Azərbaycan Dəmir Yolları

@azerbaycandemiryollari


Rəsmi Telegram kanalı. Ən son məlumatlardan xəbərdar olmaq üçün bizi izləyin.

📲Bütün əməliyyatları bir toxunuşla etmək üçün "ADY Mobile" tətbiqini yükləyin: bit.ly/3Fn5RcO

Azərbaycan Dəmir Yolları

22 Oct, 15:36


ADY sərnişin tələbatını təmin etmək məqsədilə 26 və 27 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

🚆 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz.

🌐📱📞 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

22 Oct, 10:25


❇️🛤️ Rəqəmsal sərnişindaşıma!

🌟 ADY-nin rəqəmsallaşma tədbirləri sərnişindaşıma xidmətini tamamilə yeni səviyyəyə qaldırır, onu daha səmərəli, sürətli və rahat edir.

📲 Rəqəmsal məhsulumuz olan “ADY Mobile” tətbiqi bütün istiqamətlərə sürətli onlayn bilet almaq, balansı artırmaq, qatarların hərəkət cədvəlləri ilə tanış olmaq, bonus və keşbek qazanmaq kimi imkanlar təqdim edir.

Hazırda qatarlarımızla səyahət edən sərnişinlərin təxminən 70%-i onlayn ödənişi seçir.

🛜 Stansiya və vağzallarda quraşdırılmış ödənişsiz “Wi-fi” xidməti sayəsində isə rəqəmsal texnologiyaların üstünlükləri indi daha əlçatandır.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

22 Oct, 05:43


📢 Sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb

Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin aidiyyəti struktur bölmələri gücləndirilmiş iş rejimində çalışır.

ℹ️ Əlverişsiz hava şəraitinə baxmayaraq, həm Abşeron dairəvi dəmir yolu marşrutu, həm də ölkədaxili istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

21 Oct, 11:14


♻️🛤️ Bu günü dayanıqlı gələcəyə daşımaq üçün səyahətimizi yaşıllaşdırırıq:

- Müasir elektrik qatarlarımızla ətraf mühitə mənfi təsiri və bərpa olunan enerji resurlarından istifadə ilə karbon tullantılarını azaldırıq
- Rəqəmsal həllər tətbiq edərək təbii resursları qoruyuruq, istifadə etdiyimiz suyu və kağız tullantıları təkrar emal edirik
- Ağac əkir, biomüxtəlifliyi qoruyur, ətraf mühitin qeydinə qalır və bütün bu öhdəliklərimizə sadiqliyimizi davam etdiririk.

🌍🤝🏻 Dayanıqlı dünya qurmaq üçün hər zaman B planı var, amma B planeti yoxdur. Yaşıl dünya üçün həmrəyik!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

21 Oct, 06:10


🌟 Bu gün Zəngilan rayonunun Mincivan qəsəbəsinin işğaldan azad edilməsindən dörd il ötür.

🏫 1993-cü ildə işğal edilənə qədər Mincivan dəmiryol stansiyası Naxçıvana uzanan dəmir yolunun əsas qovşaqlarından biri kimi fəaliyyət göstərib. Lakin işğal dövründə ciddi dağıntılara məruz qalıb.

🛤️ ADY tərəfindən ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək Horadiz-Ağbənd dəmir yolunun tikintisi çərçivəsində digər stansiyalarla yanaşı Mincivan stansiyasının da bərpası nəzərdə tutulur.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

21 Oct, 03:48


‼️ Bu gün saat 02:30-da ADY-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

ℹ️ İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və xəstəxanaya yerləşdiriliblər.

📢 ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır. Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər təkcə 100 AZN məbləğində cərimələnmir, həm də özlərinin və sərnişinlərin həyatını riskə atırlar.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

20 Oct, 05:42


🇦🇿 Bu gün şəhər gününü qeyd edən Zəngilan dörd il əvvəl işğal üzərində zəfərimizi qeyd etdi.

🛤️ ADY hazırda Zəngilanda geniş quruculuq işləri icra edir. 57 faizi tamamlanmış Horadiz-Ağbənd dəmir yolu layihəsi çərçivəsində Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi planlaşdırılır, dağıdılmış infrastruktur yenidən qurulur.

🌟 Azad və yenilənən Zəngilanın şəhər günü münasibətilə xalqımızı və bütün zəngilanlıları təbrik edirik!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

19 Oct, 08:19


🛤️📚 Qatarda kitab oxumaq səyahət içində səyahət etməkdir.

📖 Bəs sizin qatarda oxuduğunuz sonuncu kitab hansıdır?

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

18 Oct, 06:57


🇦🇿 Rəşadətli ordumuz dörd il əvvəl Xudafərin körpüsünə bayrağımızı sancmaqla Zəfər dastanımızın növbəti səhifəsini yazdı.

Milli sərvətimiz olan Xudafərin körpüsü bu gün zəngin tarixi irsimizə və mədəniyyətimizə işıq tutur, qələbə sevincimizə qürur qatır.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

18 Oct, 05:01


🇦🇿 Ən dəyərli sərvətimiz olan müstəqilliyimizi bərpa etməyimizdən 33 il ötür.

🔆 Ulu Öndər Heydər Əliyevin “əbədi, sarsılmaz və dönməz” adlandırdığı müstəqilliyimizin işığında xalqımıza əbədi birlik və həmrəylik arzu edirik.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

17 Oct, 16:09


🍂🍁 Payızın gəlişi ilə Qəbələ əlvan rənglərin gözəlliyinə bürünüb!

🚆⛰️ Bakı-Qəbələ qatarımızla səfərə çıxıb bu gözəlliyi seyr etməyə tələsin!

🌐📞📱 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

17 Oct, 13:11


Yol həmişə qatarındır. Gözlə, sonra keç!

2024-cü ilin 9 ayı ərzində dəmiryol keçidlərində 16 toqquşma hadisəsi baş verib. Sürücülərin diqqətsizliyinə görə baş verən hadisələr nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

🟢 Təhlükəsizliyimiz üçün hər kəsi həmrəy olmağa çağırırıq.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

17 Oct, 05:39


🇦🇿 Dörd il bundan qabaq 17 oktyabrda Füzulinin azad edilməsinin müjdəsini aldıq, Zəfər yürüşümüzdə növbəti parlaq qələbənin sevincini yaşadıq.

🔆 Bu gün qeyd etdiyimiz Füzuli şəhəri günü həm xalqımızın birliyinin, həm ordumuzun gücünün, həm də Füzulinin dirçəlişinin rəmzidir.

Doğma yurduna qayıtmış və qayıtmağı gözləyən füzulililərin timsalında xalqımızı bu qürur dolu gün münasibətilə təbrik edirik!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Oct, 15:59


🚆🌟 Təhlükəsiz qatar, təhlükəsiz səyahət!

🛤️🚅 Əməkdaşımız Aynur Salmanova #məndəmiryolçuyam deyərək sərnişinlərə xidmət göstərən hərəkət vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün çalışır.

🛡️ Aynur və onun komanda yoldaşlarının yaxından iştirakı ilə hərəkət vasitələrinin təmirində beynəlxalq təcrübə tətbiq edilir, qrafik əsasında müntəzəm texniki baxışlar keçirilir və daşatma kimi təhlükəli kənar müdaxilələrin nəticələri aradan qaldırılır.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Oct, 10:44


📢 Sərnişinlərimizin nəzərinə!

Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işləri səbəbindən Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.

ℹ️ Belə ki, 17 oktyabrdan etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.

ℹ️ Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir.

Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək.

🤝🏻 Anlayışınız üçün təşəkkür edirik.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Oct, 05:34


ADY sərnişin tələbatını təmin etmək məqsədilə 19 və 20 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

🚆 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz.

🌐📱📞 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Oct, 17:20


Dəmir yollarında təhlükəsizliyə hamımız cavabdehik!

ADY hər gün 37 mindən çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırır. Amma dəmir yolu üzərində kənar əşyaların qoyulması qatarların hərəkətinə ciddi təhlükə törədir.

🚊 2024-cü il ərzində relslərə kənar əşyaların qoyulması səbəbindən qatarlarımız 27 dəfə təcili tormozlama edib, nəticədə qrafik üzrə hərəkətin təmin edilməsində çətinliklər yaranıb.

➡️ Təhlükəsizlik ADY-nin fundamental dəyəridir. Gəlin birlikdə dəmir yollarını daha təhlükəsiz edək!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Oct, 09:52


🇦🇿🇮🇷 İran İslam Respublikasında rəsmi səfərdə olan ADY sədri Rövşən Rüstəmov bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

🤝 Görüş zamanı İran ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin inşası, həmçinin Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi və yük dövriyyəsinin artırılması müzakirə olunub.

Rövşən Rüstəmov ADY-nin hər iki istiqamətdə atdığı addımları və gələcək planları barədə həmsöhbətini məlumatlandırıb.

🔗 Daha ətraflı: http://ady.az/iranseferi

@azerbaycandemiryollari