📚Kurikulum test və sınaqlar📝

@sertifikasiyamiq


Sertifikasiya və Miq imtahanlarına kurikulum üzrə hazırlaşanlar üçün elektron test vəsaiti.

📚Kurikulum test və sınaqlar📝

23 Jun, 16:12


Mikayıl Əliyev ✍️.Dərsdə Azərbaycan dili müəllimimiz bizə dünyadakı bitkiləri məhv edən ziyanvericilərdən və onlardan bitkiləri mühafizə etməyin yolları, faydaları ilə bağlı maarifləndirici bir video düzəltməyi tapşırırsa ,qeyd edilən situasiyada hansı inteqrasiyaya rast gəlmək olur?

A) Fənlərarası ,fəndaxili

B) Fəndaxili,fənnüstü

C) Yalnız fənlərarası

D)Yalnız fənnüstü

E) Həm fənlərarası ,həm də fənnüstü

📚Kurikulum test və sınaqlar📝

22 Jun, 14:26


Mikayıl Əliyev ✍️.Qeyd edilən situasiyalara əsasən fasilitator müəllimə aid uyğunsuzluğu müəyyənləşdirin.

A)Bizim müəllimimiz bizim emosional fəaliyyətimizi daim diqqətdə saxlayır və bu da bizə müsbət təsir edir.

B)İdraki fəaliyyətimizə müəllimimiz tərəfindən önəm verilməsi biz şagirdlərin inkişafına ancaq təkan verə bilər.

C) Hər zaman dərs prosesində müəllimimiz cütlərlə iş formasına üstünlük verir və bizlər bu iş formasında fəaliyyətlərimizi həyata keçiririk.

D)Müəllimimiz dərslərimizdə inteqrasiyanın bütün növlərinə müraciət etməsi mövzunu daha yaxşı öyrənməyimizə kömək edir.

E)Dərs zamanı hər bir fəaliyyətimizə müəllimimiz nəzarət edir,diqqətdə saxlayır,bir qismimizə də rəy verir ki, çatışmamazlıqları aradan qaldıraq.

📚Kurikulum test və sınaqlar📝

18 Jun, 17:41


Mikayıl Əliyev ✍️.Məktəbdən qayıdandan az sonra Vüsal dərslərini həll etmək əvəzinə həyətə düşüb futbol oynamaq üçün tələsir.Bunu görən Vüsalın anası övladını pilləkəndə saxlayır və deyir ki,əgər sən getsən ,qayıdıb gələnə kimi vaxtın gedəcək,dərslərini həll etməyə zamanın qalmayacaq ,həmçinin bu da nəticədə sabah dərslərindən aşağı qiymət almağına gətirib çıxardacaq kimi nəticələri övladına səbirlə izah edir.Qeyd olunan situasiyaya əsasən valideyn Vüsal adlı övladında Emosional intellekt nəzəriyyəsinin hansı mərhələsini inkişaf etdirəcək? Doğru cavabı seçin.

A)Qəbulolunma

B) Özünüdərk

C)Empatiya

D) Motivasiya

E)Özünüidarəetmə

📚Kurikulum test və sınaqlar📝

17 Jun, 17:48


Mikayıl Əliyev ✍️.1-ci hökm:Bir sözü isim əvvəlində gələrsə, saydır.

2-ci hökm: "Otaqda cəmi bir uşaq yazı yazırdı" cümləsində bir sözü isimdən əvvəl gəlir.

Nəticə : Deməli, bu cümlədə bir sözü say vəzifəsindədir.

Qeyd edilən situasiyaya nəzər yetirdikdə bu situasiya Jan Piajenin "zehni inkişaf mərhələləri" nəzəriyyəsinin hansı mərhələsinə aiddir?

A)Hissi- hərəki mərhələ

B)Konkret əməli mərhələ

C)İlkn əməli mərhələ

D)Formal əməli mərhələ

E)Mücərrəd əməli mərhələ

📚Kurikulum test və sınaqlar📝

16 Jun, 04:45


Salam müəllimlər və müdavimlər. Sizləri Qurban bayramı münasibətilə təbrik edirəm.Sizlərə can sağlığı ,uzun ömür arzu edirəm.Allah kəsdiyiniz qurbanları,etdiyiniz duaları qəbul etsin.

📚Kurikulum test və sınaqlar📝

15 Jun, 18:11


Mikayıl Əliyev ✍️.Azəbaycan dili müəllimi dərs zamanı əvvəlki mövzuları daha yaxşı bilməyimiz üçün bizlərə bəzi tapşırıqlar verir.Biz tapşırıqları edən müddətdə müəllimimiz hər bir şagirdə yaxınlaşır,şagirdlərin fəaliyyətlərinə nəzər edir.Nəzər edən zaman şagirdlərdən birinin bəzi nöqsanını görür və buna görə müəllim həmin şagirdə deyir ki, tapşırığı düz edirsən,ancaq sözlərin yazılışında səhvlərin var.Həmin səhvləri aradan qaldirsan növbəti dəfə tapşırıq yazanda sözləri düzgün yaza biləcəksən.Qeyd edilən situasiyaya əsasən bu rəy haqqında düzgün olmayan fikri müəyyən edin.

A)Müəllimin belə rəy verməsini ancaq təqdirəlayiq hal kimi qiymətləndirilə bilər,çünki bu rəy gələcəkdə şagirdə xeyri çoxdur .

B) Bu cür rəylərin verilməsi keçmişə yönəlik rəy sayıla bilməz və anında verilən rəy olaraq yüksək qiymətləndirilməlidir.

C)Müəllimin verdiyi rəy müsbət rəy olsa da,rəy zamanı uyğun fikir bildirilməməyi yaxşı hal hesab edilmir.

D) Şagirdin müəllimindən belə rəy alması müəllimin və şagird münasibətinə,şagirdin fəaliyyətinə ancaq müsbət təsir edə bilər.

E)Bu cür müşahidələr zamanı vaxtında verilmiş rəy olaraq gələcəyə yönəlmiş rəy kimi dəyərləndirilə bilər.

📚Kurikulum test və sınaqlar📝

14 Jun, 07:03


Mikayıl Əliyev ✍️ Sinifdəki şagirdləri arasında ciddi bir mübahisənin şahidi olan müəllim bunu aydınlaşdırmağa və həll etməyə çalışır.O buna görə mübahisə edən şagirdlərdən bu barədə heç nə soruşmur.Müəllim fikirləşir ki,bu şagirdlərdən hansından soruşsam ki,kim mübahisəni başlayıb ,hər bir şagird özünü müdafiə etmək üçün qarşı tərəfi günahlandıracaq və özünü üstün görəcək.Bu səbəbdən müəllim sinfin başqa bir sagirdindən ,yəni Orxan adlı şagirddən bu məsələni öyrənməyi üstün tutur,çünki Orxan həmişə doğru danışır.Qeyd edilən situasiyaya baxanda Orxan adlı şagird emosional taksonomiyanın hansı mərhələsindədir ?

A) Dəyərləndirmə

B)Təşkiletmə

C) Xarakterizəetmə

D) Qəbuletmə

E) Cavabvermə

📚Kurikulum test və sınaqlar📝

13 Jun, 15:37


Mikayıl Əliyev ✍️.Azərbaycan dili müəllimimiz şagirdə "Sabah bizim məktəbdə son zəng tədbiri keçiriləcək" cümləsini sintaktik təhlil etməyi tapşırırsa ,qeyd edilən situasiyaya baxanda bunu idraki taksonomiyanin hansı mərhələsinə aid etsək ,sualın cavabı doğru sayılar.

A)Yaratmaq

B)Dəyərləndirmə

C) Tətbiq etmək

D)Təhlil etmək

E) Anlamaq

📚Kurikulum test və sınaqlar📝

07 Jun, 14:39


Mikayıl Əliyev ✍️.Mənim qonşularım Afiqlə Cəmil mənlə bir sinifdə təhsil alırıq.Onların bu həftə aralarında bir az ixtilaf başladı.Belə ki Afiq Cəmili incidib ,xətrinə dəyən sözlər desə də,Cəmil bu vəziyyət müqabilində böyük iradə və səbir nümayiş etdirir ,Afiqə heç nə demir.Cəmil fikirləşir ki,bunun bir səbəbi var ki,belə davranır.Qeyd edilən situasiyanı Qoulman nəzəriyyəsinin hansı mərhələsinə aid etsək ,doğru cavab alınar ?

A)Sosial bacarıqlar

B)Sosial məlumatlılıq

C)Özünüdərk

D)Münasibətlərin idarə edilməsi

E)Özünüidarəetmə

📚Kurikulum test və sınaqlar📝

05 Jun, 09:09


Mikayıl Əliyev ✍️.Müəllim öz şagirdlərinə güclü külək əsməsi nəticəsində dağıntı baş vermiş şəhərdə abadlıq işlərinin planını hazırlamağı tapşırırsa ,sinifdəki hansı hansı intellektə malik uşaqlar üçün bu asan olacaq?

A) Kinestetik

B) Vizual məkan

C)Naturalistik

D) Şəxsiyyətlərarası

E)Məntiqi riyazi

📚Kurikulum test və sınaqlar📝

05 Jun, 08:48


Mikayıl Əliyev ✍️.Müəllim yoldaşım planlaşdırmalarını həmişə hazır edir.Onun həm illik ,həm də gündəlik planlaşdırmalara çox məsuliyyətlə və diqqətlə yanaşdığının şahidi oluram.Qeyd edilən situasiyaya əsasən aşağıdakı variantlardan hansı planlaşdırmalara nəzərən fərqlilik yaradır.

A) Müəllim həmişə motivasiyaya önəm verir,çünki dərsin hərəkətverici qüvvəsi sayılır.

B) Standartlar mütləq qeyd edilməlidir.Onlar dövlətin qoyduğu tələbdir.

C) Dərs zamanı müəllim inteqrasiya məsələsini unutmalı deyil,inteqrasiya etməlidir.

D)Resurslardan istifadəyə də müəllim diqqət etməlidir

E)Tarix məsələsinə müəllim önəm verməlidir və düzgün yazmalıdır.

📚Kurikulum test və sınaqlar📝

04 Jun, 07:03


Mikayıl Əliyev ✍️.Biologiya müəllimimiz çox savadlı müəllimdir.Bu gün biz ondan bitkilər haqqında çox məlumatlar öyrəndik ,onların yeni-yeni növlərini tanıdıq.Bütün bunlara baxmayaraq biologiya müəllimimiz dərsi yaxşı keçsə də ,bizə bitkilər haqqında dolğun ,müfəssəl məlumat versə də ,onların ,yəni bitkilərin insan həyatındakı rolu,həyatımızdakı əhəmiyyəti barədə heç bir məlumat vermədi.Qeyd edilən situasiyaya əsaslanaraq biologiya müəllimi
Hansı pedaqoji prinsipin qaydalarına əməl etmir?

A)Pedaqoji prosesin tamlığı

A)Təlimdə bərabər imkanların yaradılması

B)Sagirdönümlülük

C) İnkişafyönümlülük

D)Fəaliyyətin stimullaşdırılması

E)Dəstəkləyici mühitin yaradılması

📚Kurikulum test və sınaqlar📝

02 Jun, 17:32


Mikayıl Əliyev✍️.Mənim həm sinif yoldaşım ,həm də dostum Vüsal vərəqlərdən , həmçinin sintetik butulkalardan maraqlı,cəlbedici və bir-birindən fərqlənən oyuncaqlar düzəldirsə, Hovard Qardnerin "çoxnövlü intellekt "nəzəriyyəsinə əsasən verilən situasiyaya əsaslansaq,Vüsalda hansı intellekt daha yaxşı inkişaf edib?

A)Kinestetik

B)Fəddaxili

C) Vizual məkan

D)Məntiqi riyazi

E)Verbal linqvistik

📚Kurikulum test və sınaqlar📝

02 Jun, 13:39


Mikayıl Əliyev ✍️.Bizim ədəbiyyat müəllimimiz bu fənni bizə çox sevdirib.Müəllimimiz hər əsər təhlilini keçən zaman həmin əsərə uyğun bizə bu əsərdəki obrazları səhnələşdirmək tapşırır və rollu oyunlar üzrə fəaliyyət təşkil edirsə,bu situasiyadan çıxış edərək ədəbiyyat müəlliminin bu fəaliyyəti Hovard Qardnerin "çoxnövlü intellekt " nəzəriyyəsinə əsasən sinifdəki hansı intellektli şagirdlər üçün əsl bayramdır?

A)Məntiqi riyazi

B) Naturalistik

C) Kinestetik

D)Linqvistik

E) Musiqi ritmik

📚Kurikulum test və sınaqlar📝

29 May, 06:38


Mikayıl Əliyev Beşinci sinifdə təbiət dərsidir.Dərsin sonuna yaxın müəllim əgər şagirdə :"Bu qədər dərindən öyrənməyə çalışma ,keçdiyimiz bu kontekst sənə uyğun deyil,öhdəsindən gələ bilməzsən" deyirsə,burada hansı prinsipə əməl olunmadığını görə bilərik?

A)Konfedisionallıq

B)Sosial münasibətlər

C)İnteqrativlik

D) Peşəkar və fərdi məsuliyyət

E)Mədəni davranış

📚Kurikulum test və sınaqlar📝

23 May, 06:39


Mikayıl Əliyev.Bu gün bir şənliyə getdik.Orda çoxlu uşaqlar vardı və bu uşaqları əyləndirən cizgi filmdəki uşaq qəhrəmanlarının obrazı ilə bəzənmiş yaşlı insanlar da iştirak edirdilər.Uşaqlardan biri o uşağa,yəni cizgi filminin qəhrəmanının cildinə girmiş ,uşaq təsiri bağışlayan həmin yaşlı ilə şəkil çəkdirmək istədiyini bildirdi.Valideyni isə onun uşaq olmadığını sadəcə uşaq maskası taxdığını öz övladına dəfələrlə qeyd etdi.Verilən situasiyaya əsasən uşaq Jan Piajenin "zehni inkişaf mərhələləri "nəzəriyyəsinin hansı mərhələsindədir ?

A) İlkin əməli

B)Konkret əməli

C) Formal əməli

D) Mücərrəd əməli

E)Hissi-hərəki

📚Kurikulum test və sınaqlar📝

22 May, 08:25


Qəbul və sertifikasiya tipli sual
Mikayıl Əliyev.Bu gün kimya müəllimimiz kiçik summativ qiymətləndirməkeçirtdi.Nəticələrimzi bütün sinfə elan etdi.Şagirdlərin bəziləri zəif nəticələr göstərsələr də,kimya müəllimimiz bu şagirdlərin nəticələrini bilsə də, onların bu nəticələri yaxşılaşdırmaları üçün heç bir iş görmədi.Qeyd olunan situasiyaya əsasən uyğun situasiyanın əksi verildiyi cümləni qeyd edin.

A)Bizim sinif rəhbərimiz dərs zamanı təlim,tərbiyə xüsusi önəm verir və bu da uğurlu nəticəyə gətirib çıxardır.

B) Müəllimin şagirdlərin fikirlərini nəzərə alması ,əlbəttə ki,onun tədrisdə keyfiyyət əldə etməsinə səbəb olacaq.

C)Yeni gəlmiş ədəbiyyat müəllimimiz həmişə dərsdə digər fənlərlə dərsi əlaqləndirir və bu da bizə dərsi qavramaq da kömək edir.

D)Mən həmişə zəif idim,ancaq indi yox,çünki müəllimim mənim nəticələrimlə tanış oldu və mənim daha da yaxşı irəliləməyim üçün çox mühüm səy göstərdi.

E)Bizim sinifdə heç vaxt təlimdə çətinlik olmur,çünki bizə dərs deyən müəllimlər sinifdəki bütün uşaqlar arasında ayrıseçkilik yaratmırlar.

📚Kurikulum test və sınaqlar📝

21 May, 07:29


Mikayıl ƏliyevBu gün səkkizinci sinifdə dərsdə müəllim şagirdlərə Azərbaycan dilində cümlələrdə xitab və ara sözləri tapmağı tapşırır.Bunu qeyd etdikdən sonra müəllim şagirdlərə deyir ki,əgər kim yaxşı və sualların hər birinə doğru cavab versə ,onu mükafatlandıracam.Qeyd olunan bu situasiyanı aşağıdakı hansı nəzəriyyəyə uyğun hesab etmək olar?

A)Karol Dveyk "düşüncə tərzi "

B) Piaje "zehni inkişaf mərhələləri "

C) Biheyverizm

D)Viqotski " sosial inkişaf "

E) Hovard Qardner "çoxşaxəli intellekt "