Azerbaycan_video99

@azerbaycan_video99


Operativ Xəbər kanalı.
Ən son,dəqiq və rəsmi məlumatlar.

Azerbaycan_video99

20 Jan, 20:12


Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib.

Azerbaycan_video99

20 Jan, 20:11


🚨SON DƏQİQƏ

🛑Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.

⚡️Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır.

Azerbaycan_video99

20 Jan, 20:05


🥀 Vətən müharibəsi qazisi Türkiyədə vəfat etdi

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib.

Əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib.

Azerbaycan_video99

20 Jan, 19:49


Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar.

Hadisə Kürün Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş.

Bu zaman altı yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Onların axtarışları davam edir.

Azerbaycan_video99

20 Jan, 19:49


🇦🇲Ermənistanda hərbçilərin iştirakı ilə növbəti yol qəzası qeydə alınıb.

🔴 Bu dəfə Geqarkunik rayonunda hərbi “KamAZ” markalı yük maşını qəzaya uğrayıb. Hadisə nəticəsində iki hərbçi yüngül xəsarət alıb.

Azerbaycan_video99

20 Jan, 19:49


Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Azerbaycan_video99

20 Jan, 19:48


🚨 Ermənistan SQ-nə məxsus
hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata görə, 4 nəfər ölüb, yaralılar var.

Azerbaycan_video99

20 Jan, 19:48


Ordumuzun mövqeləri atəşə tutulub

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Azerbaycan_video99

20 Jan, 19:47


DİQQƏT❗️Şəhidimizin Anasına təcili 1+ və ya 2+ qan lazımdır

099-819-91-29 Cavid

Azerbaycan_video99

20 Jan, 19:47


🔴Xəbər verdiyimiz kimi, ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Azerbaycan_video99

20 Jan, 19:46


Hərbi Prokurorluq: Qubadlıda hərbi qulluqçumuzun yaralanması faktı ilə bağlı cinayət işi açılıb.

Azerbaycan_video99

20 Jan, 19:45


SON DƏQİQƏ❗️DSX: Sərhəd naryadımız Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan açılan atəş nəticəsində yaralanıb

Azerbaycan_video99

20 Jan, 19:44


SON DƏQİQƏ ❗️ MÜDAFİƏ NAZİRLİYİNİN 3-cü MƏLUMATI

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Azerbaycan_video99

20 Jan, 19:44


☄️☄️☄️ MN:Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

Azerbaycan_video99

20 Jan, 19:44


SON DƏQİQƏ❗️Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Azerbaycan_video99

20 Jan, 19:44


🇦🇿 "Qarabağ" dünya reytinqində 13 pillə irəliləyib.

📌 Ağdam təmsilçisi 506 komanda arasında 13 pillə irəliləyərək 48-ci sırada yer alıb.

📍 Bir mövqe irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 sıra addımlayan "Sabah" (58,75 xal) isə 413-cüdür.

Azerbaycan_video99

20 Jan, 19:43


⚡️Laçında mövqelərimiz atəşə tutulub

🇦🇿🇦🇲Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

🔴Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azerbaycan_video99

20 Jan, 19:43


Ordu ilə bağlı yalan xəbərlər yayanın 1977-ci il təvəllüdlü Əliyev Rəşad Balağa oğlu və 1973-cü il təvəllüdlü Məlikov Pərviz Ramiz oğlu olduğu DTX tərəfindən müəyyən edilib

Azerbaycan_video99

20 Jan, 19:41


Müdafiə Nazirliyindən bildirilib:

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!

Azerbaycan_video99

20 Jan, 19:41


SON DƏQİQƏ❗️Naxçıvan tərəfdə mövqelərimiz atəşə tutulub.

Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.