AzVision

@azvisionaz


Azvision.az ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir, sizlərə çatdırır. Saytımız və kanalımız daha çox ciddi mövzulara, analitik materiallara üstünlük verir.

📝 Bizimlə əlaqə: t.me/AzVision_bot

AzVision

22 Oct, 14:30


🌧️🥀İntensiv yağan yağış nəticəsində tuneldə boğularaq ölən Kürdəmir sakini 48 yaşlı Elnur Şirinov.

AzVision

22 Oct, 14:24


🇹🇷⚡️Türkiyənin ASELSAN şirkəti yeni pilotsuz uçuş aparatı “ovçusu” “Korkut 25”i təqdim edib.

AzVision

22 Oct, 14:14


⚫️😢 Seldə boğulan hər iki şəxsin meyiti tuneldən çıxarılıb

AzVision

22 Oct, 13:57


🇨🇳 Cəmi 40 il əvvəl Şanxay - gündəlik dərdi bir ovuc düyü olan kasıb insanların yaşadığı daxmalardan ibarət şəhər idi. İndi isə Şanxay - Çinin əsas maliyyə mərkəzidir. Burada 1000-dən çox transmilli şirkətin qərargahı yerləşir. Şəhərdə xarici sərmayə əsasında yaradılmış 75 000 müəssisə fəaliyyət göstərir. Onlara qoyulmuş sərmayənin ümumi miqdarı 350 milyard dollardan çoxdur. #Çin #Şanxay

AzVision

22 Oct, 13:30


🇦🇿🇦🇲Alen Simonyan: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir.

AzVision

22 Oct, 13:20


🇦🇿🇦🇲Simonyan: Ermənistanın #COP29-da iştirakla bağlı yekun qərarı yoxdur.

AzVision

22 Oct, 13:10


🇷🇺🇨🇳Si Cinpin BRİCS-in 16-cı sammitində iştirak etmək üçün Kazana səfər edib.
❗️
Qeyd edək ki, bu gün Tatarıstanın paytaxtında BRİCS ölkəkəri dövlət başçılarının sammiti fəaliyyətə başlayır. Oktyabrın 24-dək davam edəcək sammitdə 30-dan çox ölkədən yüksək səviyyəli nümayəndə iştirak edəcək.

AzVision

22 Oct, 13:07


💥📍Livan, Beyrut.

AzVision

22 Oct, 08:57


⚡️İsrail Ordusu Beyrutun Dahiyə məhəlləsinə aviazərbələr endirib.

AzVision

21 Oct, 19:08


🇱🇧 IDF sözçüsü Haqari:

Hizbullah Beyrutdakı Əl-Sahel xəstəxanasının altındakı yeraltı bunkerdə ən azı yarım milyard dollar gizlədir.

Yaxın bir neçə saat ərzində biz bütün Livanda, həmçinin Beyrutda, Dahiyədə hücuma keçəcəyik.

AzVision

21 Oct, 15:17


🇲🇩 Moldovada keçirilən seçkidə birinci turda heç kim 50%-lik baryeri aşa bilməyib. Hazırkı prezident Maya Sandu 41,92%, onun əsas rəqibi, keçmiş baş prokuror, sosialistlərin nümayəndəsi Aleksandr Stoyanoqlu 26,35% səs toplayıb. Bu o deməkdir ki, qalib noyabrın 3-də keçiriləcək ikinci turda müəyyən ediləcək.

AzVision

21 Oct, 15:16


🇮🇳 Hindistandakı Yamuna çayında fosfatlı tullantıların çoxalması nəticəsində suyun səthini zəhərli köpük örtüb. Yerli media bu vəziyyətin əhalinin sağlamlığına ciddi risklər yaratdığını yazır.

AzVision

21 Oct, 10:54


🇦🇿İlham Əliyev: “Azərbaycan regional sülh gündəliyini dəstəkləyir. Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir. Azərbaycan prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcək”.

AzVision

21 Oct, 07:57


ABŞ-nin Texas ştatının Hyuston şəhərində helikopter radio qülləsinə çırpılıb.

AzVision

21 Oct, 07:01


🛩️İstanbul-Təbriz reysində sərnişinlərin Azərbaycan dilində “xoş gəldiniz” ifadəsi ilə qarşılanması media istifadəçilərinin diqqətini çəkib.

AzVision

21 Oct, 06:50


🇺🇸🍟🍔Donald Tramp “McDonalds”da müştərilərə xidmət edib.