Kapital Bank Life @kapitalbanklife Channel on Telegram

Kapital Bank Life

@kapitalbanklife


Doğru yoldasan 🧭

Kapital Bank Life (Turkish)

Kapital Bank Life Telegram kanalına hoş geldiniz! Bu kanal, Kapital Bank müşterileri için özel olarak oluşturulmuş bir platformdur. Doğru yoldasan 🧭 sloganıyla yola çıkan bu kanal, finansal okur-yazarlık konularında bilgi sahibi olmak isteyen herkes için kıymetli bilgiler sunmaktadır. Kapital Bank'in sunduğu finansal hizmetler hakkında güncel bilgilerin yanı sıra tasarruf yapmanın püf noktaları, yatırım fırsatları ve genel finansal öneriler de bu kanalda paylaşılmaktadır. Kapital Bank müşterileri kanala katılarak banka ile ilgili güncel haberleri takip edebilir, yararlı bilgiler edinebilir ve finansal bilgi birikimlerini artırabilirler. Eğer siz de finansal geleceğinizi güvence altına almak ve doğru yatırım kararları almak istiyorsanız, Kapital Bank Life Telegram kanalı tam size göre! Doğru yoldasan 🧭

Kapital Bank Life

17 Feb, 11:32


Karyeran üçün böyük fürsət var. H A Z I R S A N? ☄️

Gənc istedadlar üçün ərsəyə gətirdiyimiz "BirCode Camp 7" İT təcrübə proqramına start veririk. Əgər İT sahəsi üzrə inkişaf edib gələcəyini qurmaq istəyirsənsə, bu proqram sənin üçündür.

Ekspertlərimiz tərəfindən düz 3 fərqli istiqamətdə:

iOS development
Android development
Backend development

yeni biliklər öyrənəcək və peşəkar iş mühiti ilə tanış olacaqsan.

Son müraciət tarixi 17 martdır. Odur ki müraciət etməyə tələs!

Müraciət linki: https://hr.kapitalbank.az/vacancy/4188

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Yenibirhekaye #BirCode7 #İTtəcrübəproqramı

Kapital Bank Life

12 Feb, 17:34


Zəngin liderlik təcrübəsi 🥳

Bu dəfə bizimlə təcrübəsini bölüşən Pərakəndə biznes ofisinin lideri Nəriman Əsədov oldu. İştirakçılarla birlikdə praktiki çalışmalar edən spikerimiz görüşdə müxtəlif yanaşmalar, metodologiya və paradokslar əsasında müxtəlif mövzulardan da bəhs edib.

Liderlik bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmuş “Inspiring Voices” layihəsinə dəyər qatan hər bir əməkdaşımıza təşəkkür edirik.

Yenidən görüşmək ümidi ilə ❤️

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #İlhamlandıranLiderlər #InspiringVoices

Kapital Bank Life

10 Feb, 14:46


Mükəmməl iş yerində öz yerini al 📢

İş axtarırsan? Bankımızda yeni vakansiyalar var.
Sənə uyğun vakansiya üzrə "hr.kapitalbank.az" saytına daxil ol və müraciət etməyə tələs.

Tezliklə görüşərik 😉

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Vakansiyalar

Kapital Bank Life

08 Feb, 12:09


Böyük komanda işi 😎

Hər bir müraciət, sorğu və bank əməliyyatları yalnız bir düyməyə toxunmaqla tamamlanmır. Bütün bu proseslərin həll olunmasında komandamız dayanır. Bu videoda isə görünməyən qəhrəmanlarımızın işi ilə yaxında tanış olacaqsan 🧭

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #BöyükKomanda

Kapital Bank Life

06 Feb, 13:58


Uğurlarımızı qeyd etmək üçün bir araya gəldik🏆

Bankımız əməkdaşların inkişafına hər zaman dəstək göstərir, eyni zamanda onların uğurlu nəticələrini ənənə kimi qeyd edir. Bu dəfə müştərilərə xidmət göstərən şöbələr arasında baş tutan layihənin final mərhələsi keçirildi. Belə ki, komandaların, eləcə də fərdi yarışanların məhsul satışı üzrə nəticələri müəyyənləşərək qaliblər təyin olundu.

İştirak edən və əməyi ilə inkişafımızda rol oynayan hər kəsə təşəkkür edirik 👏🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #ŞöbələrinLiderlikYarışı #Final #Qaliblər

Kapital Bank Life

05 Feb, 08:42


Təhsilimiz üçün daha önəmli bir layihəyə dəstək olduq 🙏

Xüsusi təşəbbüsümüz və sponsorluğumuz, həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə “Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verdik.

Cəmiyyətimiz üçün olduqca əhəmiyyətli olan layihə ilk olaraq 18 nömrəli tam orta məktəbdən başlayacaq və daha sonra digər məktəbləri də əhatə edəcək.

Bank olaraq təhsilin inkişafı başda olmaqla bu kimi sosial layihələrə göstərdiyimiz dəstəklə gələcək nəsillər üçün dayanıqlı bir mühit yaradacağımıza inanırıq 📚

Ətraflı: http://b-b.az/dsbt

#Birbank #KapitalBankLife

Kapital Bank Life

31 Jan, 14:58


"Feedback"ləşməyən qalmasın 😎

Hər il olduğu kimi ofisimizdə Feedback ayı keçirilir. Bu dəfə isə format tamamilə fərqlidir. Qərara gəldik ki, "təbiətin dostu" prinsipimizi əsas tutaraq layihəmizi rəqəmsal formatda həyata keçirək. Bu prosesdə isə bizə sevimli Feedy köməklik göstərir. O əliboş gəlməyib. Hər verilən feedback üçün hədiyyəsi də var.

Sən də komanda yoldaşın üçün rəy bildir və ona karyera inkişafında dəstəyini göstər 🧭

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Feedback #FeedForward #Feedy #Rəybildir

Kapital Bank Life

28 Jan, 13:58


Qırmızı Ürəklər Fondu "Ən Yaxşı Tərəfdaş" seçildi🌳

Kapital Bank tərəfindən təsis olunan Qırmızı Ürəklər Fondu,
tullantıların idarə edilməsi sahəsindəki nəticələrə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mükafata layiq görüldü.

2024-cü ildə həyata keçirilən “Sıfır Tullantı Həmrəylik Marafonu” layihəsi çərçivəsində 3 ton tullantı təmizlənərək təkrar emala yönləndirildi. Həmçinin “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsində isə bu il 1645 kq zərərli tullantı təhlükəsiz şəkildə təhvil verildi.

Bu işdə əməyi keçən və ətraf mühitin qorunması yolunda bizə dəstək olan hər kəsə təşəkkür edirik 🌍💚

#KapitalBank #KapitalBankLife #RedHearts #QırmızıÜrəklərFondu
#ƏnYaxşıTərəfdaş

Kapital Bank Life

24 Jan, 14:45


Çalışqanlıq və özünəgüvən öz sözünü deyir 😎

Bizimlə bu dəfə sevinc hekayəsini Birbank təqaüd proqramının qaliblərindən olan Yaqub bölüşdü. Bütün bu proseslərdə nələrin baş verdiyini və proqramın ona qatdığı dəyər haqqında gəlin elə qalibin öz dilindən eşidək.

Qeyd edək ki, təqaüdçümüz proqram çərçivəsində Maliyyə sahəsi üzrə təcrübə proqramını bitirib.

Yaqub, təbrik edirik, #doğruyoldasan 🧭

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #BirbankTəqaüdProqramı

Kapital Bank Life

22 Jan, 13:41


Komandamız üçün hədiyyə 😍

Hər il əməkdaşlarımıza fərqli konseptdə promo məhsullar təqdim edirik. Bu dəfə onlar iş-həyat balansının qorunmasına həsr olunub. 

Hədiyyə siyahısına daxil olanlar və istifadə qaydası haqqında isə əməkdaşımızdan eşidəcəksən 😌

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Hədiyyələr #PromoMəhsullar

Kapital Bank Life

21 Jan, 14:08


Karyera yoluna yeni bir hekayə yaz 📝

Bu gündən etibarən "Data Camp 2025" təcrübə proqramına start veririk. Əgər data sahəsi üzrə böyük təcrübə qazanmaq, gələcəyini qurmaq istəyirsənsə, fürsəti qaçırma!

3 aylıq proqram çərçivəsində 

✔️ Data engineer
✔️ AI/Data science
✔️ Biznes analitik
✔️ Data steward
üzrə ekspert biliklərə sahib olmaqla yanaşı, həm şəxsi, həm də peşəkar inkişaf üçün fərqli mühitlə tanış olacaqsan.

Son müraciət tarixi 7 fevraldır. Odur ki müraciət etməyə tələs! 

➡️ https://hr.kapitalbank.az/vacancy/4013

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Yenibirhekaye #DataCamp

Kapital Bank Life

16 Jan, 14:08


Təcrübəmiz bizə uğur gətirir 😎

Bankımızın İdarə Heyətinin sədri Fərid Hüseynov ölkəmizin ev sahiblik etdiyi COP29-da göstərdiyi peşəkarlığa görə əməkdaşımız Aysel Salahova ilə görüşüb. O, Protokol Koordinasiya Mərkəzində çalışıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

COP29-da bankımızı layiqincə təmsil edən bütün əməkdaşlarımıza peşəkarlıqlarına görə təşəkkür edirik!

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #COP29 #Təşəkkürnamə

Kapital Bank Life

13 Jan, 06:04


Lider hansı xüsusiyyətlərə sahib olmalıdır? 🤔

Sualımızı layihənin budəfəki qonağı Ekosistemin inkişaf üzrə rəhbəri Mehti Aslanov cavabladı. Spikerimiz görüşdə liderlik keyfiyyətləri, şəxsi təcrübələri və motivasiya dolu hekayələrini də iştirakçılarla bölüşdü.

Liderlik bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmuş “Inspiring Voices” layihəsinə dəyər qatan hər kəsə təşəkkür edirik ❤️

Yenidən görüşmək ümidi ilə ✌🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #İlhamlandıranLiderlər #InspiringVoices

Kapital Bank Life

10 Jan, 16:20


MÜKƏMMƏL BAŞLANĞIC buna deyərlər 🤩

Ötən gün əməkdaşlarımız üçün keçirilən 555+ layihəsinin şanslı qalibləri canlı yayımda məlum oldu. Ofisdə isə böyük həyəcan və sevinc anları bir-birinə qarışmışdı. Kimisi ekran qarşısında öz adını axtarır, kimisi "gələn il udaram" deyir, kimisi də adının sonda — böyük sürprizdə çıxmağını arzulayırdı.

Vəəə hər kəsin səbirsizliklə gözlədiyi an gəlib çatdı. Bu dəfə ən şanslı əməkdaşımız İnzibati İdarəetmə Departamentindən oldu və yepyeni Toyota Corolla avtomobilini qazandı. Bütün qaliblərimizi ürəkdən təbrik edirik!

Sən də mükəmməl komandanın və böyük layihələrin bir parçası olmaq istəyirsənsə, bizə qoşul. Səhifəmizi izlə və vakansiyalarımızı dəyərləndirməyi unutma. Bəlkə elə növbəti qalib sən oldun 😉

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Final #Böyüksürpriz

Kapital Bank Life

08 Jan, 11:56


Tələbələr üçün faydalı təcrübə 😌

Ötən gün Bakı Ali Neft Məktəbinin tələbələri ofisimizin qonağı oldular. Görüşdə əməkdaşlarımız "Ünsiyyət bacarıqları", "Agile iş prinsipi", "Karyeraya doğru yol" mövzusunda təlimlər keçdilər.
Həmçinin interaktiv keçən görüşdə müxtəlif suallar, fikirlər səsləndirildi və iştirakçılar üçün vörkşop keçirildi.

İştirak etdiyin və dəyər qatdığın üçün təşəkkür edirik. Yolunuz açıq olsun, əziz tələbələr 🧭

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #BANM

Kapital Bank Life

07 Jan, 15:02


Balaca ürəklərin böyük sevinci 😍

Yeni ildə uşaqların "Secret Santa"ları əməkdaşlarımız oldu. Belə ki, komandamızla birlikdə əl-ələ verib aztəminatlı ailələrin övladlarını və SOS uşaq kəndlərindən olan dostlarımızın arzularını gerçəkləşdirdik.

Bu ürəkaçan təşəbbüsə qoşulan və onlara təkcə hədiyyə deyil, həm də öz sevgisini göndərən hər kəsə təşəkkür edirik ❤️

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #BalacaÜrəklərinSevinci

Kapital Bank Life

06 Jan, 13:24


Öyrənirik və tətbiq edirik 🧭

Center for Creative Leadership (CCL) ilə birgə hazırladığımız “Leading for Organizational Impact” liderlik proqramının 2-ci modulu start götürdü. Bankımızın ofis liderlərinin iştirakı ilə bu modulda "Troika Consulting" adlı simulyasiya keçirilib. Görüş zamanı dəyişikliklər dövründə liderlik, eləcə də bankımızdakı son dəyişikliklərə dair fikirlər müzakirə olunub. 

Qeyd edək ki, proqramın əsas məqsədi beynəlxalq təcrübələrdən yararlanmaq, fərqli perspektivləri dəyərləndirmək və liderlik bacarıqlarını daha da gücləndirməkdir.

Təcrübəni bölüşdüyün və iştirakınla dəyər qatdığın üçün təşəkkür edirik ❤️

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #LiderlərinİnkişafProqramı #LeadingforOrganizationalImpact

Kapital Bank Life

05 Jan, 09:32


Şelkunçik-in ifası ilə artıq bayram tətilindən xoş notlarla ayrılırıq 🥁
Sabah, yeni ilin ilk iş günündə hər kəsə uğurlar arzu edirik 🫶
#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Yenİl

Kapital Bank Life

03 Jan, 16:49


“Yolkamız” hər il daha da böyüyür 😉🏆

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #ITSTIME #MükəmməlİşYeri

Kapital Bank Life

02 Jan, 17:31


Yeni ilin gətirdiyi xoşbəxtlik və sevinci komandamızın simasında görmək mümkündür 🤩
#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Yenİl #ItsTime

Kapital Bank Life

01 Jan, 18:47


Yeni il hələ indi başlayır🎄🎉

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Yenİl #ItsTime #2025

Kapital Bank Life

24 Dec, 14:44


Görəsən, maşını kim aparacaq? 🫣

Adəti üzrə hər ilin sonu əməkdaşlarımız üçün həyəcanlı keçir. Bu dəfə isə müsabiqəmizə böyük maraq qatmışıq. Belə ki, 555 layihəsi artıq yeni formatda 555+ olaraq keçirilir. O deməkdir ki, daha 222 mükəmməl hədiyyə siyahımıza əlavə olundu.

Hədiyyə demişkən, qızıl külçə, “iPhone 16 Pro”lar, “iPad”lər, səyahət kuponu və daha nələr-nələr öz sahiblərini gözləyir. Bir nəfər şanslı əməkdaş isə böyük sürprizi – yepyeni Toyoto Corolla avtomobilini aparacaq 🚗

Bütün əməkdaşlarımıza uğurlar arzu edirik. Sən də mükəmməl komandanın və böyük layihələrin bir parçası olmaq istəyirsənsə, bizə qoşul. Səhifəmizi izlə və vakansiyalarımızı dəyərləndirməyi unutma.

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #555+ #Yenilhədiyyələri #Böyüksürpriz

Kapital Bank Life

23 Dec, 09:07


Heyyy, xoş gəldin ✌️ Yeni il həyəcanı üçün ofisimizə təşrif buyuran var 🤩

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Yenİl #Gingerbread #2025

Kapital Bank Life

22 Dec, 14:17


Qəlbləri sevindirən Qırmızı Ürəklər Fondu 4 yaşında ❤️

Kapital Bank könüllülərinin təşəbbüsü ilə dörd il öncə atılan addım nəticəsində milyonlarla ürəklərə toxunduq.

Bu yolda həm insanların, həm təbiətin, həm də ki, heyvanların qayğısına qalan layihələrə imza atdıq.

Bizə, dünyamıza dəstək olan könüllülərimizə və qəlblərə toxunan digər xeyirxah insanlara ürəkdən təşəkkür edirik 😍

#KapitalBank #KapitalBankLife #RedHearts #QırmızıÜrəklərFondu

Kapital Bank Life

20 Dec, 14:14


Sağlamlıq yolunda ilk addım 🏃🏻‍♀️🏃🏻

"Daim sağlam ol və özünü gümrah hiss et" məqsədi daşıyan Addımla Sağlamlığa marafonunda finalçılar mükafatlandırıldı. 

Layihədə iştirak edən əməkdaşlarımıza ürəkdən təşəkkür edirik. Sağlam gələcək üçün hər zaman birlikdə addımlayaq 🙏

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #AddımlaSağlamlığa

Kapital Bank Life

20 Dec, 05:52


Yenə və yenidən birinciyik! 🏆

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda komandamız ardıcıl olaraq 4-cü dəfədir ki, çempion olur.

Əməkdaşlarımızı təbrik edir və onlara yeni qələbələr arzulayırıq 🤩

#KapitalBank #KapitalBankLife #Birinciyik #Çempionlar

Kapital Bank Life

19 Dec, 13:59


Liderlik təməlimizi işimizdə tətbiq etməyə davam etmək üçün yeni yola çıxdıq 🧭

PAŞA Holding-in bir hissəsi olan Kapital Bank yeni hazırlanmış "Liderlik DNT-miz" bəyannaməsinə qoşulur. Belə ki, Liderlik DNT-miz bələdçi olmaqla yanaşı, liderlər olaraq kim olduğumuzu və hansı dəyərlərə üstünlük verdiyimizi əks etdirir.

Bəyannamə məqsədyönlü liderlik mədəniyyəti yaratmağı hədəfləyir. Bu hədəf birgə öyrənməyi və dəyərlərimizə, prinsiplərimizə sadiq qalmağı tətbiq edəcək. Həmçinin insanlarımız, cəmiyyətimiz və biznesimiz üçün də fayda gətirəcəkdir.

Bizi izləməyi unutma. Tezliklə "Liderlik DNT-miz" haqqında məlumatları daha ətraflı səninlə paylaşacağıq.

Bu yola göstərdiyin sadiqliyə görə isə çox sağ ol ❤️

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #LiderlikDNTmiz

Kapital Bank Life

19 Dec, 06:54


Ötən günlərdə Şirvan filialına səfər etdik 🏦

Bankımızın baş icraçı direktoru Fərid Hüseynovun da iştirak etdiyi səfərdə filial əməkdaşlarının iş şəraiti ilə yerindəcə tanış olduq. Həmçinin müştərilərlə birbaşa ünsiyyətdə olaraq təkliflərini dinlədik və gələcək layihələr üçün qeydlər apardıq.

Qeyd edək ki, müştəri məmnuniyyətini daha da yaxşılaşdırmağa kömək edən bu kimi səfərlərimiz hələ davam edəcək 🤝

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Şirvanfilialı

Kapital Bank Life

18 Dec, 15:11


Səsimiz ta Səudiyyə Ərəbistandan gəlir 🥳

Belə ki, əməkdaşlarımız qlobal kibertəhlükəsizlik konfranslarından biri olan "BlackHat MEA 2024" tədbirində iştirak ediblər.
40.000-dən çox mütəxəssisin qoşulduğu bu konfransda müasir təqdimatlar, canlı nümayişlər və kibertəhlükəsizliklə bağlı ən son tendensiyalar haqqında müzakirələr aparılıb. Həmçinin əməkdaşlarımız tədbirdə bankımızın təhlükəsizlik təcrübəsini də nümayiş etdiriblər.

Uğurlarınız bol olsun, əziz həmkarlar ❤️

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Qlobaltədbir #BlackHat2024

Kapital Bank Life

18 Dec, 08:36


İstedadlar yetişdirən "İT Biznes Analitika" proqramı baş-la-dı 🥳

Təkcə öyrənməklə kifayətlənmir, həmçinin komandalararası əməkdaşlıq mədəniyyətini də inkişaf etdiririk.
Proqram çərçivəsində "İT Biznes Analitika", "DevOps" və "Backend" komandalarından olan təlimçilər təcrübələrini bölüşərək yeni nəsil istedadların yetişməsinə dəstək olacaqlar 🧭

Bəs proqram nəyi ifadə edir?

🎯Bankımızdakı istedadların inkişafına töhfəni.
🎯Komanda işi və biliyin paylaşılmasını.
🎯 Düzgün formalaşmış, peşəkarlar tərəfindən irəli sürülən innovativ yanaşmanı.

Proqrama dəstək göstərən texniki ekspertlərimizə, iştirakçılara və əməyi keçən hər kəsə təşəkkür edirik!

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #MükəmməlİşYeri #İTBiznesAnalitika

Kapital Bank Life

17 Dec, 14:22


Texniki təcrübələr üçün yeni bir addım 😎

Bankımızın təşkilatçılığı ilə “Tech Guild Kick-Off” tədbiri keçirildi. Layihə çərçivəsində texniki və biznes sahələrində çalışan əməkdaşlarımız arasında texnologiya ilə bağlı yeni təcrübə mübadiləsi oldu.

Tədbirdə “DevOps”, “Arxitektura və Development”, “QA və Analitika”, eləcə də “İnformasiya təhlükəsizliyi” kimi dörd əsas istiqamət üzrə 16 sessiya keçirilib. 400-dən çox əməkdaşın iştirak etdiyi bu sessiyalarda Kapital Bank-la yanaşı, “Competo” və “Pasha Pay” şirkətlərini təmsil edən spikerlər də çıxış edib.   

Layihəyə töhfə verən və dəyər qatan hər kəsə təşəkkür edirik 🤩

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #MükəmməlİşYeri #Vibe

Kapital Bank Life

16 Dec, 13:45


Təcrübəmizi bölüşmək üçün yola çıxmışıq 🧭

Budəfəki səfərimiz isə Bakı Slavyan Universitetinə oldu. Əməkdaşımızın iştirakı ilə tələbələr üçün "Emosional zəka" mövzusunda təlim keçirildi.
İnteraktiv keçən görüşdə müxtəlif fikirlər səsləndirildi və əməkdaşımız ona ünvanlanan sualları cavabladı.

Gəldiyin və dəyər qatdığın üçün çox sağ ol ❤️

Növbəti təlimimiz hansı universitetdə olsun? Şərh yazmağı unutma ✍🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #EmosionalZəka #BSU

Kapital Bank Life

13 Dec, 14:16


Sən də öz hekayəndə fərq yarat 🌀

İş həyatını əks etdirən GIF-lərimizi Instagram-ın hekayə bölməsində şəkillərinə və ya videolarına əlavə edərək onları rəngləndir 🤩

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #MükəmməlİşYeri #GIF 

Kapital Bank Life

29 Nov, 13:45


İşdən sonra evə gedib, yorğana bürünüb və isti bir şeylər içə-içə filmə/seriala baxmağın əsl yeridir 🍿

Bəs izləmək üçün hansı film və ya serialı tövsiyə edirsən? 🎥

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #MükəmməlİşYeri #FilmSerial #İşdənsonra

Kapital Bank Life

28 Nov, 12:45


Bura MÜKƏMMƏL iş yeridir 💡

Sən də mükəmməl komandanın bir hissəsi olmaq istəyirsənsə, bizə qoşul. Karyeranda yeni era yaratmaq üçün "hr.kapitalbank.az" saytına daxil ol və sevdiyin iş üzrə müraciət et 🧭

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Oişbizdə #Vakansiyalar #MükəmməlİşYeri

Kapital Bank Life

26 Nov, 13:31


Görünüşü ilə başgicəlləndirən yeni ofisimizə bu dəfə 360° görüntü ilə bax 😎

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #MükəmməlİşYeri #YeniOfis #360

Kapital Bank Life

25 Nov, 12:06


Hansı kitabı oxuyaq? 📚

Sualını bu dəfə bankımızın "Mikro məhsullar sahəsi"ndə sahə lideri olan Rüstəm Məlikov cavabladı. "Kitab tövsiyəsi" rubrikamızın qonağı olan əməkdaşımız iştirakçılarla "İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi" kitabını müzakirə etdi.

Görüşdə iştirak edən və dəyər qatan hər kəsə təşəkkür edirik ✌🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Kitabtövsiyəsi

Kapital Bank Life

23 Nov, 12:57


Ofisimiz dəyişsə də, dəyişməyən dəyərlərimizlə yeni yollar qət etməyə davam edirik 🧭

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #MükəmməlİşYeri #YeniOfis #YeniYollar

Kapital Bank Life

22 Nov, 07:43


Liderlik bir sənətdir 🧩

Bu sənətin incəliklərindən bu dəfə bankımızın Ofis lideri olan Məhəmməd İbrahimov danışdı. Görüşdə spikerimiz təkcə nəzəri bilikləri ilə deyil, real həyat təcrübələrindən də bəhs etdi.
Həmçinin mövzular ətrafında interaktiv müzakirələr aparıldı və vörkşop keçirildi.

"Inspiring voices" layihəsinə dəyər qatan hər kəsə təşəkkür edirik ❤️
Yenidən görüşmək ümidi ilə ✌🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #İlhamlandıranLiderlər #InspiringVoices

Kapital Bank Life

20 Nov, 17:51


Sən soruşdun, əməkdaşımız cavabladı

İşə qəbul ekspertimiz Əsəd səhifəmizə gələn TOP 5 sualı cavablandırır. Əgər sənin də sualın varsa, şərhə yaz, cavablayaq ✌🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #TOP5 #SualCavab

Kapital Bank Life

18 Nov, 11:53


Möhtəşəm mükafatlar qazanmağa davam edirik 🏆

"Felis Azərbaycan 2024"də 1 deyil, 2 deyil, 3 deyil, tam 4 qızıl mükafata layiq görüldük. Qeyd edək ki, "Felis" mükafatları hər il Türkiyə və Azərbaycan reklam sektorunda yayımlanmış və fərq yaratmış işlərə təqdim olunur. Builki tədbirdə isə komandamız

😻 28 May Müstəqillik gününə özəl "Cümhuriyyətin izi" layihəsi ilə 2 kateqoriyada;
😻 "Türkiyə üçün bir olaq" layihəsi ilə 1 kateqoriyada;
😻 "Birbank x Paster" layihəsi ilə 1 kateqoriyada

olmaqla, ümumilikdə 4 qızıl Felis əldə etdi. Bu uğur münasibətilə marketinq komandamızı və onların timsalında bankımızı ürəkdən təbrik edirik. Uğurlarımız daimi olsun! 🥳

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #GreatPlaceToWork
#Felis2024 #FelisAzərbaycan #4QızılMükafat

Kapital Bank Life

17 Nov, 08:40


Təcrübə danışır 🥳

“LeadXTalks” layihəsində növbəti liderin doğru yol hekayəsini dinlədik. Layihə çərçivəsində bu dəfə qonağımız "Pərakəndə Məhsullar və Rəsmiləşdirmə sahəsi"ndə Məhsul sahibi olan Renat Aliyarov oldu. Tədbirdə təcrübə və bankdaxili karyera yolunun əhəmiyyətindən danışıldı. Həmçinin iştirakçıların sualları cavablandırılmaqla yanaşı, mövzular ətrafında interaktiv müzakirələr aparıldı.

Fərqli hekayələri bizimlə bölüşdüyü üçün Renat Aliyarova, iştirakın üçün isə sənə təşəkkür edirik. Yenidən görüşmək ümidi ilə ✌🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #LeadXTalks #TəcrübəDanışır

Kapital Bank Life

14 Nov, 12:50


Hazırlaş, yeni başlanğıclara səbəb olacaq “PO Growth" proqramı başlayır 🤩

Karyeranda dəyişiklik nöqtəsinə çevriləcək layihədə sən də öz yerini al. Məhsul sahibi olmaq istəyirsənsə, bu işi elə peşəkar müəllimlərimizdən öyrən.
Proqram çərçivəsində geniş təlimlər, praktiki təcrübələr və mentor dəstəyi alaraq biliklərini daha da inkişaf etdirəcəksən.

Bizdə öyrəndiklərin iş həyatına böyük təcrübə qatacaq.
Karyeranı inkişaf etdirmək və daim öyrənməyə hazırsansa, elə indi müraciət etməyə tələs 🧭

Son müraciət tarixi: 2 dekabr ⬇️
https://hr.kapitalbank.az/vacancy/3652

#KapitalBank #KapitalBankLife #POGrowth #Proqram #Karyera #DoğruYoldasan

Kapital Bank Life

08 Nov, 08:21


Zəfər yolumuzun qəhrəmanları ❤️

44 günlük Vətən müharibəsində iştirak edən əməkdaşlarımızla qürur duyuruq!

Şanlı qələbəni bizə yaşadan, bizi zəfər yoluna aparan bütün qəhrəmanlarımızın qarşısında baş əyirik!

Zəfərimiz və zəfər yolumuz mübarək! 🇦🇿

#KapitalBank #KapitalBankLife #ZəfərGünü #ZəfərYolu #8Noyabr

Kapital Bank Life

07 Nov, 12:58


Doğru yol həm də bölüşməkdir 🧭

Ötən gün təcrübəmizi Bakı Mühəndislik Universitetinin tələbələri ilə bölüşdük. Əməkdaşlarımız universitetin Kapital Bank otağında "Kibertəhlükəsizlik sahəsində karyera", "Kiber hücumların anatomiyası" və "Tətbiqi proqramların təhlükəsizliyi" mövzusunda təlimlər keçdilər.

İştirak etdiyin və dəyər qatdığın üçün çox sağ ol ❤️

Növbəti təlimimiz hansı universitetdə olsun? Şərh yazmağı unutma ✍🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #KaryerayaDoğruYol #BMU

Kapital Bank Life

06 Nov, 13:46


Bura Mükəmməl İş Yeridir ✌🏻

Bizə qoşul və sən də mükəmməl komandada öz yerini al.
Bunun üçün hr.kapitalbank.az saytına daxil ol və uyğun vakansiya üzrə müraciət et.

Tezliklə görüşərik 😉

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Oişbizdə #Vakansiya #Karyera #Mükəmməlİşyeri

Kapital Bank Life

05 Nov, 13:06


Bu dəfə "YAŞAT" Fonduna dəstək üçün bir araya gəldik 🏃‍♂️🏃‍♀️

Ötən günlərdə bankımızın əməkdaşları xeyriyyə marafonunda iştirak etdilər. Belə ki, hər bir əməkdaşımızın atdığı addımlar təkcə fərdi nailiyyət deyil, həm də "YAŞAT" Fonduna dəstək üçün atılmış xüsusi bir addım idi.

Bu xoş təşəbbüslərinə və iştiraklarına görə bütün əməkdaşlarımıza ürəkdən təşəkkür edirik. Daha yaxşı bir gələcək üçün hər zaman birlikdə addımlayaq 🙏

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #YAŞATFondu

Kapital Bank Life

02 Nov, 14:17


Belə-belə işlər 🥳

Rahat, müasir, tərz və fərq yaradan yeni ofisimiz təmirdən sonra belə görünür 👌🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #MükəmməlİşYeri #YeniOfis

Kapital Bank Life

01 Nov, 14:23


Bankımızda yeni vakansiyalar var 📢

Komandamızın bir parçası olmağa hazırsan? Biz səni gözləyirik.
Sənə uyğun vakansiya üzrə "hr.kapitalbank.az" saytına daxil olaraq müraciət et və tezliklə mükəmməl iş yerində öz yerini al 🥳

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Oişbizdə #Vakansiyalar

Kapital Bank Life

01 Nov, 12:36


Doğru yol həm də bölüşməkdir 🧭

Növbəti görüşümüz Azərbaycan Texnologiya Universitetində oldu. Əməkdaşımız Vüqar Paşayev ATU-da "Uğur layihəsi və müasir bankçılıq" mövzusunda tələbələrə öz təcrübələrini bölüşdü.
İnteraktiv keçən görüşdə əməkdaşımız sualları cavabladı, həmçinin tələbələrin karyera istiqamətlərini müəyyən etmələri də müzakirə edildi.

Növbəti təlimimiz hansı universitetdə olsun? Şərh yazmağı unutma ✍🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #KaryerayaDoğruYol #Uğurlayihəsi #ATUTəlim

Kapital Bank Life

28 Oct, 13:51


Qaliblər açıqlandı 🏆

Əməkdaşlarımızın iştirakı ilə keçirilən "Filiallar Turniri 2024" layihəsi başa çatdı. Finalda komandanların müəyyən ayları əhatə edən nəticələri müəyyənləşdi və qaliblər təyin olundu.

İştirak edən və əməyi ilə inkişafımızda rol oynayan hər kəsə təşəkkür edirik 👏🏻

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #FiliallarTurniri2024 #Final

Kapital Bank Life

25 Oct, 14:08


Effektiv işləməyin yolu yaxşıca dincəlməkdir 😌

Bankımız hər zaman iş və həyat balansının qorunmasına xüsusi diqqət edir. Çünki komandamızın işi qədər istirahəti də vacibdir.

Bu il əməkdaşlarımızın yay istirahəti fərqli keçməklə yanaşı, xüsusi anlarla da yadda qaldı. Ona görə ki, məzuniyyətə çıxanlar arasından bir neçə nəfər böyük hədiyyələr qazandı. Bir nəfər isə istənilən istiqamətə 2 nəfərlik aviabiletin sahibi oldu 🤩

#KapitalBank #KapitalBankLife #DoğruYoldasan #Məzuniyyətdəyəm #WorkLifeBalance

Kapital Bank Life

23 Oct, 17:08


Daim inkişaf edir, yenilikləri öyrənir və işimizdə tətbiq edirik💥

Regionun ən mühim tədbirlərindən biri olan “INMerge” sammitindən bu dəfə də yan keçmədik. Tədbirdə iştirak edən əməkdaşlarımız yerli və qlobal spikerlərin çıxışlarını dinlədilər. Bundan başqa, müxtəlif texnoji yeniliklər, rəqəmsal məhsullar, eləcə də startaplarla yaxından tanış oldular.

İndidən növbəti ildə baş tutacaq sammit üçün səbirsizlənirik ✌🏻

#KapitalBank #KapitalBankLife #INMergesummit #Doğruyoldasan