Tehsil.im - Təhsil və İş Elanları @tehsilim1 Channel on Telegram

Tehsil.im - Təhsil və İş Elanları

@tehsilim1


Tehsil.im saytının rəsmi telegram kanalı

Tehsil.im - Təhsil və İş Elanları (Azerbaijani)

Tehsil.im Telegram kanalı Təhsil və İş Elanları adı altında bütün tələbələr, iş axtaranlar və karyera sahibləri üçün iş elanları, təhsil proqramları, seminarlar və digər maraqlı məlumatlar təqdim edir. Kanalda ən son təhsil və iş dünyasına dair yenilikləri, fırsatları və məsləhətləri tapa bilərsiniz. Tehsil.im kanalı tələbələrə, iş axtaranlara və habelə işçi axtaran müəyyən şirkətlərə dəstək olmaq məqsədilə hazırlanmışdır. Kanalda təhsil proqramları, universitetlər, kurslar, seminarlar və workshoplar haqqında ən son məlumatlar toplanır və təqdim olunur. Həmçinin, iş axtaranlar üçün iş elanları, karyera məsləhətləri və iş fırsatları paylaşılır. Tehsil.im kanalı tələbələrə, iş axtaranlara və iş verənlərə ən aktual və faydalı məlumatları təqdim edir. Əgər siz də təhsil və iş dünyasına dair ən son yeniliklərdən xəbərdar olmaq və müvafiq məlumatlara asanlıqla əldə etmək istəyirsinizsə, Tehsil.im kanalına qoşulun və faydalı məlumatlarla dolu bir dünyanın qapılarını açın!

Tehsil.im - Təhsil və İş Elanları

09 Feb, 12:05


Hal-hazırda şirkətimizdə #Montajor vakansiyamız aktivdir.

Vəzifə təlimatları:
•Montaj sırasının sərbəst şəkildə qurulması
•Təqdim olunmuş kadrları maraqlı və səliqəli formada yığmaq
•Mətndə qeyd olunan göstəricilərə uyğun kadrları düzgün yerləşdirmək
•Gündəlik hazırlanan videoları vaxtında montaj edərək təhvil vermək.

Biz nə təklif edirik:
•Rahat və kreativ iş mühiti
•Şirkət tərəfindən nahar yeməyi
•Professional inkişaf imkanları və təlimlər
•Maraqlı layihələrdə iştirak etmək imkanı

Tələblər:
•Adobe After Effects proqram biliyi üstünlük
•Kreativ düşüncəli və yaradıcı yanaşmağı bacarmalı
•Məsuliyyətli və inkişafa meyilli olmalı

Ünvan: Sabunçu rayonu Bəşir Bünyadov küç.
İş qrafiki: 5 gün 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq. (Min : 500 azn)

Vakansiya üzrə çalışmaq istəyən namizədlər öz CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

Tehsil.im - Təhsil və İş Elanları

09 Feb, 11:50


Qeydiyyat ucun link
https://app.anket.edu.az/user/145

Tehsil.im - Təhsil və İş Elanları

09 Feb, 11:06


Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2 və 9 mart 2025-ci il tarixlərində keçiriləcək.

Tehsil.im - Təhsil və İş Elanları

07 Feb, 11:39


‼️ Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi

Tehsil.im - Təhsil və İş Elanları

06 Feb, 16:13


Emin Əmrullayev:
"Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək".

Tehsil.im - Təhsil və İş Elanları

06 Feb, 11:52


Emin Əmrullayev: Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq.

"Rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcək.

Tehsil.im - Təhsil və İş Elanları

06 Feb, 11:52


🔴"Kolleclərdə müəllimlik ixtisası ləğv ediləcək."

- Emin Əmrullayev

Tehsil.im - Təhsil və İş Elanları

06 Feb, 11:51


Qarabağ Universitetinin Tibb fakültəsi və Klinikası yeni tədris ilində Xankəndi şəhərində açılacaq.
Emin Əmrullayev

Tehsil.im - Təhsil və İş Elanları

02 Feb, 16:44


Gənclər – savadı, enerjisi və potensialı ilə uğurlu gələcəyimizi formalaşdıran qüvvədir.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edirik!

Tehsil.im - Təhsil və İş Elanları

31 Jan, 16:46


🇦🇿 Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Tehsil.im - Təhsil və İş Elanları

28 Jan, 18:34


Özbəkistanda Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq.

Tehsil.im - Təhsil və İş Elanları

28 Jan, 08:37


Sabah Azərbaycanda Bələdiyyə seçkiləri ilə bağlı qeyri-iş günüdür.

Tehsil.im - Təhsil və İş Elanları

27 Jan, 13:13


📚Yanvarın 27-dən məktəblərdə qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Tehsil.im - Təhsil və İş Elanları

26 Jan, 11:27


HR üzrə təcrübəçi

Müəssisə: NN BUSİNESS GROUP MMC

Vakansiya: HR üzrə təcrübəçi

📝Tələblər:
• Ali təhsilli (psixologiya, sosiologiya, menecment və digər müvafiq ixtisas üzrə) məzunlar və tələbələr;
• İş təcrübəsi tələb olunmur;
• Staj müddəti ödənişlidir;

📑İş haqqında məlumat:
• Kadr kargüzarlığı üzrə işlərdə mütəxəssislərə dəstək olmaq;
• ƏMAS üzərində aparılan işlərlə tanış olmaq və təcrübə qazanmaq;
• Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.

📌Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “HR üzrə təcrübəçi" qeyd etməyiniz xahiş olunur.

📊İş Qrafiki: Həftəiçi 5 gün (Müsahibə əsasında full yaxud part time müzakirə oluna bilər)
İş Yeri: Bakı şəhəri, Luxen Plaza

Tehsil.im - Təhsil və İş Elanları

26 Jan, 06:32


Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 13-dən başlayıb və 27 yanvar saat 23:59-dək davam edəcək.

21 yanvar saat 09:30-a olan məlumata əsasən 7902 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 7143; rus bölməsi - 759).

Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək.

Tehsil.im - Təhsil və İş Elanları

25 Jan, 07:13


Hörmətli bağlantılarımın nəzərinə, Təcrübəçi mühasib vakansiyası aktivdir.
 
İş barədə məlumat:
∙            Şirkətin gündəlik maliyyə əməliyyatlarını icra etmək;
∙            Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
∙            Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
∙            Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
∙            Bank əməliyyatlarını həyata keçirmək;
∙            Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
∙            İşgüzar yazışmaları aparmaq;
∙            Əmək haqqı hesablanmasını və ödənişini həyata keçirmək.
İş şəraiti:
∙            Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
∙            Korporativ mobil nömrə;
∙            Əmək haqqı – danışıq əsasında müəyyən olunur;
∙            Təcrübə proqramının müddəti 1 (bir) ay olmaqla ödənişsizdir. Təcrübə müddətini uğurla başa vuran namizədlə əmək müqaviləsi bağlanılır.
 
Namizəd üçün tələblər:
∙            Ali və ya orta təhsil;
∙            Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
∙            Microsoft Office proqramları ilə işləmə bacarığı;
∙            Mühasibatlıq sahəsi üzrə nəzəri biliklər;
∙            Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı vacibdir. Rus dili biliyi üstünlükdür.
 
Namizədlərdən “cv”-lərini [email protected] elektron poçt ünvanına mövzu yerində "Təcrübəçi mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur

Tehsil.im - Təhsil və İş Elanları

20 Jan, 07:16


📆20 Yanvar 1990.

▪️Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında
146 nəfər öldürülüb,
💊744 nəfər yaralanıb,
⚖️841 nəfər qanunsuz həbs olunub;
🏢hərbi qulluqçular tərəfindən 200 ev və mənzil,
🚘80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib.
🥀Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub.

Tehsil.im - Təhsil və İş Elanları

18 Jan, 17:20


⚡️⚡️COP29 könüllülərinə 900-1500 manat məbləğlərində mükafat verildi.

Tehsil.im - Təhsil və İş Elanları

14 Jan, 17:31


Mediada Qarabağ Regional Təhsil İdarəsi tərəfindən çoxsaylı əməkdaşın işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Tehsil.im - Təhsil və İş Elanları

13 Jan, 16:34


Yeni açılacaq “Lumen Space “ psixoloji və loqopedik mərkəzə MENECER tələb olunur.

TƏLƏBLƏR:
🔸 Ali Təhsil
🔸 Rus dili biliyi
🔸 Öz üzərində çalışan
🔸 Ünsiyyətcil olmaq
🔸 Yaş həddi 25+

* İş saatları 09:00 - 18:00
* Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişdiyi üçün, müsahibə əsasında.

🔸Uyğun şəxslərin öz CV.lərini uyğun başlıqla (məsələn, “ Menecer “) [email protected] ünvanına göndərmələri xahiş olunur.

📲 050 832 22 99

Tehsil.im - Təhsil və İş Elanları

10 Jan, 14:10


⚡️Buraxılış imtahanlarının vaxtı açıqlanıb:

● 11 illik orta təhsil səviyyəsi üzrə 2 - 9 mart

● 9 illik ümumi orta təhsil səviyyəsi üzrə 13, 20, 27 aprel.

Tehsil.im - Təhsil və İş Elanları

06 Jan, 19:37


Məktəblilərin qış tətilinin vaxtı bilinib.

Ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonrakı günlər şənbə və bazara düşdüyünə görə ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 3-nə təsadüf edir.

Qeyd edək ki, hər il bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Tehsil.im - Təhsil və İş Elanları

28 Dec, 09:45


Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib

Tehsil.im - Təhsil və İş Elanları

25 Dec, 11:39


Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Tehsil.im - Təhsil və İş Elanları

23 Dec, 13:19


✍🏻💰SON DƏQİQƏ❗️Minimum aylıq əməkhaqqı artırıldı:  2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. - Prezident Sərəncam imzalayıb.

Tehsil.im - Təhsil və İş Elanları

18 Dec, 19:54


Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə uşaqların qeydiyyatına start verilib.

Tehsil.im - Təhsil və İş Elanları

14 Dec, 19:33


Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vakansiyaları təqdim olunub. 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Vakansiyalar üzrə müraciətlər məktəbəqədər təhsil müəssisələrinin tabe olduğu aidiyyəti yerli təhsili idarəetmə orqanında (Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrində) qəbul edilir.
Nəzərinizə çatdırırıq ki, vakansiyalara 2022-2023-cü tədris illərində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş və müvafiq keçid balını toplayan namizədlər müraciət edə bilərlər.
Qeyd edək ki, vakansiyaya müraciət edən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Tehsil.im - Təhsil və İş Elanları

14 Dec, 09:34


🇦🇿Ödənişli hərbi xidmətlə bağlı təklif müzakirə olunsa da, aidiyyəti qurumlar dəstəkləməyib.

Eyni zamanda, magistratura bitirənlərin müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilməsi nəzərdə tutulmur.

"Magistratura və rezidentura bitirənləri müəyyən məbləğlə hərbi xidmətdən azad etsək, silahlı qüvvələrin keyfiyyətli komplektləşdirilməsinə mane ola bilər" - SHXÇDX-nin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev bildirib. (Apa)

Tehsil.im - Təhsil və İş Elanları

09 Dec, 15:19


Slayd və word işini bacaran biri lazımdır. Pulu ile təbiKi. İşlərdə kömək edəcək mene . Şirkət işidir.
İşim tələbələrə pover point programinda və word programlarinda dersler( sərbəst işlər ) hazırlamaqdır.( 10 səhifəyə 1 m verir bezen çox verir. Normal isləsez gündəlik 20-25 m götürə bilərsiz)
Bu programlardan anlayışı olan varsa , bacaran varsa 0513440557 nömrəsi ilə əlaqə saxlasın .

Tehsil.im - Təhsil və İş Elanları

02 Dec, 19:27


Macarıstanda 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsillə bağlı sənəd qəbulu başlayıb.

Tehsil.im - Təhsil və İş Elanları

28 Nov, 08:51


Yeni ildə 7 gün ardıcıl iş olmayacaq

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il qeyri-iş günləri olacaq.

Tehsil.im - Təhsil və İş Elanları

27 Nov, 12:10


Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

Tehsil.im - Təhsil və İş Elanları

27 Nov, 12:09


⚡️Bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

Tehsil.im - Təhsil və İş Elanları

26 Nov, 19:24


Növbəti Karyera İnkişaf Forumu keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə gələn ay, dekabrın 19-da dördüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək. 
Forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil olunacaq. 
Tədbirdə karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan və önəmli hesab edilən bacarıqların əhəmiyyəti və inkişafı yolları müzakirə olunacaq.
Forumda karyera məsləhətçiləri, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları iştirak edəcək və müxtəlif mövzularda təqdimatlar ediləcək.
“Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” kimi panellərdə yerli ekspertlərlə yanaşı, karyera inkişafı üzrə tanınmış beynəlxalq mütəxəssislərin də iştirakı gözlənilir.   
Azərbaycan Karyera İnkişaf Forumuna iştirakçı qismində qatılmaq istəyən şəxslər https://form.jotform.com/243203687614457 linkindən qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi 15 dekabr 2024-cü ildir. 

Tehsil.im - Təhsil və İş Elanları

25 Nov, 19:35


Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Tehsil.im - Təhsil və İş Elanları

20 Nov, 19:56


Emin Əmrullayev: Nazir: Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm düz edirik.

Tehsil.im - Təhsil və İş Elanları

18 Nov, 19:39


👏Azərbaycan Universitetlərindən 7-si dünya reytinq cədvəlindədir‼️

🔴QS tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in #nəticələri:

BDU - 941-950
UNEC - 1081-1100
ADNSU - 1351-1400
BMU 1451-1500
AzMİU - 1500+
AzTU - 1500+
Xəzər Universiteti - 1500+

Tehsil.im - Təhsil və İş Elanları

18 Nov, 10:41


💰ÖLKƏ❗️Gələn il minimum pensiya məbləği ₼280, minimum əməkhaqqı isə ₼400  olacaq. 2025-ci il üçün ehtiyac meyar həddi  ₼285  olacaq.

Tehsil.im - Təhsil və İş Elanları

17 Nov, 19:58


Məzun olduqdan sonra iş tapmaq seçdiyiniz ixtisasa olan tələbin dərəcəsinə, bilik və bacarıqlarınıza, eləcə də əmək bazarının cari vəziyyətinə bağlıdır. Hər ixtisasın müxtəlif sektorlarda tətbiqi sahələri olduğundan, düzgün ixtisası seçmək karyera yolunuzu formalaşdırmaqda ən vacib amildir 
“Məzunların Məşğulluq Reytinqi” platformasının istifadəçilərə verdiyi üstünlüklərdən biri də seçilən ixtisaslara görə məzunların çalışa biləcəkləri şirkətləri təyin etmək funksiyasıdır. İstifadəçilər platformaya daxil olaraq gələcək karyeraları üçün ixtisasa uyğun çalışacaqları şirkətləri müəyyən edə bilirlər 
“Məzunların Məşğulluq Reytinqi” platformasının üstünlüklərindən faydalanmaq üçün qeyd olunan keçidə daxil olun:
https://dma.gov.az/layiheler/mezunlarin-mesgulluq-reytinqi
#DMA | #MəzunlarınMəşğulluqReytinqi | #MMR | #İxtisasseçimi

Tehsil.im - Təhsil və İş Elanları

17 Nov, 07:16


17 Noyabr – Milli Dirçəliş Günüdür.🇦🇿

Həmrəyliyimiz və dövlət müstəqilliyimiz əbədi olsun! 🇦🇿

Milli Dirçəliş Günümüz mübarək!

#ElmVəTəhsilNazirliyi #17Noyabr #MilliDirçəlişGünü

Tehsil.im - Təhsil və İş Elanları

15 Nov, 19:31


Prezident İlham Əliyev “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Sərəncam imzalayıb.

Tehsil.im - Təhsil və İş Elanları

14 Nov, 09:14


Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) noyabr ayının 14-dən 22-dək saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

📌 Vətəndaşlar qeyd olunan tarix və saatlarda 146 Çağrı Mərkəzi ilə əlaqə yaratmaqla sorğu və şikayətlərinə cavab ala bilərlər.

Tehsil.im - Təhsil və İş Elanları

13 Nov, 16:36


Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək.

Tehsil.im - Təhsil və İş Elanları

12 Nov, 17:35


https://tehsil.im/?m=yazi&id=7168

Tehsil.im - Təhsil və İş Elanları

12 Nov, 06:27


Noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
29 il əvvəl qəbul olunan müstəqil respublikamızın ilk Konstitusiyası ölkəmizdə ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini təmin edir.

#12Noyabr #KonstitusiyaGünü

Tehsil.im - Təhsil və İş Elanları

11 Nov, 17:53


https://tehsil.im/?m=yazi&id=7168

Tehsil.im - Təhsil və İş Elanları

10 Nov, 18:07


https://tehsil.im/?m=yazi&id=7168

Tehsil.im - Təhsil və İş Elanları

10 Nov, 16:55


Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində noyabrın 23-də, beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə noyabrın 25-də olacaq.
Qeyd edək ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.

Tehsil.im - Təhsil və İş Elanları

09 Nov, 15:34


https://tehsil.im/?m=yazi&id=7168

https://www.instagram.com/noor_wise_english_academy23?igsh=aDZpdmIza2hnYWJo

Tehsil.im - Təhsil və İş Elanları

09 Nov, 09:53


9 Noyabr Dövlət Bayrağı Günüdür.

Bayrağımız qürur mənbəyimizdir! 🇦🇿

#9noyabr #BayraqGünü

Tehsil.im - Təhsil və İş Elanları

08 Nov, 13:12


8 Noyabr – Azərbaycan xalqının milli qürurunun, şərəf və ləyaqətinin zəfər çaldığı gündür. Haqq savaşımız zəfərlə başa çatdı!✊🏻

Zəfərimiz mübarək olsun! 🇦🇿🇦🇿🇦🇿

#ZəfərGünü #8Noyabr #QarabağAzərbaycandır

Tehsil.im - Təhsil və İş Elanları

06 Nov, 18:14


COP29-un keçiriləcəyi dövrdə məktəbəqədər təhsil müəssisələri fəaliyyətini davam etdirəcək.
Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək. COP-29 dövründə bağçalar isə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər.

Tehsil.im - Təhsil və İş Elanları

04 Nov, 09:54


Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.

Tehsil.im - Təhsil və İş Elanları

03 Nov, 14:41


Uşaq xəstələnib uzun müddət bağçaya (“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində seçilmiş bağçalara- R.D.) gedə bilməzsə, ödəniş müəyyən şərtlər daxilində tənzimlənəcək.

Tehsil.im - Təhsil və İş Elanları

01 Nov, 19:54


​Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilib.

Tehsil.im - Təhsil və İş Elanları

30 Oct, 16:43


«Panda School Həzi Aslanov» filialı üçün müəllimlər tələb olunur.
🔷️ Uyğun şəxslərin öz CV.lərini uyğun başlıqla (məsələn, «loqoped» ) [email protected] ünvanına göndərmələri xahiş olunur.

*QEYD: Başlıqsız CV-lərə baxılmır*

- Rus bölməsi ibtidai sinif
- Rus bölməsi məktəbəqədər hazırlıq
- Psixoloq
- Loqoped
Tələblər:
🔺İxtisas üzrə ali təhsil
🔺Ünsiyyətcil olmaq
🔺Yaş həddi 23+

* İş saatları cədvələ uyğun.
* Əmək haqqı faizlə.

📲 077 372 65 00
📍Bakı şəhəri, Xətai ray, Məhəmməd Hadi küç; Həzi Aslanov m/s çıxışı; Bank BTB in yanı

Tehsil.im - Təhsil və İş Elanları

27 Oct, 19:28


https://tehsil.im/?m=yazi&id=7164

Tehsil.im - Təhsil və İş Elanları

26 Oct, 19:53


📢ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tədqiqat sahəsində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir!

🔗Ətraflı: https://shorturl.at/336HO

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #Vakansiya

Tehsil.im - Təhsil və İş Elanları

18 Oct, 17:35


18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür!

Oktyabrın 18-i Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış bir gündür.

Müstəqilliyimiz daim olsun!🇦🇿🇦🇿🇦🇿

#18Oktyabr #MüstəqilliyinBərpasıGünü

Tehsil.im - Təhsil və İş Elanları

18 Oct, 17:10


Part-time Onlayn İngilis dili müəllimi axtarılır

İş təcrübəsi tələb olunmur - İş tam şəkildə öyrədilir

İşləmə həvəsi olan, insanlara faydalı olmağı sevən namizədlər lazımdır

Tələbələrə üstünlük verilir

Hər axşam saat 7-dən sonra onlayn dərs keçmək imkanı olan şəxslər müraciət edə bilər

Tələblər: Zəhmət olmasa diqqətlə oxuyun sonra müraciət edin

1. Minimum Upper-İntermediate level ingilis dili biliyi, səlis nitq (Beynəlxalq sertifikat üstünlükdür)
2. İnsanlara faydalı olmaq, öyrətmək həvəsi
3. Məsuliyyət
4. Zəhmətkeşlik
5. Səbrlilik, Dözümlülük və Enerjili olmaq
6. Öz üzərində işləməyə hazır olmaq

İlk öncə 1-2 ay aralığında təlim keçirilir

Maraqlı olan namizədlər [email protected] ünvanına CV ata və ya özü haqqında detallı
məlumat yaza bilər (Yalnız uyğun olan namizədlərə geri dönüş ediləcək)

İş maaşlıdır, ancaq güclü həvəsi olan şəxslər müraciət etsin

Tehsil.im - Təhsil və İş Elanları

17 Oct, 16:02


Part-time Onlayn İngilis dili müəllimi axtarılır

İş təcrübəsi tələb olunmur - İş tam şəkildə öyrədilir

İşləmə həvəsi olan, insanlara faydalı olmağı sevən namizədlər lazımdır

Tələbələrə üstünlük verilir

Hər axşam saat 7-dən sonra onlayn dərs keçmək imkanı olan şəxslər müraciət edə bilər

Tələblər: Zəhmət olmasa diqqətlə oxuyun sonra müraciət edin

1. Minimum Upper-İntermediate level ingilis dili biliyi, səlis nitq (Beynəlxalq sertifikat üstünlükdür)
2. İnsanlara faydalı olmaq, öyrətmək həvəsi
3. Məsuliyyət
4. Zəhmətkeşlik
5. Səbrlilik, Dözümlülük və Enerjili olmaq
6. Öz üzərində işləməyə hazır olmaq

İlk öncə 1-2 ay aralığında təlim keçirilir

Maraqlı olan namizədlər [email protected] ünvanına CV ata və ya özü haqqında detallı
məlumat yaza bilər (Yalnız uyğun olan namizədlərə geri dönüş ediləcək)

İş maaşlıdır, ancaq güclü həvəsi olan şəxslər müraciət etsin

Tehsil.im - Təhsil və İş Elanları

16 Oct, 14:45


https://tehsil.im/?m=yazi&id=7162

Tehsil.im - Təhsil və İş Elanları

13 Oct, 16:53


Part-time Onlayn İngilis dili müəllimi axtarılır

İş təcrübəsi tələb olunmur - İş tam şəkildə öyrədilir

İşləmə həvəsi olan, insanlara faydalı olmağı sevən namizədlər lazımdır

Tələbələrə üstünlük verilir

Hər axşam saat 7-dən sonra onlayn dərs keçmək imkanı olan şəxslər müraciət edə bilər

Tələblər: Zəhmət olmasa diqqətlə oxuyun sonra müraciət edin

1. Minimum Upper-İntermediate level ingilis dili biliyi, səlis nitq (Beynəlxalq sertifikat üstünlükdür)
2. İnsanlara faydalı olmaq, öyrətmək həvəsi
3. Məsuliyyət
4. Zəhmətkeşlik
5. Səbrlilik, Dözümlülük və Enerjili olmaq
6. Öz üzərində işləməyə hazır olmaq

İlk öncə 1-2 ay aralığında təlim keçirilir

Maraqlı olan namizədlər [email protected] ünvanına CV ata və ya özü haqqında detallı
məlumat yaza bilər (Yalnız uyğun olan namizədlərə geri dönüş ediləcək)

İş maaşlıdır, ancaq güclü həvəsi olan şəxslər müraciət etsin

Tehsil.im - Təhsil və İş Elanları

11 Oct, 14:33


​19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Tehsil.im - Təhsil və İş Elanları

09 Oct, 08:59


Dövlət qurumlarından birinə *İnsan Resursları üzrə böyük mütəxəssis* axtarılır. Əmək haqqı 2300 grossdur. Digər şərtlər barədə məlumatlar müsahibəyə dəvət olunan namizədlərə öncədən bildiriləcəkdir.

Tələblər:
• Ali təhsil;
• İR üzrə mütəxəssis vəzifəsində minimum 2 il iş təcrübəsi;
• Səlis azərbaycan dili biliyi;
• Korporativ yazı bacarığı;
• Müsahibə etmə və güclü kommunikasiya bacarıqları;
• Təqdimat bacarığı;
• Empatiya və dinləmə bacarıqları;
• Təhlil etmə bacarığı və analitik düşüncə;
• Problem və münaqişələrin həll edilməsi bacarıqları;
• Məsuliyyətlilik, nəticəyönümlülük və operativlik;
• ⁠Təşkilati bacarıqlar və kreativ düşüncə

CV formalarınızı [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Tehsil.im - Təhsil və İş Elanları

06 Oct, 05:53


​Ölkə Prezidenti cənab İlham Əliyev “2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb.

Ətraflı: https://president.az/az/articles/view/67020

Tehsil.im - Təhsil və İş Elanları

05 Oct, 04:13


Əziz müəllimlər, sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, gələcək nəslin inkişafı yolunda göstərdiyiniz fədakar işlərinizdə uğurlar arzulayırıq!💐

Ömürlərini elm və təhsilə həsr edən, daim öyrənmək və öyrətmək ruhu ilə yaşayan dəyərli müəllimlərimiz hər kəs üçün əvəzolunmaz dəyərə malikdir.

Peşə bayramınız mübarək!

#ElmVəTəhsilNazirliyi #BeynəlxalqMüəllimlərGünü #5Oktyabr

Tehsil.im - Təhsil və İş Elanları

03 Oct, 18:43


Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan alimlərə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21527-1

Tehsil.im - Təhsil və İş Elanları

03 Oct, 18:42


İki il öncə məlumat verildiyi kimi, 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək. Məlumat üçün bildiririk ki, bu müddət ərzində yeni imtahan modeli aprobasiyadan keçirilmiş, modelə dair tapşırıq nümunələri Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə nəşr olunmuş ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilmişdir.

Yeni imtahan modelinə dair ingilis dili fənnindən tapşırıq nümunələri, dinləmə mətni və şəkil üzrə tapşırığın (26 saylı) qiymətləndirmə meyarları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz.
https://t.ly/xu37n

Tehsil.im - Təhsil və İş Elanları

01 Oct, 14:07


Oktyabrın 1-də məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Tehsil.im - Təhsil və İş Elanları

27 Sep, 07:33


🇦🇿 Bu gün saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Tehsil.im - Təhsil və İş Elanları

25 Sep, 08:21


Karantin rejimi 2025-ci il 1 yanvar saat 06:00-dək uzadıldı

Tehsil.im - Təhsil və İş Elanları

24 Sep, 18:55


https://tehsil.im/?m=yazi&id=7160

Tehsil.im - Təhsil və İş Elanları

24 Sep, 11:44


Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya, aqrar fakültəsi Xocalıya köçürüləcək