sosial.gov.az

@sosialgovaz


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

sosial.gov.az

22 Oct, 14:15


📊 Nazirliyin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-sentyabr aylarında 26,2 milyon müraciət qeydə alınıb.

🌐 E-sosial.az portalından həmin dövrdə 4,6 milyon dəfə istifadə olunub, 189 min təyinat e-infrastruktur üzərindən, #proaktiv qaydada həyata keçirilib.

➡️ https://sosial.gov.az/media/xeberler/nazirliyin-e-xidmetlerine-262-milyon-muraciet-qeyde-alinib

#ƏƏSMN #DOSTRİM #RəqəmsalHəllər #SosialGöstəricilər

sosial.gov.az

22 Oct, 13:36


🌟 Uğur hekayəmizin budəfəki qəhrəmanı gənc rəssam 🖌 Pərvanə Hüseynlidir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 🌱🌺 floristika, bağçılıq və landşaft dizaynı, həmçinin rəqs istiqamətləri üzrə təlimlərdə iştirak edən qəhrəmanımızın həmyaşıdlarına düşündürücü mesajı da var:

🔴 "Ruhdan düşməyin, evdə oturmayın! Hər zaman uğurun dalınca qaçın!"

#ƏƏSMN #UğurHekayəsi #ƏlillikQüsurDeyil

sosial.gov.az

22 Oct, 12:47


Nazirlikdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və səfirliyin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı ilə görüş olub.

ℹ️ Görüşdə iki ölkə arasında #əmək, #məşğulluq və #sosial müdafiə sahələrində əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

⤵️⤵️⤵️
https://sosial.gov.az/media/xeberler/turkiye-ile-sosial-sahede-emekdasligin-daha-da-genislendirilmesi-imkanlarina-dair-fikir-mubadilesi-aparilib

#ƏƏSMN

sosial.gov.az

22 Oct, 08:59


"İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!" rubrikasında yeni 5️⃣ söz, 1️⃣ cümləni təqdim edirik.

🔠 Qeyd edək ki, layihə eşitmə və nitq məhdudiyyəti olan şəxslərin hüquqlarının təmin edilməsi, işarət dilindən istifadənin tanınması və həvəsləndirilməsi məqsədi daşıyır və işarət dilini sıfırdan tədris edir.

Gəlin "İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!". 💕

#ƏƏSMN #Surdo #İşarətDili #İnklüzivCəmiyyət

sosial.gov.az

22 Oct, 08:07


Bu gün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 3 il ötür. 🎆

ℹ️ Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan bu Mərkəz 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan və s. ibarətdir.

Burada 💃🕺 rəqs, 🖼 təsviri incəsənət, dulusçuluq, 🎵musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, bədii oyma, 🍳 kulinariya, 🎤səhnə ifaçılığı və s. olmaqla 14 fəaliyyət istiqaməti üzrə təlimlər təşkil edilir.

➡️ https://sosial.gov.az/media/xeberler/dost-inkluziv-inkisaf-ve-yaradiciliq-merkezinin-3-yasi-oldu

#ƏƏSMN #DİİYM

sosial.gov.az

22 Oct, 07:27


"Səs" qəzetində işsiz və işaxtaran şəxslərin, o cümlədən işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsində mühüm rol oynanan #özünüməşğulluq proqramı haqqında analitik məqalə dərc olunub. 🌟

➡️ https://sesqazeti.az/news/mia/1198963.html

sosial.gov.az

21 Oct, 15:38


İƏT-in Əmək Mərkəzi ilə Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi arasında əməkdaşlıq sənədi imzalanıb. 📝

ℹ️ BƏT Təlim Mərkəzinin direktoru Kristof Perrin və İƏT Əmək Mərkəzinin direktoru Azər Bayramov arasında imzalanan sənədə əsasən tərəflər İƏT Əmək Mərkəzinin üzv ölkələrinin müvafiq dövlət qurumları, həmkarlar və sahibkarlar təşkilatları üçün layiqli #əmək, sosial müdafiə, #sosial dialoq, beynəlxalq əmək standartları, insan kapitalının inkişafı, ədalətli keçid və digər istiqamətlər üzrə birgə layihələr və təlim proqramları həyata keçirəcəklər.

🔽🔽🔽
https://azertag.az/xeber/iet_in_emek_merkezi_ile_beynelxalq_emek_teskilatinin_telim_merkezi_arasinda_emekdasliq_senedi_imzalanib-3239376

sosial.gov.az

21 Oct, 12:43


💥 Dövlət Sosial Müdafiə Fondu mənzil-qərargahı Londonda yerləşən “The Global Economics” beynəlxalq qurumunun “The Global Economics Awards 2024” müsabiqəsində uğur qazanıb. 🎉

Fond “İlin Sosial Təminat Transformasiyası Təşəbbüsü” ali mükafatına layiq görülərək qurumun adı müsabiqənin rəsmi səhifəsindəki qaliblərin siyahısında yer alıb.👏

➡️ https://sosial.gov.az/media/xeberler/dsmf-londonda-yerlesen-beynelxalq-qurumun-musabiqesinde-ilin-sosial-teminat-transformasiyasi-tesebbusu-ali-mukafatina-layiq-gorulub

#ƏƏSMN #DSMF #BeynəlxalqMükafat #Uğur

sosial.gov.az

21 Oct, 12:08


↗️ Yanvar-sentyabr aylarında #DOST mərkəzlərində 713 min vətəndaşa xidmət göstərilib.

Xidmətlərdən vətəndaş məmnunluğu 98,3% təşkil edir.

➡️https://sosial.gov.az/media/xeberler/yanvar-sentyabr-aylarinda-dost-merkezlerinde-713-min-vetendasa-xidmet-gosterilib

#ƏƏSMN #DOSTagentliyi #DOSTxidmətləri #SosialGöstəricilər

sosial.gov.az

21 Oct, 11:41


🌎 Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ötən dövrdə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb.

ℹ️ Özünüməşğulluq proqramının genişləndirilməsində mühüm dəstək olan Layihə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır.

➡️https://sosial.gov.az/media/xeberler/mesgulluga-destek-layihesi-uzre-artiq-17-minden-cox-sexs-ucun-kicik-biznesler-yaradilib

#ƏƏSMN #DMA #MəşğulluğaDəstək #MDL