Dövlət İmtahan Mərkəzi

@stateexamcenter


Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı

Dövlət İmtahan Mərkəzi

07 Oct, 06:01


2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

https://t.ly/Kq4RB

Dövlət İmtahan Mərkəzi

03 Oct, 11:05


İki il öncə məlumat verildiyi kimi, 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək. Məlumat üçün bildiririk ki, bu müddət ərzində yeni imtahan modeli aprobasiyadan keçirilmiş, modelə dair tapşırıq nümunələri Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə nəşr olunmuş ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilmişdir.

Yeni imtahan modelinə dair ingilis dili fənnindən tapşırıq nümunələri, dinləmə mətni və şəkil üzrə tapşırığın (26 saylı) qiymətləndirmə meyarları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz.
https://t.ly/xu37n

Dövlət İmtahan Mərkəzi

01 Oct, 13:34


İmtahanların 3 noyabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 noyabr 2024-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat https://epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Ətraflı məlumat və qeydiyyat üçün https://t.ly/QXWOA linkinə daxil ola bilərsiniz.

Dövlət İmtahan Mərkəzi

01 Oct, 13:31


İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 21 oktyabr saat 23:59-dək DİM-in rəsmi internet səhifəsinə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.

İmtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

Ətraflı məlumat və qeydiyyat üçün https://t.ly/L0Sp6 linkinə daxil ola bilərsiniz.

Dövlət İmtahan Mərkəzi

27 Sep, 13:23


2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

https://dim.gov.az/az/metbuat/xeberler/abituriyentlerin-nezerine-4

Dövlət İmtahan Mərkəzi

27 Sep, 08:43


2025-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları ilə (Azərbaycan və rus dillərində) https://dim.gov.az/.../xeberler/sagirdlerin-nezerine-1 linkinə daxil olaraq tanış ola bilərsiniz.

Dövlət İmtahan Mərkəzi

24 Sep, 10:19


İxtisas seçimi etmiş abituriyentlər müsabiqə nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr saytımıza da yerləşdirilib.

Qəbul olunan abituriyentlər 27 sentyabr saat 11:00-dan 3 oktyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Dövlət İmtahan Mərkəzi

23 Sep, 05:55


Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Abituriyentlər qeyd olunan vaxtadək qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub. Jurnalın elektron versiyasını (pdf formatında DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

Dövlət İmtahan Mərkəzi

20 Sep, 06:44


İxtisas seçimi 23 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq mümkündür.

Jurnalın elektron versiyasını (pdf formatında DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz

Dövlət İmtahan Mərkəzi

19 Sep, 06:00


Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi üzrə oktyabrın 20-də keçiriləcək imtahana qeydiyyat elan edilib.

Namizədlər 10 oktyabr saat 12:00-dək DİM-in internet səhifəsində göstərilən linkə (https://exidmet.dim.gov.az/ELIMT/pms2test) daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanın II mərhələsi - qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahan oktyabrın 20-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanda iştirak haqqı 50 manatdır. İmtahanın davametmə müddəti 3 saatdır.

Ətraflı məlumat üçün link: https://t.ly/AQQgV

Dövlət İmtahan Mərkəzi

11 Sep, 08:20


Ətraflı məlumat və qeydiyyat üçün https://t.ly/nIoQu linkinə daxil ola bilərsiniz.

Dövlət İmtahan Mərkəzi

04 Sep, 11:52


İxtisas seçimi etmiş abituriyentlər müsabiqə nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr yaxın vaxtlarda saytımıza da yerləşdiriləcək.

Dövlət İmtahan Mərkəzi

03 Sep, 13:25


https://dim.gov.az/az/metbuat/xeberler/ali-tehsil-muessiselerinin-bos-qalan-plan-yerlerine-ve-tam-11-illik-orta-tehsil-bazasinda-orta-ixtisas-tehsili-muessiselerine-qebulun-neticeleri-elan-olunub-1

Dövlət İmtahan Mərkəzi

02 Sep, 06:41


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Abituriyentlər ixtisas seçim ərizəsi formasında ali təhsil müəssisələrinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci, kolleclərə qəbul aparılan ixtisaslar isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

İxtisas seçmək hü­ququ olan abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları qeyd olunan tarixədək eservices.dim.gov.az/erizebak/ixtisas2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Dövlət İmtahan Mərkəzi

30 Aug, 06:13


Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2024-cü il avqustun 30-dan sentyabrın 3-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Ətraflı: https://t.ly/oWqyN

Dövlət İmtahan Mərkəzi

28 Aug, 07:04


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılır.

Ətraflı məlumat üçün https://t.ly/w1qMx linkinə daxil ola bilərsiniz.

Dövlət İmtahan Mərkəzi

28 Aug, 06:34


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), eləcə də kitab mağazalarından almaq mümkündür.

Jurnalın elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Qeyd. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 2024-cü il avqustun 30-dan sentyabrın 3-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzi

26 Aug, 12:05


Bu nömrədə 2024/2025-ci tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Qeyd edək ki, boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzi

22 Aug, 19:23


İxtisas seçimi etmiş abituriyentlər müsabiqə nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələr yaxın vaxtlarda saytımıza da yerləşdiriləcək.

Dövlət İmtahan Mərkəzi

21 Aug, 10:50


⬇️ Ətraflı məlumat və qeydiyyat üçün linklərə daxil ola bilərsiniz.

✅️ Peşəkar mühasib sertifikatı imtahanı
https://t.ly/m0Liu

✅️ Dövlət qulluğuna qəbul imtahanı
https://t.ly/FqY8D