HERBİ_AZERBAİJAN

@herbi_azerbaijan


🚨Hərb dünyasına və hərbiyə aid olan bütün hadisə və xəbərləri bizdən öyrənin!

📨 Reklam və əməkdaşlıq üçün əlaqə : @herbi_az

🔗 Kanalın linki: t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 15:10


⚡️Hikmət Hacıyev və Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

📌 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 14:02


❗️🇦🇿 Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri təsdiqlənib

📌 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 13:51


❗️SOMDA-nın hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları hazırlanacaq

📌 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 13:41


🇦🇿❗️Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə təsdiqlənib

* Qısa adı - SOMDA

📌 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 13:32


🇦🇿Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri təsdiqlənib

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının yeni təsviri təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

📌 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 13:09


🇦🇿🇰🇬 General-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun dəvəti ilə Qırğızıstana rəsmi səfər edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

📌 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 12:32


❗️ “Sabunçu keçidi"ndə subasmaya məruz qalmış tuneldə boğulan iki nəfərin meyiti çıxarılıb, araşdırma aparılır.

Allah rəhmət eləsin !

📍 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 08:10


🇦🇿 Azadlığın 4-cü ilində: Ağbənd !

📍 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 08:03


#Tarixdəbugün

Zəfər qazandıran 44 gün
🇦🇿

22 oktyabr 2020-ci il - Vətən müharibəsinin 26-cı günü

📍 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

22 Oct, 08:01


🇦🇿🇮🇷🇮🇱İsrail İrana casusluqda ittiham olunan daha 7 vətəndaşını həbs edib

İsrail polis avtomobillərinə zərər vermək, onları yandırmaq, qrafiti yazmaq, qumbara və digər hərbi sursat almaq ittihamı ilə 7 nəfəri həbs edib.

İsrail polisi şərqi Qüdsün yeddi sakinini İranın xeyrinə casusluqda şübhəli bilərək həbs edib.

Bildirilib ki, yeddi nəfər Şərqi Qüdsün Beyt Səfafa məhəlləsindən olan 17-23 yaş arasında gənclərdir.

Bu həbslər ötən gün səhərki həbslərə əlavədir.

Qeyd edək ki, ötən gün İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs etmişdi.

📍 t.me/herbi_azerbaijan | APA | Yerusəlim Post

HERBİ_AZERBAİJAN

22 Oct, 06:48


🇦🇿❗️Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, faktla bağlı daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

"Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq", - məlumatda qeyd olunub.

📌 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

21 Oct, 20:02


🇦🇿Bu gün həmçinin Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının dördüncü ildönümüdür.

2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.

❗️Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.

📌 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

21 Oct, 20:00


🇦🇿🥀 Bu gün Milli Qəhrəman, polkovnik Şükür Həmidovun və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Kiçik giziri Xudayar Yusifzadənin şəhid olmasından 4 il ötür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !


📌 t.me/herbi_azerbaijan

HERBİ_AZERBAİJAN

21 Oct, 12:58


🇦🇿🇮🇷🇮🇱İsrail İrana casusluq etməkdə ittiham olunan 7 Azərbaycan əsilli vətəndaşını həbs edib

Casusluqda ittiham olunan şəxslərin İran üçün indiyədək 600-ə yaxın tapşırıq yerinə yetirdiyi bildirilir.

Onların casus məlumatları ötürdüyü obyektlər arasında “Ramat David” aviabazası, “Nevatim” aviabazası, “Glilot” və keçən həftə Hizbullahın pilotsuz uçan aparatının hücumu nəticəsində dörd İsrail əsgərinin öldürüldüyü “Qolani” Briqadasının bazası var.

Qeyd edilib ki, casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum olduqları, birinin isə hərbi xidmətə getmədiyi vurğulanıb.

📍 t.me/herbi_azerbaijan | APA | Yerusəlim Post

HERBİ_AZERBAİJAN

21 Oct, 12:03


🇦🇿🥀 Mayor Famil Tağıyev dəfn edilib.

Xatırladaq ki, F.Tağıyev ötən gün ürək tutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin !

📍 t.me/herbi_azerbaijan