Orkhan Shahbaz

@orkhanshahbaz


Sitatlar və fikirlər

Orkhan Shahbaz

14 Oct, 09:27


Timsahın göz yaşı

Orkhan Shahbaz

10 Oct, 08:20


#ZİDD kitabından sitatlar:

1. Düşünmək acıdır, daha yaxşıdı düşünmək üçün acının nə olduğunu bilməlisən.

2. Təcrübə - bir hadisənin başına gəlməsi deyil, ondan çıxardığın nəticədir.

3. Ya səhvlərinlə üzləşirsən, ya da səhvlərinlə üzsüzləşirsən


#çoxyaxında

Həyatımız ziddiyyətlidir,
Bəs niyyətimiz?

Orkhan Shahbaz

10 Oct, 08:03


Təcrübə - bir hadisənin başına gəlməsi deyil, ondan çıxardığın nəticədir.

Orkhan Shahbaz

08 Oct, 07:27


- NİYƏ bir insana adlanırıq?
- NİYƏ eyni səhvləri təkrar edirik?
- NİYƏ daha etməyəcəm deyib, yenə edirik?
- NİYƏ kiminsə oyununda oyuncaq oluruq?
- NİYƏ yaxşı insan həmişə əziyyət çəkir?
- NİYƏ ifritə və əclaf yaxşı kimi görünür?

NİYƏ lərimiz çoxdur...
Bunlara əsaslı və izahlı cavablar seminarda olacaq.

https://docs.google.com/document/d/1g9O8alWD7JIOyTvPU8t-bytiuJTnZZa593Ky87aO4PM/edit?usp=drivesdk

Orkhan Shahbaz

04 Oct, 17:26


🚘 Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq.

🪭Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq.

💨 Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.

Orkhan Shahbaz

26 Sep, 18:55


26 sentyabr 2020.

Sabah müharibə elanı veriləcək və o unudulmaz, ağrılı, hamımızın bir olduğu, hər cəbhədə vuruşduğumuz, zəfərli günlərimiz başlayacaq.

Şəhidlərimizin məzarı nurlu olsun,
can Azərbaycan var olsun! 🇦🇿

Orkhan Shahbaz

26 Sep, 07:22


#ZİDD kitabının ilk səhifəsində yazılan cümlə:

Hər şey haqqında düşünmək haqqımız var,
mütəxəssis kimi görünmək isə gerçəkliyə haqsızlıqdır.

Orkhan Shahbaz

25 Sep, 10:02


#ZİDD:

İnsanlar məhsul almaq üçün reklam izləməyə nifrət edir, ancaq ən uğurlu brendlər elə reklamlar yaradır ki, onları izləməkdən zövq alırlar.

Zövq -

mədəniyyət, sosial təsirlər, dünyagörüşü və bunların fonunda beyində gedən kimyəvi proseslər nəticəsində formalaşır.

Buna "zövqlər müxtəlifdir", "zövqlər müzakirə edilmir" tərif verilib və inanılır. İnancların əksəriyyəti də edilən hərəkətlərə haqq qazandırmaq üçün yaradılır.

Yəni, zövq nəsə satmaq, özünü rahatlaşdırmaq, üstünlük əldə etmək, ümumiyyətlə bir-birimizi idarə etmək üçün yaratdığımız psixoloji anlayışdır.

Sadəcə kim daha yaxşı edirsə, o qazanır, idarə edir. Maddi və mənəvi olaraq.

Zehin xammaldır, mühit cihaz.
Hər şey cihazın necə istehsal etməsindən asılıdır.

Orkhan Shahbaz

25 Sep, 09:13


Avtomobil - hər şeydir.

Bu həm də avtoşluq (06, 07, 011 və.s) dönəmindən başlayıb,
inomarka deyilən çeşka, yeşka, dördgöz, şessot dönəminə keçid edib "qaqa Mersedes arvad, BMW kişi maşınıdır" söhbətinin yaranmasına səbəb olaraq bu günə qədər təkamül etmiş, ictimai nəqliyyatı (avtobus, metro) kasıbların məkanı kimi göstərməyə səbəb olmuş, alternativ nəqliyyat vasitələrini (velosiped, skuter) əyləncə, idman, boş-boş şeylər kimi görən, xüsusilə "qız tutmaq", "zloy" obraza düşmək, özgüvənli, nüfuzlu görünüş yaratmaqla
bərabər, ən əsası elçilikdə, yolun kənarında, ümumiyyətlə el arasında varlı, müəllim, hörmət edilən şəxs və.s görüntüsünü təqdim edən psixoloji prosesdir.

Əslində olan:

Avtomobil - nəqliyyat vasitədir.
Bir yerdən başqa bir yerə getmək üçün
nəzərdə tutulub.

Orkhan Shahbaz

24 Sep, 13:05


Ritorika,
Hazırcavablıq,
Diqqət çəkici nitq:

https://docs.google.com/document/d/1sumX4x5ILA-7JWGQXHe3Z7xTArcC6ZQPk5gdgmI42xk/edit?usp=sharing

Orkhan Shahbaz

24 Sep, 09:38


Bir adın dəyəri şəxsiyyətin önünə keçəndə saxtakarlıqlar başlayır, rahat gizlənə bilirlər.

2 nümunə:

qazi - adı çox dəyərlidir amma onu zədələyən şəxsiyyətsizlər var.

müəllim - adı dəyərlidir onu hörmətsiz şəklə gətirən şəxsiyyətsizlər olur.

Kütlə mahiyyətə baxmır, görüntünü seçir.
Görüntü nədirsə, qiymətləndirmə də elə olur.

Orkhan Shahbaz

22 Sep, 06:08


Bu səhər,
22 sentyabr,

06:43 - 08:14.

Orkhan Shahbaz

21 Sep, 18:48


Ağıl nədir?

Ağlı artırmaq olurmu?

Ağılsız və ağıllı insan necə müəyyən edilir?

Sualların cavabları bu videoda.


https://youtu.be/Y0wWPaNG4fA?si=cRva3dgBsPWdxRM_

Orkhan Shahbaz

20 Sep, 10:29


Məsləhət deyil sadəcə təcrübəmdən:

Sənə ilk dəfədən "şirin və enerjili" gələn
insan və qidalara iki dəfə diqqət et,

əvvəl xoşbəxt olursan, sonra bədbəxt.

#ZİDD

Orkhan Shahbaz

19 Sep, 04:02


Hər vaxtınız xeyir, sizlər üçün lazım ola bilər.

Hazırda Bakı - Ağstafa sürət qatarındayam. Velosipedimi də götürmüşəm gedirik Gəncəyə. Orda gün ərzində sürüb axşam geri qayıdacam.

Proses biraz gərgin keçdi amma velosipedi vaqona qoya bildim.

Nələr oldu:

1.
Yoxlama hissəsinə yaxınlaşanda bələdçi dedi ki, çexol olmalıdır. Mən də onların rəsmi səhifələrində paylaşdığı məlumatı göstərdim.

⤵️

Sual: ADY-nin qatarlarında velosiped aparılmasına icazə verilirmi?

Cavab: Bəli.

Qatarlarımızda əl yükləri üçün nəzərdə tutulmuş yerlərdə bir ədəd qatlanabilən mühərriksiz və batareyasız velosipedi çexolunda, eləcə də FLIRT markalı qatarların dördüncü vaqonunda mühərriksiz və 2 ədəd batareyasız velosipedin daşınması üçün nəzərdə tutulmuş yerdə açıq vəziyyətdə ödənişsiz apara bilərsiniz.


2.
Bələdçi növbəti bələdçidən soruşdu o da kiməsə yaxınlaşdı nəsə belə bir 7 dəqiqə söhbət getdi. Gördüm yenə icazə vermək istəmirlər. Dedim telefonda da soruşmuşam, rəsmi səhifədə də danışmışam, icazə verilib.

3.
Dedilər olar.

4 cü vaqonda 2 ədəd mühərriksiz velosiped üçün yer ayrılıb. Qatar Stadler (İsveçrə) dir.

Mənim biletim 1 ci vaqonda idi (4 cü də yer yox idi deyə). Bələdçi dedi ki, stansiyada velosipedi oğurlasalar digər xanım bələdçinin üstündə qalacaq. Həm də çexol lazımdır.

4.
Həmin xanım bələdçi də özgüvənli şəkildə dedi narahat olmayın "mənlikdir" və rahatlaşdım.

Belə kiçik bir təcrübə də oldu.


Bura xüsusi diqqət:

FLİRT markalı qatar dedikdə 1 mərtəbəli qatarlar nəzərdə tutulur. Onların da hamısında 4 cü vaqonda 2 ədəd açıq şəkildə velosiped qoymağa yer var. Velosiped üçün öncədən icazənin almağa ehtiyac yoxdur çünki belə bir tələb qoyulmayıb. Bilet almaq yetərlidir.

Orkhan Shahbaz

18 Sep, 13:12


Tənbəllik - insanın etmək istəmədiyi amma onu "etmək istədiyi" kimi göstərdiyi hərəkətsizlik halıdır.

Tənbəllik həm də seçimdir.

Geri qalanı tam videoda.

Şəxsi təcrübələrimi bölüşmüşəm.

Video linki:
https://youtu.be/ne483CrN0SQ

Orkhan Shahbaz

18 Sep, 10:45


Tənbəllik -
insanın etmək istəmədiyi amma onu "etmək istədiyi" kimi
göstərdiyi hərəkətsizlik halıdır.

Orkhan Shahbaz

17 Sep, 09:00


Özgüvən necə yaranır?

Şəxsi, sosial, karyera həyatında özgüvənin faydası nələr olur?

Ümumiyyətlə bu psixoloji sistem beyində necə formalaşır.

Bu videoda biliklərimlər və şəxsi təcrübələrimi bölüşmüşəm.

Youtube linki:
https://youtu.be/h4oisStdPCQ?si=6rEZhBPmAPphrxuu

Orkhan Shahbaz

17 Sep, 06:03


https://www.youtube.com/@OrkhanShahbaz