Kitablardan alıntılar

@kitablardan_alinti


Bu kanalda ən möhtəşəm kitablardan sözlər, səhifələr paylaşılacaq☺️

Kitablardan alıntılar

21 Jan, 00:22


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

Kitablardan alıntılar

21 Jan, 00:21


İndi belədir. İnsanlar çevrələrinə hasarlar çəkir, bir- birilərindən ehtiyat edirlər.

Doppler, Erlend Loe

@kitablardan_alinti

Kitablardan alıntılar

21 Jan, 00:20


Ancaq sonradan mühazirələrə getmədik. Mənası yoxdu. Elə adamlar mühazirə oxuyurdular ki, onları kürsüyə buraxmaq doğru deyildi. Bəziləri, qaxaclaşmış qoca alimlər olurdu, dişsiz ağızlarında hansısa elmi zir-zibilləri gəvələyirdilər. Başqaları, özünə vurğun savadsız fırıldaqçılar çıxırdılar. Ağıllı düşüncələr yerinə çiy xəmir yedirmək istəyirdilər. Üçüncülər, maarif nazirliyindən gəlmiş məmurlar idi. Yalnız siyahıda qeyd olunmaq və pul almaq üçün formal sözlərdən ibarət cəfəngiyat oxuyurdular.

Ağ Zanbaqlar Ölkəsi, Grigory Petrov

Kitablardan alıntılar

21 Jan, 00:20


Nəyə yaxınlaşsam, sonu uzaqlıq və qırğınlıq;
Anla ki, yox, Allahdan başqasıyla yaxınlıq...

Çile, Necip Fazıl Kısakürek

Kitablardan alıntılar

21 Jan, 00:19


Unutmayın ki, göstərişsizlik kirli gözlərə qarşı istifadə edilən bir qalxandır.

Ermiş, Halil Cibran

Kitablardan alıntılar

21 Jan, 00:19


Bir insan bir insanı bütün insanlardan soyuda bilər.

Yad Qadının Məktubu, Stefan Zweig

Kitablardan alıntılar

21 Jan, 00:19


Bizdə sözünü əsirgəməyəni sevməzlər.

Clarissa, Stefan Zweig

Kitablardan alıntılar

21 Jan, 00:19


Ona elə gəlirdi ki, şəhərdə hər şey çoxdan köhnəlmiş, ömrünü başa vurmuşdu, hər kəs sadəcə ya bir şeyin sonunu ya da yeni bir şeyin başlamasını gözləyirdi.

Maska, Anton Çexov

Kitablardan alıntılar

21 Jan, 00:14


Ümid azdır, amma əlimdən gələn, gəlməyən hər şeyi edəcəyəm.

Anna Karenina, Lev Tolstoy

Kitablardan alıntılar

21 Jan, 00:14


Gerçəkdi, yoxsa yalan,
Gəlib keçdi nə zaman?!
Sevginin ömrü bir an,
Qalanı xatirədir...

Qalanı Xatirədir, Baba Vəziroğlu

Kitablardan alıntılar

21 Jan, 00:14


Məsələ burasındadır ki, İlza Hermann öz ağrısını zəfərə çevirmək qərarına gəlmişdi. Ağrı heç cür onu tərk etmək istəmirdi.

Kitab Oğrusu, Markus Zusak

Kitablardan alıntılar

21 Jan, 00:14


Sən gedəndə canımdan can gedəcək. Nəfəs alan bir ruha dönəcəyəm.

Zamanı Durdurmanın Yolları, Matt Haig

Kitablardan alıntılar

21 Jan, 00:13


Ey gözlərim, könlümdəki atəşlərə gözyaşından su saçma! Çünki bu cür tutuşan atəşlərə su çarə etməz.

Su Kasidesi, İskender Pala

Kitablardan alıntılar

21 Jan, 00:13


Bağban gül bəsləməkdən həzz duyan kimi, müəllim də yetişdirdiyi gənclərin həvəsi ilə yaşar.

Qızlar Bulağı, Yusif Vəzir Çəmənzəminli

Kitablardan alıntılar

21 Jan, 00:13


Müəllim olmağın da mənası elə bundadır:
heç bir ümid olmadığını düşündüyün halda ümid işartısı əmələ gətirmək.

Zamanı Necə Dayandırmalı, Matt Haig

Kitablardan alıntılar

21 Jan, 00:04


Onun bir yaxşı sözü vardı, deyirdi ki, insanın hissləri, düşüncələri, doğruları yalnız onun özü üçün birdə onu həqiqi məhəbbətlə sevən kəs üçün maraqlı ola bilər. Duyğularını, əslində, səni anlamayan, xətrinə dəyməmək üçün özünü canıyanan kimi göstərən insanlara danışmaqdansa susmaq, susmaq mümkün deyilsə, bir heyvana və ya bir ağaca danışmaq daha yaxşıdır.

Qambay Qasımlının xəfiyyələri,
Elxan Elatlı

@kitablardan_alinti

Kitablardan alıntılar

21 Jan, 00:04


Eh, bu dəyişkənlik mənim üçün təzə, yad deyildi. Onu yaxşı tanıyırdım, başım çox çəkmişdi və həmişə həddən artıq ümidsizləşən vaxtlarımda həmin hissləri keçirmişdim. Hər dəfə də onun dəhşətli qasırğasında əvvəlki “Mən”im çilik-çilik olmuşdu, hər dəfə də dərin-dərin uçurumlar onu atım-atım, tikə-tikə eləmişdi, hər dəfə də həyatın ən şox sevdiyim, əziz tutduğum bir parçası vəfasız çıxmışdı, itib getmişdi.

Yalquzaq, Hermann Hesse

@kitablardan_alinti

Kitablardan alıntılar

21 Jan, 00:02


Dönüb baxdım üzü bizdən,
Kim qurtarar bizi bizdən?
Bu dünyada özümüzdən,
Dərdimiz diridi, anam.

Kəpənək Qanadları, Ramiz Rövşən

@kitablardan_alinti

Kitablardan alıntılar

21 Jan, 00:02


Utandım, ürəyim ağrımağa başladı, elə ağrıdı ki, elə bil məni təhqir etmişdilər, gözlərim yaşardı, göyə baxdım və bütün bu hallara son qoyacağıma and içdim...

Doxsanıncı İllərdə, Anton Çexov

@kitablardan_alinti

Kitablardan alıntılar

20 Jan, 23:59


İnsan itirdiklərini unuda biləcək qədər güclüdür, yoxsa sadəcə hər şeyin yoxluğuna alışa bilir?

Səndən Nigaranam, Adil Samir

@kitablardan_alinti

Kitablardan alıntılar

20 Jan, 23:59


Yaşamaq üçün yazmaq vardır, bir də yaşadığını yazmaq! Biri ədəbiyyatdır, digəri nəsihət!

Gelişi Güzel, Derviş Celâl Er-Rühâvi

@kitablardan_alinti