🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

@dini_paylas


"Duanın qəbul olma şərtlərindən biri də Peyğəmbər (s) və Əhli-Beytə (ə), məxsusən İmam Zaman ağaya (ə.f) təvəssül etməkdir"

Mərhum Ayətullah Behcət.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

https://t.me/dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Oct, 10:55


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

20 Oct, 12:57


❁ ﷽ ❁

- Şiələr nə üçün torpağa səcdə edir?
Çox gözəl izah edilib.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

17 Oct, 06:52


⁶❁ ﷽ ❁

İmam Sadiq (ə) buyurub :

“Həqiqətən biz Əhlibeyt (ə) doğru danışanlarıq. Sizin qayğılarınız sizin dininizin əlamətidir, və düşmənlərinizin qayğıları sizinlədir. Sizə nifrət onların ürəklərinə hopub. Onlar sizdən eşitdikləri her bir şeyi təhrif edirlər, sizlərdən Allaha şərik böyüdürlər və sonra bununla sizə yalan qoşurlar. Və bunulna Allah qarşısında günahları kifayət qədərdir.”

📓Fəzailuş-şiə və Sifatuş-şiə, hədis 29.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

17 Oct, 06:46


💫 Onun adı ilə...

Həzrət Əli (əleyhissəlam) buyurur :

Bir gün Peyğəmbərin yanına getdim. Həzrət buyurdu : “Ey Əli! Sübhü necə açdın?”.
Dedim : “Sudan başqa heç nəyim yox idi, buna görə də Həsən və Hüseyn üçün narahat idim”.
Buyurdu : “Ey Əli! Ailə üçün narahat olmaq Cəhənnəm oduna maneədir” ...

📓 Camiul-Əxbar, səh 91

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

16 Oct, 16:24


❁ ﷽ ❁

💫 Allah öz quluna yetməzmi?

📖 Əz-zumər,36.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

15 Oct, 07:48


İslamın dəlili fərqli simalar.

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

15 Oct, 07:40


❁ ﷽ ❁

İmam Məhdi (ə.f) buyurur:

"Axırzaman hadisələrində təqvanızı qoruyun və bizə etibar edin. Sizə üz verən fitnə və sınaqların çarəsin bizdən istəyin".


📓Əllamə Məclisi, "Biharul-ənvar", c. 52, səh. 175.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

15 Oct, 07:36


❁ ﷽ ❁

💫 Allahın adı ilə...

Allahdan istəyin sizi behiştdən qovmasın!!!


Məclislərin birində bir nəfər İmam Sadiqə (ə) dedi:

اسئل الله الجنة
"Allahdan behişt istəyirəm"

İmam (ə) buyurdu:

انتم في الجنة فاسئلوا الله ان لا يخرجكم منها

"Siz elə hal-hazırda cənnətdəsiniz. Allahdan istəyin sizi cənnətdən çıxartmasın"

Dedilər: -Ağa! Biz axı hal-hazırda dünyadayıq. Bu necə olur?

Həzrət (ə) buyurdu:

"Siz bizim İmamətimizi iqrar etmirsinizmi?"

Dedilər: -Əlbəttə edirik.

Həzrət (ə) buyurdu:

هذا معنى الجنة
"Bu elə cənnətin mənasıdır"

و اسئلوا الله ان لا يسلبكم
"Allahdan istəyin əlinizdən almasın"

📚 Biharul-ənvar, c-48, səh-102, h-11
Hud surəsinin təfsiri, Ayətullah Seyyid Muhəmməd Ziya Abadinin təlifatından, götürülüb.
✍️ @turalceferi

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

14 Oct, 09:14


🏴🏴

Əhli beyt (ə) Kəriməsi həzrət Fatimeyi-Məsumənin (ə.s) vəfatı
Hicri təqvimi ilə 201-ci il Rəbius-sani-ayının 10- u , həzrət Məsumə (s.ə) Qum şəhərində 17 gün qaldıqan sonra dünyaya gözünü bağladı.

Bu böyük xanım, qardaşlardan bir çox ilə birlikdə əziz qardadşı İmam Rzanı (s.ə) görmək üçün Mədinədən Xorasana tərəf yola düşmüşdü. Yol üstündə Savə şəhərində abbasi hökumətinin məmurlarının hücumuna məruz qaldılar. Onlardan bir çoxu şəhadətə çatandan sonra bu hadisədən acı çəkib xəstələnən Əhli-beyt (ə) Kəriməsi (ə.s) Quma gəldi. Musa ibn Xəzrəcin evində 17 gün qaldıqdan sonra mübarək gözləri qardaşının camalı ilə aydın olmadan qərib bir ölkədə əhatəsini çoxlu qəm- kədər sarmış halda ruhunu Yaradana təslim etdi və şiələri öz matəmində yasa qərq etdi.
Nəql olunub ki, həzrət Məsumə (ə.s) üçün məzar hazırladılar. Kimin məzara daxil olub o həzrəti dəfn etməsi haqqında Əşərilər arasında söz-söhbət oldu. Nəhayət onlar bu işi Qadir adlı bir pərhizkar qoca kişiyə tapşırmaq haqqında qərara gəldilər və bir nəfəri onun arxasınca göndərdilər. Qadir gəlməzdən öncə özündə niqab olan iki süvari çöllükdən peyda oldu. Sürətlə yaxına gəldilər. Onlradan biri məzara daxil oldu. Digəri isə o həzrətin pak cəsədini götürüb məzara qoymaq üçün ona verdi. Dəfn mərasimi bitdikdən sonra o iki nəfər heç bir şəxslə danışmadan öz atlarına minib uzaqlaşdılar.


📓Tarixi-Qum, s. 213- Biharül-ənvar: c. 48, s. 290.
📓Səfinətül-bihar: c.3, s. 936, “Fətəmə” bölməsi.
📓Kamilül-ziyarat: s. 324.


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

12 Oct, 14:08


🏴🏴


8-Rəbius-sani
Xanım Fatimeyi-Zəhranın (s.ə) Peyğəmbərin (s) şəhadətindən 40 gün sonra bir rəvayətə əsasən Şəhid olduğu gündür

Xanım Zəhranın (s.ə) şəhid olduğu gün barədə 3 məşhur rəy mövcuddur. Xanım Zəhra (s.ə) Peyğəmbərdən (s)
40 gün: sonra,
75 gün: sonra
95 gün: sonra şəhid olmuşdur.


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

10 Oct, 06:45




Allahın təkliyi barədə sadə izah

Əmirəl-möminin (ə) oğlu İmam Həsənə (ə) yazdığı tərbiyəvi bir məktub vardır ki, burada Allahın vahidliyin sübut edir və bizlərə bir çox şeyləri öyrədir.

Bu məktuba biz də nəzər salaq: “Oğlum, bil ki, əgər Allah üçün şərik olsaydı, həmin ilahların peyğəmbərləri də mütləq gələrdilər və deyərdilər ki, biz də həmin ilah tərəfindən gəlmişik. Sən də həmin ilahın səltənətinin, padşahlığının və hökumətinin əlamətlərini görərdin. Ancaq Allahdan savayı başqa ilahın nə səltənətin əsərləri var, nə də Allahdan qeyrisinin hökumətinin əsərləri. (Əgər olsaydı) Sən də onun işlərini, onun xüsusiyyət və sifətlərini bilərdin.

Ancaq Allah təkdir, Allah vahiddir və necə ki, Özü, Özünü təsvir etmişdir. Heç kəs hakimiyyətdə ona maneəçilik törədə bilməz.

Heç bir zaman məhv olmaz, gələcəkdə də məhv olmayacaqdır. O, hər bir əşyadan qabaqdır və bütün əşyaların axırıdır. Baxmayaraq ki, eyni halda axırdır, həm də əvvəldir. O, ondan da böyükdür ki, Öz rübubiyyətini qəlblər və baxışlar əhatəsində isbat etsin”.

Bəli, əziz İmamın (ə) bu nurani məktubunda Allahın vahid olmasının bürhani dəlillərlə təsdiqinin şahidi oluruq. Allah təkdir və vahiddir və heç kəs ona şərik deyildir. Əgər Allahın şəriki olsaydı, mütləq həmin ikinci ilah da öz elçilərini insanlara tərəf göndərərdi ki, belə bir hadisə baş verməmişdir. Allah – axır və əvvəldir. Eyni zamanda, həm axırdır və həm də əvvəldir. Bu sadə bürhan – hər bir insanın başa düşəcəyi gözəl və dəqiq bürhanlardandır.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

10 Oct, 06:32


❁ ﷽ ❁

Hansı namaz lənətlənməyə səbəb olur ?

"Səid ibn Əbi Səid deyir: İmam Kazım ələyhis-salamdan eşitmişəm:


-“Həqiqətən də Allah, namaz qılan möminlər (Ona etiqadlılar) üçün qıldığı hər bir namaza görə rəhmət göndərir, bu camaatın bir qismi üçün isə bir lənət hazırlayıb.” Ravi deyir: Soruşdum:

-Bu lənət nə üçündür? Buyurdu:

-"Haqqımızı inkar edib bizi dandığınız üçün."

عن سعید بن ابی سعید البخی قال: سمعت ابا الحسن علیه السلام یقول: ان الله عزوجل فی کل وقت صلاة یصلیها مصلّیها ارسل رحمة لعباده المؤمنین و المعتقدین .و فی بعض هذا الخلق لعنة. قال: قلت: جعلت فداک و لم؟ قال: بجحودهم حقّنا و تکذبیهم ایّانا

📓 "Səvabül-əmal və İqabül-əmal", "İqabün-nasib" bölümü, 8-ci hədis"


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

10 Oct, 06:03


❁ ﷽ ❁

İmam Sadiq ələyhis-salamın kəlamında bəraətin vacibliyi

İmam Sadiq ələyhis-salama ərz olundu: bir şəxs sizi sevir, amma düşmən müqabilində sizə bəraət qazandırmaqda zəifdir. Həzrət buyurdu: “Heç də belə deyil, yalan danışır bizi sevdiyini söyləyən və düşmənimizə bezarlıq ( narazılıq və inciklik) etməyən.”

وقيل للصادق عليه السلام: إن فلانا يواليكم إلا أنه يضعف عن البراءة من عدوكم، فقال: هيهات كذب من ادعى محبتنا ولم يتبرأ من عدونا.
منبع : بحار الانوار، جلد ۲۷، صفحه ۵۸

📓Biharül-Ənvar, c. 27, s. 58

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

10 Oct, 05:56


💫 𝐵𝒾𝓈𝓂𝒾𝓁𝓁𝒶𝒽𝒾𝓇 𝑅𝒶𝒽𝓂𝒶𝓃𝒾𝓇 𝑅𝒶𝒽𝒾𝓂 💫

Hansı günahlar duanın qəbul olmasına mane olur?

İmam Səccad (ə) buyurur:


“O günahlar ki, duanı geri qaytarar, duanın qəbul olmasına mane olar, bunlardır:
1. Möminlərə və onların işlərinə sui-zənn etmək.
2. Daxilinin napak olması.
3. İman qardaş və bacıları ilə nifaqda olmaq.
4. Duanın qəbul olmasına inanmamaq.
5. Vacib namazları vaxtında qılmamaq.
6. Söyüş söymək.
7. Xəyanət etmək.
8. Sədəqə və yaxşı əməllərlə Allaha yaxınlaşmamaq ”.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

09 Oct, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini