3) "Mutməinnə nəfs" (arxayın olmuş nəfs);
Bu növ nəfs bütün ilahi əmrləri yerinə yetirmiş, öz Rəbbinə itaət etmiş və ilahi razılığı qazanmışdır.
Elə ona görə də bu cür nəfs amandadır və rahatlığa qovuşmuşdur, nə qorxu, nə də ki, qəmlənmək ona yaxın durmaz:
{ Ey arxayın olmuş nəfs ! } (Fəcr/ 27)

4) "Raziyə nəfs" (razı qalmış nəfs);
Bu nəfs ona verilənlə razı qalmış nəfsdir:
{ Dön Rəbbinə, sən Ondan ... razı olaraq ! } (Fəcr/ 28)

5) "Mərziyyə nəfs" (razı qalınmış nəfs);
Uca Allah bu cür nəfsdən razıdır:
{ Dön Rəbbinə, ... O səndən razı olaraq ! } (Fəcr/ 28)

6) { "Mulhəmə nəfs" (ilham olunmuş nəfs);
Allah təala bu nəfsə ilham edir:
{ ... günahlarını və təqvalı olmağını ona (nəfsə) ilham etmişdir ... } (Şəms/ 8)

https://telegram.me/Senedlihedisler

Quran Oxu

17 Oct, 01:05


(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!

(Rum surəsi, ayə 30)