NAMAZIN SİRLƏRİ

@namazin_sirleri


🍃NAMAZLAR
🍃AYƏLƏR
🍃HƏDİSLƏR
🍃DUALAR
🍃ZİKİRLƏR
Kanalın yaranma tarixi 25.06.2020

NAMAZIN SİRLƏRİ

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

NAMAZIN SİRLƏRİ

22 Oct, 14:01


Axtardığınız bütün kanalların hamısı bir topluda:)

@toplu_admini

NAMAZIN SİRLƏRİ

22 Oct, 10:56


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

NAMAZIN SİRLƏRİ

22 Oct, 08:05


Günahın insana (Ruhuna) vurduğu 6 zərbə...

Quran: “Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: "Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!". Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”...
“Kəhf” surəsi, ayə 49
Günahları iki yerə bölmək olar:
1. Bədənlə yerinə yetirilən.
2. Bədənlə yerinə yetirilməyən.
Bədənlə yerinə yetirilən günahlara: qeybəti, oğurluğu, zinanı, əxlaqsızlığı misal çəkmək olar. Bədənlə yerinə yetirilməyən günahlara: həsədi, kini, simicliyi, tamahı misal çəkmək olar. Din alimlərinin nəzərinə görə, kəbirə günahlarının sayı qırxdır. Bəzi hallarda səğirə günahlar kəbirə günahlara çevrilə bilir: səğirə günahı kiçik hesab edən zaman, onu davamlı yerinə yetirən zaman, günahdan razı olan zaman, İlahi himayə ilə məğrur olan zaman. Bəs günah bizimlə nə edir?
1. Mərifətə mane olar.
İmam Sadiq (ə): “O zaman ki, insan günah edər, qəlbində qara nöqtə peyda olar. Əgər tövbə edərsə, məhv olar və əgər günahını artırarsa, daha da çoxalar - o yerə qədər ki, bütün qəlbini bürüyər”.
2. Duanın yerinə yetməsinə mane olar.
Duanın yerinə yetməsinə şərait yaradan amillərdən biri də bəndənin Allahla rabitəsidir. Əgər günah edərsə, onların arasında maneə və pərdə yaranar. Duanın yerinə yetməsinə mane olar. “Kumeyl” duasında oxuyuruq: “Allahım, günahlarımı bağışla ki, duanın qarşısını alar”.
3. Hüzuru pozar.
İnsan günah işlədən zaman vicdanı onu məzəmmət edər və rahat buraxmaz. İnsandan hüzuru aparar və yerini peşmançılıq alar.
4. Həyaya mane olar.
Əxlaqın fəzilətli sifətləri insanı günahdan uzaqlaşdırar və onu kontrol edər. Günah insanın bu sifətlərini bir-bir əldən verməsinə səbəb olar. İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Allahım, günahlarımı bağışla ki, pərdələri cırar”.
5. Ömrün uzun olmasına mane olar.
Günahın bizim ömrümüzün uzun və qısa olmasına təsiri vardır. İmam Əli (ə): “Məhv etməkdə tələsən günahlardan Allaha pənah aparıram”.
6. Nemətin dəyişməsinə səbəb olar.
İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Allahım, günahlarımı bağışla ki, nemətlərin dəyişməsinə səbəb olar”.

NAMAZIN SİRLƏRİ

21 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

NAMAZIN SİRLƏRİ

21 Oct, 06:35


Hədis.

Əqiq üzük insanı fəqirçilikdən nifaqdan və bəladan amanda saxlayar.

NAMAZIN SİRLƏRİ

20 Oct, 16:30


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

NAMAZIN SİRLƏRİ

20 Oct, 16:29


Namaz vaxtları Oktyabr ayı

NAMAZIN SİRLƏRİ

18 Oct, 06:15


Gecə namazının savabı niyə gizli qalır?

“(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər”. (“Səcdə” 16).
İmam Baqir (ə) və İmam Sadiqdən (ə) gələn təfsirə görə: “Bu ayədə adı çəkilən möminlər – gecə namazı qılanlardırlar. Gecə namazını iqamə etmək üçün isti yataqlarından qalxarlar”.
Allah Təala sonrakı ayədə buyurur: “Etdikləri işlərin mükafatı olaraq, onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”. (“Səcdə” 17).
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Elə bir yaxşı iş yoxdur ki, mükafatı Quranda bəyan olmamış olsun. Məgər gecə namazı ki, Allah onun əzəmətinə görə savabını açıqlamamışdır”.
Bəs nə üçün bu savabı gizlidir?
1. Dəyərli və əzəmətli işlər belədir ki, həqiqətlərini sadəliklə dərk etmək olmur. Onların savabını gizlətmək də həvəsləndirmək niyyətilədir.
2. Gözün aydınlanması o qədər böyükdür ki, insan biliyi onun hamısını dərk etməkdə gücsüzdür.
3. Gecə namazı insanların gözündən uzaqda və gizli şəkildə yerinə yetirilər. Ona görə də mükafatı da gözlərdən uzaqdadır.
Məaz ibni Cəbəl nəql edir: “Bir gün Peyğəmbər (s) mənə buyurdu: “Əgər xeyir yollarını sənə nişan verməyimi istəyirsənsə, (bu yollardan biri) insanın gecənin qəlbində ayağa qalxaraq Allah rizasını qazanmaq ardınca olmasıdır”.

Gecə namazının dünya və axirət savabları.
Həzrət Peyğəmbərin (s) kəlamlarından belə nəticəyə gəlmək olur ki, gecə namazı:
1. Allaha yaxınlaşmaqdır.
2. Günahları aradan aparmaqdır.
3. Günahdan saxlayandır.
4. Bədən ağrısını dəf edəndir.
5. Hər kim gecə namazı qılar, siması gündüz gözəl (nurani) olar.
6. Gündəlik ruzisi zəmanət olunar.
7. Qəmi aradan aparar.
8. Gözlərə cila verər.
9. Üzü gözəlləşdirər.
10. Mükafatı behiştdir.(tebyan/deyerler)

NAMAZIN SİRLƏRİ

17 Oct, 06:52


Bir nəfər Həzrəti Əli (ə)-dan soruşdu:
–"Təkbirətul-ehram" deyən zaman əlləri yuxarı qaldırmağın mənası nədir?
İmam (ə) buyurdu:
– Mənası budur ki,Allah böyükdür, yeganədir, heç bir oxşarı yoxdur, zahiri idrak və hiss orqanları ilə dərk olunmaz.Soruşdu:
– Rüku halında boynu (yuxarı)dartmağın mənası nədir?
İmam (ə) buyurdu:
– Mənası budur ki,Allaha iman gətirdim, hətta boynumu vursalar belə.Soruşdu:
– Birinci səcdənin mənası nədir?
İmam (ə) buyurdu:
– Mənası budur ki,"Pərvərdigara! Sən bizi torpaqdan yaratmısan"; başı səcdədən qaldırmağın mənası budur ki, "Pərvərdigara! Sən bizi torpaqdan çıxartmısan"; ikinci səcdənin mənası budur ki, "Pərvərdigara! Sən bizi torpağa qaytaracaqsan"; başı ikinci səcdədən qaldırmağın mənası budur ki,"Pər-vərdigara! Sən bir daha bizi (Qiyamət günündə) yerdən çıxardacaqsan."O kişi soruşdu:
– Təşəhhüdü deyən zaman sağ ayağı sol ayağın üstünə qoymağın mənası nədir?
İmam (ə) buyurdu:
– Mənası budur ki,"Pərvərdigara! Batili öldür, haqqı bərqərar et və möhkəm saxla..

📿
@namazin_sirleri

NAMAZIN SİRLƏRİ

16 Oct, 10:50


Namaz nədir? Namazın sirri nədir? Namazı necə qılaq? Namazda diqqəti necə cəmləşdirək?

Böyük rəbbani alim olan Ayətullah Behcət namazın sirlərini bizimlə bölüşmüşdür ki, onların bəzisinə işarə edək.
Alim buyurur: “Namaz – görüşün və Allah hüzurunda olmağın ən uca zamanıdır. Namaz – ən ləzzətli ləzzətlərlə dolu olan qədəhdir ki, bu cür xoş içki dünyada yoxdur. Namaz – ubudiyyətin ən əzəmətli nişanəsidir ki, orada Haqqa diqqət edilər.
Namaz – bütün ruhi ləzzətlərdir. Qürbi və mərhələləri vardır. Hər bir qürb məqamının mərhələsi vardır ki, onların ən üstünü namazdır.
Namaz – möminin meracıdır. Elə ki, qiyam üçün qalxırıq, əzəmətimiz olur. Sonra onu rükuda yarıya bölürük. Sonra səcdəyə və torpağa qayıdırıq.
Ola bilsin ki, namazın təkrar olmasının hikməti – seyr etməkdir. Bu mənada ki, hər bir namaz özündən əvvəlki namazdan daha yaxşı və daha üstün olar. Əvvəlki namaz isə sonrakı namazlar üçün zəminə olar.
Bəndənin namazda qiyam etməsi – ubudiyyətini bəyan etməsidir. Səcdəsi – təvazökarlığını göstərər.
Sual verirlər ki, qəlb hüzuru necə hasil olur?
Alim buyurur: Əgər məqsəd qəlb hüzurudursa, müstəhəb ibadətlər və nafilələrlə hasil olar. Qəlb hüzuru əldə etmək odur ki, hüzur zamanı onu bilərəkdən əldən verməyəsən. Qəflət zamanı isə özünə təzyiq göstərməyəsən.
Sual verirlər ki, namazda qəlb hüzurunu necə əldə edək?
Alim buyurur: Diqqət etdiyiniz şeydən bilərəkdən əl çəkməyin. Namazı islah etmək üçün zahiri və batini islah etmək lazımdır. Zahiri və batini münkərlərdən uzaq olmaq lazımdır. Namazın islah yollarından biri namaz zamanı Həzrət İmam Zamana (ə.f) ciddi təvəssül etməkdir.
Sual verirlər ki, gecə namazı tövfiqi üçün nə edək?
Buyurur: “Kəhf” surəsinin son ayələrini oxumaq. Əgər əlac olmazsa, bu surənin yarısını oxumaq.
Namaz kimi sadə və aşkar bir əməl bəzilərini səmaya qaldırar, bəziləri üçün isə heç bir xəbər olmaz. Bəziləri üçün meracın açarıdır. Bəziləri üçün isə məlum deyildir ki, bu məcun şordur, yoxsa şirindir. Əgər kimsə bu qədər Quran ayələrinin və hədislərin olmasına baxmayaraq, ondan bəhrələnməzsə, ağlında kəmlik vardır. Namaz qılmaq – onun əhli üçün halva yemək kimidir. Ona görə də namaz qılmaqdan yorulmazlar.
Əmirəl-möminin (ə) buyurur: “Bil ki, bütün əməllərin namazına tabedir”.
Namaz zamanı Allahı zikr etmək – ən yaxşı zikrdir. Namaz – Kəbə kimidir. Namazqılan Kəbəyə və İlahi hərəmə daxil olar, qərara alar ki, təkbir qapısından girib, təslim qapısından xaric olsun”. 

NAMAZIN SİRLƏRİ

15 Oct, 09:31


#şəriət_hökmləri
Namaz vaxtının hökmləri

Əgər insan namaz vaxtının daxil olduğunu yəqin etməklə namaza başlamalı olduğunu bilmədən namaz qılarsa,namazdan sonra bütün namazı vaxtında qıldığını anlasa,namazı düzgündür.
Əgər namazı vaxtından əvvəl qıldığını anlasa yaxud vaxtında və ya vaxtından əvvəl qıldığını bilməsə,namazı batildir. Hətta namazdan sonra bvaxtın daxil olduğunu anlasa belə ,həmin namazı yenidən qılmalıdır.

Məsələ 729: Vaxtın daxil olduğuna əmin olaraq namaza başlayarsa və namaz əsnasında vaxtın daxil olub -olmamağına şəkk edərsə,namazı batildir.
Amma namazda ikən vaxtın daxil olduğuna əmin olsa,lakin namazdan indiyə qədər qıldığı qismin vaxt daxilində qılıb-qılmadığına şəkk edərsə ,namazı düzgündür.

Məsələ 730: Əgər namazın vaxtı çox dar olsa və namazın müstəhəb əməllərindən əmələ gətirdikdə,onun bir hissəsi vaxtdan sonra qılınacaqsa ,həmin müstəhəb işi icra etməməlidir.
Məsələn, əgər qunutu deməklə namazın hissəsi vaxtdan sonra qılınacaqsa,qunutu deməməlidir.Əgər deyərsə,namaz o vaxt düzgün olar ki,ən azı bir rükəti vaxt daxilində qılınmış olsun.

Məsələ 731: Bir rükət miqdarında namaz qılmağa vaxtı olan şəxs namazı əda niyyəti ilə qılmalıdır. Amma bilərəkdən namazı bu qədər təxirə salmamalıdır.

Məsələ 732: Əgər müsafir olmayan şəxsin gün batana qədər beş rükət namaz qılmağa vaxtı vardırsa,zöhr və əsr namazlarının hər ikisini tərtiblə qılmalıdır.Əgər ondan az vaxtı vatdırsa,əvvəlcə əsr namazını qılmalı və sonra zöhr namazını qəza etməlidir.Habelə əgər gecə yarısına qədər beş rükət qılmağa vaxtı vardırsa,şam və xiftən namazlarını tərtiblə qılmalıdır.
Əgər vaxtı ondan azdırsa ,öncə xiftən namazını, sonra isə şam namazını əda və qəza niyyəti olmadan qılmalıdır.

📚İZAHLI ŞƏRİƏT MƏSƏLƏLƏRİ
Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistaninin fətvalarına əsasən

NAMAZIN SİRLƏRİ

09 Oct, 05:59


Həzrət Peyğəmbər (s) hər vacib namazın ardınca belə dua edərdi:
“Ey Allahım! Sənə sığınıram (özümün və insanların dünya və axirəti üçün) faydasız olan elmdən, (Səndən) qorxmayan qəlbdən, (dünya və dünya malından, yetim malı yeməkdən, zülm etməkdən, qeybətdən, böhtandan, yalandan, lovğalıqdan) doymayan nəfsdən, (günahlarım ucbatından Sənin yanında) eşidilməyəcək duadan” - أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ وَ قَلْبٍ لَا يَخْشَعُ وَ نَفْسٍ لَا تَشْبَعُ وَ دُعَاءٍ لَا يُسْمَع

📿
@namazin_sirleri

NAMAZIN SİRLƏRİ

08 Oct, 06:40


İmam Baqir (ə): «Vacib namazlara əhəmiyyət verən və onu vaxtında qılan hər bir mömin qafillərdən deyil.»