Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

@brain_az


🔹maraqlı faktlar
🔹psixologiya
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

22 Oct, 20:38


Tərbiyənin həyatımızda vacibliyi...

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

22 Oct, 08:02


Əksər insanlar azadlıq istəmirlər, çünki o məsuliyyətlə gəlir və insanların çoxu məsuliyyətdən qorxur.

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

21 Oct, 17:38


İnsan psixologiyası ilə bağlı 3 maraqlı fakt:

1️⃣ İnsanlara adları ilə müraciət etməklə, onları sizə daha çox sevdirir və öz şəxsiyyətinizə olan inam dərəcəsini artırırsınız.

2️⃣ Beynimiz mənfi bir meylə malikdir və xoş xatirələrdən daha çox pis xatirələri yadda saxlamağa meyllidir.

3️⃣ Diqqəti toplamaq və cəmləmək üçün yaxşı bir yol - bir işi yerinə yetirərkən özünüzlə zehni olaraq danışmaqdır.

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

21 Oct, 17:34


Channel name was changed to «Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri»

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

07 Oct, 04:30


🧠🧟🧠🧠😵‍💫 Emosional şantajla necə mübarizə etmək olar?

 • Əvvəlcə başa düşməlisiniz ki, bu sevgi/dostluq/yoldaşlıq/hörmət/xahiş deyil, manipulyasiyadır. 

 • İkincisi, siz öz sərhədlərinizi təyin etməli, yalvarışa və təhdidlərə boyun əyməməlisiniz. 

 • Üçüncüsü, bizə və qərarlarımıza hörmət edən digər insanlardan dəstək almalıyıq.

• Özünüzü günahkar hiss etmədən "Yox" deməyi bacarın. Ən yaxın insanlarınınıza belə. "Yoxunuzu" qəbul etmirlərsə, qeyd edin ki, bu sizə hörmətsizlikdir. Öz sərhədlərinizi qoruyun.

• "Neqativ təcrübəyə yönəldin": keçən səfər də demişdiniz ki, maaşı verəndə bonus verəcəksiniz, heç nə vermədiniz.

• Özünüzü günahkar hiss etmədən yox deməyi öyrənin.  Ehtiyaclarınız və hissləriniz vacibdir.

• Şantajçı ilə problemi açıq şəkildə müzakirə edin.

Unutma ki, sənin həyatına və xoşbəxtliyinə haqqın var və heç kim bunu səndən ala bilməz 😉


#uğur_qaydaları
#emosiya #şantaj #psixologiya #iş #müdir #sahibkar #haqq #malipulyasiya

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

07 Oct, 04:30


🧠🧟🧠🧠😵‍💫Emosional şantaj

Ətrafımızda olan insanlar tərəfindən manipulyasiya edilmə yollarından biri də emosional şantajdır. Bu kimsə bizi istədiklərini etməyə məcbur etmək üçün hisslərimizdən istifadə etdiyi və ya etmədiyimiz bir şeyə görə bizi günahlandırdığı zamandır. 

Məsələn, o deyə bilər: “Əgər məni sevirsənsə, bunu edəcəksən” və ya “Filan yerə getsən, aramız dəyəcək”.  Bu özümüzə hörmətimiz və seçim azadlığımız baxımından çox zəhərli davranışdır.

Adətən şantajistlər ən dərində yerləşən qorxularımıza müraciət edirlər: tənhalıq, uğursuzluq, alçaldılmaq, utanmaq (biabır olmaq).

Bunlar şəxsi münasibətdə, işdə, dostlar arasında - hər yerdə ola bilər. Siz anlamalısınız ki, sizi manipulyasiya edirlər, yoxsa etdiyiniz - sizin öz şəxsi seçiminizdir.


💼İş yerində emosional şantajın 10 nümunəsi:

1️⃣ İşdən çıxarılma təhlükəsi: rəhbər işçiyə deyə bilər: “Əgər iş vaxtından artıq işləməsən, mən bunu etməyə hazır olan başqa birini tapacağam”.  Bu təzyiq və işini itirmək qorxusu yaradır, işçini ona uyğun olmayan şərtlərlə razılaşmağa məcbur edir.

2️⃣ Günahdan istifadə: iş yoldaşınız deyə bilər ki, “Əgər bu layihədə mənə kömək etməsən, mən onu vaxtında bitirə bilməyəcəm və ikimiz də cəzalandırıla bilərik”.  Bu günahkarlığa səbəb olur və işçinin bunu etmək üçün vaxtı və ya resursları olmasa belə kömək etməyə təzyiq edir.

3️⃣ Yaltaqlıq yolu ilə manipulyasiya: rəhbər deyir ki, vacib işin öhdəsindən yalnız siz gələ bilərsiniz, imtina etsəniz, layihə uğursuz olacaq.

4️⃣ İşin aşağı salınma təhlükəsi: İşçi əlavə öhdəliklərlə razılaşmırsa, vəzifəsini aşağı salmaqla hədələnir.

5️⃣ Şəxsi Məlumatların İstifadəsi: Əgər onun tələbinə əməl etməsəniz, iş yoldaşı şəxsi məlumatlarınızı açıqlayacağı ilə hədələyir.

6️⃣ Öhdəlik hissi yaratmaq: müdir sizə təliminizə nə qədər vaxt və resurs sərf edildiyini xatırladır və bunun müqabilində artıq iş vaxtını tələb edir.

7️⃣ İş şəraitinin pisləşməsi təhlükəsi: İşçiyə bildirilir ki, müəyyən tələblərə əməl etməsə, iş şəraiti pisləşə bilər.

8️⃣ İş yoldaşlarının qorxusundan istifadə etmək: müdir bildirir ki, əgər siz bir tapşırığı yerinə yetirməsəniz, bütün komanda mənfi təsirlənəcək və həmkarlarınız bədbəxt olacaqlar.

9️⃣ Vədlər vasitəsilə manipulyasiya: Müəyyən bir tapşırığı yerinə yetirsəniz, müdir artım və ya bonus vəd edir, lakin imtina etsəniz, bunun baş verməyəcəyi ilə hədələyir.

1️⃣0️⃣ Emosional Təzyiqdən İstifadə Etmək: Həmkar və ya müdir daima sizə tapşırığın vacibliyini xatırladır və layihənin uğur və ya uğursuzluğuna görə məsuliyyət hiss etmək üçün sizə təzyiq göstərir.


#uğur_qaydaları
#emosiya #şantaj #psixologiya #iş #müdir #sahibkar #haqq #malipulyasiya

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

04 Oct, 19:49


🏆💸💰Məhəmməd Əli bir dəfə qızı Hananı çox açıq-saçıq geyimdə görüb dedi:

“Hana, Allahın bu dünyada yaratdığı dəyərli hər şey gizlidir və ona çatmaq çətindir. Brilyantları haradan tapmaq olar? Yerin dərinliklərində, örtülü və qorunur. Gövhəri haradan tapmaq olar? Dərində, okeanın ən dibində, qapalı və gözəl bir qabıqla qorunur. Qızılı haradan tapmaq olar? Çox aşağı bir mədəndə, qat-qat daşla örtülmüş. Onlara çatmaq üçün həqiqətən çox çalışmalısan... Bədənin müqəddəsdir. Sən brilyant və mirvarilərdən çox qiymətlisən və ona görə də bədənini onlar kimi nəzərdən gizlətməlisən."


#uğur_qaydaları
#marketinq
#biznes

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

02 Oct, 21:09


💸💼🤑10 il ərzində yüzlərlə fərqli biznes, iş adamları ilə işləmişəm və artıq onlarla yarım saat danışanda bilirəm kim artacaq, kim yerində qalacaq, kim isə əksinə - enəcək qazanc baxımından.

Bütün biznesləri, ya sahibkarların biznesə yanaşmasını 3 tipə bölürəm:

1️⃣ Hər şey müştəriyə

Çox yaxşı, xeyirxah insanlar biznes açanda çox vaxt belə olur. Onların müştəriyə yazığı gəlir, ona görə də məhsulu çox ucuz satırlar. Belə tip bizneslərdə müştəri udur, sahibkar uduzur.

Nəticədə nə olur? Müştərilər biznesi sevirlər, sahibkara hörmət edirlər və alırlar da. Amma dəyərini bilmirlər və istifadə edirlər.

Belə halda həmin sahibkar çox az qazancı ilə qalır, nə artmağa yatırımı olmur, nə də özünə həyatda pulu çatmır. Baxırsan ki sahibkardır, amma varlı deyil. Fenomen? Sadəcə xasiyyət.

Nəticə: ona görə çalışmaq lazımdır yaxşı insan olasan, amma həyatdakı kimi sağlam eqoizmin olsun. Azca özünü də düşünəsən. Çünki əks halda batacaqsan.

2️⃣  Hər şey mənə

Bu tip bizneslərdə sahibkar acgözlük edir və puldan ötrü hər şeyə hazır olur. Məsələn vaxtı keçmiş məhsulları işlədir, aldadır, manipulyasiya edir.

Uzağa getməyək - Hamster Kombat. Baxın, maraqlı proyekt idi, amma yaradıcının məqsədi bir idi - pul. Və o burdan bacardığı qədər pul çıxartdı: reklam satdı, merç satdı, HMSTR tokenlərini satdı və çoxuna sahib oldu, oyunlardan pul qazandı, YouTube videolarından qazandı, sosial şəbəkələrdə çoxlu izləyici yığdılar. 

Amma oyunçulara bu uğurun azını verdilər. Çox az. Nəticədə hamı qaldı narazı və ikinci mövsümə əksəriyyət razı olmadı.

Hamsterin dediklərinə görə planı çox idi. Amma bu neqativlə üzləşib çətin uğurlu olar.

Yəni yalnız öz cibini düşünərək, sahibkar biznesi məhv etdi. Amma normal aparsaydı, yalnız özünə çəkməsəydi neməti - indi çox qazanardı və davam edərdi qazanmağa.

Belə sahibkarlar hər sahədə olur. Məsələn köhnə əti atır edir kolbasa, xarab olmuş tərəvəzdən turşu düzəldib satır, yeni ehtiyyat hissəsinin yerinə işlənmişin qoyur, 300 markalı sementi 500 marka altında satır.

Belə bizneslər çox yaşamır, sahibkarlar ya pul yığıb bankrot olurlar, ya da bir biznesdən o biznesə keçirlər (o da əgər o ağıl varsa). Üçüncü hal - həmin biznesi digər yerdə açır və həmin dairəni işə salır.

Bilirsiniz bu niyə olur? Müştərilər özlərini aldanmış və istifadə olunmuş kimi hiss edirlər və həmin biznesdən uzaq dururlar.

3️⃣ Həm mənə, həm sənə

Belə tip bizneslərdə uduş-uduş strategiyası işlənilir. Uzağa getməyək, götürək NotCoin komandasını. Onlar uğurlu NotCoin bazara çıxartdılar, camaata çoxlu qazanc verdilər və nəticədə bütün ayditoriya tərəfindən NotCoin ən sevimli proyektlərdən biridir.

Ona görə də, onların adı olan hər proyektə auditoriya qoşulur. Çünki NotCoin camaatdan istifadə etmir.

NotCoin indi:
• botdan qazanır reklam sataraq;
• çox sayda NotCoinləri var;
• öz əməkdaşlığını satır;
• yeni tokenlər yaradır;
• və öz təcrübələrini satırlar.

Ona görə NotCoin komandası daim qazanacaq.

Bu qayda da hər yerdə işləyir. Biznesdə yalnız müştəri udsa - sahibkar ziyanda olur, sahibkar yalnız udsa - müştəri ziyanda və narazı olur. Ona görə hər yerdə ortanı tapın və əliaçıq olun. Həm siz udun, həm müştərilər.


#uğur_qaydaları
#biznes

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

02 Oct, 09:32


📈💸💸Dibdir, yoxsa hələ düşəcək?

Fikrimcə dibə yaxındır. Ona görə portfeli qurmaq vaxtıdır.

🤑Not: fikrimcə $0,007 lap dibdir, amma vəziyyət lap gərginləşsə $,005 kimi düşə bilər. Ondan ucuz olması - yəqin ki Üçüncü Dünya Müharibəsi olsa olar.

💸BTC: məncə $60000-dən aşağı düşməz. Yenə də, vəziyyət lap gərginləşsə - $40 000 kimi aşa bilər. Ondan aşağı - ÜDM yalnız.

😡DOGS: dünən $0,00065 idi, indi biraz düzəlib. Yenə də $0,00045 kimi vəziyyət daha gərginləşsə düşə bilər. Ondan aşağı - yenə ÜDM.

💰ETH: onsuzda vəziyyəti yaxşı deyildi, bu lap təsir edir. Vəziyyət düzəlsə də, noyabra kimi (SEC-in ETF haqqında qərarı olacaq) güclü artım gözləmirəm. $3000 ona kimi çətin vurub keçər.

🤑Ton: Ton özünü hamıdan yaxşı hiss edir. Burda Durovun Fransa ilə səhnəarxası müqavilə təxmininə görədir məncə. + tap-tap oyunları Tona marağı yüksəldir. Və onların listinqi. Ona görə Ton hələ $4,5 aşmayıb, hələ ki yaxşı ayaqda dayanıb. Gərginləşsə vəziyyət düşəcək, $4,5 ola bilər. Ondan aşağı - ya Durov haqqında neqativ xəbər, ya ÜDM. Qalxması məncə vəziyyət düzəlsin $6,7 rahat ola bilər.

HMSTR, CATİ, WAT - məsləhət görməzdim. CATİ deyirlər bu ay +100% edə bilər, $1+ ola bilər. Ehtimal fikrimcə azdır. Hələ ki məsləhət görməzdim. HMSTR, WAT uçuruma doğru gedirlər. Almağı məsləhət görməzdim.

🚩Qeyd edək ki, Yatırım tövsiyyəsi deyil. Təhsil niyyəti ilə bu analizi yazırıq. Özünüz düşünün, qərar verin və riski, məsuliyyəti özünüz daşıyın 😉


#kripto_treydinq

t.me/qazanc_kripto | 👏© | 💰 Oyun qrupu | Müzakirə | | 🎞 Abunə ol

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

29 Sep, 19:27


💧🔜 🌊

#fikirlər

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

24 Sep, 13:41


🤣😂😂Noldu bəs, Uğur qazanırdın?

Həmişə deyirəm ki, uğur yolu - cəmiyyətə qarşı getməkdədir. Və həmişə də diqqət edirəm ki, uğur yolunda uğursuzluqlar, zərbələr, çətinliklər çox olur.

Bir faktda da diqqət etmək istəyirəm. Siz hər dəfə çətinliklə üzləşəndə, aşanda, məğlub olanda onun ardınca gələnləri də düzgün qəbul etməlisiniz.

Siz qəbul etməlisiniz ki, sizə güləcəklər, lağa qoyacaqlar, məzələnəcəklər sizinlə. Cəmiyyət sizdən bir səhv gözləyir ki, bunları etsin. Hətta sizin ciddi ya zarafata dediyiniz sözləri şişirdib yadınıza salacaq.

1️⃣Pis niyyətlə də yox e. Sadəcə onlar bizi anlamır. Necə ki dünənki hekayədə toyuq qartalı anlamırdı, elə də cəmiyyət uğurluları ya uğura gedənləri anlamır.

Qarşı tərəfə gedən insana cəmiyyət nə deyər? Dəli, gic, xəyalpərəst? Deyər ki, onda çatmır? Elə də deyir. Siz anlamalısınız ki, siz uğura çatmayınca siz daim zərbələr altınta olacaqsınız. Bu hətta ən yaxın insanlarınızdan da gələcək.

2️⃣İkinci səbəb də - lağa qoyaraq, insan öz üstünlüyünü göstərmək istəyir. Yəni ki, mən ağıllıyam, sən yox.

3️⃣Üçüncü səbəb də odur ki, cəmiyyət üzdə olanı görür. Maska, Bezoda, Gobsa, Geytsə baxıb yalnız qalibiyyəti görürlər. Onlar düşünürlər ki, uğurlu insan yalnız qalib gəlməlidir və onları komiksdəki Superqəhrəmanlarla bir tuturlar. Ona görə anlamırlar ki, uğurlu insanın səhvləri də olur. Bütün varlılar, hətta ən güclü mütəxəssisləri olan şirkətlər səhv edir, edib və edəcəklər. Baxın Google nə qədər servisini uğursuz olduğuna görə bağlayıb.

KFC yaradıcısına gülürdülər ki, kimdir sənin toyuğunu alan. Amma o bir-bir kafeləri gəzib toyuğunu təklif edirdi, hətta pulsuz bişirirdi. Nəticəni görürük. Nəticənin səbəbi - öz uğurundan əmin olub kiməsə qulaq asmamaq.

___
Ona görə, siz öz məqsədinizdən, nə etdiyinizdən əmin olmalısınız ki, sizə bu zərbələr təsir etməsin. Sizin beyninizə fikir gələndə ki, "mən nə edirəm?", siz daim onu yox etməlisiniz: "Mən ayaq üstə möhkəm durmuşam və öz hərəkətimdəm əminəm, səhv də mənim, uğur da mənim, məğlubiyyət də mənim, qalibiyyət də". Bunu anlayıb, dərk edib siz hər atdığınız addımı rahat atacaqsınız və müsbət nəticə də özünü çox gözlətməyəcək.

Əks halda, birinci uğurda təslim olacaqsınız. Təslim olma fikri gələndə də, yadınıza salın ki, bu zəiflərin xüsusiyyətidir. Divarı qırmaq istəyirsiniz və alınmır? Daha möhkəm vurun, alət tapın, xüsusi texnika gətirin, amma aşırın onu, qırıb tökün. Yalnız bu düşüncə irəli aparacaq. Yoxsa bir cəhd edib, büzülüb qaçacaqsınızsa, onda uğur sizlik deyil.

🔖Bir iş alınmadı, ya səhv tapıb yenidən cəhd edin ya da digər sahəyə keçin.

🗣️Həyatda əsas vurduğun zərbə deyil. Qəbul edə biləcəyin zərbələrdir. Yalnız onlar sənin kim olduğunu göstərir🗣️ 😉

"Otur yerində", "Sənlik deyil", " Noldu bəs, Ferrari alırdın?", "Bəs deyirdin burda yaxşı pul var?", "Biznes sənlik deyil, get fəhlə işlə" prodakşn təqdim edir 😂©


#uğur_qaydaları

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

23 Sep, 20:05


🦅🐦🐔Bir gün bir kişi qartal yumurtası tapıb toyuğun altına qoydu.

Balaca qartal toyuqlarla böyüyüb onlara oxşayırdı: onlar kimi qaqqıldayırdı, qurd axtarışında torpağı qazırdı, qanad çalırdı...

İllər keçdi. Bir gün artıq yetişmiş qartal səmada məğrur bir quş gördü.

Qartal sehrlənib soruşdu:

- Bu kimdir?
 
- "Bu bütün quşların padşahı qartaldır" - deyə qonşu ona cavab verdi. - "Cənnətə aiddir. Biz isə, toyuqlar, torpağa aidik."
 
Beləliklə, qartal toyuq kimi yaşadı və toyuq kimi öldü, çünki toyuq mənşəyinə inanırdı.

___
🔖Məna 1: İstəsəniz də, istəməsəniz də ətrafınız sizə təsir edir, həmişə bunu unutmayın.

🔖Məna 2: toyuqlar heç vaxt qartallar kimi düşünməyəcək, ona görə də toyuqlar qartalları heç vaxt anlamayacaq.


#uğur_qaydaları
#həkayələr
#hekayə #nağıl #kitab #məsəl #müdriklik

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost

Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri

21 Sep, 08:28


💧🔜 🌊

#fikirlər

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc

19,198

subscribers

50

photos

9

videos