Panahian | Azeri

@panahianaz


🔻Əli Rza Pənahian
Populyar natiq və müəllim. Təhsil və əxlaq üzrə ekspert. Strateq və nəzəriyyəçi. Seminariyanın rəhbəri. Müəllif.

Panahian.net
Fb.com/panahianAZ
Twitter.com/panahianAZ
Instagram.com/panahianAZ
Youtube.com/c/PanahianAzeri

Panahian | Azeri

21 Oct, 15:19


🔲 Zehni idarəetmə bacarığını ən yaxşı istifadə etmək yeri namaz vaxtıdır.
🔲 Problemləriniz daha asan həll olunacaq.

👉🏼 Zehnimi İdarə Edirəm (8)

İnsanlar adətən yalnız bir mövzuya qısa müddət ərzində dərin şəkildə cəmləşə bilirlər və tez bir zamanda yayındırılırlar. Bir mövzuya davamlı şəkildə diqqət yetirmək üçün gücləri çatmır. Lakin əgər biz zehnimizi idarə edə bilsək, yaxşı bir mövzuya diqqətlə bir müddət cəmləşə bilərik. Əgər zehninizi idarə edə bilsəniz, dəyərsiz şeylərə diqqət yetirməzsiniz. İmam Əli (ə) buyurur: "Dəyərsiz işlərə fikir verməməklə dəyərinizi artırın". ["Tuhəf əl-Uqul", səh. 224]

Bir çox insan televiziyada filmlər və seriallar izləyir. Onlardan soruşduqda ki, "Bu film sizə nə təsir edir? Zəkanıza daxil olan bu məlumat sizə nə edəcək?" Onlar cavab verirlər ki, "Bilmirəm!" Quran buyurur: "İnsan öz yediyinə baxsın". [80:24] Bu, yalnız yeyilən qidaya aid deyil [rəvayətlərə görə]. İnsan gördüyü, eşitdiyi və zəkasına daxil olan məlumatlara diqqət yetirməlidir.

Zehni idarəetmə bacarığımızı istifadə edə biləcəyimiz ən yaxşı yer namazdır. Peyğəmbər (s) buyurub: "Bir insan namazda fikrini və qəlbini Allaha yönəldərsə (və zehnini idarə edərsə), namazını bitirəndə bu dünyaya gəldiyi gün kimi (günahsız) olar". ["Müstədrək əl-Vəsail", c.4, səh.102]

Bütün qəlbi ilə Allaha diqqət yetirmək, İmam Əlinin (ə) bacardığı bir işdir. Əgər biz Allaha qəlbimizin yalnız bir hissəsi ilə diqqət yetirsək belə, çox fayda əldə edəcəyik. Ayətullah Bəhmən dedikdə, “Namazda Allaha necə diqqət yetirə bilərik?”, deyə soruşulanda, o belə cavab verib: “Nə vaxt yayındığınız zaman, diqqətinizi yenidən namaza yönəldin”. İndi əgər bir insanın problemi varsa, o, namaz vaxtı bu barədə düşünməlidir? Ayətullah Bəhmən deyirdi ki, əgər siz namazda probleminizi düşünməsəniz, görəcəksiniz ki, probleminiz namazdan sonra daha asan həll olunacaq.

İmam Sadiq (ə) buyurur: "Elə bir mömin yoxdur ki, namazda qəlbi ilə Allaha diqqət yetirsin və Allah ona diqqət yetirməsin, onu sevməsin və başqalarının da onu sevməsinə səbəb olmasın." ["Savab əl-Əmal", səh.135]

#ƏliRzaPənahian
#Zehninİdarəsi
@PanahianAZ

Panahian | Azeri

20 Oct, 13:04


⚔️Fırtına yaratmaq üçün bizə cəsarət verdin...

◽️Adın əbədidir, ey İslam ümmətinin igid və cəsur rəhbəri.
✊🏼Aşura dərsi ilə vuruşdunuz, Aşura dərsi ilə yaşayarkən şəhid oldunuz.
🌱 Salam olsun sənə, Mücahid rəhbəri!

#Əqsa_Fırtınası
@PanahianAZ

Panahian | Azeri

15 Oct, 15:46


Çıxılmaz dalan yoxdur!

@PanahianAZ

Panahian | Azeri

14 Oct, 11:05


📨 Əli Rza Pənahianın livanlı gənclərlə söhbəti

#Livan
@PanahianAZ

Panahian | Azeri

14 Oct, 05:53


🔲 Zövqlərimizi idarə etməklə dəyişdirə bilərik.
🔲 Pis zövqləri düşünməsək, onlar zəifləyəcək; yaxşı zövqləri düşündükdə isə güclənəcəklər.

👉🏼 Zehnimi İdarə Edirəm (7)

Çox insan, din onlara "pis maraqların dalınca getmə", dedikdə, bundan narahat olur, çünki öz maraqlarına qarşı çıxmaq gücləri yoxdur. Din onlara "yaxşılıq et" deyəndə də bəziləri bundan qəzəblənir, çünki yaxşılıq etmək istəkləri yoxdur.
Lakin din bundan da əhəmiyyətli bir şey deyir: “Maraqlarınızı dəyişdirin," ya da pis maraqları zəifləndirin və yaxşı maraqları gücləndirin.

Heyvanlardan fərqli olaraq, insan "bütün maraqlarını dəyişdirə" bilər. İnsanlar ölümlə maraqlana, dünyaya bağlılıqlarını dayandıra və həsəd və təkəbbürlərini aradan qaldıra bilərlər. Allah bizə buyurur: "Maraqlarınızı tədricən dəyişdirin. Əvvəlcə plan qurun və idarə edin, sonra irəliləyin." Qərb mədəniyyəti isə deyir: "Maraqlarının arxasınca get!" Amma maraqları dəyişmədən və idarə etmədən arxasınca getmək zəiflik gətirir.

Maraqları dəyişdirməyin iki yolu var. Biri davranışlarımız və hərəkətlərimizdir, xüsusilə də davamlı edilənlər. İkincisi isə zehnimizi idarə etməkdir. Hər hansı mövzunu düşündükdə və ona diqqət etdikdə, həmin mövzuya marağımız güclənir. Pis zövqləri düşünməsən, onlar zəifləyəcək; yaxşı zövqləri düşünəndə isə onlar güclənəcək. İmam Əli (ə) buyurub: “Kim ləzzətlər haqda çox düşünərsə, məğlub olar”. [Ğürar əl-Hikəm", hədis: 8564]

Bəzi şeylərə bir an belə diqqət etmə, hələ düşünmək heç lazım deyil. Onlardan xəbərdar olma. Zehni idarə etmək bəzi məlumatları bilməmək deməkdir. Bəzi məlumatlar qadağandır, məsələn, qeybət eşitmək. “Mömin qulaqlarını yalnız faydalı elm üçün istifadə edər.” ["Nəhcül-Bəlağə", Xütbə: 193] Bu, zehni idarə etməkdir.

Ən pis günahlar zehində işlənir. Məsələn, ikiüzlülük. Zehninə ikiüzlü fikirlər gəldikdə, etdiyin yaxşı iş batil olur! Təkəbbür və eqoizm isə daha da pisdir. Allahın Rəsulu (s) buyurub: “Günah işləmək, günah etməməkdən daha yaxşıdır, əgər günahdan çəkinəndə təkəbbür yaranarsa”. ["əl-Kafi", c.2, səh.313]. Təkəbbür zehindədir. Bu, yalnız öz səylərinə baxmaq və Allahın sənə verdiyi nemətləri görməmək deməkdir.

#ƏliRzaPənahian
#Zehninidarəsi
@PanahianAZ

Panahian | Azeri

11 Oct, 16:16


🔴Şəhid Seyidin Şəhadətindən Sonra İsrailin Vəziyyəti Necədir?

#Livan
@PanahianAZ