Azad Azərbaycan TV

@atv_officially


🆔️Rəsmi səhifə
🔵Facebook.com/AzadAzerbaijanATV
Twitter.com/Atv_Officially
🟠İnstagram.com/azadazerbaycan.tv
🔴Youtube.com/c/ATVShow
https://tr.m.wikipedia.org/wiki/Azad_Azerbaycan_TV
https://atv.az

Azad Azərbaycan TV

22 Oct, 10:11


Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanan sosial çarx - “Həyatı qoruyaq!”

Azad Azərbaycan TV

22 Oct, 09:53


Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanan sosial çarx - “Doğru hədəfə yönəl!”

Azad Azərbaycan TV

22 Oct, 07:49


COP29 üçün avtobus parkının 50 faizi "yaşıl avtobus"larla təchiz olunub

Azad Azərbaycan TV

21 Oct, 08:14


Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni direktor təyin edilib.

Bu, Bahar Dadaşovadır.

O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.

Azad Azərbaycan TV

21 Oct, 06:01


Müştəridən xəbərsiz kredit limiti artırıla bilərmi?

Azad Azərbaycan TV

19 Oct, 08:09


COP29-la bağlı işlərin 90 faizi yekunlaşıb

Azad Azərbaycan TV

19 Oct, 07:11


Gürcüstan azərbaycanlıları kimə səs verəcəklərini müəyyən ediblər

Azad Azərbaycan TV

18 Oct, 18:28


“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov 75 yaşında vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

T.Əhmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhum sabah dəfn olunacaq.

Xatırladaq ki, T.Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub, 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

T.Əhmədov 1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi, 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb, 2014-2022-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədr müavini, daha sonra sədri olub.

Azad Azərbaycan TV

18 Oct, 10:53


Flora Kərimova Afət Fərmanqızının üzrünü QƏBUL ETDİ

Azad Azərbaycan TV

18 Oct, 07:30


Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib.

Azad Azərbaycan TV

18 Oct, 05:45


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edib.

Bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-dan 20-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək:

"Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə sürücülər Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.

Azad Azərbaycan TV

18 Oct, 05:41


Qərbin "arzusu" yox, "Gürcü Arzusu" real olacaq

Azad Azərbaycan TV

18 Oct, 04:28


Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azad Azərbaycan TV

17 Oct, 11:52


Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, səhmdar cəmiyyətinin daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətlərini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək.

“Azərkontrakt” dekabrın 1-dən ləğv edilir.

Nazirlər Kabineti “Azərkontrakt”ın digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qazla bağlı müqavilələr üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin dekabrın 1-nə qədər təmin edilməsi üçün tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azad Azərbaycan TV

17 Oct, 11:05


Səhhəti pisləşən Cavad Rəcəbovun son durumu - Nəvəsi təcili ATV-yə gəldi / Rəngarəng

Azad Azərbaycan TV

17 Oct, 09:28


“Tamaşaçı nəyi istəyir onu oxuyuruq” - Şəbnəm Tovuzlu / 7 Tamam

Azad Azərbaycan TV

17 Oct, 08:14


COP29 müddətində 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərməsi nəzərdə tutulub.

Bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, həmin tibb heyətinin qeydiyyat prosesi yekunlaşmaq üzrədir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə bildirib ki, tədbir iştirakçılarının qaldığı qonaqlama yerlərində 24 saat tibbi xidmət mümkün olacaq: "Bunun üçün regionlarda olan bütün resurslardan istifadə olunacaq. Qeyd edim ki, hava limanından tutmuş qonaqlama yerlərinədək, eləcə də tədbirin keçiriləcəyi bütün məkanların hamısında təcili tibbi yardım briqadaları olacaq".

Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda baş tutacaq.

Azad Azərbaycan TV

17 Oct, 08:09


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Azad Azərbaycan TV

17 Oct, 07:32


Gürcüstanın seçki prosesinə süni intellektlə müdaxilə cəhdi var

Azad Azərbaycan TV

17 Oct, 06:43


"Zəfər tariximiz - Füzulinin Ermənistan işğalından azad edilməsindən dörd il ötür".