Bir Könüllü

@birkonullu


Əgər sən də BİR könüllü olmaq istəyirsənsə www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və ailəmizin BİR üzvü ola bilərsən❗️

Bir Könüllü

15 Sep, 18:08


📢 Tələbələr üçün Part-Time Vakansiya: Satış Təmsilçisi!

Vakansiya tələbələr üçün xüsusi olaraq uyğundur, çünki siz həm təhsilinizə davam edə, həm də qazanc əldə edə bilərsiniz. Yüksək nəticələr göstərən əməkdaşlar sertifikatla da mükafatlandırılacaq. 👌

💸 Əmək haqqı: Satış performansınıza əsasən ortalama 500-1200 AZN aralığında.
🗓️ İş qrafiki: Həftənin 5 günü, gündə cəmi 4 saat (iş saatlarını dərs cədvəlinizə uyğun olaraq seçə bilərsiniz.)
İstirahət günləri: Həftənin 2 günü (istədiyiniz günləri seçə bilərsiniz.)

‼️ Qeyd: Ətraflı məlumat üçün 0506657746 nömrəsinə Watsapp vasitəsilə "İŞ" yazmağınız kifayətdir.

Hər kəsə uğurlar! 🙏🏻

Bir Könüllü

31 May, 15:31


"Bir" Tələbə - Könüllülər 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə keçirilən Uşaq Festivalında! 🤩

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda könüllülər əyləncə, rəqs, müxtəlif oyun və meydança zonaları üzrə fəaliyyətin təşkilində iştirak edəcək, festivala gələn qonaqların qarşılanması və yönləndirilməsinə dəstək olacaqlar.

🗓 Tarix: 1 iyun
Saat: 12:00-16:30
📍 Məkan: Heydər Əliyev Mərkəzi

Sən də festivalın böyük könüllü komandasında iştirak etmək istəyirsənsə, qeydiyyatdan keçməyə tələs: ↩️
https://forms.gle/nSmXm6dWCpffnca79

📌Qeyd:
1. Könüllülər forma ilə təmin olunacaq.
2.Könüllülərə onlayn sertifikat veriləcək.

Bir Könüllü

11 Apr, 13:06


Azərbaycan Respublikası Gənclər Fondu və “Bir Könüllü” Tələbə Təşkilatının birgə təşkilatçılığı, BP Azərbaycan, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu,SABAHHUB və Tedroid.com-un dəstəyi ilə “Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsi həyata keçirilir.🌎💡

🌟Maraqlı məqamlardan biri də qalib komandaları gözləyən mükafatdır.🎁

I yer - 2000 AZN
II yer - 1500 AZN
III yer - 1000 AZN

‼️Qeyd: Müsabiqəyə müraciət komanda və fərdi şəkildə aparılır və komanda tərkibi 10 nəfərdən ibarət olmalıdır. İştirakçıların hal-hazırda ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura səviyyəsində təhsil alması şərtdir.

📍Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
📆Tarix: 26-28 aprel
⚠️Son qeydiyyat tarixi: 20 aprel

Fərdi şəkildə müraciət üçün qeydiyyat üçün linki: https://forms.gle/ariLke23enkgwqTV7
Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA

Bir Könüllü

03 Apr, 15:38


🌱“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsini elan edirik!🚀

Azərbaycan Respublikası Gənclər Fondunun və bp Azərbaycanın dəstəyi ilə həyata keçiriləcək müsabiqə iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsi məqsədi daşıyır. 🌎💡

Hakaton formatında həyata keçiriləcək müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş mili prioritetin reallaşdırılması üçün nəzərdə tutulmuş məqsədlərə fokuslanacaq.

⭐️Müsabiqənin mükafatları:
I yer - 2000 AZN
II yer - 1500 AZN
III yer - 1000 AZN

Əgər sənin qeyd olunmuş milli proritet üzrə layihə ideyan varsa və daha yaşıl gələcək üçün innovativ və davamlı yanaşmaları təşviq etməyi hədəfləyən macəranın bir parçası olmaq istəyirsənsə, qeydiyyatdan keçməyə tələs!

‼️Qeyd: Müsabiqəyə müraciət komanda və fərdi şəkildə aparılır və komanda tərkibi 10 nəfərdən ibarət olmalıdır. İştirakçıların hal-hazırda ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura səviyyəsində təhsil alması şərtdir.

📍Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
📆 Tarix: 26-28 aprel
⚠️ Son qeydiyyat tarixi: 20 aprel

Fərdi şəkildə müraciət üçün qeydiyyat üçün linki: https://forms.gle/ariLke23enkgwqTV7

Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA

Bir Könüllü

30 Mar, 12:17


“Bir” tələbə-könüllülər "Neftçi" idman klubunda! 😍⚽️

Azərbaycan liqasının flaqmanı "Neftçi" ilə tələbə-könüllülər arasında yeni əməkdaşlıq başlayır. Sən də ölkəmizin futbol coşqusuna ortaq olub, yeni uğurlara birlikdə imza atmaq istəyirsənsə elə indi qeydiyyatdan keç!🚀

Qeyd edək ki, Neftçi PFK-nın oyunlarının təşkilində yaxından iştirak edib, Azərbaycan futboluna yeni ruh gətirəcək gənclər klub tərəfindən xüsusi hədiyyələrlə təltif ediləcək. 🤩

🔗Qeydiyyat linki: https://forms.gle/eHWstnJ4zQoZRSoWA

📢 Qeyd:
1. Yalnız məhdud sayda tələbə klub könüllüsü adını qazana biləcək.
2. Seçilən tələbələrin klubun bütün oyunlarında davamlı şəkildə iştirakı zəruridir.

Bir Könüllü

20 Dec, 05:52


Azərbaycan könüllüləri Prezident Seçkilərində müşahidəçi olacaqlar! 🤩

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 dekabr tarixli sərəncamına əsasən 07.02.2024 tarixində ölkəmizdə Prezident seçkiləri keçiriləcəkdir.

Tələbə-Könüllülər seçkilərdə vətəndaş nəzarətinin təşkili üçün seçkilərdə müşahidəçi qismində iştirak edəcəklər!🤩

Əziz tələbələr,tariximizin ən ali seçimini etmək üçün hər birinizi seçkilərdə iştiraka dəvət edirik⤵️

https://forms.gle/n3HTHMDSjuNEk7x56

Bir Könüllü

12 Dec, 17:34


Əziz Azərbaycan Könüllüləri, çoxdandır gözlədiyiniz o an gəlib çatdı!

13 dekabr tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçiriləcək.🤩

İştirak üçün qeydiyyatdan keçin: https://forms.gle/JbBSwLurhY895xvN6

‼️ Dərslərdən qayıb üzrlü hesab ediləcək.

#IVD2023 #AzərbaycanKönüllüləri #KönüllülərGünü #KönüllülükHəftəsi #VolunteersWeek23 #AKTİ #AzGF #GİN #HeydərƏliyevİli #HeydərƏliyev100il

Bir Könüllü

10 Dec, 15:27


Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunda" iştirak üçün məhdud sayda yer qaldı! 🤩

“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində keçirilən forumda könüllü fəaliyyətinin təşviqini həyata keçirən dövlət qurumlarının rəhbərlərinin, rəsmilərin və könüllülərin iştirakı nəzərdə tutulmuşdur. Eyni zamanda könüllülər üçün karyera sərgisi və Azərbaycan könüllüləri adından cənab Prezidentə ünvanlanacaq məktubun məruzəsi həyata keçiriləcəkdir. Forumda həmçinin ilin könüllüləri də mükafatlandırılacaqdır.

📅 Tarix: 13 Dekabr
Saat: 11:00-16:00
📍 Məkan: Bakı Konqres Mərkəzi

Sən də bu tədbirdə iştirak etmək istəyirsənsə, qeydiyyatdan keçməyə tələs⤵️
https://forms.gle/JbBSwLurhY895xvN6

📌Qeyd:
1. Könüllülər forma ilə təmin ediləcək.
2. Dərslərdən icazə alınacaq.
3. 12 dekabr 15:00-da Fəxri Xiyabana yürüşdə iştirak edəcək könüllülərin Həmrəylik Forumuna seçiminə üstünlük veriləcək.

Bir Könüllü

21 Nov, 08:59


Azərbaycan müəllimlərinin XVI qurultayında tələbə-könüllülər təşkilati məsələlərin həllində, qarşılama və yönləndirmədə iştirak edəcəklər! 😍

Qurultayın keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.

📆Tarix: 15-16 dekabr, 2023
Saat: 08:00-18:00
📍Məkan: Bakı Konqres Mərkəzi
🔗Qeydiyyat linki: https://forms.gle/aGzJKNkrXbda5XJH9

‼️QEYD:
1. Könüllülərin dərslərdən icazəsi təmin olunacaq.
2. Geyim qaydası qara şalvar, qara ayaqqabıdır.
3. İştirak etmiş könüllülərə sertifikat veriləcək.
4. Pedaqoji profilli tələbələrə üstünlük veriləcəkdir.

Bir Könüllü

17 Nov, 17:07


“Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə ölkəmizdə ilk dəfə məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunması məqsədi ilə xüsusi bir proqram olan “Məktəbli könüllü” fəaliyyətə başlayır. 🤩

Proqramın əsas məqsədi ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılması və könüllülük mədəniyyətinin şagirdlər arasında aşılanmasıdır. Proqram çərçivəsində məktəblilər üçün bir sıra maarifləndirici və inkişaf məqsədli fəaliyyətlərin təşkili nəzərdə tutulmuşdur.

📍İlkin mərhələdə Bakı, Sumqayıt və Xırdalan şəhərlərini əhatə edəcək proqram haqqında daha ətraflı məlumat və qeydiyyat üçün:

🔗 https://forms.gle/jY4cK2UxqNBQ7UgU7

#bir #birkönüllü #birkonullu #edugovaz #məktəblikönüllü

Bir Könüllü

16 Nov, 10:40


"Bir Könüllü" Tələbə Təşkilatının üzvləri üçün yeni fürsət! 🤩

Pasha Holdinqin 6 böyük maliyyə təşkilatlarından biri olan PashaPay tərəfindən üzvlərimiz üçün yaradılan yeni təcrübə fürsəti vasitəsi ilə öz kariyera inkişafınıza bir addım daha yaxınlaşa bilərsiniz. 📈

‼️Ətraflı məlumat və müraciət üçün aşağıdakı keçidə daxil ola bilərsiniz. Qeyd edək ki, qeydiyyatdan keçən hər bir tələbə ilə əlaqə saxlanılacaq və yaranan sualların cavablandırılması üçün şərait yaradılacaqdır.

🔗 Keçid: https://forms.gle/yxp71mULF2sqXW3m7

⚠️ Son müraciət tarixi: 1 dekabr 2023


#bir #birkonullu #birkönüllü #PashaPay #m10 #pashapay #təcrübə #tələbələr

Bir Könüllü

11 Nov, 15:11


Xeyriyyə tədbirində iştirak etmək, həmçinin minlərlə Azərbaycan gəncini bir araya gətirən "III Qələbə Yürüşünə” qoşulmaq istəyən tələbələrin diqqətinə! 🤩

Noyabrın 12-də, Gənclər və İdman Nazirliyi, Azərbaycanın Vətən müharibəsində qazandığı məşhur Zəfərə olan minnətdarlığını ifadə etmək məqsədi ilə "Qələbə qaçışı" adlı xeyriyyə tədbirini təşkil edir. Tədbir Dənizkənarı Milli Parkda təşkil olunacaq. ❗️Onuda qeyd edək ki, qaçışdan əldə edilən gəlir "Yaşat" fonduna ianə ediləcək.

📆 Tarix: 12.11.2023
🕐 Saat: 09:45
📍 Məkan: Dənizkənarı Milli Park (“Yeddi gözəl” fəvvarəsinin yanı)

Siz də bu böyük tədbirə qoşularaq Vətən Müharibəsinin əziz xatirəsinə ehtiramınızı bildirmək və Şəhid övladlarına dəstək olmaq istəyirsinizsə qeydiyyatdan keçməyə tələsin.↩️
https://forms.gle/HzSHkawTuLz9Xevp9

Qeyd:
1. Yürüş bitdikdən sonra əyləncə proqramı təşkil olunacaq.
2. Geyim qaydası sərbəstdir.

Bir Könüllü

02 Nov, 20:23


"Bir Könüllü" Tələbə Təşkilatı olaraq Zəfər Günü münasibəti ilə Xarıbülbül Yüksəkliyinə yürüş təşkil edirik! 🇦🇿❤️

Nature Discovery Azerbaijan tərəfdaşlığı ilə İkinci Qarabağ müharibəsində canından keçmiş bütün şəhidlərimizə ithafən ucaldılmış 2783 metr yüksəkliyə yürüşdə iştirak etmək istəyən tələbələr ətraflı məlumat əldə etmək və müraciət etmək üçün aşağıda yerləşdirilmiş qeydiyyat formuna keçid edə bilərlər.

🔗 Keçid: https://forms.gle/a9FdjLy1hbqDBfe78

⚠️ Son qeydiyyat tarixi: 3 noyabr 2023, 20:00

#bir #birkonullu #birkönüllü #xarıbülbül #xarıbülbülyüksəkliyi #yürüş #hiking