ƏHKAM FİQH DƏRSLƏRİ

@fiqhrisalesi


ƏHKAM FİQH DƏRSLƏRİNİ SİZ MÜSƏLMANLARA ÇATDIRIRIQ...!

•Kanalın yaranma tarix'i - 26 iyul 2021

ƏHKAM FİQH DƏRSLƏRİ

22 Oct, 23:21


💢Nəcis bir şeyin namazda insanın üstündə olmasının hökmü

💠Sual:
Əgər nəcis bir dəsmal namaz qılanın cibində olsa namaz səhihdir?!

✍🏻Cavab:

❇️Əgər dəsmal o qədər kiçik olsa ki,onunla övrəti örtmək olmasa və o dəsmal murdar ya eyni-nəcis (it və donuz) və əti haram olan ya xalis ipək ya qızıldan (kişilər üçün) düzəldilmiş olmasa,maneəsi yoxdur.
🔹Diqqət: nəcis açar,bıçaq,üzük və eynək kimi şeylərdə kiçik dəsmal hökmündədir,buna görə onları namazda üstündə olması yuxarıda zikr edilən şərtlərlə maneəsi yoxdur.
🔸Həmçinin nəcis cib telefonu,salfetka,qısa corab namazda işkalı yoxdur (bu şərtlə ki,nəcasət namaz qılanın paltarına və bədəninə sirayət etməsin)

🔺Tozihul-məsail 10 mərcə,m 861 və 862.

ƏHKAM FİQH DƏRSLƏRİ

22 Oct, 18:54


🎙️Telegram istifadəçilərinin nəzərinə !
Aşağıdakı kanallardan faydalı məlumatlar almaq üçün linkǝ keçid edin. 𝐃𝐢𝐧𝐢, 𝐬𝐢𝐲𝐚𝐬𝐢, 𝐡ə𝐫𝐛𝐢, 𝐱ə𝐛ə𝐫,  𝐦𝐮‌𝐪𝐚𝐯𝐢𝐦ə𝐭 və bu kimi maraqlı paylaşımlar üçün kanala üzv olun.

✍️Hazırladı:
@ya_beqiyyetellah

ƏHKAM FİQH DƏRSLƏRİ

22 Oct, 16:02


👩🏻Ayaq barmağındakı lakın maneə olması👩🏻

Sual: Bir xanım əgər ayaq dırnaqlarına lak vursa,dəstəmaz və qüsldə vəzifəsi nədir?!

Cavab:
Qüsl üçün: Bütün mərcə: Gərək bütün barmaqlarının lakını təmizləsin.
💦Dəstəmaz üçün: Əgər yalnız bir barmağı və ya ayağın balaca barmağını məsh üçün təmizləsə,kifayət edər.
Ağa Məkarim: Ehtiyat vacibə görə,yalnız balaca barmağı təmizləmək kifayət etməz.(yəni yalnız balaca barmağı təmizləyib məsh etmək kifayət etməz;Bəlkə digər ayaq barmaqlarından təmizləyib və ona məsh etməlidir.)

Mənbə
Tozihul məsail 16 mərcə.

ƏHKAM FİQH DƏRSLƏRİ

22 Oct, 15:56


Sosial şəbəkələrdə hicablı qadınların şəkillərini paylaşması⁉️

🔹Cavab
Ağa Xamnei: Fəsada səbəb olarsa,caiz deyildir.¹
Ağa Məkarim: Əgər şəkildə şəri üzvlərin örtülməsinə riayət olunsa,şəri cəhətdən işkalı yoxdur.Amma bəzən belə işlər fəsad gətirdiyi üçün tövsiyə olunmur.²
Ağa Sistani: Əgər fəsada səbəb olacaq qorxu varsa ki,əksərən belədir,caiz deyil.³
Ağa Fazil: Ümumən hər bir iş ki,fəsad icad edir,haramdır,Fərq etmir istər sosial şəbəkədə olsun istər həqiqətdə.⁴

📚Mənbələr:
[1]Ağa Xamneinin saytından istiftat.
[2]Ağa Məkarimin saytından istiftat.
[3]Ağa Sistaninin saytından istiftat.
[4]Ağa Fazilin saytından istiftat.

ƏHKAM FİQH DƏRSLƏRİ

22 Oct, 07:40


💢Namazın niyyətini səhv dilə gətirmək.

💠Sual:
🔷Niyyəti səhv şəkildə dilə gətirməklə namaz səhihdir?

✍🏻Cavab:
◀️ Hər vaxt bir şəxs namaza dayansa və qəlbdə etdiyi niyyəti öz dilində və xəyalında,qeyri qəlbində etdiyi niyyətdən başqa söz desə,məsəlçün zöhr namazı qəsdi olsa amma səhvən işa namazını qılıram desə namazı səhihdir.

🔸Yanlış anlayış:
Çoxları bu inancdadırlar ki,niyyəti gərək dilə gətirəsən,halbuki niyyəti dilə gətirmək lazım deyil.Bəlkə insanın məqsədi Allah üçün namaz qılmağı olması kifayət edər.

🔺Urvətul-vüsqa,niyyət fəsli,məsələ 17.

ƏHKAM FİQH DƏRSLƏRİ

21 Oct, 22:43


❇️#Mehriyyə

Əgər ər,həyat yoldaşının mehriyyəsini vermək məqsədi olmasa,bu əqd batil olur?

✍️Cavab:
Bütün mərcələr: Əqd səhihdir və kişi gərək mehriyyəni versin.

🔺Tozihil məsail mərace,m 2466;
Vəhid,tozihul məsail,m 2510;
Nuri,tozihil məsail,m 2442.

ƏHKAM FİQH DƏRSLƏRİ

20 Oct, 09:21


🔰Talaq zamanı 2 ədalətli şəxsin şahid olması

Müqəddəs İslam şəriətinə əsasən talaq oxunan zaman iki ədalətli kişinin buna şahid olmaları zəruridir.
Sual: Qeyd olunan iki ədalətli kişinin talaqa əyani surətdə şahid olmaları şərtdirmi? (Belə ki, talaqa telefon və ya görüntü vasitəsilə virtual olaraq şahid olmalarının maneəsi varmı?)

Cavab:
Ayətullah Xamenei:
İki ədalətli şəxsin talaqa bir başa (telefon ya video görüntü vasitəsilə olsa belə) şahid olmaları şərtdir. Nəticədə əyani şəkildə iştirak etmələri şərt deyildir, hərçənd əyani iştirak  müstəhəb-ehtiyatdır[1].

Ayətullah Sistani:
İki ədalətli şəxsin talaqa əyani şəkildə şahid olmaları şərtdir və vacib-ehtiyata əsasən canlı olaraq telefon və ya video görüntü vasitəsilə şahid olmaları kifayət etmir[2].

Ayətullah Məkarim Şirazi:
Talaq zamanı iki ədalətli şəxsin əyani olaraq talaqa şahid olmaları şərtdir.

📌Dipnotlar:

1- Ayətullah Xameneinin rəsmi saytı (leader.ir), "Talaq və iddə" bölməsi, sual nömrəsi: 30002
2- Ayətullah Sistani, "Risale came", c. 4, məs. 522 və 523
3- Ayətullah Məkarim Şirazi, "İstifta cədid",  c. 4, 27-ci fəsil, 706-cı sual.

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

ƏHKAM FİQH DƏRSLƏRİ

19 Oct, 22:00


💠Sual:
Sol əl ilə başa məsh çəkmək olar?

Cavab:
Ayat Əzəm- İmam,Behcət,Fazil,Cəvadi və Sistani;
Bəli,sol əl ilə başa məsh çəkmək olar və heç işkalı yoxdur.

✍️Ayat Əzəm- Rəhbər,Məkarim,Vəhid,Safi,Zəncani,Nuri və Təbrizi;
Xeyr,adi şəraitdə,ehtiyat vacibə görə,sol əl ilə başa məsh çəkmək olmaz;Amma xüsusi şəraitdə,misal üçün sağ əl zədəli olsa,işkalı yoxdur.

📣Nöqtə:
Ehtiyat vacib,yəni bu deməkdir ki,öz müctəhidimizdən sonra ələm olan müctəhid ki,qəti fətvası var,əməl edə bilərik.

📚Tozihil məsail 16 mərcə,m-249;

ƏHKAM FİQH DƏRSLƏRİ

19 Oct, 16:37


Bədənin və paltarın qandan başqa nəcis ilə nəcis olması.

💠Namazdan qabaq.
Bir kəs əgər məcbur və çarəsiz qalsa ki,nəcisli paltarla namaz qılsın (məsələn başqa paltarı və ya vaxtı yoxdur) namazı səhihdir və qəzası yoxdur.
💠Namaz əsnasında bilsə ki,paltarı ya bədəni namazdan qabaq nəcis olub:
Əgər vaxt geniş olsa namazı buraxıb,paltar ya bədənini pak etsin.
Əgər vaxt azdırsa(əgər namaz halında pak etmək mümkün olsa etsin və əgər mümkün olmasa) o halla namazını qılsın.
💠Namazdan sonra
◀️Namazdan qabaq bilmirdisə ya şəkki olsa ki,paltarı ya bədəni nəcisdir və bunu namazdan sonra bilsə,namazı səhihdir.
◀️Namazdan qabaq bilirdisə ki,paltar ya bədəni nəcisdir və unutsa və namazdan sonra yadına düşsə:
🔹Bütün mərcələr: Gərək namazı yenidən qılsın.
🔹Ayətullah Sistani: Əgər unutqanlığı etinasızlıqdan olmasa,lazım deyil namazı yenidən qılsın.
📚Tozihil-məsaili mərace,məsələ 802-813:

ƏHKAM FİQH DƏRSLƏRİ

19 Oct, 11:25


14 azn Çatdırılma ilə metrolara

ƏHKAM FİQH DƏRSLƏRİ

18 Oct, 22:00


💠Sual:
Yuxudan oyananda cunub olduğumu görsəm amma heç bir ləzzət hiss etməsəm bu halda yenə cənabət qüslü vacib olur?

Ayətullahil-əzəm Xomeyni,Xamnei,Behcət,Təbrizi,Sistani,Fazil,Nuri,Məkarim və Vəhid;

📝Məninin heç bir əlaməti olmayan maye xaric olsa,qüsl vacib deyil.

🔸Əgər əlamətlərin olub-olmamasında şəkkiniz olsa və ya hər dəlilə görə,şəkk etsəniz ki,məni suyudur ya yox,qüsl vacib deyil.

Əgər başqa yollarla (misal üçün: rəng,iy və başqa) yəqin etsəniz ki,xaric olan şey,məni idi qüsl vacib olar.

🔺Tozihil-mərace,m 346.
Vəhid,risalə,m 352.
Nuri,risalə,m 347.
Xamnei,əcvəbul-istiftaat,sual 180.

ƏHKAM FİQH DƏRSLƏRİ

18 Oct, 17:16


🔷Peyğəmbərə salavat göndərmək;

Bəzi insanlar elə bilirlər Peyğəmbərin yalnız "Məhəmməd" (s.a.v.s) adı eşidiləndə gərək salavat deyilsin.
Halbuki bu düz deyil.
Peyğəmbərin hər bir adları,ləqəbləri və künyələri (misal üçün Əhməd,Mustafa,Rəsul,Nəbi,Əbul-Qasim və başqa...) eşidiləndə,müstəhəbdir ki,salavat göndərək.
Maraqlıdır ki,hətta namaz əsnasında olsaq belə,yenə müstəhəbdir ki,Bu isimləri eşitsək salavat deyək.

Tozihil-məsail mərace,cild 1,m 1124.

ƏHKAM FİQH DƏRSLƏRİ

17 Oct, 16:11


Sual: Xəlvət otaqda naməhrəmlə namaz qılmaq səhihdir?

📝Ayətullah Xamnei; Əgər o otağa bir kəsin daxil olmağı mümkün olmasa və onlar harama düşməkdən qorxsalar,orada qalmaqları haramdır.Müstəhəb ehtiyata əsasən orada namaz qılmasınlar.Lakin əgər namaz qılsalar,namazları batil deyil.¹


📝Ayətullah Sistani: Kişi və qadının bir yerdə olmaqları fəsada ehtimal verilərsə haramdır.İstər o otağa başqasıda daxil ola bilərsiz və ehtiyat müstəhəbə orada namaz qılmasınlar.²


📝Ayətullah Safi və Məkarim: Əgər kişi və qadın xəlvət bir otaqda və ya bir yerdə olsalar ki,bir kəs ora daxil ola bilmirsə,ehtiyat vacibə əsasən orada qalmaqları haramdır.Hərçənd fəsada ehtimal verməsələrdə və elmi işlər görsələr belə.Orada namaz qılmaqları səhih deyil.³

[1]Xamnei: istifta (cild 2 səh 70)
[2]Sistani,tozihil məsail,m 876.
[3]Safi,tozihil məsail,m876;
Məkarim,tozihil məsail,m 814.

ƏHKAM FİQH DƏRSLƏRİ

17 Oct, 15:09


070 254 85 95

ƏHKAM FİQH DƏRSLƏRİ

17 Oct, 01:49


Əqiq təsbehlər