🌱 ALLEQORİYA ART

@alleqoriya


alleqoriyart.blogspot.com
https://kofe.al/@alleqoriya

🌱 ALLEQORİYA ART

17 Oct, 16:08


“Kətan arxasında” layihəsinin bu səfərki qonağı Erkin Ələkbərlidir. Onun rəsmlərində pozitivliyin və melanxoliyanın sintezini görə bilərsiniz. Onunla həmsöhbət olmaq daxili dünyasına ziyarət idi. Müsahibəni izləmək üçün “Youtube” kanalımıza baxın.

#KətanArxasında

🌱 ALLEQORİYA ART

16 Oct, 12:03


Nemes

🌱 ALLEQORİYA ART

15 Oct, 17:49


💭 Nemes nədir bilirsiniz?

🌱 ALLEQORİYA ART

14 Oct, 16:27


🪽İeronim Bosxun “Dünyəvi Zövqlər Bağı” əsəri insanın ehtiraslarının, zövq axtarışının və nəticədə mənəvi süqutunun simvolu olaraq qəbul edilir.

🔍Hər bir detalı ilə insana əks etdirilən dünya və onun müvəqqəti cazibəsi, eyni zamanda bu cazibənin arxasında gizlənən dərin bir xəbərdarlıqdır.

💭Görəsən, biz nəyi seçərik? Zövqün hüdudlarını, yoxsa ruhun əbədi axtarışını? Baxın və fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

🌱 ALLEQORİYA ART

14 Oct, 13:09


Hohlenstein Stadel Şir Adamı- Almaniyada tapılan e.ə 38 min ilə aid olan bilinən ilk insan şəklindəki oyma.

🌱 ALLEQORİYA ART

14 Oct, 13:03


Tarixin ilk sənət örnəyi- Villendorf Venerası.

Daş dövrünün Üst Paleolitinə aid edilir. Bədən hissələrinin belə böyük olması doğurqanlığı simgələyir.

🌱 ALLEQORİYA ART

07 Oct, 07:10


Ən sadə dildə oxuduqlarımı sizinlə paylaşacağam 🌿

Xoş həftə arzulayıram☀️

🌱 ALLEQORİYA ART

03 Oct, 05:34


Biz həmişə zamandan asılı qalanlarıq. Bəzən zamanın nələrisə düzəldəcəyinə inanırıq, bəzən zamanın irəliləməsi bizi gecikdirir. Bir sözlə, biz zamanın çaldığı havanı oynayırıq. Bu rəsmdə də tam olaraq bu təsvir olunub. Nikolya Pusen bu rəsmdə tam da bunu təsvir edib. Ortada rəqs edən 4 fiqur yoxsulluq, əmək, zövq və zənginliyin alleqoriyasıdır. Onlardan yalnız zövq bizə baxır.

🌱 ALLEQORİYA ART

02 Oct, 17:11


Səidin rəsmi kanalında bu heykəli gördüm. Mütləq canlı görmək istərdim. Maraqlıdır ki, gündəmdəki Aşıq Ələsgər abidəsi ilə bu abidənin müəllifi eyni adamdır.

🌱 ALLEQORİYA ART

30 Sep, 19:15


Sənət tarixini oxumağı sevənlər klikləyin və Rokoko dövrünün ehtişamı ilə tanış olun.

🌱 ALLEQORİYA ART

29 Sep, 07:15


Bu gün Dünya Dəniz Günüdür. Dəniz deyəndə ağıla ilk gələn İvan Ayvazovskinin dənizləridir.

🌱 ALLEQORİYA ART

24 Sep, 17:28


Salvador Dali "Yaddaşın dəyişməzliyi" əsəri ilə insanlara nəyi çatdırmaq istəyib?

Əvvəlcə gəlin əsərə diqqətlə nəzər salaq. İlk olaraq mərkəzdə canavara bənzər cisim görürük. Bununla Salvador Dali özünü ifadə edir. Əriyən saatlar əlimizdən axıb gedən zamana işarədir. Tablonun sol tərəfində saatın üzərində təsvir edilən milçək isə yox olma mənasına gəlir. Rəsmdə olan tək bitki qurumuş ağacdır. Bununla Dali insanlara həyatın tək acı həqiqətini, ölümü çatdırmaq istəyib. Əsərin peyzaj hissəsində qum örtüyü, arxa planda isə sakit, lal-dinməz, dalğasız su görürük. Bütün bunlar izləyiciyə yalnızlıq, tənhalıq hiss etdirir.

Rəssam bu əsəri avqust ayının qızmar günəşi altında əriyən komamber pendirindən ilham alaraq çəkib. Buna görə də əsərin digər adı "Əriyən saatlar"dır.

Əsəri araşdırarkən maraqlı bir faktla da qarşılaşdım. Rəsm çəkildikdən sonra qırmızı şərabla isladılıb. Hazırda tablo Floridada (ABŞ) yerləşən Salvador Dali Muzeyində saxlanılır.

🌱 ALLEQORİYA ART

23 Sep, 16:54


#SənətTarixi Baroko dövrü ilə davam edirik. Bu dövürlə bağlı ən çox zövqünüzü oxşayan nədir?

🌱 ALLEQORİYA ART

21 Sep, 18:54


Qarşıma iranlı rəssam Zəhra Zeynalinin işləri çıxdı. Maraqlı düşüncəsi var, orijinal işlər ərsəyə gətirir.

Qız uşağı və gəlinciklər onun əsərlərinin əsas qəhrəmanlarıdır. Bu qəhrəmanların mövqeyinin yuxu və ayıqlıq arasında olması tam bəlli deyil. Üslub sürrealizmə çox yaxındır. Rəssamın bioqrafiyasını oxuyanda İran rejiminə antipatiyası olduğu qeyd olunub. Elə buna görə də uşaq və kuklalar bəyaz geyimləri ilə saflığı və günahsızlığı, tünd çalarlarda olan ətrafı isə mühitin iyrənc və kirliliyini rəmzləndirir.