Hədislər 📚

@hedis_evimm


Mənbəli Hədislər

Məqsədimiz Əhli-Beytin (ə) kəlamları ilə sizi maarifləndirməkdir.

Hədislər 📚

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Hədislər 📚

22 Oct, 14:01


Axtardığınız bütün kanalların hamısı bir topluda:)

@toplu_admini

Hədislər 📚

22 Oct, 10:55


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

Hədislər 📚

21 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Hədislər 📚

21 Oct, 06:16


Həzrət İmam Rza (əleyhissəlam) Rəyyan ibn Şəbibə buyurdu:

" اِن سَركَ اَن تَكُونَ مَعَنا فِي‌الدرَجاتِ العُلي مِنَ الجَنانِ فَاحزَن لِحُزنِنا وافرَحَ لِفَرحِنا"

“Əgər beheştin ali dərəcələrində bizimlə birgə olmaq istəyirsənsə, bizim qəm-qüssəmiz üçün hüznlü ol və şadlığımız üçün xoşhal ol!”
📘Uyunu əxbarir-Rza” (əleyhissəlam), mərhum Şeyx Səduq, 1-ci cild, səh. 300

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽
❁ ••

Hədislər 📚

20 Oct, 05:10


İmam Həsən Əskəri (əleyhissəlam) buyurub:
"Allah-taala Öz höccətlərini digər məxluqlarının içindən ayırıb. Ona hər bir şeyin mərifətini (elmini) verib. Əgər belə olmasaydı höccət ilə camaat arasında heç bir fərq olmazdı".
قال حسن بن علي عليه السلام إن الله جل ذكره أبان حجته من سائر خلقه، وأعطاه معرفة كل شئ، فهو يعرف اللغات والأسباب والحوادث، ولولا ذلك لم يكن بين الحجة والمحجوج فرق.
(Şeyx Müfid (r.ə), "Əl-İrşad", cild 2, səh 331)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

19 Oct, 07:29


Əcəl haqqında hədislər...!!!
İmam Əli (ə):«(Allah) əcəlləri (ömrün müddətini) təqdir edib, müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona çatmasının səbəblərini hazırlayıb).» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh. 21)
İmam Əli (ə):«Əcəl və ölümdən doğru şey yoxdur.» (Ğurərul-Hikəm, hədis10648)
İmam Əli (ə):« Əcəl nə gözəl dərmandır.» (Ğurərul-Hikəm, hədis 9905)
İmam Əli (ə):«İnsanın nəfəsləri onun ölümə tərəf addımlarıdır.» (Nəhcül-Bəlağəğnin şərhi, İbn Əbil Hədid, c.18, səh. 221)

Əcəl möhkəm bir qaladır.
Qur’an:
«Allahın izni olmayınca heç kəs ölmür. O, vaxtı müəyyn edilmiş bir yazıdır.» (Ali-İmran, ayə 145)
Hədis:
24. İmam Əli (ə):«Əcəlin gözətçiliyi kifayətdir.» (Biharul- ənvar, c.5 səh.142, hədis 14)
25.İmam Əli (ə):«Əcəl möhkəm qaladır.» (Ğurərul–hikəm, hədis 494)

Hər bir şeyin ömrü var.
26.İmam Əli (ə):« Hər bir şeyin müddəti və sonu vardır.» (Nəhcül-Bəlağə, Xütbə 190)
27.İmam Əli (ə):«Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl və son qoyub.» (Ğurərul-Hikəm, hədis 4778)

Hər bir ümmətin əcəli (sonu) var.
Qur’an:
«Hər bir ümmətin ömür müddəti vardır. Onların əcəli gəlib çatdıqda ondan nə bircə saat yubanar, nə də qabağa keçərlər!» (Ə’raf, ayə 24)
«Biz heç bir məmləkəti əcəli gəlib çatmamış məhv etmədik. Heç bir ümmət nə əcəlindən qabağa keçə bilər, nə də ondan arxaya qala bilər.» (Hicr, ayə 4-5)
Həmçinin müraciət et: Nəhl, 61; Ta Ha, 129; Ənkəbut, 5; Şura, 14; .
Muminun, 43

Şərti və qəti əcəl.
Qur’an:
«Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Qəti əcəl Onun yanındadır. Siz yenə də şübhə edirsiniz!» (Ənam, ayə 2)
Hədis:
İmam Sadiq (ə)-yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur- «Naməlum (adsız) əcəl asılı və şərti haldadır, Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum (adı olan) əcəl Allahın Qədr gecəsindən gələn ilin Qədr gecəsinə kimi qəzavü-qədər olaraq müəyyənləşdirdiyi əcəldir və Allah onun barəsində buyurmuşdur:«Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər.» (Biharul-Ənvar, c.5, səh.139, hədis 3)

Şərti əcəli uzaqlaşdıran amil.
29.İmam Əli (ə):«Ömürlər sədəqə verməklə uzanır.» (Ğurərul-Hikəm, hədis 4239)
30.İmam Sadiq (ə):«İnsanlar öz ömürlərindən çox öz yaxşılıq və ehsanları ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox günahlarının nəticəsində ölürlər.» (Biharul-Ənvar, c.5, səh.140, hədis 7)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

18 Oct, 13:16


🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿

✳️Gecə səyahəti✳️


İmam Həsən Əskəri(ə):

🌺🌺Həqiqətən Allah Mutəala qovuşmaq,gecə səfərindən(gecə namazından) başqa hasil olmaz.

Musnədul imamul Əskəri(ə)s290.

🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

16 Oct, 10:46


Hz. Fatimə buyurmuşdur:
"Ey Allahın Rəsulu !
Səni Əlinin barəsində bir şey deyən görmürəm.
(nəəccəb Əli barəsində bir şey söyləmirsən ?)
Hz. Peyğəmbər(s) buyurdu:
Həqiqətən də Əli mənim özümdür. Heç özü haqqında da danışan birisini görmüsənmi ?"

Kifayətut-Talib fi mənaqibi Əli ibn Əbi Talib(ə.s), əl-Kunci əş-Şafei (sünni), 71-ci paraqraf, səh 289, Nəcəf çapı.

فقالت فاطمة(ع): يا رسول الله!
ما أراك قلت في علي شيئاً ؟
قال(ص): إنّ علياً نفسي, هل رأيت أحداً يقول في نفسه شيئاً ؟

كفاية الطالب في مناقب علي بن أبي طالب(ع), الكُنجي الشافعي, الباب 71, ص289, طبعة النجف.

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

16 Oct, 10:46


İmam (ə) buyurur: Ey Allahın bəndələri! Bilin ki, Allah sizi əbəs yerə yaratmayıb. Başına buraxılmamısınız, ömrünüz yazılıb, ruziniz bölünüb. Hər bir düşüncəli insan öz dəyərini bilsin və dərk etsin ki, yazılandan artığına əli çatmayacaq.

(“Tuhəful-uqul”, səh. 234)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

15 Oct, 09:30


Mülayimlik yaraşıqdır və vəfadarlıq mərdlikdir.
İmam Hüseyn (ə)
إنّ الْحِلْمَ زینَهٌ، وَالْوَفاءَ مُرُوَّهٌ

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

15 Oct, 09:30


İmam Sadiq (ə):
"... İlahi, bizi (Əhli-Beyt) sevdiyi üçün (bizim müsibətimizdə) yaşaran gözləri, bizə xatir qəmlənən və yanan ürəkləri və bizim yolumuzdə çəkilən ah və nalə sahiblərini Öz rəhmətində qərar ver".
اللهم...و ارحم تلک الأعین التی جرت دموعها رحمة لنا و ارحم تلک القلوب التی جزعت و احترقت لنا و ارحم الصرخة التی کانت لنا
Əllamə Məclisi, "Biharul-Ənvar", 98/8.

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

15 Oct, 09:30


İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!

(Ali İmran surəsi, ayə 57)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁
••

Hədislər 📚

14 Oct, 07:17


Həzrət İmam Əli (ə) buyurub:

İnsanın sağlam olmasına bu kifayət edərki, digərlərinin eyblərini zehnində az saxlasın.

(Mizanul-hikmət, cild 8, səh 332.)

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••

Hədislər 📚

10 Oct, 05:05


Allah çox tövbə edəni sevir

Əbu-Bəsirin nəql etdiyi hədisə əsasən, İmam Sadiqdən (ə) Allah-taalanın buyurduğu bu söz (ayə) barədə soruşur: "Ey İman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. (Təhrim surəsi ayə 8)

Həzrət (ə) buyurur: "(Ayədə məqsəd,) günahdan bir daha qayıdılmayan (təkrar edilməyən) tərzdə tövbə etməkdir."

Soruşdum: "Bizim hansı birimiz (tövbə etdiyimiz günaha) bir daha qayıtmırıq?"

İmam Sadiq (ə) buyurdu: "Ey Əbu Məhəmməd! Həqiqətən də, Allah-taala bəndələri arasında günahla sınağa çəkildikdən sonra çoxlu tövbə edəni sevir!  
Üsuli Kafi 424 səh.

https://t.me/hedis_evimm

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽
••

Hədislər 📚

09 Oct, 08:51


QIRX HƏDİSİ HİFZ EDƏN (əzbərləyən) ŞƏXSİN MÜKAFATI

حَدَّثَنِي أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ عَلِيِّ بْنِ إِسْمَاعِيلَ عَنْ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِي مُوسَى بْنُ إِبْرَاهِيمَ الْمَرْوَزِيُّ عَنْ أَبِي الحَسَنِ الْأَوَّلِ ع قَالَ قَالَ النَّبِيُّ ص مَنْ حَفِظَ مِنْ أُمَّتِي أَرْبَعِينَ حَدِيثاً مِمَّا يَحْتَاجُونَ إِلَيْهِ مِنْ أَمْرِ دِينِهِمْ بَعَثَهُ اللَّهُ عَزَّ وَ جَلَّ يَوْمَ الْقِيَامَةِ فَقِيهاً عَالِماً.

🕊️Musa ibn İbrahim Mərvəzi İmam Kazımdan (ə) nəql edərək deyir: “Peyğəmbər (s)buyurdu: “Qiyamət günü qüdrətli və əzəmətli Allah mənim ümmətimdən insanların dini işlərində ehtiyacı olduqları hədislərdən qırx hədisi hifz edən(əzbərləyən) şəxsi fəqih (anlayan) və bilən (alim) kimi dirildər”

📚"Savabul Əmal" səh.179,hədis 506

https://t.me/turalceferi