Grammar Azi

@grammarazi1


Düzgün yazmağı öyrənək!
https://t.me/+P17OajPhi1Q3ODFi

Grammar Azi

22 Oct, 06:17


"Vətəndaş A" serialında cəmiyyətdəki savadsızlığı təsvir etmək üçün istifadə olunan üsullardan birini şəkildə görürsünüz. Reallıq budur.

Grammar Azi

20 Sep, 15:34


Ortaq türk əlifbası rəsmən təsdiqləndi.

Grammar Azi

11 Sep, 17:58


Türk dövlətlərinin ortaq əlifbası hazırlanır. Layihə 2026‐cı ilədək hazır olmalıdır. Xəbərə keçid şərh bölməsindədir.

Grammar Azi

30 Aug, 17:07


"Baxmayaraq" sözündən sonra vergülün işlənməsi:
• Güclü küləyə baxmayaraq, onlar işlərinə davam edirdilər.
• O, yanındakılara baxmayaraq irəliləyirdi.

Grammar Azi

18 Aug, 17:11


Hansı nadir işlənən atalar sözünü bilirsiniz?

Grammar Azi

16 Aug, 15:13


Rus dilində "-ий", "-ский" ilə bitən xüsusi isimlər dilimizdə sondakı "й" ("y") olmadan yazılmalıdır. Məsələn, "Евгений" adı dilimizdə "Yevgeniy" yox, "Yevgeni" formasında yazılmalıdır. Digər nümunələr: Yuri (Юрий), Qorki (Горький), Mayakovski (Маяковский) və s.

Grammar Azi

07 Aug, 17:47


"Olimpiyada" yox, "olimpiada" yazılmalıdır.

Grammar Azi

03 Aug, 05:34


https://youtu.be/pUMTDlFR7Zw?si=hhp48i_nChiRgmfb

Grammar Azi

01 Aug, 14:22


Hər birinizi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təbrik edirik, əziz dil daşıyıcıları! Arzulayırıq ki, dilimizə ildə iki dəfə yox, hər gün hörmət etməyi bacaraq!

Grammar Azi

24 Jul, 07:53


Xarici dildə və dırnaq işarəsi ilə yazılmış sözlərə şəkilçi qoşarkən həmin sözlərin tələffüzü nəzərə alınmalıdır. Məsələn: "Microsoft"un, "YouTube"a.
Bəzi sosial şəbəkə, platforma adları ümumi isim kimi də işlənə bilər: yutub, feysbuk, vatsap və s.

Grammar Azi

11 Jul, 13:23


"Bu gün də" yazılmalıdır.
Pakistanın paytaxtı İslamabadın küçələrində Prezident İlham Əliyevin gəlişi ilə əlaqədar bu cür yazılar yerləşdirilib.

Grammar Azi

29 Jun, 10:03


"Türkçə" yox, "türkcə" yazılmalıdır.