Farid Abdullah

@faridabdullah


🌱 Şəxsi inkişaf, psixologiya, din, tərbiyə və münasibətlərlə bağlı hər şey
📚 Eşitdiklərim, oxuduqlarım və gördüklərim
🔎 Gəlin birlikdə öyrənək

💌 Mənə yazmaq istəsəniz 👇🏻👇🏻👇🏻 @by_faridabdullah

Farid Abdullah

21 Oct, 20:49


* Günümüzdə insanlar hər şeyin qiymətini bilirlər, lakin heç nəyi dəyərləndirə bilmirlər.
*Adi adamlar gözləyirlər ki, həyat özü onlar üçün öz sirlərini açsın, lakin çox az seçilmişlər var ki, onlar üçün həyatın sirləri erkən açılır, bəzən buna sənət kömək edir (özü də, əsasən, ədəbiyyat), o, birbaşa insanın ağlına və hisslərinə təsir göstərir.
* Sən hamını sevirsən, hamını sevmək isə heç kəsi sevməmək deməkdir.
(Oskar Uayld, Dorian Qreyin portreti) 👍🏻

Farid Abdullah

20 Oct, 22:16


Əhdi-ətiqdə Əyyubun dilindən qeyd edilib: İlahi, nədən çəkinib ehtiyat edirdimsə, başıma gəldi.
----
Gözəl şeylər də büt ola bilir. Hərdən dostlara deyirəm. Ad, san, izzət, abır və sair. İnsan o qədər onları qoruyub, dağılmasına ehtiyat edir ki, bilmədən Allahın qarşısında bütə çevrilir. Allah qurban almağı sevir. Sən gərək istənilən vaxt ən dəyərli şeyini qurban verə biləsən. O zaman Allah sənə ən dəyərli şeyi verəcək. Allah Qabilin beşinci sort qurbanını yox, Habilin ən dəyərli qurbanını qəbul etdi. Sonra da onun canını aldı. Bəni-İsrail sərgərdan qalmağa, illərlə səhrada sürgün olmağa məhkum oldu. Lakin onlarla bərabər Musa peyğəmbər də çöllərdə qaldı. Boynumuza almalıyıq ki, biz heç nə bilmirik. Allah mələklərə bunu öyrətdi. De ki, bilmirəm. Lakin hər an ən dəyərli şeyini qurban verməyə də hazır ol.
(2021)

Farid Abdullah

20 Oct, 12:57


https://t.me/quranevi


Salam əzizlər, yenidən Quran Evi Dərnəyinin kanalını yaratdım, inşallah, irəlidə Quran maarifilə əlaqədar paylaşımları bu kanalda etmək fikrim var. Hələ yenidir. Sadəcə kim qoşulmaq istəsə, qoşula bilər. ❤️

Farid Abdullah

19 Oct, 20:04


Qorxu emosiya, qorxaqlıq davranışdır. Ən böyük qəhrəmanlar belə, qorxuya malikdir. Qəzəbin aşağı dərəcəsi qorxaqlıq, orta dərəcəsi şücaət, ifratı dəlisovluqdur. Dəlisov adamların müalicəyə ehtiyacı var. Deməli, qorxmağımız problem deyil, mühüm olan qorxaq davranmamağımızdır.

Farid Abdullah

18 Oct, 22:42


🟡 Öldürmək, Bak Consun revolverini götürüb part deyə atəş açmaq deyil. Elə yox. Ürəkdə öldürmək. Sevməyi dayandırırsan və bir gün o insan ölür.
🟠 Ağrı, özündən gedənə qədər döyülmək deyil, Ağrı, ayağını şüşə qırığı ilə kəsmək, əczaxanada yaranı tikdirmək də deyil. Ağrı, insanların öz sirlərini açmaq fürsəti əldə etmədən ölmələri və bu iztirabın qəlbi doldurmasıdır. Ağrı qollarından, başından gücünü əlindən alır, hətta başını yastıqda döndərmək həvəsini də yox edir.
---
"Şirin portağal ağacım" kitabından. Uşaq dilindən yazmaq çox çətindir bir böyük üçün. Haqqını əda edib. Personajları yadımda qalmayan bir kitabın olduqca mükəmməl tərcüməsi sayəsində, bir neçə dəfə gözlərim dolub, neçə dəfə gülmüşəm. Uşaq zədəsi, travması, sevgisi...
Əla. Oxumaq - düşünmək üçün çox gözəldir.

Farid Abdullah

17 Oct, 20:09


➡️ “Ümid edirəm ki, həyatımın sonunda, bircə istifadə olunmamış istedadım qalmadan Allah qarşısında durarkən deyə biləcəyəm: “Mən sənin verdiklərinin hamısını qaytara bildim”.
/Emma Bombeckin/

Farid Abdullah

16 Oct, 20:06


Hər kəs plan qurur və heç kim bilmir ki, görəsən axşama sağ çıxacaq? /Tolstoy/

Farid Abdullah

16 Oct, 13:47


Heç vaxt: "heç vaxt" - demə. Zamanla daha betər şeylər etməli olursan.

Farid Abdullah

15 Oct, 11:29


Görəsən səmimiyyət və ixlas üzdə olsaydı, nə baş verərdi? Yəni məsələn, yalan danışsaydın, dərhal burnun uzansaydı...

Farid Abdullah

14 Oct, 17:52


"Bəzən bir şeyi buraxmaq onu tutub saxlamaqdan daha yaxşı olur."

Farid Abdullah

14 Oct, 06:47


İnsanda xüsusi bir hikkəlik və tərslik halı olur. Onunla əlaqədar sizə bir paylaşım edim

🔸Concorde sindromu (digər adı ilə batmış xərclər yanılması) psixologiya və iqtisadiyyat sahələrində istifadə edilən bir anlayışdır. Bu sindrom insanın və ya təşkilatın artıq vaxt, pul və ya resurs sərf etdiyi bir layihəyə və ya işə davam etməsi ilə xarakterizə olunur, hətta o işin nəticəsiz olacağını bilsə də.

Adını Concorde təyyarəsi layihəsindən alıb, çünki bu layihə maliyyə baxımından sərfəli olmasa da, Fransa və Böyük Britaniya hökumətləri çoxlu resurs xərclədikdən sonra onu dayandırmamaq qərarına gəlmişdilər. Layihənin davam etdirilməsi artıq qoyulmuş sərmayənin "boşa getməməsi" fikri ilə əsaslandırılmışdı.

🔸Əsas xüsusiyyətləri:

➡️1. Batmış xərclərin təsiri: İnsan və ya təşkilat əvvəlki xərcləri əsas götürərək zərərli və ya mənasız bir işə davam edir.

➡️2. İrəli çəkilən emosional bağlılıq: İnsanlar layihəyə və ya işə emosional olaraq bağlandıqlarından, onu tərk etmək çətin olur.

➡️3. Rasional qərarların pozulması: Gələcək perspektivdə mənfəət gətirməyəcək işlərə resurs ayırmağa davam etmək rasional yanaşmanı əngəlləyir.

Məsələn:

Bir şirkət uğursuz bir məhsulun istehsalına illərdir böyük məbləğdə vəsait qoyub və itkilərə baxmayaraq, layihəni dayandırmaq əvəzinə daha çox resurs ayırır.

Şəxsi həyatında isə insanlar bir münasibətdə xoşbəxt olmadıqlarını bilsələr də, əvvəldən sərf etdikləri zaman və emosiyalara görə ayrılmağa tərəddüd edirlər.

➡️Concorde sindromundan qaçmaq üçün rasional qərarlar qəbul etmək və əvvəlki xərclərə deyil, gələcək perspektivlərə fokuslanmaq vacibdir.

Farid Abdullah

13 Oct, 21:18


Uşaq yeganə varlıqdır ki, onun üçün sənin kök, ya arıq; gözəl və ya çirkin; varlı və ya kasıb olmağının heç bir fərqi yoxdur. O, sadəcə səni valideyni oıduğun üçün sevir.

Farid Abdullah

12 Oct, 21:34


Deyir, uşaqla tərbiyəvi söhbət etdikdən sonra mütləq güzgünün qarşısına keçin və deyin: "Bu, sənə də aiddir!"

Farid Abdullah

11 Oct, 23:20


Bəzən insan burnunu birdəfəlik "fırt" edib təmizləmək əvəzinə bir saat burnunu çəkir. İnsanın problemə yanaşması da belə olur. Həll etmək əvəzinə sadəcə "burnunu çəkməklə" qane olur.

Farid Abdullah

10 Oct, 21:17


Bir ailənin övladı olmurdu. Xanım daha çox əziyyət çəkirdi. Bir gün psixoloqla danışırdılar. Psixoloq qəşəng söz dedi. Dedi ki, səndən çox soruşurlar və soruşacaqlar ki, bir şey var? Niyə yoxdur? Sən uzun-uzadı izah verəcəksən, eyni halda hislərin oyanacaq. Söhbət elə orada bağlanacaq. Amma sən o iztirabı yenə yaşayacaqsan. De ki, inşallah, fikrimizdə var. Bu barədə düşünəcəyik. Vəssəlam.

Farid Abdullah

10 Oct, 11:32


"Elə adamlar var ki, səni alqışlayırlar, lakin eyni zamanda səni məhv etmək üçün planlar qururlar.".

Farid Abdullah

10 Oct, 10:39


📚Brian Tracy-nin "Məqsədlər" kitabından bir hissə:

"Məqsədlər qoymaq həyatınızı formalaşdıran ən güclü güclərdən biridir. Məqsəd qoymadığınız zaman həyatınız təsadüflərə bağlı olur və sizi istənilən istiqamətə aparır. Amma məqsədlər qoyduğunuzda, sanki həyatınız üçün bir xəritə yaradırsınız və hər addımda hara getdiyinizi dəqiq bilirsiniz. İnsanlar qarşılarına nə qədər aydın və konkret məqsədlər qoyurlarsa, uğur qazanma ehtimalları da bir o qədər yüksəkdir."

Farid Abdullah

09 Oct, 20:13


Deyir, mən illərlə gözlədim ki, həyatım dəyişəcək. Lakin indi anlayıram ki, sən demə, o da mənim nə vaxt dəyişəcəyimi gözləyibmiş

Farid Abdullah

08 Oct, 10:39


💬Deyir: "Bir zamanlar düşünürdüm ki, həyat sadəcə davam etməkdir. Amma zaman keçdikcə anladım ki, əslində davam etmək deyil, hər anı hiss etməkdir. Ən çətin günlərdə belə içimdə kiçik bir ümid işığı tapdım və bu işıq mənə yol göstərdi. Bəzən, sadəcə nəfəs almaq, sakitcə dayanmaq və içindəki gücü hiss etmək kifayətdir. Hər şeyin çox sürətlə dəyişdiyini görəndə, yavaşlamaq və özünü dinləmək ən böyük təcrübədir."