Bizim.Media

@bizimmedia


Website: Bizim.media

Instagram:
https://instagram.com/bizimmediaaz

Twitter :
https://twitter.com/BizimMediaaz

Facebook: https://www.facebook.com/bizimmediaa/

Whatsapp:
+994 55 752 40 40

Bizim.Media

22 Oct, 17:11


"Ayaks" "Qarabağ"la oyun üçün Bakıya yola düşüb.

Bizim.Media

22 Oct, 15:59


Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan  məhdudiyyət tam aradan qaldırılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, Heydər Əliyev prospekti, əsas yol, həm mərkəz, həm də metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan  məhdudiyyət tam aradan qaldırılıb.

Bizim.Media

22 Oct, 15:22


Satışı çoxalan polietilen torbalar - Ekoloji təhlükə mənbəyindən niyə ƏL ÇƏKMİRİK? – FOTO

Ətraflı https://bizim.media/az/cemiyyet/217204/satisi-coxalan-polietilen-torbalar-ekoloji-tehluke-menbeyinden-niye-l-kmrk-ndash-foto/

Bizim.Media

22 Oct, 15:16


Hikmət Hacıyev və Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesin müzakirə edib.

Bizim.Media

22 Oct, 15:09


🇷🇺🇮🇷İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edib. İran Prezidentinin təyyarəsi Kazan hava limanına enib.

Bizim.Media

22 Oct, 14:22


Simonyan: "Qarabağ həmişə Azərbaycanın ərazisi olub və indi də belədir"

Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi də belədir.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlament tribunasında müxalifətçi daşnak deputat Qeqam Manukyanla şifahi mübahisə zamanı bildirib.

“Siz hansı əsasla deyirsiniz ki, Azərbaycanın "Artsax"a (Qarabağdakı keçmiş qondarma rejim nəzərdə tutulur - red.) hücum etmək hüququ var və BMT-nin qətnamələri buna icazə verib?”, - deyə Manukyan Simonyandan soruşub.

“Mən başa düşürəm ki, siz hər bir sözdən yapışıb bunun üzərində tezislər qurmağa, nəyisə sübut etməyə çalışırsınız. Amma fakt faktlığında qalır ki, bəhs etdiyimiz bu ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi belədir”, - deyə Ermənistan parlamentinin spikeri cavab verib.

Bizim.Media

22 Oct, 14:17


Heydər Əliyev prospektində Bağırov korpüsünün su basan tunelində avtomobillərin hərəkəti növbəli təşkil olunur

- DYP

Bizim.Media

22 Oct, 14:15


Sabunçu tunelində dünən çarəsiz vəziyyətdə qalan şəxsləri xilas etməyə çalışıblar

Bizim.Media

22 Oct, 13:56


Bu gün tuneldə batan şəxslərin SON GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlu və 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu suda boğularaq dünyasını dəyişib.


Köçəri Abbasov son dəfə tuneldə köməksiz vəziyyətdə qaldıqları anı video çəkərək qardaşına yollayıb.

Bizim.Media

22 Oct, 13:44


❗️Ziya Bünyadov prospektində prius kafeyə çırpılıb

Bizim.Media

22 Oct, 13:32


Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri təsdiqlənib.

Bizim.Media

22 Oct, 13:26


AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib.

Bizim.Media

22 Oct, 13:20


Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti 1 yanvar 2025-ci ilə kimi uzadılıb.

Bizim.Media

22 Oct, 13:05


Tuneldə boğularaq ölən Elnurun fotosu

Bizim.Media

22 Oct, 12:25


Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qaydalar ilk oxunuşda qəbul edilib

Bizim.Media

22 Oct, 12:20


FHN Mətbuat xidmətinin məlumatı

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

22 Oct, 12:13


👀

Bizim.Media

22 Oct, 12:03


İqlim dəyişikliyinin FƏSADLARI – Hansı ölkələr güclü yağışlar qarşısında ƏLACSIZ QALIB? – ARAŞDIRMA

Ətraflı https://bizim.media/az/cemiyyet/217261/qlim-deyisikliyinin-fsadlari-ndash-hansi-olkeler-guclu-yagislar-qarsisinda-lacsiz-qalib-ndash-aradirma/

Bizim.Media

22 Oct, 11:55


Baş Prokurorluq: "Sabunçu keçidi" adlanan ərazidə 1 nəfərin ölümü ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

"Eyni zamanda media nümayəndələrini və sosial media istifadəçilərini dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik".

Bizim.Media

22 Oct, 11:14


Kəmaləddin Heydərov paytaxtın su basmış ərazilərində olub