Əxlaq və Mərifət

@axlaq


Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları

Əxlaq və Mərifət

23 Oct, 06:47


Bəzən insanın beyninə pis fikirlər gəlir, belə ki adam həyatın mənasız olduğunu düşünür, hədəflərinə çata bilmədiyinə görə narahat olur, maddi vəziyyətində problemlər onu kədərləndirir və sairə. Bu halda nə etmək lazımdır?

Hər bir insanın sorağına istəmədən və heç bir səbəb olmadan mənfi düşüncələr gələ bilər. Buna görə də, bu fikirləri yoxlamaq və düzgün olub-olmadığını öyrənmək lazımdır.

⭕️ İstədiyiniz, amma əldə edə bilmədiyiniz arzularınızı bir yerə yazın, daha sonra, əldə edilməsi mümkün olmayan və gələcəkdə mümkün ola biləcək arzularınızı qeyd edin. Həyatınızdakı nemətləri və uğurlarınızı da oraya qeyd edin.

🌀 Çox güman ki, siz özünüzdə sizinlə eyni yaşda olanlardan heç nəyin az olmadığını görəcəksiniz.

🌍 Bəzən insanların özləri üçün nəzərdə tutduqları arzular və məqsədlər çox yüksək və əlçatmaz olur. Bəzən də insan məqsədlərinə çatmaq üçün kifayət qədər səy göstərmir. Buna görə də yaxşı olar ki, özünüz üçün real və əldə edilə bilən hədəf və məqsədlər qoyub planla, səylə və ümidlə onlara tədricən çatasınız.

🌐 Həyatın məqsədlərini yalnız maddi şeylərdə ümumiləşdirməyin.

👉 Məsələn, ailə qurmaq hər bir insanın həyatında ən iftixarlı məqsədlərindən və nailiyyətlərindən biri ola bilər. Odur ki, əgər hələ ailə qurmamısınızsa, onun maddi və mənəvi nemətlərindən bəhrələnmək üçün bu gözəl sünnə və ənənəyə əməl edin. Həyat yoldaşı və uşaq sahibi olmaq, onların gələcəyini insanın öz gələcəyinə bağlamaq insana ikiqat səy göstərməkdə daha çox güc bəxş edir.

🟤 Qarşısına ancaq maddi məqsədlər qoyan və hətta onlara nail də olan bəzi insanlar yenə də özlərini puç hesab edirlər. Bu onu göstərir insanın əsl itkisi və axtardığı şeylər maddiyyatdan başqa bir şeydir.

🕋 Allah-taala ilə münasibətinizi gücləndirin və bu həqiqəti həmişə yadda saxlayın ki, insanın maddi nailiyyətlərindən heç birini həmişəlik olaraq özü ilə götürməyir, əldə etdiyi maddiyyat ən geci ölüm zamanında insanın əlindən çıxır, hərçənd çox vaxt insan elə bu dünyada ikən maddi nailiyyətlərindən (sərvət, maşın, mülk və sairədən) məhrum olur.

🪐 Həmişəlik olaraq insanla birlikdə qalanlar niyyət, əqidə, əməl və davranışlardır.

t.me/axlaq

Əxlaq və Mərifət

22 Oct, 18:31


🕋 Qəlbin paklığının əhəmiyyəti.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

يَا كُمَيْلُ بْنَ زِيَادِ: إِنَّ هَذِهِ الْقُلُوبَ أَوْعِيَةٌ، فَخَيْرُهَا أَوْعَاهَا

"Ey Kumeyl ibn Ziyad! Qəlblər qablar kimidir. Buna görə də onların ən yaxşısı daha çox saxlaya bilənidir."

📚 Nəhcül-bəlağə 147-ci hikmət

🟢 Qəlblər ilahi qablardır və onlar üçün ən yaxşı qab ilahi elmdir. Həqiqi elm insanları dardüşüncəlilikdən və eqoizmdən uzaqlaşdırır.

🌍 Dünyəvi qabların həddi və məlum tutumu var, yəni dolu olanda həmin qabda başqa şeylərə yer qalmır. Amma elm belə deyil...
Elm qəlbi genişləndirir və tutumunu artıran qab kimidir.

🌐 Həqiqi elmlə qəlbə tutum vermək olur; Əgər insan elm yolunda olsa, elm onun qəlbinin genişlənməsinə səbəb olar, digər tərəfdən isə onu dar düşüncəlilik, eqoistlik və xudbinlikdən uzaqlaşdırar.
Bu, peyğəmbərlərin və ilahi övliyaların bəhrələndiyi "şərhi-sədr" (köksün genişlənməsi), yəni tutumun çoxalmasıdır.

⭕️ Allah eləməsin, məktəbdə və ya universitetdə başqalarının tərəqqi və inkişafına paxıllıq edən insanlar yetişdirilirsə, bu onların elmin həqiqətindən bəhrələnmədiyini göstərir.
Çünki həqiqi elm insana "Şərhi-sədr", yəni tutumu çox olan qəlb nəsib edir, bu isə yalnız qəlbin paklaşması və təharəti şərtilədir.

t.me/axlaq

Əxlaq və Mərifət

22 Oct, 11:19


⚠️ İbrətlər çox, ibrət götürənlər az.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

مَا أَكْثَرَ الْعِبَرَ، وَ أَقَلَّ الِاعْتِبَارَ

"İbrət və öyüdlər nə qədər də çoxdur, öyüd qəbul edən isə nə qədər də az!"

🌐 İbrət dedikdə keçmişdə və hal-hazırda baş verən hadisələr nəzərdə tutulur. İnsan səhvlərini düzəltmək üçün başqalarının həyatında baş vermiş hadisələrdən ibrət götürə bilər.

☑️ Həmçinin, ibrət odur ki, hal-hazırda olanları (hazırki vəziyyəti) keçmişdə təhlil edib, keçmişdə olanları hal-hazırda (hazırkı durumunda) biləsən."

📖 Qurani-kərim Yusif surəsinin 111-ci ayəsində buyurur:

لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِي الْأَلْبَابِ

"Onların başına gələnlərdə düşüncə sahibləri üçün ibrətlər vardır."

📖 Qurani-kərim ayələrindən bəlli olur ki, ibrətamiz hadisələr yalnız bəşərin tarixi ilə bağlı deyil, ümumiyyətlə, varlıq aləmində baş verən bütün hadisələrdən ibrət götürmək olar.

➡️ Payız fəslində ağacın saralmış yarpaqları mülayim küləyin əsməsilə ağacdan yerə düşür və bir az geriyə qayıtsaq, bahar fəslində həmin ağacın yaşıl yarpaqları güclü külək əsəndə belə yerə düşmür, hətta güclü külək ağacı yerindən qoparır, amma yarpaqları budaqların üzərində qalır. Təbiətin əsrarəngiz hadisəsindən ömrümüzün gənclik və qocalığını gözümüzün önündə canlandıra bilərik.

➡️ Şahların viran olmuş sarayları, səs-səmirsiz qəbiristanlıqlar, zəngin insanların miras qalmış var-dövlətlərinin övladları tərəfindən talan olunması, bütün bunların hamısı insan üçün öyüd və ibrətdir.

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:

كان أكثر عبادة أبي ذر التفكر والاعتبار

“Əbuzərin ən çox ibadəti təfəkkür etmək və ibrət götürmək idi."

📚 Biharul-ənvar 68-ci cild 323-cü səhifə

t.me/axlaq

Əxlaq və Mərifət

22 Oct, 06:18


🔥 Təkəbbürlük təhlükəsi.

📖 Qurani-kərim Nəhl surəsinin 23-cü ayəsində buyurur:

لَا جَرَمَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ إِنَّهُ لَا يُحِبُّ الْمُسْتَكْبِرِينَ

"Şübhə yoxdur ki, Allah onların gizli saxladığından da, aşkara çıxartdığından da xəbərdardır. O, təkəbbürlü olanları sevmir."

🔆 Bütün insanlar Allahın bəndəsidir və Allah-taala hər kəsin vücudunda istedadlar yerləşdirmişdir.

🌍 Hamı bir ata-anadan (Adəm və Həvvadan) meydana gəlib və hər kəs yaradılış baxımından eynidir. Buna görə də hər hansı bir insanın özünü başqalarından üstün sayması, bununla fəxr etməsi və qarşısındakını kiçik saymasına heç bir əsas yoxdur.

Əgər Allah-taala ona xüsusi nemət veribsə, bu nemət şükür və təvazökarlığa səbəb olmalıdır, təkəbbür və lovgalığa yox.

🌐 İnsan o qədər zəif və acizdir ki:

👉 Xırda ağcaqanad da ona əziyyət verir və hətta ağcaqanaddan kiçiyi, yəni gözlə görülməyən mikrob canına xəstəlik salır və yatağa yıxır.

👉 Hava bir az qızan kimi haldan düşür, soyuduqda isə əziyyət çəkir.

👉 Əgər bir müddət yağış yağmasa bədbəxt olur, normadan çox yağış yağsa, sel-su hər yeri aparır və insan yenə bədbəxt olur;

👉 Qan təzyiqi bir az artan kimi həyatı təhlükəyə düşür, yaxud əksinə, təzyiqi düşən kimi ölüm ehtimalı çoxalır.

👉 Bir saat sonrakı taleyindən xəbərsizdir, ömrünün son anını əsla bilmir, ən yaxın dostları bəzən qatilinə çevrilir, ən əziz insanları can düşməni olur, həyat mənbəyi olan su bəzən ölüm amilinə çevrilir, ona həyat və sevinc bəxş edən nəsim külək bir az bərk əssə, tufana çevrilib evini başına yıxır.

🟦 Bu halda sən necə və hansı əsasla böyüklük iddiası edib təkəbbür libasını əyninə geyinə bilərsən?!

🕋 Əzəmət və ucalıq yalnız Allah-taalaya məxsusdur, Ondan başqaları isə zəif və acizdirlər.

t.me/axlaq

Əxlaq və Mərifət

21 Oct, 18:40


إنَّ رسولَ اللَّهِ صلى اللَّه عليه و آله بَعثَ سَرِيّةً ، فلَمّا رَجَعوا قالَ: مَرْحَباً بقَومٍ قَضَوُا الجِهادَ الأصْغَرَ وبَقِيَ علَيهِمُ الجِهادُ الأكْبَرُ . قيلَ: يا رسولَ اللَّهِ ، وما الجِهادُ الأكْبَرُ ؟ قالَ: جِهادُ النَّفْس

Allahın Rəsulu (səllAllahu əleyhi və alih) bir dəstəni müharibəyə göndərmişdi, onlar döyüşdən qayıtdıqda onlara buyurdu: "Kiçik cihadı yerinə yetirən və qarşıda onların üzərində böyük cihad (vəzifəsi) olanlara əhsən olsun!"
Soruşdular: "Ey Allahın Rəsulu, böyük cihad nədir? Allahın Rəsulu (s) buyurdu: Nəfslə cihad."

📚 Əl-Kafi 5-ci cild 12-ci səhifə

@axlaq

Əxlaq və Mərifət

21 Oct, 10:30


📚 Elm nuru ləyaqətsiz adamlara verilməz.

📝 Əmirəlmöminin Əli əleyhissalam elmin aliliyinə işarə edərək buyurur:

إذا أرذل الله عبداً حظر عليه العلم

"Allah bir bəndəni (günahı nəticəsində) alçaldanda elm və biliyi ona qadağan edər."

🕋 Şübhəsiz ki, Allah-taala həm hikmət sahibidir, həm də ədalətlidir. Allah heç bir zaman ədalət və hikmətinin ziddinə bir iş görməz. Odur ki, bəndə heç bir səbəb olmadan alçalmaz.

🔥 Bəndənin alçalmasına səbəb onun etdiyi günahlardır. Yəni, insan günah nəticəsində Allahın dərgahından (mərhəmət və lütfündən) kənarlaşır və ən böyük müsibət də elm nurunun ondan alınmasıdır.

⚠️ İnsanın elmə (xüsusilə mənəvi elmlərə), alimlərin əxlaqından, mənəviyyatından və elmindən bəhrələnməyə marağı olmadıqda bilməlidir ki, bu etinasızlıq günah və qəlbin qaralması nəticəsində əmələ gəlib.

🔆 Elm bir nurdur və mənəviyyatı sağlam olan əxlaqlı insan heç zaman nurdan qaçmaz.

⚫️ Yarasa xislətli insanlar nurdan (elmdən) qaçıb gecənin zülmətində (cəhalətdə) hərəkət edirlər.

📖 Qurani-kərim Mücadilə surəsinin 11-ci ayəsində ən uca məqamın möminlərə və alimlərə məxsus olduğunu bəyan edərək buyurur:

يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ

"Allah sizdən iman gətirənlərin və xüsusilə də elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin."

Bəli, Allah-taala bu fəzilət və dəyəri mənəviyyatsız və təqvasız adamlardan günahlarına görə almışdır.

t.me/axlaq

Əxlaq və Mərifət

21 Oct, 07:17


Təxirə salmaq bəlası.

⭕️ İnsanı bədbəxtliyə sürükləyən şeytani vəsvəsələrdən biri də "təsvif"dir. Yəni, insan etdiyi xətaları və səhvləri dərk edir, amma həmin səhvləri və xətaları düzəltməyi təxirə salır.

📝 İmam Məhəmməd Baqir əleyhissalam buyurur:

"Təsvifdən – işlərinizi (xətaları islah etməyi) təxirə salmaqdan çəkinin, çünki təsvif (təxirə salmaq) bir çoxlarını özündə boğan dənizə bənzəyir."

📚 Biharul-ənvar 75-ci cild 164-cü səhifə

📝 Əmirəlmöminin Əli əleyhissalam qəflətdə olanlar haqqında buyurmuşdur:

"Şeytan onlara hakim olub (onları ələ keçirib), günahlarını nəzərlərində zinətləndirib (yaxşı qələmə verib), tövbələrini arzularla (xəyallarla) təxirə salıb."

📖 Qurani-kərim Nisa surəsinin 120-ci ayəsində şeytanın vəsvəsəsi haqqında belə buyurur:

يَعِدُهُمْ وَيُمَنِّيهِمْ ۖ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا

"Şeytan onlara (yalançı) vədlər verir, başlarını arzularla qarışdırır. Şeytan onlara aldadıcı vəddən başqa heç nə vermir."


📖 Qurani-kərim Nisa surəsinin 18-ci ayəsində isə belə buyurur:

وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّىٰ إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُولَٰئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

"Daim günah edib ölümləri çatan zaman "mən indi tövbə etdim" deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır."

☑️ Bəli, məhz şeytanın vəsvəsələri nəticəsində insan xətaları düzəltməyi, günahlardan tövbə etməyi günü-gündən təxirə salır və bir də o vaxt ayılır ki, artıq ölüm onu haqlayıb, nə tövbə etməyə fürsət var, nə də xətaları düzəltməyə.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Uzun arzularla (xam xəyallarla) tövbəni təxirə salanlardan olma."

t.me/axlaq

Əxlaq və Mərifət

21 Oct, 01:36


🔰 Qurani-kərimdə əxlaq.

💢 Əməllərimizə nəzarət edək.

📖 Qurani-kərim Haqqə surəsinin 18-ci ayəsində buyurur:

يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَي مِنكُمْ خَافِيَةٌ

"O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz məxfi qalmayacaqdır."

🔷 Qiyamət günündə bütün insanlar Allahın hüzuruna gətiriləcək və dünya həyatında etdikləri əməllərin hamısının hesabını verəcəklər.

☑️ İnsan şəxsiyyətinin bütün gizli nöqtələri Qiyamət günü açılar. İnsanın həqiqi kimliyi üzə çıxar.

✔️ Qiyamət günü insanın yaxşı və pis əməlləri, düşüncə və məqsədləri, nöqsan və kamillikləri üzə çıxacaq, aydın şəkildə göstəriləcək.

⚠️ Elə isə ⬇️

➡️ əməllərimizə diqqət edək. Çünki heç bir əməlimiz gizli qalmayacaq.

t.me/axlaq

Əxlaq və Mərifət

20 Oct, 07:54


🔥 Qəzəbin qarşısını alın!

📖 Qurani-kərim Ali-İmran surəsinin 134-cü ayəsində buyurur:

الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ

"(Möminlər) imkanlı vaxtlarında da, yoxsul vaxtlarında da Allah yolunda xərcləyən, qəzəblərini udan, insanların xətalarından keçən (əfv edib bağışlayan) şəxslər(dirlər)! Allah yaxşılıq edənləri sevər."

💥 Qəzəb və əsəbin törətdiyi nəticələr olduqca ziyanvericidir.

🔰 "Bir nəfər Həzrət Muhəmmədin (s) hüzuruna gəlib dedi:

"Ey Allahın Rəsulu, mənə fayda verəcək bir nəsihət edin."
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

انطلق ولا تغضب

"Get və heç vaxt qəzəblənmə."

O kişi yenə nəsihət etməyi xahiş etdikdə Həzrət Muhəmməd (ə) buyurduğu kəlamı bir daha təkrar etdi və beləliklə, üçüncü dəfə yenə təkrar etdi."

📚 əl-Kafi 2-ci cild 303-cü səhifə

🔰 Başqa bir hədisdə deyilir:

Bir nəfər Həzrət Muhəmmədin (s) hüzuruna gəlib nəsihət olunmasını xahiş etdi.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih ona buyurdu:
"Çalış heç vaxt qəzəblənmə."
Həmin adam öz qəbiləsinə qayıtdı. Qəbiləsi arasında mübahisə yaranmiş və bir-birinə qarşı düşmənçilik edirdilər. O da əlinə silah alıb düşmən olduqları tərəfdə mübarizə etmək istədikdə yadına Həzrət Muhəmmədin (s) hədisi düşdü və silahı yerə atıb qarşı tərəfə dedi: "Ey camaat! Əgər bizim tərəfimizdən sizə zərər, ziyan dəyibsə, qətl hadisəsi baş veribsə, mən öz malımdan dəymiş ziyanın haqqını ödəməyə hazıram."
Qarşı tərəf həmin şəxsin cavabında dedi: "Aramızda nəsə olubsa, biz sizə bağışlayırıq və əfv edirik."
Beləliklə, iki tərəf arasında yaranmış münaqişə sülh yolu ilə həll oldu."

📚 əl-Kafi 2-ci cild 304-cü səhifə

📝 İmam Məhəmməd Baqir əleyhissalam buyurur:

"Qəzəbdən daha pis nə ola bilər? İnsan qəzəbli olduqda günahsız insanları belə qətlə yetirər və pak qadınlara iftira belə yaxar."

📚 əl-Kafi 2-ci cild 304-cü səhifə

Yer üzündə tökülən qanların bir çoxunun mənşəyi qəzəbin tüğyan etməsidir. Bir çox boşanmalar, cinayətlər məhz qəzəb üzündən baş verir.

t.me/axlaq

Əxlaq və Mərifət

19 Oct, 07:40


🔰 Tərbiyənin başlanğıcı mərifət və elmdir.

Əxlaq və Mərifət

19 Oct, 07:39


🔆 Tərbiyənin başlanğıcı mərifət və elmdir.

🌳 İnsanın tərbiyəsi ağac becərməyə bənzəyir. Bu meydana ayaq basan hər bir insan torpağa yeni ağac qələmi (fidanı) basdıran insana bənzəyir.

👉 Yəni hər şeydən əvvəl o fidanın hansı ağacın fidanı olmasını, bacarığının nə dərəcədə olmasını, ətraf mühitin (torpaq, su, hava, günəş şüaları...) ona necə təsir göstərməsini, hansı maddələrin onun inkişaf etməsinə kömək göstərə bilməsini, nə qədər suya və gübrəyə ehtiyacı olmasını və s. özəlliklərini dəqiq bilməlidir.

Bu ağac fidanının nə olduğunu və hansı xüsusiyyətlərə malik olmasını bilməsək onun becərilməsi barədə danışa bilmərik.

⭕️ İnsan nəfsinə də belə yanaşmalıyıq. Hərçənd ki insan nəfsi daha çox mürəkkəbliklərə malikdir. Nəfslə bağlı ixtiyar, iradə, meyil və s. özəlliklərə müraciət etməliyik ki, bu da onu maddi və sadə varlıqlardan fərqləndirir.

🟩 Əxlaq elmi bizə nəfsin tərbiyə olunmasının keyfiyyətini, yollarını və üsulunu çatdırır. Bu, əxlaq elminin üzərinə düşən vəzifədir.

🔰 İnsanın islahı və nəfsin tərbiyəsinin birinci mərhələsi mərifət və tanımaqla başlayır. Yəni nəfsin nə olması, əxlaq elmində araşdırılması üçün hansı istedadlara malik olması, hansı inkişaf mərhələlərini keçmək məcburiyyətində olması, hansı yaxşı vərdişlərə yiyələnməli, hansı pis vərdişlərdən çəkinməli olduğu, hansı işin yaxşı, hansı işin pis olduğu bilinməlidir.

t.me/axlaq

Əxlaq və Mərifət

19 Oct, 02:04


💠 Rahatlıq və aramlığın mənşəyi.

📖 Qurani-kərim Rəd surəsinin 28-ci ayəsində buyurur:

الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

"Bunlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.

🔰 Bu ayədə söhbət Allahın yad edilməsinin qəlb rahatlığına olan təsirindən gedir.

🟩 Elə bir rahatlıq ki, insanı büdrəmələrdən çəkindirir və ona əxlaqi fəzilətləri aşılayır.

💠 Bu misilsiz rahatlıq ona görədir ki, bəzi hallarda gələcəklə bağlı olan qaranlıq və gizlinləri aradan qaldırır.
👉 Məsələn, nemətlərin əlindən çıxması, xəstəliklərin əlində əsir qalması, çarəsizlik, bacarıqsızlıq, uğursuzluq və bu kimi gələcəklə bağlı narahatlıqları aradan qaldırır.

🌍 Bəzi hallarda isə insanın həyatının keçmiş qaranlıq səhifələri onun fikrini özünə cəlb edir. Bu halda da dünyapərəstlik, dünyaya bağlılıq, zənnə qapılmaq, vahimələr, ölüm qorxusu, deputat, əsəbilik və s. qəlb rahatlığına mane olan amillər ola bilər.

🔥 Paxıllıq, həsəd, hərislik, kin və bu kimi səbəblər də insanın rahatlıq tapmasına əngəl olur.

🕋 Allah-taalanı yad etmək qəlbə aramlıq bəxş edir. O Allahı ki, hər bir çətinlik Onun qüdrəti qarşısında asan, hər bir dolaşıq iş Onun iradəsi ilə sadədir.

🕌 Bəli, belə bir Allahı yad etmək qəlblərin rahatlıq amili, əxlaqi fəzilətlərin inkişaf səbəbidir.

🟦 Bir məsələyə diqqət etmək lazımdır ki, xatircəm və arxayın nəfs həmin nəfsdir ki, Allah-taala ona xitab edərək Qurani-kərimin Fəcr surəsinin 27-30-cu ayələrində belə buyurur:
"Ey arxayın və xatircəm nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin sıralarına daxil ol! Cənnətimə daxil ol!"

t.me/axlaq

Əxlaq və Mərifət

18 Oct, 06:48


🌐 Dünya həyatı bizə verilmiş fürsətdir. Biz bu fürsətdən istifadə edərək əbədi həyatımızı yaratmalıyıq.

Qəflət yuxusuna dalmayaq, yoxsa birdə görəcəyik ki, ömür bitmiş və biz bu dünyadan köçməliyik.

📝 Həzrət Əli əleyhissalam ordu ilə tarixi Mədain şəhərinin kənarından keçərkən Kəsra sarayının viran olmuş xarabalıqlarını müşahidə edirdi və elə bu vaxt o Həzrətin (ə) yanında olan bir nəfər bu şeiri oxuyur:

جرت الرياح على رسوم ديارهم فكأنهم كانوا على ميعاد

"Zamanın küləkləri diyarlarının üzərindən elə əsib evlərini elə viran etdi ki, sanki onların gedəcəkləri vədəli yerləri varmış."

📝 Əmirəlmöminin Əli əleyhissalam onun şerini dinlədikdən sonra belə buyurdu:

📖 Niyə bu ayələri (Duxan surəsinin 25-29-cu ayələrini) oxumadın?

كَمْ تَرَكُوا مِنْ جَنَّاتٍ وَعُيُونٍ
وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ
وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ
كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ
فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنْظَرِينَ

"Onlar özlərindən sonra neçə-neçə bağlar, çeşmələr qoyub getdilər.
Əkinlər, möhtəşəm yerlər (məqamlar). Və içində qərq olduqları çoxlu nemətləri.
Bax belə oldu! Biz başqalarını onların (mal və mülklərinin) varisi etdik.
Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi."

📚 Biharul-ənvar 32-ci cild 422-ci səhifə

t.me/axlaq

Əxlaq və Mərifət

17 Oct, 19:06


🌍 Sıxıntı və çətinliklər zamanı Allaha təvəkkül edin.

📖 Qurani-Kərim Təğabun surəsinin 11-ci ayəsində buyurur:

مَا أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ وَمَن يُؤْمِن بِاللَّهِ يَهْدِ قَلْبَهُ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

"Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir."

🕋 Mömin şəxs Allahın elm, hikmət və mərhəmətinə inandığına görə bilir ki, dəlil, hikmət və ədalət olmadan heç kimə bəla və müsbət üz verməz.

Allahın elm və iradəsinə imanı olan şəxs hadisələr qarşısında səbir, təvəkkül və ümidini əldən vermir.

🌐 Sıxıntı, müsibət və çətinliklərə düçar olmuş möminlərə Allah-taala tərəfindən əlac və çıxış yolları göstərilir, yaxud da dözüm, müqavimət və səbirlilik ilham edilir.

t.me/axlaq