Ədəbiyyat🤍🕊️

@edebiyyaat


Azərbaycan dili və ədəbiyyatdan onlayn dərslərlə bağlı müraciət edə bilərsiniz.📚

İncə zövqlülərin məkanı.🤍🕊️
Ədəbiyyata aid hər növ paylaşımlar;
Azərbaycan dili və ədəbiyyatdan testlər.

Əlaqə(Kanal sahibi): @Mahir01

Ədəbiyyat🤍🕊️

22 Oct, 18:59


‼️ Aşağıdaki posta seçim edərək imtahanlara sürətli hazırlaşın, İxtisaslar və Keçid balları haqda məlumatları, lazımlı vəsaitləri, vacib qeyidlər, sınaqların cavablı PDF-lərini və izahlarını əldə edin 🔻

Ədəbiyyat🤍🕊️

19 Oct, 17:06


Qurd quzu ilə otlayacaq...

Sülh, əmin-amanlıq, sakitliyin olacağına işarə.
Qədim yəhudilərin müqəddəs kitabı Tövratda (“Qanun” deməkdir) göstərilirdi ki, bir zaman dünyaya ədalətli bir şah gələcək, yer üzündən bütün zülmətlərin kökünü kəsəcək, qurd quzu ilə otlamağa başlayacaqdır.
Bu vasitə ilə din xadimləri zəhmətkeşləri yaxşı gün uğrunda mübarizədən çəkindirməyə çalışırdılar.

Ədəbiyyat🤍🕊️

12 Oct, 04:01


Həsrətəm Sənə

Yağış dayandımı? Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq, hər qısa hicran
Səni mənim üçün təzədən doğur.

Ayrılıq dəmləri düşürkən yada
Təzədən sevirəm təzədən səni
Elə bilirəm ki, bu gen dünyada
İlk dəfə görürəm, gülüm, mən səni.

Ayrılıq günləri düzülür səfə,
Hər gün gözləyirik, hər gün bir günü,
Ayrı bir adamsan, gülüm, hər dəfə
Vüsalın əvvəli, hicranın sonu.

Teleqraf kağızı... kiçik bir varaq.
Alışan könlümə su səpir yenə
Səndən ayrıldığım on gündür, ancaq
Milyon illərdir ki, həsrətəm sənə.

On gündə əzabla neçə-neçə min,
Dəqiqə, saniyə yola saldıq biz.
Bu uzun anların, dəqiqələrin
Hansını yaşadıq bir-birimizsiz?

Sənin də yerinə danışıram mən,
Qoy olsun, qəlbimiz ayrı deyildir!
Biz iki olsaq da vüsal günləri,
Ayrılıq günləri bir oluruq, bir!

Həsrət ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olunmuş...

Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq görüşlə bitir... tez olur.
Eh! Ona nə var ki, müddəti vardır,
Həsrətsə ölçüsüz, müddətsiz olur

Bil, yaman gündə də, yaxşı gündə də,
İstərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə!

• Bəxtiyar Vahabzadə.

Ədəbiyyat🤍🕊️

06 Oct, 13:01


Məni candan usandırdı...( "Füzuli" kantatası)

Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmi?

Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?

Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadir,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Müəllif: Məhəmməd Füzuli
İfa: Şövkət Ələkbərova

Ədəbiyyat🤍🕊️

05 Oct, 06:13


Günümüz mübarək!❤️

Ədəbiyyat🤍🕊️

27 Sep, 03:30


Ruhunuz şad olsun!💔

Ədəbiyyat🤍🕊️

20 Sep, 04:02


Əsdi xəzan yeli payız yetişdi,
Bağların əhvalı tamam dəyişdi.
Küləklər taladı bağçanı, bağı,
Soldu al güllərin yanar çırağı.
Arxlar kənarında otlar sapsarı,
Töküldü reyhanın şux yarpaqları.
Sankı ağaclıqda odlar qalandı,
Əlvan yarpaqları alışdı, yandı.

• Nizami Gəncəvi.

Ədəbiyyat🤍🕊️

15 Sep, 10:23


O, yalnızlıqdan öldü. Yalnızlıq soyuqdan daha soyuqdur. İndi, həqiqətən, bəzi kəlmələrin onu isidə biləcəyinimi düşünürsən?

• Nikolay Qoqol – "Bir Dəlinin Xatirə Dəftəri".

Ədəbiyyat🤍🕊️

12 Sep, 13:01


Zülfi Livaneli deyir ki, "Unutmaq... Əgər unutmaq deyə bir şey olmasaydı, yaşamaq da olmazdı. İnsan unutmadan həyatını davam elətdirə bilməz".

Ədəbiyyat🤍🕊️

11 Sep, 12:17


• Bəs siz kimləri "yazıq" sanırsınız?


Bəxtiyar Vahabzadə deyir ki:
Yazıq o kəsə ki, yoxdur bir şeyə
Nə sonsuz nifrəti, nə məhəbbəti!

Mikayıl Müşfiq deyir:
Yazıq o şəxsə ki qaraqabaqdır
Nə qədər yaraşır insana gülmək

Viktor Hüqo deyir:
Sadəcə bədənləri, şəkilləri, görüntüləri sevənlərə nə yazıq. Ölüm hər şeyi məhv edəcək. Ruhları sevməyi sınayın.

Herman Hesse isə deyir:
Əgər nədənsə zövq almaq üçün sənə başqasının icazəsi lazımdırsa, deməli, doğrudan da, yazıq adamsan!

Ədəbiyyat🤍🕊️

09 Sep, 16:36


Nazim Hikmət deyir ki:
"Alt tarafı bir çiçek toplayıp, bir hayvan sahiplenip, birkaç insan tanıyıp, sevip gidecektik bu dünyadan. Nasıl kötü bir zamana denk geldi ömrümüz".

Bəxtiyar Vahabzadə deyir:
Qorxuram, dünyada bir zaman gələ
İnsanlar yaşaya, insanlıq ölə...

Yaşar Kamal isə deyir ki:
“İnsanlık öldü mü? Yok, ölmedi, ölmedi ama bir şey oldu, başka bir yerlerde sıkıştı kaldı herhalde”.

Ədəbiyyat🤍🕊️

08 Sep, 03:01


Tut ağacı

Dünən hələ körpə idim,
Puçurlayıb yarpaq açdım.
Ucalaraq budaqlarım
Göy üzünə şəfəq saçdı.

Dünən hələ körpə idim
Böyüməyə tələsirdim.
Bir günə qocaltdı məni
Bu, taleyin tələsiydi.

Dünən hələ körpə idim
Kaş elə körpə qalardım.
Böyüdüm, dərd-sər böyüdü
Yarpaqlar vaxtsız saraldı.

Əgər yoxdursa bəhərin
Gərək deyilsən heç kimə.
Böyümək bunu öyrətdi,
Kölgəm olmasa, heç kiməm.

Kimsə yada salmayacaq
Büzüşsəm də, budaq-budaq.
Quruyandan sonra yalnız
Hamı tutdan dəm vuracaq.

• Mahir Quliyev.

Ədəbiyyat🤍🕊️

06 Sep, 11:59


Şəklə diqqətlə baxın! Tanıdınızmı?

Digərləri kimi ondan da repressiya təsirsiz ötüşməmişdir. Ədəbiyyatşünas alim, tədqiqatçı, Mollanəsrəddinçi şair, publisist, mətnşünas, naşir, biblioqraf və s. adlarla tanınan bu şəxs millətçi repressiya qurbanı kimi 1937-ci ildə sürgün edilir və Oryol şəhərində güllələnir.
Böyük Vətən müharibəsi başlanan zaman Stalinin əmri ilə siyasi məhbusların güllələnməsi qərarı qəbul edilir. Ən acınacaqlısı da o idi ki, dustaqlar üçün qəbirləri məhz özlərinə qazdırılırdı və hamısı güllələnib qazdıqları məzarda dəfn olunurdu.
Ədəbi fəaliyyətindən danışsaq, zamanımız yetməyəcək qədər böyük işlər görmüşdür.
Qonşuların elmə həvəskar ola,
Tibb oxuya, fənnə xəbərdar ola,
Leyk müsürman gedə cindar ola
Dinmə, danışma, bu da yahu, keçər.
Onun saysız-hesabsız əlyazmaları məhv edilmişdir. Klassik ənənə, aşıq poeziyası, folklor nümunələrinin toplanması onun ədəbiyyat üçün nə qədər dəyərli, silinməz biri olduğunun sübutudur. Tənqidi məqalələri, felyetonları ilə də ədəbiyyatımızda çox böyük izlər qoymuşdur. Faciəvi ölümü 1941-ci ilin bu günü kimi qeyd olunan, ədəbiyyatımız üçün böyük töhfələri olan bu şəxsiyyət Salman Mümtazdır. Ruhu şad olsun!

İnstaqram hesabımız:
https://www.instagram.com/reel/C_kyActtLfu/?igsh=bG9pbzgxcmZ4NDg4