Dernières publications de Xəbərzadə (@eastnews24) sur Telegram

Publications du canal Xəbərzadə  

Xəbərzadə
Ce canal Telegram est privé.
Ən son xəbərlər və məlumatlar
5,528 abonnés
3,154 photos
2,596 vidéos
Dernière mise à jour 08.03.2025 23:10

Canaux similaires

Alioglu🇦🇿
19,783 abonnés
Şəbəkə
15,900 abonnés
1NEWS.AZ 🇦🇿
12,618 abonnés
Cops for Truth
10,928 abonnés
AzTV
10,218 abonnés
Günlük Haber
4,040 abonnés
🇦🇿 ALOV 🔥
1,675 abonnés

Le dernier contenu partagé par Xəbərzadə sur Telegram

Xəbərzadə

26 Dec, 16:49

1,174

Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən məlumat yayıb.
Bildirilib ki, araşdırmanın ilkin nəticələrinə görə, AZAL-ın sərnişin təyyarəsi Rusiyanın “PANTSIR-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub:

“Bütün şahid ifadələri, o cümlədən gəmidə eşidilən partlayışlarla bağlı məlumatlar qəzanın hava hücumundan müdafiə sisteminin işi olduğuna işarə edir. Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət göz önündədir. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir” , - məlumatda deyilir. 

Əlavə olaraq qeyd olunub ki, hadisənin baş verdiyi saatlarda Qroznı səmasında dron hücumları gözlənilirdisə, Rusiya tərəfi mülki təyyarələr üçün hava məkanını bağlamalı idi.
Xəbərzadə

26 Dec, 15:31

1,216

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə ikinci qara qutu tapılıb.
Xəbərzadə

26 Dec, 14:42

1,204

Qazaxıstanın Aktau şəhərində müalicə alan yaralılar artıq Bakıya gətirilib.
Xəbərzadə

26 Dec, 14:15

1,347

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raket olub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən “Euronews” yayıb. 
Mənbə bildirib ki, raket Qroznı üzərində pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduğu zaman buraxılıb.
Qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən buraxılan raket hava gəmisinin yaxınlığında partladıqda qəlpələri təyyarəni zədələyib. 
Məlumata görə, pilotların təcili enişlə bağlı müraciətlərinə baxmayaraq, zədələnmiş təyyarəyə Rusiyanın hava limanlarında yerə enməyə icazə verilməyib və heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətində getməsi bildirilib. Həmçinin qeyd edilib ki, dəniz üzərində bütün uçuş boyu təyyarənin GPS naviqasiya sistemi bloklanıb. 
***
“AnewZ” portalı isə raketin “Pantsir-S” sistemi vasitəsilə buraxıldığını yazıb. 
Xəbərzadə

26 Dec, 13:58

1,218

🟥 AZAL-ın zərər görmüş təyyarəsinin pilotları məcburi eniş üçün sorğu göndərsələr də Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib.
Xəbərzadə

26 Dec, 13:57

1,296

Azərbaycan hökumət mediası təsdiqlədi

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.
Xəbərzadə

26 Dec, 12:25

1,328

Qəza baş verən yerdə axtarış-xilasetmə işləri artıq başa çatıb. Sabah Braziliya aviasiya orqanlarının və "Embraer" şirkətinin Qazaxıstana gedişi gözlənilir. (Orda nəşri)
Xəbərzadə

26 Dec, 11:27

1,441

NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Xəbərzadə

26 Dec, 09:34

1,523

Təyyarə qəzası ilə bağlı Qazaxıstan və Azərbaycana kömək etməyə hazırıq.

ABŞ Dövlət Departamenti
Xəbərzadə

26 Dec, 09:34

1,578

Sağ qalan şəxslərin ölkəyə gətirməsi günü ikinci yarısında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır.

AZAL-ın Prezidenti Samir Rzayev