Vilayət Yolcuları

@vilayet_yolcusu


Allahın adı ilə

Həyat ölümdən soruşdu:
Niyə camaat mənə aşiq olduğu halda, sənə nifrət edirlər?
Ölüm cavab verdi: Buna görə ki, sən şirin bir yalansan, mənsə acı bir həqiqət.

İmam Əli (ə) buyurmuşdur: "Siz ölümdən qaçırsınız halbuki ona doğru qaçırsın

Vilayət Yolcuları

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Vilayət Yolcuları

22 Oct, 04:59


Büreyd ibn Müaviyə İcli İmam Baqirin (ə) Allah-taalanın
*"Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, dözün və əlaqə qurun"* -ayəsi barədə belə buyurduğunu nəql edir:

"Vacibləri yerinə yetirməkdə səbrli olun, düşmənlərinizin əziyyətinə dözün və İmamınızla əlaqə qurun."

> ^📖İmam Mehdi(ə.f) barədə nazil olmuş ayələr,səh.25

Vilayət Yolcuları

20 Oct, 07:21


🔸Mömin insan dünya həyatında imanına uyğun hərəkət etməsinə diqqət etməlidir (yəni mömin insanın hərəkəti imanına uyğun olmalıdır).

🔸İmanımıza uyğun hərəkət etdiyimiz qədər şeytan bizə hakimlik edə bilməyəcək...(hərəkətimiz imanımıza nə qədər uyğun olsa bir o qədər şeytandan amandayıq)

˚✧ ゚
@salehlerin_emeli ˚✧ ゚

Vilayət Yolcuları

17 Oct, 07:19


Şeytan (l) İmam Əliyə (ə) qarşı çıxanların köksündə (sinəsində) yumurta qoyaraq cücə çıxarır ... Şeytan onların gözləri ilə görür, dilləri ilə danışır...

عن أمير المؤمنين (ع):

"اتَّخَذُوا الشَّيْطَانَ لِأَمْرِهِمْ مِلَاكاً وَاتَّخَذَهُمْ لَهُ أَشْرَاكاً فَبَاضَ‏ وَ فَرَّخَ‏ فِي صُدُورِهِمْ وَدَبَّ وَدَرَجَ‏ فِي حُجُورِهِمْ فَنَظَرَ بِأَعْيُنِهِمْ وَنَطَقَ بِأَلْسِنَتِهِمْ فَرَكِبَ بِهِمُ الزَّلَلَ‏ وَزَيَّنَ لَهُمُ الْخَطَلَ‏ فِعْلَ مَنْ قَدْ شَرِكَهُ‏ الشَّيْطَانُ فِي سُلْطَانِهِ وَنَطَقَ بِالْبَاطِلِ عَلَى لِسَانِهِ."

(نهج البلاغة (للصبحي صالح)؛ ص 53، الخطبة 7)

İmam Əli (ə) ona qarşı çıxanları məzəmmət edərək onlar barəsində belə buyurmuşdur:

“Onlar öz işlərində şeytana etimad etdilər. Şeytan da (başqalarını azdırmaq üçün) onları öz şərikinə və tələsinə çevirdi. Sonra onların köksündə (sinəsində) yumurta qoyaraq cücə çıxardı və tədricən (özünə itaət etdirənə qədər) onlarla təmasda oldu. Onların gözləri ilə görür, dilləri ilə danışırdı. (Söz və əməllərində ona tabe olurdular,) sonra onları azğınlıq atına mindirərək mənasız sözləri nəzərlərində bəzəkli göstərdi. Onların işləri şeytanın öz qüdrətində şərik edib onun dili ilə öz səhv və batil sözlərini dediyi bir kimsənin işi kimi idi.”

(Nəhcul-Bəlağə/ səh 53, xütbə 7)

˚✧ ゚ @salehlerin_emeli ˚✧ ゚

Vilayət Yolcuları

16 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Vilayət Yolcuları

16 Oct, 11:09


İmam Əli (əleyhis-salam) buyurur:“Fikirləş sonra danış ki, azğınlıqlardan amanda qalasan”.
(Ğurərul-hikəm 228)

Vilayət Yolcuları

16 Oct, 11:09


İmam Əli (əleyhis-salam) buyurmuşdur:“Yalan danışmağı – istər zarafat, istərsə də ciddi olsun, – tərk etməyən bəndə imanın ləzzətini dada bilməz.”

( “Üsuli-kafi”, 2-ci cild, səh. 34, hədis: 11.)

Vilayət Yolcuları

15 Oct, 09:32


Aşura qiyamının ən mühüm şüarı – zilləti qəbul etməməkdir

Aşura qiyamı da Quran kimi xüsusi zaman və məkana aid deyildi, bütün zamanların bəşəri üçün, insanları zülmətdən nura hidayət etmək üçün, zülmlə mübarizə etmək üçün həyata keçmişdir.

Aşura məktəbi və ruhu bütün dünyaya aiddir və Aşura şüarı ilə Aşura fəlsəfəsini dünyada təbliğ etmək olar. Bu gün 50 ölkədə Əli Əsğər məhəbbəti ilə beynəlxalq konfranslar təşkil edilir. Düşmənlər Hüseynin (ə) adından və məktəbindən qorxurlar, çünki ondan böyük zərbə alırlar. Ona görə də çalışırlar ki, bu cür konfransların qarşısını alsınlar.

Düşmənlərin əsil hədəfi Hüseyn (ə) məktəbini aradan aparmaqdır. Çünki yaxşı bilirlər ki, Hüseyn (ə) məclislərini təşkil etmək əslində hər cür zülmə və istismara qarşı çıxmaqdır. (Həvzəh)

Aşura məktəbinin əsil şüarı – zilləti qəbul etməməkdir. İmam Hüseyn (ə) izzətli şəhadəti, xar və zillətli həyatdan üstün bilmişdir. O kəslər ki, Aşura məktəbinin şüarını dərk edir, bu şəhid kimi uca məqama malik olar.

İmam Hüseyn (ə) əmr-be-mərufu və nəhy-əz-munkəri dilçəltmək üçün qiyam etdi. İmam Əli (ə) bu İlahi vacibat haqqında buyurmuşdur: “Əmr-be-məruf və nəhy-əz-munkəri tərk etməyin. Əks halda sizlərin ən pisi sizə hakim olacaqdır”.

Vilayət Yolcuları

14 Oct, 07:21


İmam Əli (ə) buyurur:

«Ədəb kimi zinət yoxdur.»

12 Ğurərul-Hikəm, hədis 10466

İmam Əli (ə) buyurur:

«Sizin zinətiniz ədəbdir.»

Nəhcüs-Səadə, c.2, səh.50

Vilayət Yolcuları

08 Oct, 10:55


🕋 İlahi ! Bizi gözəl əxlaq sahiblərindən qərar ver ! Amin !!!