🕋💞İBADƏT 313💞🕋

@ibadet313


Heç bir şey əvvəlki vəziyyətə qayıtmır. Buna görə, bir şeyi sındırmazdan öncə yaxşı fikirləşək ..

🕋💞İBADƏT 313💞🕋

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

🕋💞İBADƏT 313💞🕋

22 Oct, 04:50


*İmam Rza (ə) buyurub:*

* "Ulduzlar yer əhlinə işıq saçdığı kimi, gecələr içərisində namaz qılınan evlərin nuru da səma əhlinə işıq saçar".

> ^📕Camiul əxbar,səh.120, 20/370

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

22 Oct, 04:49


Hacət namazı

İmam Sadiq (ə) buyurur: "Sizdən birinizin Allahdan mühüm diləyi olarsa, iki rəkət namaz qılsın, (namazdan sonra) səcdə edib, belə söyləsin: "Ya Muhəmmədu, ya rəsuləl-lahi, ya Əliyyu, ya Seyyidil- mu'mininə vəl-muminati bikuma əstəğisu iləllahi təala ya Muhəmmədu, ya Əliyyu əstəğisu bikuma ya ğəusahu billahi və bimuhəmmədin və biəliyyin və Fatimətin" (Ey Muhəmməd, ey Allahın rəsulu, ey Əli, ey mömin kişi və qadınların ağası! Sizin vasitənizlə Allahdan imdad diləyirəm. Fəryad, Allaha, Muhəmmədə, Əliyə, Fatiməyə fəryad) (Fatimənin adının) ardınca bütün imamların (ə) adını sayıb, belə söylə: "Bikum ətəvəssəlu iləl-lahi təala" (Sizin vasitənizlə Allaha təvəssül edirəm) Allahın istəyi ilə, həmin saat imdadına cavab verilər".

> Məkarimul-əxlaq, səh.483

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

21 Oct, 08:14


İmam Həsən (ə) buyurmuşdur:

مَنْ أَدامَ الاْخْتِلافَ إِلَی الْمَسْجِدِ أَصابَ إِحْدی ثَمان: آیةً مُحْکَمَةً وَ أَخًا مُسْتَفادًا وَ عِلْمًا مُسْتَطْرَفًا وَ رَحْمَةً مُنْتَظِرَةً وَ کَلِمَةً تَدُلُّهُ عَلَی الهُدی أَوْ تَرُدُّهُ عَنْ رَدًی وَ تَرْکَ الذُّنُوبِ حَیاءً أَوْ خَشْیةً

“Daim məscidə gedən insan səkkiz faydadan birini əldə edər: 1. möhkəm ayə və nişanə; 2. bəhrələnə biləcəyi dost; 3. yeni elm və bilik; 4. gözlənilən ilahi rəhmət; 5. insanı doğru yola yönəldən söz (eşidəcək); 6. insanı alçaqlıq və çirkinlikdən uzaqlaşdıran söz (eşidəcək); 7. Allahdan utanıb günahları tərk etmək; 8. Allahdan qorxub günahları tərk etmək.” (“Tuhəful-uqul”, səh.2235; “Əl-mustədrək”, 3-cü cild, səh.359, hədis 3778.)

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

21 Oct, 02:58


İmam Əli (ə): «Kişi öz qardaşını narahat (ya xəcalətli) edən zaman onu itirər.» 
İmam Əli (ə): «Dostun dosta paxıllıq etməsi, dostluğun sağlam olmamasından irəli gəlir.»
İmam Əli(ə): «Heç vaxt bədgümanlıq sənə qalib gəlməsin. Çünki bu səninçün heç kəslə dostluq etməyə yer qoymaz.» 
İmam Əli(ə): «Öz dostunun hər bir işinə irad tutanın dostluq telləri tez qırılar.» 
İmam Əli(ə): «Qardaşları ilə yola getməyən şəxsin dostları azalar.» 
İmam Sadiq (ə): «Əgər müsəlman qardaşının səninlə dostluğunun xalis qalmasını istəyirsənsə, heç vaxt onunla(çox) zarafat və münaqişə etmə, onun qarşısında öyünmək və düşmənçilikdən çəkin.» 
İmam Hadi(ə): «Bir-birinizlə çəkişməyiniz köhnə dostluğu pozar, möhkəm düyünləri açar. Belə ki, mübarizədə biruzə verilən ən az şey, birinin digərinə üstün gəlmək istəyidir. Bu istək isə dostluq əlaqələrinin kəsilməsinin əsas amilidir.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

19 Oct, 06:05


İbadətin əsil sirri nədədir?

İbadət dedikdə, ümumilikdə bu əməllər nəzərdə tutulur:

1. Təharət (dəstəmaz, qüsl).
2. Namazlar (yövmiyyə, cümə, bayram, ayət, vəhşət, nəzir namazları).
3. Oruc.
4. Xüms, zəkat.
5. Ziyarətlər, dualar, zikr və münacatlar.
6. Quran oxumaq.
7. Sədəqə, xeyriyyə, yardım.
8. Sileyi-rəhm.
9. Dəvət, təbliğat.
10. Mərasimlərdə iştirak.

Bəs bütün bu ibadətlərin əsil sirrini nə təşkil edir? Əlbəttə ki, niyyət.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin niyyəti onun əməlindən üstündür”. (Həvzəh)

Ona görə də deyə bilərik ki, niyyət bütün ibadətlərin əsil sütunudur. İbadəti adətlə fərqləndirən şey də - məhz niyyətdir. Adətən insanlar niyyət dedikdə 4 şeyi nəzərdə tuturlar:
1. Niyyət odur ki, insan bir işə başlayan zaman onu dilinə gətirər.

Misal üçün, insan bir işi etmək istəyən zaman niyyət edər ki, İlahi qürbə çatmaq üçün bu işi edir.

2. Niyyət odur ki, dildə dediklərini zehnindən keçirdirsən. Yəni, o işin mənasını zehnindən keçirdər və onun haqqında təfəkkür edər. Bu məna birinci məna ilə oxşardır. Çünki niyyətin səmərəsi odur ki, riyadan uzaq olsun.

3. İnsan bəzən bir işə başlayanda onu yerinə yetirəcəyini qəsd edər. İstəyər ki, işində səhv etməsin və ondan qəflət etməsin.

4. Niyyət, yəni stimul və həmin işin yerinə yetirilməsinə səbəb olan amil. Biz insanların yerinə yetirməli olduğu əməl də budur, yəni həqiqi niyyət də bu olmalıdır. Əgər insanın bir işi yerinə yetirən zaman stimulu ondan istənilən şey olarsa, niyyət düzgün və əməli qəbul olmuş olar. Əgər stimulu batil və Allah üçün olmazsa, əməli də batil olar. Baxmayaraq ki, qürb niyyətini qəlbindən keçirtsə belə.

O zamana qədər ki, insan bunu dərk etməz, yəni hədəfinə çatmaq üçün əməli yerinə yetirməli olduğu həqiqətini başa düşməsə, əməli puç olar.

Çünki bir əməli yerinə yetirmək üçün insana iki şərt lazımdır. Biri etiqaddır və o birisi qəlb diqqəti ilə yerinə yetirdiyi əməldir.

Ona görə də deyə bilərik ki, niyyətin düzgün olması üçün bir neçə stimul lazımdır.

O kəslər ki, ibadəti xalis niyyət olmadan yerinə yetirirlər, onlar riya edirlər və Allahın razılığını itirərlər. İbadətin əsil sirri və əsil səbəbi – niyyətin xalis olmasındadır. Abid bu həqiqəti dərk etməyənəcən, ibadətin şirinliyini dadmaz və əməli mənadan məhrum olar. Çünki ibadəti sütunsuz yerinə yetirilmiş olar.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

19 Oct, 03:39


Qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə dua edənin duasını qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə (bununla) doğru yola yönəlsinlər.

2:186

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

18 Oct, 11:09


Dəfələrlə mərhum Ayətullah uzma Bəhcətin belə buyurduğunu eşitmişəm:
"Düşmən (ixtilaf salmaq üçün) iş görür. Şiələrə deyir ki, əhli sünnənin müqəddəslərinə nalayiq sözlər deyin. Əhli sünnəyə də deyir ki, şiələr olan məhəllələrə gedib "şəhadət verirəm ki, Əli möminlərin əmiridir" - sözü olmadan azan deyin.
Dəfələrlə o şəxsdən eşitmişəm və özümə də buyurub ki, "əgər aləmin bir küncündə sizin lənət göndərməyinizə görə bir şiə öldürülsə, siz onun qanının tökülməsində şəriksiniz".

Ustad Baqir Təhriri

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

16 Oct, 10:37


İbadətin ləzzətini dadmaq üçün nə edək?
Möhsün Qərəvian nəql edir: Ayətullah Behcətdən soruşdum: “Ağa ömrümüz keçdi, amma indiyə qədər ibadətlərimizdə, xüsusilə də namazlarımızda bir ləzzət hiss edə bilməmişik. Sizcə nə edək ki, məsumların buyurduqları ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?”
O, zikr və duaya məşğul olduğu halda başını qaldırıb mənalı bir ifadə ilə mənə baxdı. Sonra – bu hamımızın mübtəla olduğu bir dərddir – deyə buyurdu.
–Ağa, hər halda dərəcəsi var, aşağısı, yuxarısı var; nisbi bir məsələdir; bəziləri – sizin kimi – ali mərtəbəyə sahibdir. Amma bizim heç nəyimiz yoxdur. Biz nə edək?
–Bəlkə də mən sizin dərəcənizin təmənnasındayam!
–Ağa, təvazökarlıqdan keçib, bu bir həqiqətdir ki, deyirəm.
O yenə də xüsusi təvazökarlıqla: Mən də sizin kimiyəm – dedi.
Çox israr etdikdən sonra nəhayət buyurdu: Namazdan həzz almaq üçün bir neçə miqəddiməyə diqqət yetirmək lazımdır. Onlardan bir hissəsi namazın xaricindədir (namazdan qabaq), bir hissəsi isə namazın özündədir. Namazdan qabaq diqqət yetiriləsi və əməl ediləsi məsələ budur ki, insan günah etməsin, qəlbini qaraltmasın. Günah ruhu qara dumana bürüyür, qəlbin nurunu aparır. Namaz vaxtı diqqət ediləsi məsələyə gəldikdə isə insan namaz vaxtı öz ətrafına dəmirdən, tikanlı simdən “hasar” çəkməlidir ki, Allahdan qeyrisi ora daxil ola bilməsin. Allahdan başqa bütün şeyləri fikrindən çıxarmalıdır. Zehnini Allahdan qeyri heç bir şeyə məşğul etməməlidir. Əlbəttə, qeyri-ixtiyari olaraq fikri bir yerə getsə eybi yoxdur. Amma elə ki, iltifat tapıb diqqətini cəmlədi, Allahdan qeyrilərini qəlbindən çıxarmalıdır.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

15 Oct, 15:44


İmam Əli (ə): «Yoxsulluq möminə atın üzündəki bəzəkdən daha
çox yaraşandır.»

İmam Sadiq (ə): «Müsibətlər Allah tərəfindən olan hədiyyələrdir
və yoxsulluq Allahın xəzinəsində saxlanılır (və onu hər kəsə vermir)

Əl-Kafi, c. 2, səh. 265, hədis 22

əl-Kafi, c. 2, səh. 260, hədis 2

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

15 Oct, 09:19


🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅

... HEÇ BİRİNDƏN İBRƏT GÖTÜRMÜR...

İmam Zeynəl-abidin(ə):

Biçarə adəm övladı!
"Hər gün ona 3 müsibət yetişir.
Onların heç birindən ibrət götürmür.Əgər ibrət götürsəydi,dünya işi və çətinliklər onun üçün asanlaşardı.

1-ci müsibət:
Ömründən azalan hər bir gündür.
Əgər malından bir şey azalarsa ,halı qarışıb,kədərlənir.
Bir halda ki,(əldən getmiş)dirhəmin (malın) yerininə başqasını qoya bilər amma ,əldən getmiş ömrün qarşılığı yoxdur.

2-ci müsibət:
Əldə etdiyi ruzidir.
Əgər halal yolla olarsa, hesab verməlidir.Yox əgər haram yolla olarsa,cəzalandırılmalıdır.

3-cü müsibət:
Bunların hamısından böyükdür...
Axşam etdiyi hər gün, bir mənzil axirətə yaxınlaşır,amma cənnətə və ya cəhənnəmə tərəf olduğunu bilmir ❗️"

📚Biharul-Ənvar,c.20,səh.160/78

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

14 Oct, 07:24


Allah Rəsulu (s) buyurur:

“Yaxşılıq etmək dəhşətli süqutlara düşməkdən qoruyur. Gizli sədəqə vermək Rəbbin qəzəbini söndürür. Qohumluq əlaqələrini möhkəmlətmək isə ömrü uzadır, pis ölümü uzaqlaşdırır və yoxsulluğu aradan aparır”.

📘Hədis mənzərəsi,səh.11

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

10 Oct, 08:22


*🌺O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır?🌺*

Əllamə "Nəhcul-bəlağə"ni şərh edərkən, belə bir hədis nəql etmişdir: "Əmirəl-möminin (ə) Şəqşəqə xütbəsini bəyan edəndən sonra bir nəfər ayağa qalxır və Həzrətə (ə) bir məktub verir. Bu məktubda 10 sual verilmişdir ki, İmam (ə) hamısını cavablandırır. Onlardan beşinə işarə edək:

1. O hansı canlıdır ki, başqa bir heyvanın qarnından çıxar və onların arasında heç bir (qohumluq) bağı olmaz? İmam (ə) buyurur: "Həzrət Yunus (ə) ki, balığın qarnından çıxır".

2. O nədir ki, azı mübah və çoxu haramdır? Həzrət (ə) buyurur: "Talut bulağıdır ki, hər kim ondan çox içsə, haramdır".

3. O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır? Həzrət buyurur: "Məst (şərab içən) insanın namazıdır. O kəs ki, şərabla məst olar, əgər namaz qılsa günahdır, əgər namazı tərk etsə, yenə də günahdır. "Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın"". ("Nisa" 43).

4. Bu, hansı quşdur ki, nə atası vardır, nə anası və nə də övladı? Həzrət (ə) buyurur: "Bu, o quşdur ki, Həzrət İsa (ə) gildən düzəltmişdi və Allah buyurur: "O zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu"". ("Maidə" 110).

5. İki xristian şəhadət versə ki, filankəs xristian, ya yəhudi, ya zərdüşt olmuşdur, bu iki nəfərin şəhadətini qəbul etmək olarmı? Həzrət (ə) buyurur: "Bəli, şəhadətlərini qəbul etmək olar. Çünki Allah Təala buyurur: "Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar". ("Maidə" 82). Ona görə də o kəs ki, Allahın ibadətinə təkəbbür etməz, yalandan şəhadət də verməz".

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

09 Oct, 06:50


👺👹👺👹👺👹👺👹
İblisin rəislik etdiyi parlamentində öz şeytanlarına dediyi tövsiyələrindən:

📢 Çalışın bizim qatı düşmənimiz və onlara görə Cəhənnəmə girəcəyimiz olan insanların sinələrinə bu sözləri üfürün:

1) Əccəb eliyirəm,

2) Hamı necə, mən də elə,

3) Köhnə kəndə təzə qayda gəlib,

4) Bunu mən də bilirəm,

5) Güya özün öz dediyinə əməl edirsən ki?!

6) O dünyadan kim gəlib ki?!

7) 5 günlük dünyadır, kef elə!

8) Mənimçün hələ tezdir namaz qılmaq,

9) Mənimçün daha gecdir namaz qılmaq,

10) Ürəyini təmizlə, bəsindir,

11) Güya özü yaxşıdır,

12) Onsuz da Cəhənnəmi bu
dünyada yaşayırıq da!!!

13) Dünya həmişə belə olub, belə gəlib, belə də gedəcək.


🔨 Qərar yeksanlıqla qəbul olundu.
👹👺👹👺👹👺

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

08 Oct, 10:44


Ölməzdən əvvəl hazırlamalı olduğumuz 10 hədiyyə

Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Mənə icazə verərsiniz ki, ölümü arzulayım?”. Həzrət (s) buyurur: “Ölüm elə bir şeydir ki, ondan qaçış yoxdur, uzun bir səfərdir. Ancaq o kəs ki, bu səfəri iradə edər, yaxşı olar ki, 10 hədiyyə hazır etsin, sonra bu səfərə daxil olsun”. Sonra Həzrət (s) buyurdu: “Həzrət Əzrayilə (ə) hədiyyə, qəbir üçün hədiyyə, Münkir və Nəkir üçün hədiyyə, tərəzi üçün hədiyyə, Sirat üçün hədiyyə, (cəhənnəm məmuru) Malik üçün hədiyyə, (behişt məmuru) Rizvan üçün hədiyyə, Allahın Peyğəmbəri (s) üçün hədiyyə, Həzrət Cəbrayil (ə) üçün hədiyyə və sonda isə Allah üçün hədiyyə.
Əzrayilin (ə) hədiyyəsi dörd şeydir:
1. Boynunda haqqı olan insanları razı salmaq.
2. Qəza olan namaz və orucları yerinə yetirmək.
3. Allahla görüşməyə şövqə malik olmaq.
4. Ölümü arzulamaq.

Qəbirin hədiyyəsi də dörd şeydir:
1. Söz gəzdirməyi tərk etmək.
2. Özünü nəcasətdən qorumaq.
3. Quran oxumaq.
4. Gecə nafiləsi.

Nəkir və Münkirin hədiyyəsi də dörd şeydir:
1. Düz danışmaq.
2. Qeybəti tərk etmək.
3. Haqqı demək.
4. Hər bir halda təvazökarlıq etmək.

Tərəzinin hədiyyəsi də dörd şeydir:
1. Qəzəbi yatızdırmaq.
2. Şübhələrdən uzaq olmaq.
3. Camaat namazına getmək.
4. İlahi məğfirəti cəlb etmək.

Siratın hədiyyəsi də dörd şeydir:
1. Əməldə ixlas.
2. Xoş əxlaq.
3. Allahı çoxlu zikr etmək.
4. Əziyyətə dözmək.

Cəhənnəm gözətçisinin hədiyyəsi dörd şeydir:
1. İlahi qorxuya görə ağlamaq.
2. Gizli sədəqə vermək.
3. Günahları tərk etmək.
4. Ata və anaya yaxşılıq etmək.

Rizvanın hədiyyəsi də dörd şeydir:
1. Çətinliklərdə səbir etmək.
2. Nemətlərə görə şükür etmək.
3. Allah yolunda malını infaq etmək.
4. Vəqfdə əmanətdar olmaq.

Həzrət Peyğəmbərin (s) hədiyyəsi də dörd şeydir:
1. Həzrətə sevgi bəsləmək.
2. Sünnətinin ardıcılı olmaq.
3. Əhli-beytinə (ə) sevgi bəsləmək.
4. Dilini söyüşdən qorumaq.

Həzrət Cəbrayilin (ə) hədiyyəsi də dörd şeydir:
1. Az yemək.
2. Az yatmaq.
3. İlahi həmdi davamlı olaraq demək.
4. Az danışmaq.

Allahın hədiyyəsi də dörd şeydir:
1. Yaxşılıqlara əmr etmək.
2. Pisliklərdən çəkindirmək.
3. İnsanlara nəsihət vermək.
4. Hər bir halda hamıya qarşı mərhəmətli olmaq”. 

https://t.me/turalceferi

🕋💞İBADƏT 313💞🕋

07 Oct, 06:44


DOĞRU YOLDAN AZMAĞIN KÖKLƏRİ

zi əxlaq alimlərinin dediyinə görə, doğru yoldan azmağın səbəbi üç şeydədir:

1⃣. Şəhvət qüvvəsi;
2⃣. Qəzəb qüvvəsi;
3⃣. Xəyal və vəhm qüvvəsi.

Әgər birincinin qarşısı alınmasa ismətsizliyə, abırsızlığa və pozğunluğa səbəb olacaq.
Әgər ikincinin qarşısı alınmasa yersiz əsəbləşməyə, dava-dalaşlara və fitnələrə səbəb olacaq.
Üçüncüsünün qarşısı alınmasa, təkəbbürə, zülmə və haqsızlığa səbəb olacaq. İstər kişi, istər qadın olsun, insan gərək məs
uliyyət hissiylə, təqva və öhdəsinə almaqla bu qüvvələri nəzarətə götürüb onlardan islah və təkamül üçün bir vasitə kimi istifadə etsin.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

06 Oct, 14:23


Həzrət Peyğəmbər (s) buyurub:

_وَ الَّذِي بَعَثَنِي بِالْحَقِّ نَبِيّاً لَا يَقْبَلُ اللَّهُ مِنْ عَبْدٍ حَسَنَةً حَتَّى يَسْأَلَهُ عَنْ حُبِّ عَلِيٍّ بْنِ أَبِي طَالِبٍ_

"ᴍəɴi ᴍəʙᴜꜱ ᴇᴅəɴ ᴀʟʟᴀʜᴀ ᴀɴᴅ ᴏʟꜱᴜɴ ᴋɪ, əʟİɴin (ə) ᴍəʜəʙʙəᴛi ʜᴀǫᴅᴀ ꜱᴏʀᴜşᴜʟᴍᴀᴅᴀɴ ʜᴇç ʙiʀ ʏᴀxşı əᴍəʟ ǫəʙᴜʟ ᴏʟᴜɴᴍᴀᴢ."

> "Biharul-ənvar", c. 39, səh. 160.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313