Alo Karyera | Karyera fürsətləri

@alokaryera


Karyeran üçün hər gün bir fürsət!

Alo Karyera | Karyera fürsətləri

26 Sep, 10:31


🔊 Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "İşgüzar söhbətlər" layihəsi çərçivəsində "Data Science’da karyera" adlı ödənişsiz vebinar keçiriləcək.

Bu vebinarda, "Data Science" üzrə karyera qurmağın yollarını, lazım olan bacarıqları, müvafiq resursları və praktiki tövsiyələri öyrənəcəksiniz.

🎙️ Spiker qismində Data Science Academy və QSS Analytics LLC-nin təsisçisi Etibar Hüseynli iştirak edəcək. O, Data elmləri sahəsində geniş təcrübəyə malikdir, 300-dən çox mütəxəssisə təlim və konsultasiya verib, R, Python və Tableau kimi proqramlaşdırma dillərində müxtəlif layihələr icra edib.

📌Vebinar kimlər üçün uyğundur?

🔸 "Data Science" sahəsinə yeni başlayanlar
🔸 Karyerasını dəyişdirmək istəyənlər
🔸 Gənclər, tələbələr məzunlar və s.

📍 Məkan: Zoom
🗒️ Tarix: 30 Sentyabr
🕖 Saat: 19:00

Qeydiyyat üçün: https://forms.gle/345dF9wCFjpw26X99

➡️ Qeydiyyat üçün son tarix 30 sentyabr 14:00

#İşgüzarSöhbətlər | #KaryeraMəsləhəti | #Vebinar | #DataScince

Alo Karyera | Karyera fürsətləri

23 Aug, 17:02


📢 Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində 26 avqust, saat 19:00-da ödənişsiz "Adaptasiya bacarıqları: Dəyişən iş şəraitinə sürətlə uyğunlaşma" vebinarı keçiriləcək.

🎙️ Layihənin budəfəki buraxılışının qonağı peşəkar karyera məsləhətçisi, Mərkəzi Karyera filialının şöbə müdiri Pərviz Əfəndizadə, moderator isə Mərkəzi Karyera filialının əməkdaşı Arzu Xəlilova olacaq.

Vebinara iş mühitində çeviklik və adaptasiya bacarıqlarını inkişaf etdirmək istəyən, dəyişikliklərə tez uyğunlaşmağı hədəfləyən mütəxəssislər və karyera inkişafı üçün addım atmaq istəyən hər kəs qoşula bilər.

📍 İştirak onlayn qeydiyyat linki üzərindən aparılacaq və qeydiyyatdan keçən şəxslərə elektron poçt vasitəsilə vebinara qoşulmaq üçün keçid göndəriləcək.

📅 Qeydiyyat üçün son tarix: 26 avqust 14:00

➡️ Qeydiyyat linki: https://forms.gle/SXQKsfW1mHsQAkBQ7

#İşgüzarSöhbətlər | #KaryeraMəsləhəti | #Vebinar | #AdaptasiyaBacarıqları

Alo Karyera | Karyera fürsətləri

27 Jul, 18:52


#Vakansiya #İşVar

Yeni layihəmizlə bağlı #Ödənişli Təcrübə Proqramı:

1. SMM Menecer
2. Qrafik Dizayner.

Futbolu bilən, futbolla bağlı həvəskar səviyyədə də olsa, təcrübəsi olan namizədlər CV və portfoliosunu [email protected] ünvanına göndərsin. Uğurlu namizədlərə daimi iş təklif olunacaq.

Qeyd 1: Son müraciət tarixi: 29 iyul 2024.
Qeyd 2: Müraciətlərin çoxluğuna görə namizədlərin hər birinə geridönüş edilməyə bilər.

Alo Karyera | Karyera fürsətləri

18 Jul, 08:49


Tələbələr üçün möhtəşəm fürsət!

PAŞA Holding tərəfindən təşkil olunan 3-cü "Əlaçı" Təqaüd Proqramına qeydiyyat açıq elan edilib!

Artıq 3-cü ildir ki, Proqramın təşkilində birbaşa iştirak etdiyim üçün deyə bilərəm ki, seçiləcək tələbələri inkişaf dolu möhtəşəm bir proses gözləyir. Odur ki, kriteriyalara uyğun gələn tələbələri öz şansını yoxlamağa çağırıram.

Ətraflı məlumat üçün sayta keçid edə bilərsiniz:
https://elachi.az

hashtag#Əlaçı

Alo Karyera | Karyera fürsətləri

27 Jun, 08:22


🔊 Tələbələr və iş axtaranlar üçün ödənişsiz karyera fürsətləri!

Alo Karyera Dəstək Xidməti - onlayn karyera məsləhətindən elə indi faydalan!

Belə ki, konsultasiya zamanı:

🔹 Karyera planlaması
🔹 Peşəkar məqsədlərin təyini
🔹 Özünü tanıma
🔹 Düzgün iş axtarışı üsulları
🔹 Peşəkar formada CV hazırlanması
🔹 İstək məktubunun hazırlanması
🔹 İş müsahibəsinə hazırlıq

mövzularında peşəkar karyera məsləhətçisindən dəstək əldə edə biləcəksiniz.

📌 Konsultasiyaların sayı sizin ehtiyacınıza uyğun olaraq müəyyənləşdirilir və xidmət təmamilə ödənişsizdir.
📌 Qeydiyyatdan keçdikdən sonra 14 iş günü ərzində sizinlə əlaqə saxlanılır.

Qeydiyyat linki: https://dma.gov.az/layiheler/alo-karyera-muraciet

Uğurlar!

Alo Karyera | Karyera fürsətləri

12 Jun, 05:16


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində #işvar

https://jobs.glorri.az/corporate/vacancies/idda/idda-aparici-mehsul-meneceri-1?source=linkedin

Alo Karyera | Karyera fürsətləri

07 Jun, 14:16


Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində 12 iyun saat 19:30-da "Şirkətin yaradılması prosesi: Biznes ideyasından şirkətə çevrilmə" adlı ödənişsiz vebinar təşkil ediləcək.

🎙️ Vebinarda spiker qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ekol Vəkil Bürosunun direktoru Emin İsayev iştirak edəcək.

Tədbirdə şirkətin qurulması prosesində istifadə oluna biləcək müxtəlif hüquqi strukturların izahından, şirkətin yaradılması prosesinin mərhələlərindən, müqavilələrin və iş üçün lazım olan sənədlərin hazırlanmasından, şirkətin riayət etməli olduğu vergi qanunlarından və digər mövzulardan bəhs ediləcəkdir.

📍 Tədbir "Zoom" platformasında təşkil olunacaq.

Vebinarın keçiriləcəyi gün "Zoom" linki e-poçtunuza göndəriləcək.

📅 Qeydiyyat üçün son tarix: 11 iyun 13:00

➡️ Qeydiyyat üçün keçid: https://forms.gle/zYMNBAsnKDzEWRCXA

#İşgüzarSöhbətlər #KaryeraMəsləhəti #Vebinar

Alo Karyera | Karyera fürsətləri

07 Jun, 11:04


Gəncsən və özünü iş mühitində sınamaq üçün könüllülük proqramı axtarırsan?

Səni böyük Unibank komandamıza dəvət edirik! 🤩

3 aylıq könüllü proqramında səni nələr gözləyir?📈

🔸 bankdaxili təlimlər
🔸 karyera yüksəlişi imkanı
🔸 bank təcrübəsi
🔸 bankın sosial layihələrində iştirak imkanı
🔸 yeni dostluqlar və “networking” yaratmaq imkanı

Əgər bank sektorunda təcrübə qazanmaq və dərin biliklərə
yiyələnmək istəyirsənsə, elə indi müraciət et:
👉 https://unbk.az/3UWcBWs

Hər kəsə uğurlar! ✌️

Alo Karyera | Karyera fürsətləri

07 Jun, 11:02


Biliklərini gənclərlə paylaşaraq təcrübə qazanmaq istəyən bacarıqlı gənclər sizə şad xəbərimiz varrr 😎📣

Sabunçu Gənclər Evi təcrübə proqramını elan edirrr 📌🤙🏻

Dəyərli, Gənclər! 🔰
🔸 İnformasiya Texnologiyaları;
🔸 Xarici dil;
🔸 Rəqs;
🔸 Rəsm;
🔸 Fənnlərin tədrisi;
🔸 Qrafik dizayn;
🔸 İnformatika;
🔸 Məntiq;
🔸 Mühasibatlıq;
🔸 Psixologiya;
🔸 Sənədlərlə iş;
🔸 Ofis proqramları üzrə təcrübənizi artırmaq üçün Sizə fürsət yaradırıq

3 ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramını uğurla bitirən hər bir gənc sertifikat və şəhadətnamə ilə təltif olunacaqdır ✔️

Təcrübə proqramına qoşulmaq üçün link 🔰
https://bit.ly/4aGJOLy

Alo Karyera | Karyera fürsətləri

07 Jun, 11:01


DOST Agentliyində vakant vəzifəyə qəbul elan edilir

Struktur bölmənin adı:
Hüquq departamenti / Normativ hüquqi təminat şöbəsi
Vakansiya: Mütəxəssis

İşin təsviri:
• Yeni hüquqi aktların tətbiqinin təşkili, icra vəziyyətinin öyrənilməsi və nəticələrinin təhlil edilməsi;
• Hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və hüquqi akt layihələrinin hazırlanması;
• Daxil olan hüquqi akt layihələrinin ekspertizasının həyata keçirilməsi, rəyin verilməsi;
• Müvafiq sahələrdə xidmətlərin göstərilməsi üzrə qayda, prosedur və standartların hazırlanması;
• Hüquqi aktların tətbiqi (o cümlədən kolliziya halları) ilə bağlı metodiki köməkliyin göstərilməsi üzrə zəruri tədbirlərin görülməsi.
• Fəaliyyət istiqamətinə uyğun olaraq hesab, arayış və təhlillərin hazırlanması habelə digər zəruri funksiyaların yerinə yetirilməsi.

Alo Karyera | Karyera fürsətləri

07 Jun, 11:00


🎉Azərbaycan Skautlar Assosiasiyası sizi 16-20 oktyabrda, Yunanıstanda🇬🇷 keçiriləcək Avropa Dayanıqlılıq Forumunda iştirak etməyə dəvət edir!
Azərbaycanı təmsil etmək üçün 2 nəfər dayanıqlı inkişaf məqsədləri sahəsində təşkilata töhvə vermiş böyükyaşlı üzvlər seçiləcəkdir.

Ətraflı məlumat və qeydiyyat üçün keçid:
🌐 https://scout.az/2024/05/31/esf/

Alo Karyera | Karyera fürsətləri

07 Jun, 11:00


🇧🇬 Bolqarıstanda uzun müddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 1 nəfər iştirakçı axtarılır!

Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır.

Layihənin tarixləri: sentyabr 2024 - iyul/sentyabr 2025
Müddəti: 10/12 ay
Yeri: Pazarcik

Müraciət üçün kriteriyalar:
- 18-30 yaş aralığı
- orta səviyyədə ingilis dili (ən azı)
- müvafiq sahə üzrə işləmək həvəsi

➡️ Layihə barədə ətraflı məlumat və müraciət anketinə keçid üçün saytımıza daxil olun.
📍https://bfngo.az/esc/

➡️ Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz.
Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq.

DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmır.

Son müraciət tarixi: 30.06.2024

Alo Karyera | Karyera fürsətləri

03 Jun, 07:55


"Karyera kompası" fərdi konsultasiya xidməti layihəsinin növbəti görüşünü gözləyən gənclərin nəzərinə!

6️⃣ iyun tarixində baş tutacaq görüşdə siz peşəkar karyera məsləhətçiləri Sura Əzizli və Mikayıl Tağıyevin köməyi ilə karyera xəritənizi hazırlayacaq, karyeranıza yön verəcək və düzgün iş axtarış alətləri ilə tanış olacaqsınız.

🧭Layihədə iştirak edərək karyeranızın kompasının düzgün istiqamətini bizimlə müəyyən edin!

Müraciət üçün link: https://bit.ly/karyerakompası

Son müraciət tarixi: 5 iyun, saat 10:00

Layihə Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

#AzGF #DMA #GİKM #KaryeraKompası

Alo Karyera | Karyera fürsətləri

31 May, 12:15


“Gələcəyi Yazanlar” təqaüd proqramına qeydiyyat başladı! 🤩

Kontakt x Div Academy tərəfdaşlığı ilə həyata keçirilən proqramda iştirakçılar innovativ sahələrdə %60 və ya %40 təqaüdlü təhsil alacaq.

Həssas əhali qrupu isə %100 təqaüdlə təhsil alacaq.

🦾 İştirakçılar nə əldə edəcək?

— Peşəkar mütəxəssislərdən təhsil alma imkanı
— Tədrisi bitirdikdə nüfuzlu şirkətlərdə iş və ya təcrübə proqramına yönləndirmə
— Karyera mərkəzinin fəaliyyətindən ödənişsiz istifadə
— Sahənin mütəxəsissləri və HR-larla görüşlərdə iştirak
— 24/7 açıq mərkəzdə öyrənmə imkanı

ℹ️ Müraciət etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keç!

https://forms.gle/npKsKGizs3ZgbRW49

Son müraciət tarixi: 15 iyun

Alo Karyera | Karyera fürsətləri

31 May, 12:13


Gənclərin Həmrəyliyi İctimai Birliyinə üzv olmaq üçün müraciətlər davamlı olaraq qəbul edilir. Təşkilata üzv olmaqla təşkil olunmuş fəaliyyətlərdə iştirak etmək fürsəti əldə edəcəksiniz.

Üzv olmaqla əldə edəcəyiniz fürsətlər:
- Təlim və təcrübə proqramlarında iştirak və inkişaf imkanları;
- Şəbəkələşmə fürsəti;
- Sosial və ictimai iştirakçılığın təşviqi;
- Yerli və beynəlxalq layihələrdə iştirak;
- Müxtəlif istiqamətlərdə bilik və bacarıqlarınızı artırmaq imkanı və s.

Qeydiyyat və əlavə məlumat üçün:
https://forms.gle/4g6PVJGGima4gCkE8

#GHIB #YSPU

Alo Karyera | Karyera fürsətləri

31 May, 12:13


Fərqlilik yaratmağa hazırsınızmı?🌟

“Vişeqrad Ölkələrinin Təcrübəsi ilə Digiuth Onlayn Təlim Platformasının İnkişaf Etdirilməsi” layihəsinın Mentorluq Proqramına mentorlar axtarılır!

Seçilmiş mentorlar Digiuth platforması vastisəsi ilə təhsil, IT, gənclərlə iş, startap, marketinq, maliyyə, ictimaiyyətlə əlaqələr, mühəndislik, insan resursları və s. kimi müxtəlif sahələrdə mentorluq axtaran şəxslərlərə görüşlər keçirəcək, onlara karyera planlamasında və şəxsi inkişafda yol göstərəcəklər. Proqram çərçivəsində, 6 ay ərzində aktiv mentorluq göstərən hər bir mentor sertifikatla təmin olunacaqdır.


Qeydiyyat formasını (https://docs.google.com/forms/d/e/1FAIpQLScQ0NZ0Carkdta5L72HgbOIp06VDZ5R-OjML9j0JjOcQouRSg/viewform) dolduraraq mentorlar proqramına müraciət edə bilərsiniz.

Qeydiyyat üçün son tarix: 5 iyun 2024-cü il.

Elə indi müraciət edin və görmək istədiyiniz dəyişikliyi özünüz yaradın!

#THISisESN #ESNAzerbaijan #MentorshipProgram #Digiuth #EmpowerYouth #ShapeTheFuture #MentorshipOpportunity

Alo Karyera | Karyera fürsətləri

31 May, 12:12


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.

Könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərlə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

10 iyun 2024-cü il müraciətlərin qəbulu üçün son tarixdir.

Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.

Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.

📌Ətraflı məlumat və müraciət üçün link:
https://mfa.gov.az/az/category/diplomatiya-konulluleri

Alo Karyera | Karyera fürsətləri

31 May, 12:11


Ətraflı: https://docs.google.com/forms/d/e/1FAIpQLSfwVPslQZocvWaY67htqpu-2vhEAUlLyKpUy5smtP6tw9pKcA/viewform

Alo Karyera | Karyera fürsətləri

31 May, 12:08


“Google AI Hackathon” şərtləri
Tədbir 8 İyun saat 8:00-dan 9 İyun saat 20:30 a dək də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində(Atatürk prospekti 89) baş tutacaq.
Komandalar püşkatma nəticəsində aldıqları tapşırığa əsasən bir məhsul yaradacaq və protatip hazırlayacaq.
Münsiflər tərəfindən dəyərləndirilərək seçilən komandalar mükafat qazanacaqlar. Mükafatlar 1-ci yer komanda üçün 3000 AZN, 2-ci yer komanda üçün 2000 AZN, 3-cü yer komanda üçün isə 1000 AZN təşkil edir.


Qeydiyyat: https://www.tech.edu.az/news/azerbaycan-ilk-defe-google-ai-hackathon-yarisi-bas-tutacaq?fbclid=PAZXh0bgNhZW0CMTEAAab_wB8pjfKTQPBMNUa3Nt17MoXFX1aI-dx2lNrDNc9TuD1zkHPYrUmFr6A_aem_AYZisFLqEyPb2NFMZ-cHMv2-Ddu2ayw3edrXjqdVKgS8FlR644inblrpsX-nnD-5YbXGml1EROTBrnRz-OKLzt2N

Alo Karyera | Karyera fürsətləri

31 May, 12:06


Tacikistanda təqaüdlə təhsil proqramı

Tacikistan Respublikası 2024-2025-ci tədris il üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Proqrama qəbul “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokol”a uyğun olaraq aparılır.

Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili tacik, rus və ingilis dilidir.

Təqaüd proqramına müraciət üçün son tarix 15 iyundur.

Poqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Elan: https://t.ly/Ql7TZ

#EATDA #HTP #XaricdəTəhsil